Məhkəmə qərarları › İş №2(102)-901/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-901/2019

12.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-901/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 fevral 2019-cu il İŞ № 2(102)-901/ 2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli, 2(103)-9763/2018 saylı qərardadından Cavabdeh2 və vəkili Xnun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(003)1524/2018 saylı qərardadı ilə (sədrlik edən, hakim R.M.Həsənov) iddiaçı “İddiaçı2 BOKT” ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması” iddiasına dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Binəqədi rayon məhkəməsinə göndərilməsinə dair ərizəsi təmin edilməmişdir. Eyni zamanda Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(003)-1524/2018 saylı qərardadı ilə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətdiyinə görə iş vaxtının itirilməsinə üçün cavabdehdən dövlətin xeyrinə 300 manat pulun tutulması qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət verimşdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tar ixli, 2(103)-9763/2018 saylı qərardadı ilə (hakimlər S.F.Hacıyev sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və F.Ş.Talışinski) cavabdehin iş üzrə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 12 iyun 2018-ci il tarixli qərardadından verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək, şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılmışdır. Cavabdeh və vəkili İlkin Məmmədov qərardaddan kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “kredit müqaviləsi üzrə borcun tutuması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması” barədə iddia qaldırmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi şikayət üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən, prosessual normaların tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı “İddiaçı2 BOKT” ASC, Cavabdeh2 və vəkili X məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayət üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən, apellyasiyanın mümkünlüyü üçün prosessual əsasların, eləcə də cavabdehin hazırda mübahisələndirilən qərardaddan şikayət vermək hüququnun olmamasına, onun yalnız cərimənin götürülməsi və ya miqdarının azaldılmasından imtina barədə qərardaddan şikayət vermək hüququnun olmasına istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 126.1, 127.1, 127.3-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 126.1, 127.1, 127.3-cü maddələrinin tələblərinə istinad edib, işə düzgün və tezliklə bax ılmasına və həll edilməsinə ardıcıl surətdə maneçilik törətdiyi üçün birinci instansiya məhkəməsinin qərardadı ilə cavabdehdən dövlətin xeyrinə tutulan 300 manat məbləğin iş vaxtını itirməyə görə məsrəf deyil, məhkəmə cəriməsi olmasını, cərimə qoyulması barədə qərardaddan şikayət verilməsinin isə prosessual qanunvercilikdə nəzərdə tutulmamasını və cavabdehin yalnız cərimənin götürülməsi və ya miqdarının azaldılmasından imtina barədə qərardaddan şikayət vermək hüququnun olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Azərbaycan Respublikası MPM-in 127.1-ci maddəsinə əsasən, üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını xahiş edə bilər. Həmin Məcəlləni n 127.3-cü maddəsinə görə, cəriməni götürməkdən və ya onun miqdarını azaltmaqdan imtina edilməsi barədə qərardaddan apellyasiya qaydasında şikayət verilə bilər. Həmin Məcəllənin 395-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Həmin maddədə daha sonra qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin digər qərardadlanndan şikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə cəriməsi ilə məhkəmə xərclərini səhv salmışdır. Belə ki, birinci instansiya məhkəməsinin qərardadı ilə cavabdehdən tutulması qərara alınmış 300 manat məbləğində pul sadalanan prosessual normaların mənasına görə əslində məhkəmə cəriməsi deyil, məhkəmə xərcidir. Çünki, birinci instansiya məhkəməsi həmin məbləğin tutulmasını qərara alarkən Azərbaycan Respublikası MPM-in 120-ci maddəsinin tələblərinə istinad etmiş, qərardadın əsaslandıncı və nəticə hissəsində “məhkəmə cərimə”si ifadəsini ümumiyyətlə işlətməmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadda “iş vaxtını itirməyə görə” cavabdehdən tutulmuş “məhkəmə xərclərini” “məhkəmə cəriməsi” hesab etməsi ilə razılaşmaq olmaz. Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsi Məcəllənin “məhkəmə xərcləri” adlı 8- ci fəslində yerləşir. Fəslin adı onu göstərir ki, bu fəsildə yerləşən maddələrdə cərimədən bəhs olunmur. Həmin Məcəllənin 120-ci maddəsinin özünün adından da görünür ki, həmin maddədə cərimə müəyyən olunmamışdır. Belə ki, həmin maddədə “iş vaxtının itirilməsinə görə məbləğin tutulmasın”dan bəhs olunur, yəni tutulan məbləğ əslində itirilmiş iş vaxtının əvəzidir. Eyni zamanda həmin Məcəllənin 120-ci maddəsinin mətnində ümumiyyətlə “məhkəmə cəriməsi” ifadəsi işlədilməmişdir. Qanunvericiliyin tələbinə görə, cərimə- öz təbiəti etibarı ilə qanunda və ya müqavilədə müəyyən edilmiş hallarda və qaydada tətbiq edilən pul tənbehidir və maddi təsir tədbiridir. Belə ki, mülki prosessual qanunvercilikdə sanksiya kimi cərimə bir sıra maddələrdə konkret miqdarı göstərilməklə müəyyən edilmişdir (məsələn: A zərbaycan Respublikası MPM-nin 21.5, 78.4, 140, 158.5, 177.3, 186.2 və sair maddələri). Bundan başqa Azərbaycan Respublikası MPM-nin 126.1-ci maddəsinə görə, məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda məhkəmə tərəfindən müəyyən olunur. Odur ki, mülki prosessual qanunvercilikdə nəzərə tutulmayan hallara görə və mülki prosessual qanunvercilikdə nəzərdə tutulmayan miqdarda cərimə tətbiq edilə bilməz. Eləcə də iş vaxtının itirilməsinə görə Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsində cərimə müəyyən olunmadığından, eləcə də cərimənin məbləği göstərilmədiyindən, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəli məsələyə həmin Məcəllənin 126.1, 127.1, 127.3-cü maddələrinin tələblərini tətbiq etməkdə haqlı olmamışdır. Çünki, həmin Məcəllənin 120-ci maddəsində tutulacaq pulun miqdarının göstərilməməsi də ona dəlalət edir ki, bu pul cərimə deyil, məhkəmə xərcidir. Daha sonra işdən görünür ki, birinci instansiya məhkəməsinin qərardadı ilə cavabdehdən 300 manat pul “məhkəmə cəriməsi” kimi deyil, işə baxılması ilə əlaqədar olan “məhkəmə məsrəfi” kimi tutulmuşdur. Həmin məbləğ iş vaxtını itirməyə görə dövlətin xeyrinə tutulmuş maddi təsir tədbiridir. Hazırkı işdə, iş vaxtını itirməyə görə cavabdehdən məbləğ, iddiaçı təşkilatın iddia tələbinə qarşı onun əsassız mübahisə etməsi, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətməsi ilə bağlı tutulmuşdur. Mülki iş materiallarından görünür ki, cavabdehin hərəkətlərində Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsində nəzərdə tutulan halların olması istisna olun mur. Həmin Məcəllənin 125-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət verilə bilər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini əsaslı sayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayət üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən, sadalanan prosessual normaların tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 və vəkili Xnun kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli, 2(103)-9763/2018 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərarqəbul edildiyiandan qüvvəyəminir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar