Məhkəmə qərarları › İş №2(102)-90/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-90/2025

21.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-90/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı prosessual hüquq varisləri X4 və X2 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3550/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı xx.xx.2015-ci il tarixli 977 nömrəli əmək müqaviləsi ilə Cavabdeh Bakı X11 Departamentinin Suraxanı rayonu üzrə Texniki İstismar Xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsinə işə qəbul edilmişdir;

3. İddiaçı barəsində xx.xx.1999-cu il tarixdə qiymətləndirmə aparılmış, ikinci dərəcə əlil olması müəyyən edilmiş, əmək qabiliyyətsiz olduğu qeyd edilmişdir. Cavabdeh bu hala istinad edərək xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-908/2023 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən onun əmək müqaviləsinə xitam vermişdir.

4. İddiaçı əmrin qanunsuz olduğunu iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmiş, işə bax ılmanın apellyasiya mərhələsində, yəni xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 21 avqust 2024-cü il tarixli iclasında iddiaçının arvadı X4 və iddiaçının qızı X6 iddiaçının prosessual hüquq varisləri kimi işə cəlb olunmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin 18 sentyabr 2023-cü il tarixli 14-2-2/3-1K-908/2023 saylı əmrinin ləğv edilməsi, öz vəzifəsinə bərpa olunması və işə bərpa olunan günədək məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının və bayramda verilən pul mükafatının tam şəkildə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddaçı İddiaçı 1998-ci ildən Azəriqazın Suraxanı rayon Xidmətində müxtəlif pe şələrdə işləmişdir. Əmək Müqaviləsinə qeyri-qanuni xitam verilənədək (xx.xx.2023) həmin xidmətdə 4-cü dərəcəli operator peşəsində çalışmışdır. 1992-ci ildən sərnişin daşıma nəqliyyat vasitəsində keçirilən qəza nəticəsində aldığı xəsarətə görə iddiaçıya 2-ci qrup əlillik təyin olunub, 1999-cu ildən ömürlük əlil kimi tanınmışdır. xx.xx.2022-ci ildə iddiaçı Tibb Universitetinin Onkoloji Klinikasinda ağır əməliyyat keçirtmişdir. Oradan çıxdıqdan bir neçə müddət sonra Respublika Milli Onkologiya Mərkəzinə göndərilmişdir. Onkoloji Mərkəzdə 26 ŞÜA almışdır. Bu müddət ərzində iddiaçıya müvəqqəti əmək qabiliyyətini itirən kimi xx.xx.2023-cü ildən xx.xx.2023cü ilədək xəstəlik vərəqəsi verilib. İddiaçı həmin vərəqələri idarəyə təqdim etmiş, onlar vərəqəni Sosial Müdafiə Fonduna göndərmiş, ordan iddia çıya xəstəliyinə görə Sosial Yardım verilmişdir. 01.05. 2023-cü ildən iddiaçı ilə bağladıqları müqaviləyə xitam verdikləri saxta əmrədək iddiaçı müntəzəm olaraq əmək fəaliyyətini davam etdirmişdir. Bununla bağlı iş qrafiki tutulub, maaş cədvəli yazılıb və Beynəlxalq Bankdan iddiaçı hər ay maaş almışdır. Sosial şəbəkədə Azəriqazın rəhbərliyini tənqid etdiyinə görə onun qəzəbinə tuş gəlmişdir. Birliyin rəhbəri tənqiddən nəticə çıxartmaq əvəzinə 18 sentyabr 2023-cü il tarixdə 14-2-2/3-1K-908/2023 nömrəli əmr imzalayaraq Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ç bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasini yerinə yetirə bilməməsi göstərilmişdir. Bu həqiqətə uyğun deyil. Belə ki, əmək qabiliyyətinin fasiləsi z olaraq altı aydan çox müddətə tam itirilməsi dedikdə, iddiaçının 6 ay ərzində xəstəliyi ilə bağlı stansionar və ya ambulator müalicə aldığı və bununla bağlı iş yerinə xəstəlik vərəqələri verməsi nəzərdə tutulur. Halbuki iddiaçı son altı ayda bir dəfə də olsun xəstə olmamış, heç bir xəstəlik kağızını iş yerinə təqdim etməmiş, son altı ay ərzində daim işlədiyi ilə bağlı tərtib edilən iş qrafiki üzə maaş cədvəli mövcuddur və belə bir əsasla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi cavabdehin iddiaçıya qarşı qərəzli münasibətindən əmələ gəlir. İddiaçı növbəli işdə çalışır, 1-ci növbə səhər saat 8-00-da növbəni təhvil alıb axşam 20:00-da təhvil verir. Ertəsi gün axşam 20:00-da təhvil alıb səhər 8-00-da təhvil verir və 2 gün istirahət edir. Növbə yoldaşlarından biri məzuniyyət də olduqda isə artıq istirahət 2 gün deyil, 1 gün olur. Sentyabrda növbə yoldaşından biri məzuniyyətdə olduğu üçün iddiaçı 17 sentyabrda gecə növbəsində olmuşdur. Axşam belində ağrı olduğu üçün iddiaçı özünü narahat hiss etmiş, ona görə də 18 sentyabda növbəni təhvil verib yaşadığı ərazi üzrə poliklinikaya gedib həkimə müraciət etmişdir. Həkim iddiaçıya müvəqqəti işdən ayrılmağına görə xəstəlik vərəqi açıb və X10 vasitəsi ilə MRT-yə göndərib. Axşam iddiaçıya deyilib ki, “səhər Azəriqazda olarsan”. İddiaçı ora getmiş və onu işdən azad olması ilə bağlı əmrlə tanış etmişlər. Əmək kitabçasını, əmrin surətini verib yola salmışlar. İddiaçı xəstəliyi ilə bağlı əlində sənədi olduğunu deyə bilməmişdir.

7. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaç ı xx.xx.2023-cü il tarixdə işdən çıxarılmışdır və işdən çıxarılmasının əsas səbəbi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Kommisiyasının (TSEK) rəyinin “əmək zəmanəti” hissəsində qeyd olunmuş “əmək qabiliyyətsizdir” olması olmuşdur. Məhkəmədə ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilən ekspert rəyində “İddiaçı yüngül işlərdə işləmək iqtidarındadır, o cümlədən də Cavabdehndə “qaz paylayıcı stasiyanın operatoru” vəzifəsində (peşəsində) işləyə bilər” qeyd olunmuşdur. Şəxs barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TibbiSosial Ekspert Kommisiyasının (TSEK) və Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilən ekspert rəyi arasında uyğunsuzluq vardır, rəy lər bir-biri ilə ziddiyət təşkil edir. Buna görə, təkrar ekspertizanın keçirilməsini xahiş edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, işdən çıxarılan zaman onun əlində xəstəlik vərəqəsi olmuşdur. Daha sonra məhkəmə iclasında bülletendə olması ilə bağlı məlumatlı olmadığını bildirmişdir. Bu anlaşılmazlıqlığın aradan qaldırılması üçün şəhər poliklinikasının həkiminin iclasa dəvət edilməsini xahiş etmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanan zaman əmək qabiliyyətsiz olması ilə bağlı məlumatları olmamışdır. Elektron portalda yenilənmə olduqdan sonra onlar iddiaçının əmək qabiliyyətsiz olduğunu bilmişlər. Bununla yanaşı, TSEK tərəfindən İddiaçı həmçinin əmək qabiliyyətsiz olduğu müəyyən edilmiş və bu barədə müayinə məlumatlarının “Əmək zəmanəti" hissəsində müvafiq qeydlər aparılmışdır. TSEK tərəfindən İddiaçı əmək qabiliyyətsiz olduğu müəyyən edildikdən sonra 2023-cü ilin əvvəlindən işəgötürən tərəfindən ona peşə yararlığının yoxlanılması məqsədilə yenidən tibbi müayinədən keçməsi təklif edilmiş və TSEK rəyinin “əmək zəmanəti” hissəsində qeyd olunmuş “əmək qabiliyyətsizdir” məlumat qeydinin ən azından “oturaq və yüngül işlərlə işləyə bilər” kimi məlumat qeydi ilə əvəz edilməklə www.e-qov.az internet portalına əlavə edilməsinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı peşə yararlığının yoxlanılması məqsədilə yenidən tibbi müayinədən keçməkdən imtina etmiş və buna görə də, iddiaçı ilə müqaviləsinə xitam vermək məcburiyyətində qalmışlar. Məhkəməyə gələ bilməyən sabah işə də gələ bilməyəcək. Əmək qabiliyyətsiz olmasını fizioloji olaraq da müəyyən etmək olar. İddiaçı iddia ərizəs ində qeyd etmişdir ki, “sosial şəbəkədə Azəriqazın rəhbərliyini tənqid etmişəm deyə onun qəzəbinə tuş gəlmişəm. Birliyin rəhbərliyi tənqiddən nəticə çıxartmaq əvəzinə özümsüzlük edib xx.xx.2023-cü il tarixdə onun işdən azad edilməsi barədə əmr imzalamışdır”. İddiaçı bu hissədə dedikləri həqiqətləri əks etdirmir. Belə ki, o, işdən azad edilən günə kimi özünə məxsus facebook sosial şəbəkəsində, Azəriqaz İB-nin və onun rəhbərliyinin ünvanına xoş sözlər və təriflər demişdir. İddiaçı məhz işdən azad edildiyi tarixdən sonra (xx.xx.2023-cü ildən), barəsində verilmiş əmrlə razılaşmadığı üçün əks mövqe tutaraq Azəriqaz İB-nın və onun rəhbərliyinin fəaliyyətini facebook səhifəsində tənqid etmişdir. İddiaçıya məxsus facebook səhifəsində paylaşılmış görüntülərdən müəyyən olunmuşdur ki, iddiaçı tərəf i şdən azad edildiyi tarixə kimi Azəriqaz İB-nın və onun rəhbərliyinin fəaliyyətini tənqid etməmiş və iddia etdiyi bu kimi əsaslarla işdən azad edilməmişdir. İddiaçının səhhəti peşə vəzifəsini yerinə yetirmək üçün işə yararlı deyildir. Cavabdehin nümyəndəsi bu halları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(011)-681/2024 saylı qətnaməsi ilə (hakim Hacıyeva Sahibə) iddia təmin edilərək, Cavabdeh İB-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə müvafiq olaraq xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K908/2023 nömrəli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh İB-nin Bakı X11 Departamentinin Suraxanı rayonu üzrə Texniki istismar xid mətində qaz paylayıcı stansiyasının operator vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla İddiaçı Cavabdeh İB tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı və bayramlarda verilən pul mükafatları ödənilməsi qət edilmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4 aprel 2024-cü il tarixli, 2(011)-681/2024 saylı əlavə qətnaməsi ilə iddia qismən təmin edilərək, mediasiya prosesində iştirak üçün iddiaçı tərəfindən 50 manat və 10 manat kargüzarlıq xərci Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı barəsində xx.xx.1999-cu il tarixdə qiymətləndirmə aparılmış, ikinci dərəcə əlil olması müəyyən edilmiş, əmək qabiliyyətsiz olduğu qeyd edilmiş, xx.xx.2 015-ci il tarixli 977 nömrəli əmək müqaviləsi ilə İddiaçı Cavabdeh İB-nin Bakı X11 Departamentinin Suraxanı rayonu üzrə Texniki istismar xidmətində qaz paylayıcı stansiyasının operator vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilən T 79/2024 saylı ekspert rəyindən görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən ona “Sağ bud sümüyünün aşağı l\3-nin q\d bitişmiş sınığı, sağ diz oynağının kontrak-turası, sağ bud çanaq oynağının hərəkət məhdudluğu, NSD. sağ aşağı ətrafın limfostazı” diaqnozu ilə xx.xx.1999-cu il tarixdə ikinci dərəcəli müddətsiz əlillik, yüngül işlərdə işləyə bilməsi əmə k zəmanəti təyin edilmişdir, İddiaçı yüngül işlərdə işləmək iqtidarındadır, o cümlədən də Cavabdehndə “qaz paylayıcı stasiyanın operatoru” vəzifəsində (peşəsində) işləyə bilər. Tarixlərə nəzər yetirilən zaman müəyyən olunur ki, iddiaçı onunla əmək müqaviləsi bağlanmamışdan qabaq ikinci dərəcəli əlillik dərəcəsi almış, işəgötürən isə bundan məlumatlı olmuşdur.

11. Əmək Məcəlləsinin göstərişlərindən müəyyən olunur ki, işçinin əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.

12. Bundan başqa işdən çıxarılmanın əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edilmişdir. Halbuki madd ənin məzmunundan görünür ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər. Lakin işin halları araşdırılarkən, elə cavabdehin nümayəndəsinin izahatından müəyyən edilir ki, o, müəssisədə xx.xx.2023-cü il tarixə kimi çalışmış, iddiaçının əmək qabiliyyətinin altı aydan çox müddətinə tam itirməsi halı müəyyən edilməmiş, iddiaçını işdən çıxarıldığı günə kimi əmək fəaliyyəti ilə məşğul olmuş və gördüyü işə aylıq əmək haqqı almışdır.

13. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cav abdeh İB-nin xx.xx.2023-cü il tarixli, 14-2- 2/3-1K-908/2023 nömrəli əmri ləğv edilməli, iddiaçı “Azəriqaz" İB-nin İdarəetmə aparatının Yeni qazlaşma və inkişaf şöbəsinin mühəndis vəzifəsinə işə bərpa edilməli və iddiaçıya məcburi iş buraxma dövrü üçün xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı və bayramlarda verilən pul mükafatları hesablanaraq ödənilməlidir.

14. Məhkəmə öz mövqeyini “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16 (2-ci hissə), 74 (1-ci hissənin “c” bəndi), 83, 300 (1-ci hissə), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh İB apellyasiya şikayəti verərək, qətnam ənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəməyə təqdim edilmiş “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02135 nömrəli arayış Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən formal əsaslarla tərtib edilərək iddiaçı tərəfə təqdim edilmişdir. İddiaçı özünə məxsus facebook sosial şəbəkəsində xx.xx.2023-cü il tarixdə yazıb paylaşaraq sosial çevrəsinə bəyan etmişdir ki, 60 manatını Mediasiyanın dəhlizində başına bir kruq fırlayıb onlara vermiş və onlar da onu 15 gün müddətinə gizlətmişdirlər. İddiaçı tərəf mediasiya təşkilatı tərəfindən gizlədildiyindən ilkin mediasiya sessiyasından işəgötürənin xəbəri olmamışdır. Xətai Rayon Məhkəməsi yekun məhkəmə akt ında izahatında göstərdiyi bu arqumentinə hüquqi qiymət verməmişdir. “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02135 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı tərəf mediasiyaya yalnız “əmrin ləğv edilməsi və işə bərpa” xahişi ilə müraciət etmişdir. Yəni iddiaçı, “əmək haqqı və bayramlarda verilən pul mükafatının ödənilməsi” tələbinin müraciəti ilə bağlı mediasiyaya müraciət etməmiş və bu səbəbdən hazırda məhkəmə qaydasında həmin tələbləri mübahisələndirməyi, cavabdeh Azəriqaz İB-dən əmək haqqı və pul mükafatı tələb etməyi qanunamüvafiq deyildir. Xətai Rayon Məhkəməsi yekun məhkəmə aktında izahatında göstərdiyi bu arqumentinə də hüquqi qiymət verməmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 1992-ci ildən ona 2-ci qrup əlilli k təyin edilmiş, 1999-cu ildən isə ömürlük əlil kimi tanınmışdır. İddiaçı iddia ərizəsində həmçinin göstərmişdir ki, o, Onkoloji Mərkəzdə 26 şüa almışdır. İddiaçı facebook profilində isə 26 şüa aldığı üçün yaddaşında problemlərin olduğunu, tanımadığı adamları xidməti vəsiqələrini təqdim etmədiyi halda xidmət göstərdiyi strateji əhəmiyyətli əraziyə (X1) buraxdığını göstərmiş və bu kimi səhvi etdiyinə dair facebook istifadəçiləri tərəfindən bildirilən iradları da qəbul etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 2-ci hissəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İddiaçı əlil olması əsası ilə əlaqədar işdən azad edilmiş olduğunu göstərməyə çalışsa da, o, əlil olması əsası ilə işdən azad edilməmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK-in) 2023cü il dövrü üçün İddiaçı əmək zəmanətlərinin dəqiqləşdirilməsi və əlillik vəziyyətlərinin qiymətləndirilməsi barədə sonuncu müayinəyə dair məlumatları elektron hökümət portalına yerləşdirilmiş və həmin məlumatlardan işəgötürənə müəyyən olunmuşdur ki, İddiaçı müddətsiz ikinci dərəcəli əlil olmaqla yanaşı, eyni zamanda əmək qabiliyyətsizdir. Bu barədə TSEK-in müayinə məlumatlarının əmək zəmanəti hissəsində də müvafiq qeydlər aparılmışdır. Bir sözlə, iddiaçı tərəf əmək qabiliyyətli olmadığı üçün işdən azad edilmişdir. ƏƏSMN-nin TSEK-in sonuncu müayinəyə dair məlumatlarından müəyyən olunmuşdur ki, Azəriqaz İB-də işləyən bəzi işçilər, o cüm lədən İddiaçı əmək qabiliyyətsizdir. Yəni ki həmin işçilərin əməyə olan qabiliyyətləri yoxdur. Bu kimi faktlar Azəriqaz İB-nin İnsan Resursları Departamentinə məlum olduqdan sonra, Azəriqaz İB-də işləyən və TSEK-in sonuncu müayinəyə dair məlumatlarından əmək qabiliyyətsiz olmaları müəyyən olunmuş işçilərin hamısına, o cümlədən də İddiaçı İnsan Resursları Departamentinin məsul əməkdaşları tərəfindən Azəriqaz İB-nin əsas inzibati binasında ümumi olaraq məlumat verilmişdir ki, “əmək zəmanətlərinin dəqiqləşdirilməsi” və “əlillik vəziyyətlərinin yenidən qiymətləndirilməsi” məqsədi ilə qısa müddətdə təkrarən ƏƏSMNnin tabeliyində olan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsinlər. Nəticə olaraq Xətai Rayon Məhkəməsinə təqdim etdiyi sənədlərdə adı keçən bəzi işçilərin əmək zəmanətləri tam dəqiqləşdirilmiş və onların “oturaq şəraitdə” və “yüngül işlərdə” işləyə bilməsi kimi müayinə nəticələrinə düzəlişlər edilmişdir. Bəzi işçilərin isə əlillik vəziyyətləri yenidən qiymətləndirilmiş və onların “tam reabilitasiya olunması barədə qərar” qəbul edilmişdir (həmin işçilərə dair TSEK müayinə məlumatları Xətai Rayon Məhkəməsinə təqdim olunmuşdur). Digər işçilərlə müqayisədə İddiaçı əmək zəmanətinin dəqiqləşdirilməsi və əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədi ilə Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yenidən tibbi müayinədən keçməkdən imtina etmiş, son 6 aydan çox müddətə əmək qabiliyyəti olmadan fasiləsiz olaraq Azəriqaz İB-də işləmişdir. Bu səbəbdən İddiaçı əmək müqaviləsinə 6 ay sonra Azəriqaz İB-nin xx.xx.2023cü il tarixli 14- 2-2 /3-1K-908/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əlilliyi olan şəxs əmək qabiliyyətsiz hesab edilərkən onun səhhəti peşə vəzifələrini də yerinə yetirməyə mane olur, başqa şəxslərin və işçilərin də səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törədir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əmək qabiliyyətinə zəmanət verilmədiyi halda onun əmək qabiliyyəti olmadan iş yerində təhlükəsiz işləməsi qanuni hesab oluna bilməz. Əmək qabiliyyətsiz olduğu halda işə davam edəcək İddiaçı iş yerində istehsalat zədəsi alması, iş yoldaşlarının və digər şəxslərin səhhətinə xəsarət yetirməsi və s. kimi arzuolunmaz hallar işəgötürənin məsuliyyətə cəlb edilməsinə zəmin yaradacaq hallardır. Xətai Rayon Məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilərkən bu və sair kimi yuxarıda qeyd olunmuş arzuolunmaz hallar nəzərə alınmamış, əmək qabiliyyətsiz bir işçini işə bərpa etməklə işəgötürən hüquqi şəxsi məsuliyyət qarşısında qoymuş və Xətai Rayon Məhkəməsinin özü də bu məsuliyyətə birbaşa ortaq olmuşdur. İddiaçı tərəf iddia tələbini sübut etmək üçün xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hakimi Sahibə Hacıyeva isə heç bir zaman iddiaçı tərəfin özünü və üzünü görmədən ilk baxış iclasında işə bərpa tələbi üzrə iddianı qanunsuz olaraq təmin etmişdir. Məhkəməyə qədər olan hissədə ƏƏSMN-nin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı barəsində verilmiş rəydə iddiaçının əmək qabiliyy ətsiz olduğu qeyd edilmişdir. Lakin məhkəmə mübahisəsi ərəfəsində məhkəmə tərəfindən təyin edilmiş xx.xx.2023-cü il tarixli qərardada əsasən Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli T79/2024 nömrəli məhkəmə-tibb ekspertizasının rəyində göstərilmişdir ki, İddiaçı yüngül işlərdə işləmək iqtidarındadır. İddiaçı barəsində ƏƏSMN-nin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş rəy ilə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi tərəfindən verilmiş rəy arasında uyğunsuzluq və ziddiyyətlər olduğu üçün təkrar ekspertizanın keçirilməsi barədə tərəfindən vəsatət verilmişdir. Həmin vəsatət məhkəmə tərəfindən təmin edilməmiş, bu barədə qəbul edilmiş qərardad hüquqi qayda da əsaslandırılmamış və Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli T79/2024nömrəli məhkəmə-tibb ekspertizasının rəyi məhkəmə tərəfindən əsas götürülərək iddia tələbi qanunsuz olaraq təmin edilmişdir. Məhkəmənin hakimi Samirə Eyvazovanın sədrliyi ilə keçirilən xx.xx.2023cü il tarixli məhkəmə iclasında, İddiaçı ******* nömrəli xx.xx.2023-cü il tarixli əmək qabiliyyətinin olmaması barədə vərəqənin 24 nömrəli Şəhər Poliklinikasının həkimi tərəfindən iddiaçının xəbəri olmadan açıldığını bildirmişdir. İddiaçı tərəfin izahatında göstərilən xüsusatların araşdırılması zərurəti ilə əlaqədar, iddiaçı barədə əmək qabiliyyətinin olmaması barədə vərəqəni açmış 24 nömrəli Şəhər Poliklinikasının Qədirova soyadlı həkiminin növbəti m əhkəmə iclasına şahid qismində dəvət edilməsini məhkəmədən xahiş etsə də, məhkəmənin hakimi tərəfindən vəsatət yerində rədd edilmişdir. Nəticə olaraq məhkəmə sübutlara hərtərəfli baxmamış, bu səbəbdən də həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və iddiaçının izahatını şahid ifadəsi ilə yanaşı yoxlamamışdır.

17. İddiaçı işə baxılmanın apellyasiya mərhələsində, yəni xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3550/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(011)-681/2024 saylı qətnaməsi iddiaçının işə bərpa olunması hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

18. Məhkəmə kollegiyasının 21 avqust 2024-cü il tarixli iclasında iddiaçının arvadı X4 və iddiaçının qızı X6 iddiaçının prosessual hüquq varisləri kimi işə cəlb olunmuşlar.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3550/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(011)-681/2024 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan - məcburi işburaxmaya görə əmək haqqı və bayramlarda verilən pul mükafatları ilə bağlı iddianın təmin edilən hissəsində və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4 aprel 2024-cü il tarixli, 2(011)-681/2024 saylı əlavə qətnaməsinin ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qeyd olunan hissələrdə qismən təmin edilməsi, İddiaçı işdən azad olunduğu xx.xx.2023-cü il tarixdən vəfat etdiyi xx.xx.2024-cü il tarixədək məcburi işburaxmaya görə əmək haqqının Cavabdeh İB-dən alınaraq, X4 və X5 ödənilməsi, qətnamənin apellyasiya baxışının predmetində qalan - xx.xx.2023-cü il tarixli, 14-2-2/31K908/2023 nömrəli əmrin ləğv edilməsi ilə bağlı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Məhkəmə kollegiya hesab etmişdir ki, Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K908/2023 nömrəli əmrin qanunsuz olması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanunvericiliyin müddəalarına və işin müəyyən edilmiş faktiki hallarına mü faviq olaraq əsaslı olmuşdur.

21. Məhkəmə kollegiyası iddiaçının peşə yararlığının yoxlanılması məqsədilə yenidən tibbi müayinədən keçməkdən imtina etməsi, buna görə də onunla bağlanmış müqaviləyə xitam verilməsinə dair cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, bununla bağlı apellyator məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, iddiaçı ona heç bir irad bildirilmədiyi və öz əmək funksiyasını yerinə yetirdiyi halda, xx.xx.2023-cü ildə işdən azad olunandan sonra, əlillik zəmanətinin müəyyən edilməsi üçün müstəqil şəkildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş, müraciətin nəticəsi olaraq iddiaçı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-N-27642/2023 saylı məktubl a müayinəyə dəvət edilmişdir (İ cild, i/v 61-62).

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya mərhələsində əldə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin 20 iyun 2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.1999-cu il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə (Əmək zəmanəti: Əmək qabiliyyətsizdir) müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaş əmək zəmanətinin yenidən qiymətləndirilməsi məqsədilə etdiyi müraciət əsasında xx.xx.2023-cü il tarixdə agentlikdə əyani müayinə olunmuşdur. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xx.xx.1999-cu il tarixli ümumi xəstə lik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılaraq əmək zəmanəti “yüngül işlərdə işləyə bilər” şəklində təyin edilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinədən keçərkən əlilliyi olsa da, əmək zəmanəti “yüngül işlərdə işləyə bilər” şəklində təyin edilmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

24. Buna görə də, məhkəmə kollegiyası apellyatorun yenidən ekspertiza keçirilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, işdə olan rəyi şübhə altına ala bilən mötəbər sübut təqdim olunmamışdır. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xitam verilməsinə əsas olan hal, yəni əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar o nun əmək funksiyasını yerinə yetirə bilməməsi halı öz təsdiqini tapmamış, əksinə iddiaçı xx.xx.2023-cü il işdən azad olunduğu tarixədək işdə olmuş, əmək funksiyasını yerinə yetirə bilməməsi halı heç bir sübutla təsdiq olunmamışdır.

25. Məhkəmə kollegiya hesab etmişdir ki, məlum əmr verilərkən işçi öz əmək funksiyasını tam olaraq yerinə yetirmiş, onun əmək funksiyasını yerinə yetirməməsi halı müəyyən olunmamış, bununla da işəgötürən işçinin zəif tərəf olması halında, özünün üstün mənafeyindən istifadə etmişdir.

26. Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə kollegiyası hesab etmişdir ki, məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Lakin iddiaçı xx. xx.2024-cü il tarixdə vəfat etmiş və birinci növbə vərəsə olaraq X4 və X2 iddiaçının prosessual hüquq varisləri kimi işə cəlb olunmuşlar.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının prosessual hüquq varisləri kimi işə cəlb edilmiş X4 və X6 iddiaçının müvafiq olaraq arvadı və qızı olmaqla iddiaçının əmlak hüquqlarına münasibətdə tələb etmək hüquqları vardır. Buna görə də, qətnamə məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı işdən azad olunduğu xx.xx.2023-cü il tarixdən vəfat etdiyi xx.xx.2024-cü il tarixədək məcburi işburaxmaya görə əmək haqqı cavabdehdən alınaraq, X4 və X5 ödənilməlidir. Həmçinin mediasiya prosesində iştirak üçün iddiaçı tərəfindən 50 manat və 10 manat kargüzarlıq xərcinin Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4 aprel 2024-cü il tarixli, 2(011)-681/2024 saylı əlavə qətnaməsi ləğv olunmalıdır.

28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16, 74, 83, 300-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsini 1133.1, 1151.1-ci, İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (vəkil Nümayəndə Mehtixan oğlu) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki iş üzrə icraata iddianın təmin edilən hissəsində xitam verilməsini xahiş etmişdir.

30. Kassasiya şikay əti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının gedişatında iddiaçı tərəf əmək haqqı tələb etmədiyini və iddia tələbinin təmin edilməməsini apellyasiya məhkəmə kollegiyasına bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə verilmiş izahatda şəxsən deyilmiş həmin qeydi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında sədrlik edən hakimin diqqətinə çatdırmış, sədrlik edən hakim isə ona “ölünün arxasınca danışmamağını” bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə elektron məhkəmə qaydasında iş üzrə apellyasiya məhkəmə kollegiyasına ərizə ünvanlamış və iddiaçı tərəfindən deyilmiş həmin qeydin xx.xx.2024-cü il tarixli məhkəmə iclas protokolunda qeyd edilməsini məhkəmədən xahiş etmiş, ərizəyə baxılmamış və hüquqi münasibət bild irməmişdir. Bundan əlavə, apellyasiya məhkəmə kollegiyası mülki işə MPM-in 368.3-cü maddəsinin tələblərini pozaraq 4 ay 3 gün müddətində baxmışdır.

31. Apellyasiya Məhkəməsinin ilk iclasından sonra iddiaçı tərəfin öldüyü müəyyənləşdikdə, iddiaçı tərəfin həyat yoldaşı, daha sonra qızı məhkəmə iclaslarına dəvət olunmuş, gəlmədiklərində isə məhkəmə iclasları lüzumsuz yerə təxirə salınmağa başlanmışdır. Apellyasiya məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfin hüquqi varislərinin xeyrinə yekun məhkəmə aktının qəbul edilməsinə təşəbbüs göstərilməsi halını müəyyən etdiyi və işə obyektiv baxılmadığının fərqinə sonradan vardığı üçün xx.xx.2024cü il tarixdə məhkəmə tərkibinə yazılı qaydada etiraz etmiş, lakin apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən etiraz həll edilməmişdir. Həmçin in iddiaçının öldüyü müəyyənləşdikdə, sədrlik edən hakim iş üzrə icraatı dayandırmadan, ölən iddiaçı tərəfin hüquqi varislərini qanuni qaydada müəyyən etmədən qeyri-rəsmi qaydada iddiaçı tərəfin hüquqi varislərini müəyyən etməklə baxılan işə aidiyyəti olmayan şəxsləri cəlb etmiş, iş üzrə obyektivliyi pozmuş və təmsil etdiyi cavabdeh təşkilatın nümayəndəsi olaraq onda məhkəməyə inamı azaltmışdır.

32. Qətnamənin nəticə hissəsi barədə məlumat xx.xx.2024-cü il tarixdə elektron kabinetə “iş üzrə icraata xitam verdildi, prosessual hüquq varisliyinə yol verilmədikdə” qeydi ilə aparılmış, lakin bir gün sonra xx.xx.2024-cü il tarixdə isə məhkəmənin nəticə hissəsi dəyişdirilməklə elektron kabinetə əlavə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etira z daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

34. Maddə 16, hissə

1. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.

35. Maddə 16, hissə

2. Qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən e dilməsi ayrı-seçkilik hesab edilmir.

36. Maddə 74 (İ hissəsinin c bəndi). Qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.

37. Maddə

83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgöt ürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

38. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məb ləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 1133 (İ hissə). Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

40. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, vəfat etmiş İddiaçı işdən azad edilməsi əmək qanunvericiliyinə uyğun olmamışdır. Ona görə də İddiaçı işdən azad olunduğu xx.xx.2023cü il tarixdən vəfat etdiyi xx.xx.2024-cü il tarixədək məcburi işburaxmaya görə əmək haqqı Cavabdehndən alınaraq İddiaçı prosessual hüquqi varisləri olan X4 və X5 verilməlidir.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməs i tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üç ün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3550/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar