Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-896/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ilk, İddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr; öhdəliklərin icrası; öhdəliyin icrasından imtina; öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “təhsil xərcinin qaytarılması” barədə ilkin, Cavabdeh İddiaçı ASC-yə qarşı “müqavilənin bir hiss əsinin etibarsız sayılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)6411/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2015-ci il tarixli 479 saylı əmək müqaviləsinə əsasən, Cavabdeh “Korporativ katiblik şöbəsinin qarşılanma üzrə köməkçisi” vəzifəsinə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanmışdır.
2. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi üzrə işəgötürənlə işçi arasında təhsil münasibətlərinin tənzimlənməsi məqsədi ilə “Təhsil müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən, işəgötürən işçinin 2021-ci ilin yanvar ayından başlayaraq 9 ay müddətinə “EAE” Universitetində marketinq və satış menecmenti üzrə magistr ixtisas dərəcəsinə yiyələnməsi üçün 14850 Avro məbləğində vəsaitin ödənilməsini öhdəsinə götürür. İşçi isə nəzərdə tutulan təhsil bitdikdən sonra ən azı 3 il müddətinə işəgötürənlə əmək münasibətlərini davam etdirməyi bəyan edir. Bu müddətdən əvvəl işçi öz təşəbbüsü ilə, daxili intizam qaydalarını pozması səbəbindən və ya digər əsasla işdən azad olunduğu halda (ixtisarla istisna olunmaqla) təhsil və ixtisas artırılması üzrə xərclənmiş məbləğin iş müddətinə proporsional şəkildə geri ödənilməsini öhdəsinə götürmüşdür.
3. Cavabdeh xx.xx.2022-ci ildə onunla əmək müqaviləsinə xitam verilməsini xahiş etm iş və işəgötürənin 152/22-İA/İR nömrəli, 15 noyabr 2022-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) 15 noyabr 2022-ci il tarixdə xitam verilmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-315/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “işə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin iş üzrə Cavabdeh apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2189/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2887/2023 saylı xx.xx.2 023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020ci il tarixli “Təhsil müqaviləsi”nə əsasən təhsil xərci əvəzi olaraq ödənilmiş 12629,47 Avro məbləğində vəsaitin, mediasiya prosesi üçün ödənilmiş 50 manat xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 109 manat dövlət rüsumunun tutulub İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “Təhsil müqaviləsi” əsasında üzərinə düşən öhdəliyi icra etməyərək müqavilədə qeyd edilən tarixdən əvvəl – xx.xx.2022-ci il tarixdə öz təşəbbüsü ilə işdən azad olunmasını xahiş etmiş, bankın müv afiq əmrinə əsasən işdən azad edilmişdir. Halbuki, cavabdeh müqaviləyə əsasən təhsilini başa çatdırdığı tarixdən 3 il müddətində işəgötürənlə bağlanmış əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv edərsə və yaxud işdən azad edilərsə, təhsil və ixtisas artırılması üzrə xərclənmiş məbləğin iş müddətinə proporsional şəkildə geri ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyindən, İddiaçı ASC qarşısında yaranmış 12,629.47 Avro məbləğində borcunu banka geri qaytarmalıdır.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi və tərəflər arasındakı əmək münasibətləri çərçivəsində (əmək müqaviləsinə istinad etməklə) imzalanmış xx.xx.2020-ci il tarixli “Təhsil müqaviləsi”nin 2.3, 2.4-cü və işçinin üzərinə əmə k fəaliyyətini davam etmədiyi təqdirdə maliyyə öhdəlikləri qoyan digər maddələrinin Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq aktların tələblərini pozduğuna görə etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilənin 2.3, 2.4-cü və işçinin üzərinə əmək fəaliyyətini davam etmədiyi təqdirdə maliyyə öhdəlikləri qoyan digər maddələri Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq aktların tələblərinə ziddir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)829/2023 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) ilk in iddia tələbi təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il tarixli “Təhsil müqaviləsi”nə əsasən, təhsil xərci əvəzi olaraq ödənilmiş 12629,47 Avro məbləğində vəsaitin (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq), mediasiya prosesi üçün ödənilmiş 50 manat xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 109 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin təmin olunmaması və onun üçün ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir.
10. Birinci instansiyası məhkəməsi ilkin iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ASC Cavabdeh ilə aralarında bağlanmış “Təhsil müqaviləsi”nin 2.3-cü bəndinə əsasən işçinin təhsil xərci üzrə 13,810.5 Avro məbləğində ödəniş etmiş dir. Lakin işçi Cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək, müqavilə üzrə qeyd edilən tarixdən əvvəl öz təşəbbüsü ilə işdən azad olunmasını xahiş etmiş, nəticədə bankın müvafiq əmrinə əsasən işdən azad edilmişdir. Odur ki, hazırda iddiaçı haqlı olaraq xx.xx.2020-ci il tarixli “Təhsil müqaviləsi”nə əsasən təhsil xərci əvəzi kimi ödənilmiş 12629,47 Avro məbləğində vəsaitin, mediasiya prosesi üçün ödənilmiş 50 manat xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 109 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş edir.
11. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia əsassızdır və buna görə də təmin olunmamalıdır.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məc əllənin 21.2, 385.1, 442, 443.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında bağlanmış təhsil müqaviləsi mülki-hüquqi xarakterli müqavilə deyil və bu müqavilə əmək müqaviləsinə əlavə olaraq (əmək münasibətləri çərçivəsində) imzalanmışdır. Məhkəmə tərəfindən həmin müqavilədə cavabdehin işdən çıxma vaxtını məhdudlaşdıran müddəaların mövcud olması müəyyən edilməsinə bax mayaraq, məhkəmə işəgötürən tərəfindən işçi üçün müəyyən edilmiş bu məhdudiyyətlərə hüquqi qiymət verməmişdir. Halbuki, qeyd olunan faktların mövcudluğu icbari əməyin tətbiq olunduğuna dəlalət etmişdir ki, icbari əmək də öz növbəsində Azərbaycan Respublikasının Konstitusiyası, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə qadağan edilir. Qarşılıqlı iddia ərizəsində məhkəmənin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası tərəfindən 1992-ci ildə ratifikasiya edilmiş X1 “İcbari əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə əsasən, cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və ya xidmət, həmin şəxs özü bu iş üçün müraciət etməyibsə, icbari və ya məcburi hesab edilir. Cəza anlayışına işçini iş yerində qalmağa məcbur etm ək üçün əmək haqqından tutulmalar həyata keçirmək və işçiləri borclandırmaqla hədələmək, üzərinə maliyyə öhdəlikləri qoymaq da daxildir. İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 4-cü maddəsinə əsasən, heç kəs məcburi və ya icbari əməyə cəlb olunmamalıdır. Göründüyü kimi, beynəlxalq qanunvericiliyə əsasən, işçinin işdən çıxmaması məqsədilə üzərinə maliyyə öhdəliklərinin qoyulması məcburi əmək anlayışı ilə əhatə edilir və fundamental insan hüquqları pozuntusudur. Əmək Məcəlləsinin 17-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməyərək işçinin hüquqlarının pozulmasına yol vermişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 202 3-cü il tarixli, 2(103)-6411/2023 nömrəli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov, İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-829/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi bildirmişdir ki, əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə m əcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məcburi əməklə bağlı qadağalar bir sıra beynəlxalq aktlarda “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin üçüncü hissəsində, “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində, X1 (bundan sonra – BƏT) “Məcburi əmək haqqında” 1930-cu il və “İcbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il tarixli Konvensiyalarında da təsbit olunmuşdur. BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Məcburi əməyin qadağan edilməsi BƏT-in 18 iyun 1998-ci ildə qəbul etdiyi “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsi ilə əmək münasibətlərinin tənzimlənməsində əsas prinsiplərdən biri olaraq qəbul edilmişdir.
17. Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü hissəsinə əsasən bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. Həmin Məcəllənin 7-ci maddəsinin 5-ci hissəsinə əsasən işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlən ir. Hazırki iş üzrə də tərəflərin qarşılıqlı razılığı əsasında mahiyyət etibarı ilə Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulan ixtisasa yiyələnmə ilə bağlı təhsil müqaviləsi bağlanmışdır. İxtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan ayrıca təhsil müqaviləsi ilə rəsmiləşdirilmişdir, yəni bu münasibətlər bilavasitə əmək müqaviləsi ilə tənzimlənmir.
18. Qarşılıqlı iddiada əmək münasibətləri çərçivəsində bağlanmış təhsil müqaviləsinin 2.3, 2.4-cü və işçinin üzərinə əmək fəaliyyətini davam etmədiyi təqdirdə maliyyə öhdəlikləri qoyan digər şərtlərinin Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq aktların tələblərini pozduğuna görə etibarsız sayılması göstərilib. Bu tələb müqavilənin bağlandığı tarixdən 2 il keçdikdən sonra, yəni ilkin iddia verildikdən sonra irəli sürülmüşdür. Qarşılıqlı iddiaçının üzərinə əmək fəaliyyətini davam etmədiyi təqdirdə maliyyə öhdəlikləri qoyan digər şərtlər bilavasitə müqavilənin 2.3, 2.4, 2.5-ci bəndlərində nəzərdə tutulan şərtlərdən asılı bir müddəalar hesab olunur. Ona görə də, 2.3, 2.4, 2.5-ci bəndlərində nəzərdə tutulan şərtlərin etibarsızlığı üçün əsas olardısa bu hal tələbdə göstərilən digər şərtlərin də etibarsızlığı ilə nəticələnməli olardı.
19. Müqavilənin 2.3-cü bəndinin məzmununa görə qarşılıqlı iddiaçı öhdəlik götürüb ki, işəgötürənin vəsaiti hesabına təhsili bitirdikdən sonra 3 il müddətində işəgötürənlə əmək münasibətlərini davam etdirəcək. Burada hansı məcburi yaxud icbari əməkd ən söhbət gedə bilər. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də şikayət verən buna dair tutarlı və keçərli arqument göstərməli idi. Qeyd olunduğu kimi, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Əmək Məcəlləsinin 17-ci maddəsində isə hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağan sayılır. Müqavilənin 2.4 və 2.5-ci bəndlərinin məzmununa görə isə işçi olan qarşılıqlı iddiaçı təhsil dövründə hər hansı səbəbdən təhsilini davam etdirmədikdə yaxud təhsilini bitirib işə başlad ıqdan 3 ildən tez öz təşəbbüsü ilə yaxud daxili intizam qaydalarını pozması və digər əsaslarla əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə işəgötürənə təhsili ilə bağlı xərclərin müvafiq nisbətlərdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qeyd olunan və digər şərtləri nəinki etibarsız, əksinə qarşılıqlı iddiaçının mənafeyinə uyğun müddəalar olmuşdur. Çünki, qarşılıqlı iddiaçı məhz işəgötürənin hesabına ölkə xaricində müasir yüksək ixtisasa yiyələnmişdir. Ona görə də qarşılıqlı iddianın faktiki əsası yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığı açıq-aşkar görünür. Belə çıxır ki, qarşılıqlı iddiaçı işəgötürənin vəsaiti hesabına yüksək ixtisas və təhsil əldə etmək istəyir yaxud arzulayır və buna nail olur, ancaq götürdüyü könüllü öhdəliyə əsasən müəyyən müddət işəgöt ürən bankda işləmək istəmir, eyni zamanda təhsili üçün çəkilmiş xərcin müvafiq hissəsini də qaytarmaq istəmir, üstəlik işəgötürəni onu məcburi yaxud icbari əməyə cəlb etməkdə günahlandırır. Nəticə etibarı ilə mövqeyindən belə çıxır ki, işəgötürənin hesabına əsassız varlanmağa çalışır. Bu yanaşmanın özü isə hüquqdan suiistifadə hesab olunur.
20. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, qarşılıqlı iddiaçının mübahisələndirdiyi şərtlər qətiyyən onu məcburi yaxud icbari əməyə cəlb edən şərtlər kimi qiymətləndirilə bilməz. Çünki, həmin şərtlər qarşılıqlı razılıq əsasında könüllü olaraq ayrıca təhsil müqaviləsində nəzərdə tutulub. Bunlar heç bir halda zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin boynuna qoyulan və əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur edən şərtlər hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, əmək münasibətləri çərçivəsində bağlanmış “Təhsil müqaviləsi”nin 2.3, 2.4-cü və işçinin üzərinə əmək fəaliyyətini davam etmədiyi təqdirdə maliyyə öhdəlikləri qoyan digər şərtlərinin etibarsız sayılması barədə tə ləb müqavilənin bağlandığı tarixdən 2 il keçdikdən sonra, yəni ilkin iddia verildikdən sonra irəli sürülmüşdür. Qanunvericiliyə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Lakin mübahisə predmeti olan müqavilə qanunvericiliyin tələblərini pozmaqla tərtib edildiyindən, yəni müqavilədə məcburi əmək münasibətlərinə xas elementləri əks etdirən müddəalar mövcud olduğundan özü-özlüyündə əhəmiyyətsizdir.
23. Kassatorun digər dəlili ondan ibarətdir ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək işçinin hüquqlarının pozulmasına yol vermişdir. Çünki, bu cür iddiaların (ilkin iddianın) təmin edilməsi Azərbaycan məhkəmə-hüquq sistemində ədalətsiz təcrübə yaradacaqdır. Bel ə ki, xarici ölkələrin təcrübəsində bu kimi halların qarşısının alınması məqsədilə işəgötürən və işçi arasında geri ödəniş tələb edilməsi ilə bağlı münasibətlər əmək qanunvericiliyində tənzimlənir və əmək münasibətlərinin xüsusiyyətindən irəli gələrək tərəflərin könüllü razılaşmasına buraxılmayıb.
24. Kassator daha sonra qeyd etmişdir ki, işəgötürən tərəfindən təhsil müqaviləsinə əsasən, işçiyə ödənilmiş pul yatırım hesab olunmalı və geri tələb edilməməlidir. Çünki, Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətb iq edilə bilər. Həmçinin, həmin Məcəllənin 2-ci maddəsinə əsasən, əmək münasibətlərində tərəflərin maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin əsas vəzifə və prinsiplərinə aid edilmişdir. Belə ki, işçi ilə işəgötürən arasında bağlanmış təhsil müqaviləsinin şərtləri işçini asılı vəziyyətə salmaqla yanaşı, müəyyən müddət ərzində iradəsi əleyhinə işləməyə məcbur olunması ilə nəticələnir ki, bu da öz növbəsində işçinin sərbəst iradə ifadəsinə maneə olmuş olur.
25. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 2, 17, 157, 185-ci, X1 “İcbari əmək haqqında” Konvensiyasının 2-ci, İ nsan Hüquqları və X2 haqqında Konvensiyanın 4-cü və Mülki Prossesual Məcəllənin 88-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə dair qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
27. Maddə 7.4. Bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər.
28. Maddə 7.5. İşçiyə yeni peşə öyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərə flərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh X3 (Piri) qızı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə, kassasiya şikayətinin dəlilləri üzrə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassatorun dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırlıb qiymət verilmişdir və məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
41. Belə ki, Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanı lır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
42. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir.
43. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasın ın qarşısını alır.
44. Yuxarıda qeyd olunduğu kimi məcburi əməklə bağlı qadağalar bir sıra beynəlxalq aktlarda - “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin üçüncü hissəsində, “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində, X1 (bundan sonra – BƏT) “Məcburi əmək haqqında” 1930-cu il və “İcbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il tarixli Konvensiyalarında da təsbit olunmuşdur.
45. BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür.
46. Məcburi əməyin qadağan edilməsi BƏT-in 18 iyun 1998-ci ild ə qəbul etdiyi “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsi ilə əmək münasibətlərinin tənzimlənməsində əsas prinsiplərdən biri olaraq qəbul edilmişdir.
47. Beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır.
48. Bu prinsip, həmçinin azad iradə ifadəsi nəticəsində bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulmayan əmək funksiyalarının icrasına, işlərin yerinə yetirilməsinə məcbur edilmənin yolverilməzliyini ehtiva edir. Şəxsin iradəsinə zidd olaraq hər hansı işlərin yerinə yetirilməsinə məcbur edilməsi müvafiq məsuliyyətin yaranmasına səbəb olur.
49. İşçilərin bilavasitə istehsalatda peşə hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması üzrə hüquq münasibətləri əmək münasibətlərini müşayiət edən münasibətlərdir və işəgötürənlə işçilərin bilavasitə istehsalatda peşə təhsili vəzifəsinin həlli ilə əlaqədardır. Əmək münasibətlərində olan işçi peşə hazırlığı, yenidən hazırlıq, yenidən hazırlıq və ixtisasartırma keçə bilər. Bu münasibətlər işçinin istehsalatda təlimi, ixtisasının artırılması və təlimə rəhbərlik üzrə münasibətləri əhatə edir. Bu münasibətlərin subyektləri işçinin peşə hazırlığı, yenidən hazırlığı, ixtisasının artırılması haqqında qərar qəbul etmiş işəgötürən, peşə təliminin növlərini seçmiş işçi, habelə tədris müəssisələri çıxış edir.
50. Buna müvafiq olaraq peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma üzrə münasibətlərin yaranmasının əsasını həmin subyektlərin qarşılıqlı iradə ifadəsi təşkil edir. Yəni təhsil növü işçinin iradəsi ilə müəyyən olunur.
51. Peşə təliminin hər hansı növü üzrə qərar qəbul etmək işəgötürənin səlahiyyəti olmasına baxmayaraq, bunun üçün işçinin razılığının alınması zəruridir. Belə razılıq vermək isə işçinin vəzifəsi deyil, hüququdur. Başqa sözlə, təhsil müqaviləsi işçinin iradə ifadəsini əks etdirir. İxtisasartırma və ya dəyişmə ilə bağlı müqavilə üzrə işəgötürənin, işçidən həmin vəzifənin icrasını tələb etmək hüququ yaranır.
52. Bu baxımdan kassatorun «işəgötürən tərəfindən təhsil müqaviləsinə əsasə n, işçiyə ödənilmiş pul yatırım hesab olunmalı və geri tələb edilməməlidir» dəlili iddianın rədd olunmasını şərtləndirir. Çünki işçinin təhsilinə çəkilən xərc (yatırım), işçinin aldığı peşə biliyinin və səriştəsinin işəgötürənə aid istehsalatda (xidmətdə) tətbiqi ilə maddiləşə bilər. Yalnız bu halda işəgötürən yatırımdan faydalanmış olur ki, baxılan mübahisə üzrə cavabdeh aldığı peşə biliyini və səriştəsini iddiaçıya aid olan sahəyə tətbiq etməkdən imtina etmişdir (iddiaçı ilə əmək münasibətlərini davam etməkdən imtina etmişdir).
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin g əldiyi nəticə əsaslandırılmışdır.
54. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.
55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6411/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.