Məhkəmə qərarları › İş №2(102)-896/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-896/2025

12.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-896/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: məhkəmə aidiyyəti haqqında qərardaddan verilən şikayətin mümkünlüyü, şikayətin vəkil tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibar ət qarışıq tərkibdə, İsmayıllı Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2(037)-38/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, İsmayıllı rayonu, İsmayıllı kəndində 0,14 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, 1105,10 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının, İsmayıllı rayonu, İsmayıllı kəndində 0,04 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 114,7 kv.metr ümumi, 49,5 k v.metr yaşayış, 65,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin, İsmayıllı rayonu, İsmayıllı kəndində 0,0663 hektar torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 4 otaqlı, 206,02 kv.metr ümumi, 119,18 kv.metr yaşayış, 86,84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İsmayıllı Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2(037)-38/2025 nömrəli qərardadı ilə (hakim İ.V.Hüseynov) mülki iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.

3. Cavabdeh1 şikayət verərək, İsmayıllı Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2(037)-38/2025 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsində baxılmasını xahiş etmişdi r.

4. İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(037)-38/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habel ə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 402.3-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. 403-1.2-ci maddəsinə əsasən kasasiya instans iyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. 404-1.2-ci maddəsinə əsasən işə kassasi ya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Qarışıq Tərkibin möv qeyi:

6. Şikayət birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

7. Belə ki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qərardadından cavabdehin şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir. Şikayət elektron imza ilə yalnız cavabdeh tərəfindən imzalanmışdır.

8. Mülki Prosessual Məcəllənin 67.1, 403-1.3 və 407.3-cü maddələrinin məzmunundan müəyyən olunur ki, məhkəmə aidiyyətinə dair birinci instansiya məhkəməsinin qərardadlarından verilən şikayət vəkil tərəfindən tərtib olunmaqla imzalanmalı və şikayətə vəkil orderi əlavə olunmalıdır.

9. Hazırkı işdə cavabdehə vəkil tərəfindən hüquqi yardım göstərilməsi, mübahisəli qərardaddan verilən şikayətin vəki l tərəfindən tərtib edilməsi və imzalanması müəyyən olunmur.

10. Qeyd olunanlara əsasən, şikayət vəkil tərəfindən tərtib olunmadığı və imzalanmadığı üçün icraata qəbul edilə bilməz. Odur ki, şikayət geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.

11. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə əsasən kassator hazırkı qərardadda qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra, ağlabatan müddətdə yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər.

12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 403-1.4, 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İsmayıllı Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2(037)-38/2025 nömrəli qərardadından Cavabdeh 1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki işlə birlikdə İsmayıllı Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar