Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-897/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Bayram oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: delikt nəticəsində vurulmuş maddi zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Bayram oğluna qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1878/2024 saylı 9 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 2 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları
1. Masallı Rayon məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü (1(050)-3/2022 saylı xx.xx.2022-ci il tarixli) müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı İB-nə məxsus d=273 mmlik qaz kəmərinin 1249 metr hissəsini kəsib götürməklə özbaşınalıq cinayət əməli törətmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini torətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Cinayət nəticəsində iddiaçıya dəymiş maddi ziyanın məbləği 22482 manat müəyyən edilmiş, dəyəri 6300 manat olan qaz kəmərinin 350 p/metr hissəsinin Lənkəran X8 İdarəsinə qaytarılması hökm edilmişdir.
2. Dəyəri 16182 manat olan d=273 mm-lik qaz kəmərinin 899 p/metr hissəsi qaytarılmamış və dəyəri ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəm ə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB-nə dəymiş 16182 manat maddi ziyanın, 138.55 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının, ümumilikdə 16320,95 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Ərkivan qəsəbəsi sakini Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 30 mart 2021-ci il tarixdən 02 aprel 2021-ci il tarixə kimi olan müddət ərzində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində İddiaçı Lənkəran X8 İdarəsinin balansında olan istismardan çıxarılmış d=273 mm-lik qaz kəmərinin 1249 p/metr hissəsini oğurlayaraq ziy an vurmuşdur. Metalın 1985-ci ildə istismarda olmağı nəzərə alınmaqla, hal-hazırkı dövrə 1 p/metrinin orta bazar qiyməti 18 manat, ümumi dəyəri isə təxminən 22482 manat (1249 metr x18 manat) müəyyən edilmişdir. İbtidai istintaq zamanı və məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Masallı rayonu, Ərkiban qəsəbəsi ərazisində yerləşən, 1997-ci ildə özəlləşdirilmiş "xxxx" ASC-nin icraçı direktoru Cavabdeh, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “ARK OİL” yanacaq doldurma məntəqəsinin arxa hissəsindən Kosakül kəndi istiqamətində keçmiş SSRİ dövründə (1985-ci ildə) istismara verilmiş, diametri 273 mm olan, "xxxx" ASC-yə qədər uzunluğu 1812 p/metr təşkil edən və təqribən 1997-ci ildən istismarı dayandırılmış, İddiaçı Lənkəran X8 İdarəsinin balansında olan qaz kəmərini götürməzdən əvvəl Lənkəran RQİİ-yə müraciət etmiş, Lənkəran RQİİ Cavabdeh müraciətinə baxaraq ona "xxxx" ASCyə məxsus 5 qovluq layihə-smeta sənədləri (köhnə) 1985-ci ilə aid olduğu üçün Lənkəran RQİİ-də bununla bağlı heç bir rəsmi məlumatın olmadığı, eyni zamanda qaz xətti ilə bağlı rəsmi məlumat alınmasından ötrü İddiaçı İB-yə müraciət edilməsinin məqsədəuyğun olması barədə rəsmi cavab vermişdir. Lakin, Cavabdeh keçmiş SSRİ dövründə (1985-ci ildə) istismara verilmiş diametri 273 mm olan qaz xəttinin istismardan çıxarıldığını və qeyd olunan obyekti 1997-ci ildə özəlləşdirilən zaman "xxxx" ASC-yə qədər uzunluğu 1812 p/metr təşkil edən qaz xəttinin də özəlləşdirmə nəticəsində "xxxx" ASC-nin balansına keçirildiyini güman edərək, rəhbəri olduğu "xxxx" ASC-yə plastik boru vasitəsilə ye ni qaz xətti çəkdirmək qərarına gəldiyi üçün köhnə, istismardan çıxarılmış qaz kəmərinin 1249 p/metr hissəsini kəsdirib götürməsinə görə onun əməlində özgənin əmlakını gizli olaraq talama cinayətinin tərkib əlamətləri mövcud deyildir. Belə ki, məhkəmə hesab etmişdir ki, yuxarıda sadalanan xüsusatlarla bərabər, Cavabdeh "xxxx" ASC-nin mülkiyyətçisi olmaqla yanaşı, həmçinin ASC-yə qədər uzunluğu 1812 p/metr təşkil edən qaz xəttinin də ASC-yə məxsus əmlak olduğunu, qeyd olunan qaz xəttinin həqiqi və ya güman edilən mülkiyyət hüququnun ASC-nin icraçı direktoru kimi şəxsən özü malik olmaqla həmin qaz xəttinin dövlət və ya ictimai əhəmiyyətli sayılmadığını güman etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh əməlində özgənin əmlakını gizli olaraq talama cinayətinin tərkib əlamətləri mövcud deyildir. Lakin məhkəmə qeyd etmişdir ki, Lənkəran RQİİ tərəfindən Cavabdeh qaz kəmərini götürərkən həmin qaz kəmərinin Lənkəran RQİİ-yə məxsus olması və qaz kəmərini götürməməsi, eyni zamanda qaz xətti ilə bağlı rəsmi məlumat alınmasından ötrü ona İddiaçı İB-yə müraciət edilməsinin məqsədəuyğun olması bildirilməsinə baxmayaraq o, yuxarıda qeyd olunan qaz kəmərinin 1249 p/metr hissəsini kəsib götürməklə özbaşınalıq cinayət əməlini törətmişdir. Bununla da məhkəmə hesab etmişdir ki, Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 322.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh əmə li Azərbaycan Respublikası CMnin 322.1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(050)-3/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Masallı rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(050)-3/2022 saylı hökmü ilə cinayət işi üzrə maddi sübut olan Lənkəran X8 İdarəsinin balansında olan, iş üçün əhəmiyyəti olduğundan maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü "xxxx" ASC-də saxlanılan d=273 mm-lik qaz kəmərinin 350.0 p/m hi ssəsinin Lənkəran X8 İdarəsinə qaytarılması hökm edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş maddi ziyan 22482,00 manat olmaqla dəyəri 6300,00 manat olan d=273 mm-lik qaz kəmərinin 350.0 p/metr hissəsinin Lənkəran X8 İdarəsinə qaytarılması hökm edilmiş, dəyəri 16182 manat olan d=273 mm-lik qaz kəmərinin 899.0 p/metr hissəsi isə qaytarılmamış və dəyəri ödənilməmişdir. Bu səbəbdən də İddiaçı İB-yə dəymiş 16182 manat maddi ziyanın ödənilməsi üçün iddia ərizəsi ilə müraciət etmişdir.
5. Masallı Rayon Məhkəməsinin e-2(050)-1767/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 16182 manat maddi ziyan, 138.55 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 16320,95 manat məbləğində pulun tutularaq, İddiaçı İB-nin Lənkəran RQİİ-nin hesabına ödənilməsi qət edilmişdir. (Hakim – Ellara Abbasova)
6. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanuna zidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunur. Belə ki bu hal Masallı Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(050)-3/2021 saylı hökmü ilə öz təsdiqini tapmışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh tərəfindən İddiaçı İB-nə dəymiş maddi ziyan 22482,00 manat olmaqla dəyəri 6300,00 manat olan d=273 mm-lik qaz kəmərinin 350.0 p/metr hissəsinin Lənkəran X8 İdarəsinə qaytarılması hökm edilmiş, dəyəri 16182 manat olan d=273 mm-lik qaz kəmərinin 899.0 p/metr hissəsi isə qaytarılmamış və dəyəri ödənilməmişdir. Bu s əbəbdən də İddiaçı İB-nə dəymiş 16182 manat maddi ziyanın ödənilməsi üçün iddia ərizəsi ilə müraciət etmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 119.1, 1096.1, 1097.1-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Masallı Rayon Məhkəməsinin 2(050)-1767/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, mə hkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1878/2024 sylı 9 dekabr 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-1767/2024 saylı, 14 avqust 2024cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə) 11.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tər əflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1767/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
12. Məhkəmə kollegiyası həmçinin müəyyən etmişdir ki, Cavabdeh qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunur. Belə ki bu hal Masallı Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(050)-3/2021 saylı hökmü ilə öz təsdiqini tapmışdır.
13. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlili ilə bağlı isə qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-in 8 2.4.-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi hökmlə şəxsin əməli və iddiaçıya ziyan vurulması müəyyən edildiyindən və hökm məhkəmə üçün həmin hissədə məcburi olduğundan kollegiya cavabdehin həmin dəlili ilə razılaşmır.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 21.3, 157.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri və Mülki Prosesual Məcəlləsinin 82.4-cü və Cinayət Prossesual Məcəlləsinin 180, 180.3, 181.1, 181.1.2, 182.1, 182.2, 182.3, 182.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-1878/2024 saylı qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması (göndərilməsi) barədə qərar qəbul edilməsinin xahiş etmişdir.
16. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi iş üzrə heç bir araşdırma aparmadan qanunsuz bir qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qanunsuz hökmə necə istinad etmişdirsə, apellyasiya məhkəməsində araşdırma aparmadan ancaq və ancaq hökmə istinad edərək qanunsuz qətnaməni qüvvədə saxlamışdır. Belə ki, o, ümumiyyətlə çıxarılmış hökmü qəbul etmir. Hökmdən Ali Məhkəməyə qədər şikayət et sə də nəticə dəyişməmiş və qanunsuz hökm qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin qərarından hazırda Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişdir. O, İddiaçı İB-nə heç bir maddi ziyan vurmamışdır. İdarənin rəsmi razılığı ilə yerin altında qalmış işləməyən boruları çıxardaraq sonradan idarəyə təhvil vermişdir. Cinayət işinə baxılarkən də həmin hissələrə qiymət verilmişdir. Üzərindən üç il keçdikdən sonra iddiaçı təşkilat əsassız olaraq ona qarşı məhkəmədə iddia qaldırmışdır. Hesab edir ki, mülki iş obyektiv araşdırılsaydı iddia tələbi tamamı ilə rədd ediləcəkdi. O, heç bir halda iddiaçı təşkilata maddi və mənəvi ziyan vurmamışdır. Cinayət işi üzrə baxılan məhkəmə iclaslarında işin faktiki halı üzrə tam sübuta olunmuşdur ki, onun tərəfindən heç bir cinayət törədilməmişdir. Qanunsuz hökm məhkəmə üçün maddi ziyan tələbində preyudisial əhəmiyyət kəsb edə bilməz. Cinayət işi üzrə ekspertiza təyin olunmadan, araşdırılma aparılmadan onun tərəfindən iddiaçı təşkilata 16182 manat ziyan vurulması müəyyən olunmuşdur. Məhkəmələr isə araşdırma aparmadan qətnamələrində ancaq və ancaq hökmə istinad etmişlər. Ədalətli məhkəmə araşdırması aparılmamışdır. Hesab edir ki, çıxarılmış qətnamə qanunsuz olduğundan ləğv edilməlidir.
17. Kassasiya şikayətində MM-nin 14, 21, 157, 1096, 1097-ci maddələrinin, MPM-nin 14, 97, 376, 388, 389, 390, 385, 386, 387-ci maddələrinin pozuntusuna istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 14.1. Mülki hüqu qlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir).
23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə v ə kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişikl ik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya şikayətinin dəlili bundan ibarətdir ki, işə baxmış məhkəmələr tərəfindən Masallı rayon məhkəməsinin onun barəsində qəbul edilmiş 1(050)-3/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə istinad edilərək iddianın təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur.
32. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edə rək qeyd edir ki, MPM-nin 82-ci maddəsində tərəflərin sübut etməkdən azad olunduğu əsaslar nəzərdə tutulmuşdur. 82.4-cü maddədə qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
33. Hazırkı halda cavabdeh tərəfindən İddiaçı İB-nə məxsus d=273 mm-lik qaz kəmərinin 1249 metr hissəsinin özbaşına kəsib götürüldüyü və dəyərinin ödənilmədiyi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edildiyindən qanuna görə iddiaçı bu faktı yenidən mülki icraatda sübut etmək vəzifəsindən azaddır. Göstərilənlərə əsasən işə baxmış məhkəmənin qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş hallara istinad etməklə iddianın əsaslı olduğuna dair nəticəyə gəlməsi prosessual qanunvericiliyin tələblərinə uyğundur.
34. İşə baxmış məhkəmə tərəfindən kassasiya şikayətində sadalanmış maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir.
35. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1878/2024 saylı 9 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.