Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-898/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Mingəçevir Sukanal İdarəsinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün pul tələbi, müddətli müqavilə ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinə qarşı əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2(107)-1119/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 7 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əmək kitabçasına əsasən İddiaçı, xx.xx.2016-cı il tarixdə “Sukanal” idarəsinə abonent xidməti şöbəsinə su müfəttişi vəzifəsinə, 01 may 2007-ci il tarixdə isə həmin idarəyə su təchisatı və nasos stansiyalarının istismarı və təmiri sahəsinə usta vəzifəsinə təyin olunmuşdur. Mingəçevir Sukanal İdarəsi Cavabdeh ASC-nin birbaşa tabeliyinə verildiyindən xx.xx.2013-cü il tarixli əmrlə Cavabdeh ASC-nin Mingəçevir Sukanal idarəsinin işçilərinin siyahısı tərkibinə daxil olmuşdur. xx.xx.2015-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə dəyişikliyə əsasən 8-ci dərəcə ilə nasos qurğularının istismarı sahəsinin ustası vəzifəsinə təyin edilmişdir. "xxxx" ASC-nin 01 noyabr 2016-cı il tarixli 467 №-li əmrinə əsasən CavabdehSC-nin Mingəçevir Sukanal idarəsi Cəmiyyətinin strukturundan çıxarılaraq "xxxx" MMC-nin tərkibinə daxil edilmişdir. Mingəçevir Sukanal İdarəsinin rəisinin xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçı ilə bağlanmış Əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ləğv edilmişdir. Mingəçevir Sukanal İdarəsinin rəisinin xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçı 8-ci dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixli 01-k №-li əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar ləğv edilmişdir.
2. İddiaçı Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisinə yazmış olduğu xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən “Mingəçevir Sukanal” İdarəsinin "xxxx" MMC-nin tərkibinə verilməsi ilə əlaqədar 30 avqust 2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinin ləğv olunmasını xahiş etmişdir.
3. İddiaçı Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisinə yazmış olduğu 30 avqust 2019-cu il tarixli ərizəsinə əsasən xx.xx.2019-cu il tarixdən su və kanalizasiya sisteminin istismarı sahəsinə 8-ci dərəcə ilə usta vəzifəsinə təyin olunmasını xahiş etmişdir.
4. Ca vabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 8-ci dərəcə ilə usta işinə qəbul edilmişdir. Əmək müqaviləsi 3 ay müddətinə, 02 dekabr 2019- cu il tarixədək bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 avqust 2019-cu ildə 209-k saylı əmrlə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən 02 sentyabr 2019-cu il tarixdə başqa işəgötürənlə əmək müqaviləsi bağlanması əsası ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, yeni bağlanmış əmək müqaviləsinə əsasən 8-ci dərəcə ilə su və kanalizasiya sisteminin istismarı sahəsinin ustası vəzifəsinə təyin edilmiş, 02 mart 2022-ci il tarixli əmrlə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar ləğv edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, işəgötürən tərəfindən aldadılaraq onunla müddətli əmək müqaviləsi bağlanmışdır. O müddətsiz əmək müqaviləsi ilə işlədiyi halda müddətli əmək müqaviləsinin bağlanmasına razılıq ifadə edə bilməz, həmçinin işəgötürənin təkidi ilə yazmış olduğu ərizədə də müddətli əmək müqaviləsi bağlanılması göstərilməmişdir. İşəgötürən kütləvi şəkildə işçiləri aldadaraq onlarla bağlanmış əmək müqaviləsini müddətli əmək müqaviləsi kimi bağlamışdır. Bu səbəbdən onunla işəgötürən arasında bağlanmış müddətli əmək müqaviləsi, əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə müqavilənin ləğv edilməsi barədə əmr qanunsuzdur. Belə ki, o 15 ildən artıq müddətdir ki, fasiləsiz olaraq həmin idarədə işləmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab olunur. Bundan əlavə müddətli əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilmiş hallarda bağlanılır.
7. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı uzun müddət qeyd edilən idarədə işləmiş olsa da, 02 sentyabr 2019-cu il tarixdə qarşılıqlı razılıq əsasında işəgötürənlə müddətli, yəni 3 ay müddətə əmək müqaviləsi bağlamışdır. İddiaçı müddətli əmək müqaviləsinin bağlanmasına razı olmadığı halda həmin müqaviləni imzalamazdı. Lakin iddiaçı bu vaxta kimi həmin müqaviləni mübahisələndirməmiş, fəaliyyətini davam etdirmişdir. Qeyd olunanlara əsasən hazırda müddətli müqavilənin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürüldüyündən iddia müddəti tətbiq edilməklə iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 iyul 2022-ci il tarixli, 2(051)-1360/2022 nömrəli qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddia tələbi təmin olunmuş, Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal idarəsinin 01-k saylı 02 mart 2022-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin 01 iyul 2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahatda İddiaçı ilə aralarında xx.xx.2019-cu il tarixli əmək müqaviləsini, həmin müqavilənin qarşılıqlı razılıq əsasında müddətli bağlanmasını bildirsə də, məhkəmə, müddətsiz əmək müqaviləsi ilə 13 ildən çox eyni müəssisədə işləyən işçinin müddətli əmək müqaviləsi bağlamaq istəyini, buna razılıq verməsini inan dırıcı hesab etmir.
10. Həmçinin iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamaq üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən digər hər hansı hallardan biri mövcud deyildir.
11. Məhkəmə, həmçinin, hesab etmişdir ki, uzun müddət, 13 ildən çox eyni idarədə işləyən işçi ilə müddətli əmək müqaviləsi bağlanması onun hüquqlarının pozulmasıdır.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14, 45-ci maddəsinin 1-ci, 4-cü, 5-ci, 47, 294-cü maddəsinin 1-ci bəndi, 297-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv olun ması və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilən qətnamədə işə bərpanın əsası kimi iddiaçının uzun müddət sözügedən müəssisədə işləməsi göstərilmiş, lakin konkret olaraq tərəflərin iradə ifadəsi olan müqavilələrin müddətli olması ilə bağlı iddiaçının məlumatlı olması qeyd edilməmiş və buna qiymət verilməmişdir. Həmçinin bundan əvvəl, yəni müqavilələrin müddətli olması ilə bağlı işə bərpa olunan şəxslər olmuşdur. Müəssisənin bütün işçiləri kimi iddiaçı da ən azından bir ildən çoxdur ki, onunla bağlanmış müqavilənin müddətli olmasından məlumatlıdır. İddiaçı da öz iradə ifadəsi əsasında cavabdehlə müqavilə bağlamış və bu müqaviləni mübahisələndirməmişdir. Həmçinin müəssisədə struktur dəy işikliyi olması, dövlətdə gənc və perspektivli kadrların yetişdirilməsi, onların önə çəkilməsi və daha peşəkar gənc ixtisaslı kadrların təyin olunması mütləqdir, cavabdehin isə pensiya yaşına çatmış şəxsləri işdən çıxarmaq hüququ vardır. Həmçinin qeyd edir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsinin izahatı təhrif olunmuş, nümayəndənin məhkəmə iclasında qeyd etdiyi faktlarla qətnamədə yazılan izahat arasında əsaslı fərq yaranmışdır. Bundan əlavə iddiaçı sözügedən müddətli əmək müqaviləsini 1 və ya 3 ay ərzində mübahisələndirə biləcəyi halda bunu etməmişdir. Hesab edir ki, məhkəmə iclasında iddiaçı tərəfindən tələbinin əsası kimi heç bir sübut təqdim edilməmiş, məhkəmə isə məhkəmə iclasında araşdırılmayan və təqdim edilməyən sübutlar əsasında qətnamə qəbul etmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 13 oktyabr 2022-ci il tarixli, 2(107)-1119/2022 nömrəli qətnaməsi ilə (hakimlər M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, ilk növbədə hazırkı iş üzrə 3 aylıq müqavilənin bağlanması əmək qanunvericiliyinin tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz.
17. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, cavabdeh tərəf xx.xx.2019-cu il tarixdə iddiaçının könüllü olaraq ərizə yazara q əmək müqaviləsinin xx.xx.2019-cu il tarixdən ləğv olunmasını xahiş etməsini əsaslandıra bilməmişdir. Belə ki, iddiaçının uzun müddət bir müəssisədə müddətsiz qaydada işləyərkən birdən-birə yeganə qazanc yerinin itirilməsinə səbəb ola biləcək işdən azad olunma barədə ərizə yazması inandırıcı görünmür. Çünki iddiaçı işdən azad olunma barədə ərizə yazdıqdan sonra onunla yeni əmək müqaviləsi bağlanmaya da bilərdi. Buradan da belə qənatə gəlmək olar ki, cavabdeh tərəf iddiaçını yeni qısa müddətli əmək müqaviləsi bağlamağa məcbur etməklə onun konstitusiyon hüququnu pozmuşdur. Cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulması faktı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin (cavabdehin) əmrinin ləğv edilməsi üçün əsasdır.
18. Daha sonra cavabdeh etirazının əsası kimi ilk növbədə iddiaçının könüllü razılığı əsasında onunla müddətli əmək müqaviləsi bağlanmasına istinad edərək, həmin müqaviləyə bərabər tərəflər arasında bağlanmış müqavilə kimi yanaşmış və iddiaçının hərəkətini sərbəst iradə ifadəsi kimi qiymətləndirmişdir. Hazırkı mübahisə üzrə də işdən görünür ki, iddiaçı uzun müddət cavabdeh müəssisədə daimi xarakter daşıyan əmək fəaliyyəti ilə məşğul olmuş, sonradan, yəni 2019-cu ildə müəssisə rəhbərliyinin təklifi ilə öz ərizəsi əsasında tutduğu işdən azad edilmiş, onunla yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdehin nümayəndəsi etirazında bu halı etiraf etmiş, bu halı struktur dəyişikliyi ilə əlaqələndirməyə çalışmışdır. İddiaçı cavabdeh müəssisənin işçisi olaraq oradan əmək haqqı alıb ailəsinin do lanacağını qarşıladığı üçün onun müəssisə ilə yeni müqavilə bağlaması heç də könüllü müqavilə bağlanması kimi qiymətləndirilə və dəyərləndirilə bilməz.
19. Kollegiya şikayətin dəlilinə münasibət bildirərək qeyd edir ki, daha gənc işçilərin işə cəlb edilməsi digər işçilərin hüquqlarının pozulması ilə həyata keçirilə bilməz. Çünki qanun qarşısında hamı bərabərdir. İddiaçının da tutduğu vəzifə yaş məhdudiyyəti ilə məhdudlaşdırılmadığından “gənclərə yer verilməlidir” əsası ilə işdən çıxarıla bilməz.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin məhkəmə iclasında verdiyi izahatın təhrif olunması dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəx slər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Lakin mülki iş materiallarından da göründüyü kimi cavabdeh təşkilat tərəfindən izahatın təhrif olunması ilə bağlı hər hansı yazılı qeyd məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən şikayət bu hissədə də əsassızdır.
21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin b bəndinə, 2-ci maddəsinin 2-ci, 3 -cü maddəsinin 2-ci və 3-cü, 8-ci maddəsinin 1-ci və 2-ci, 45-ci maddəsinin 1-ci, 3-cü və 4-cü, 47-ci maddəsinin a bəndinə, 68-ci maddəsinin 1-ci və 300cü maddəsinin 1-ci hissəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsi (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı İddiaçı tərəfindən etiraz daxil olmuş, etiraza əsasən Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsi t ərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 12, b bəndi. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməkdir.
26. Maddə 2. 2-ci hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
27. Maddə 3. 2-ci və 3-cü hissə. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs; işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xi tam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.
28. Maddə 8. 1-ci və 2-ci hissə. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır.
29. Maddə 45. 1-ci, 3-cü və 4-cü hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əv əz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
30. Maddə 47. a bəndi. İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
31. Maddə 68. 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
32. Maddə 300. 1-ci hissə. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı iş üzrə apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi Cavabdeh ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsi tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstəri lənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1119/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.