Məhkəmə qərarları › İş №2(102)-901/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-901/2020

05.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-901/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-2540/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: İsmayıllı rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.S.Şirinov, iş № 2(037)-310/2019) İddiaçı Cavabdeh1 qarşı binadan və torpaq sahəsindən çıxarılma tələbi nə dair iddiası təmin edilərək cavabdehlər Cavabdeh1 və qeyrilərinin (cəmi 8 nəfər) N kəndində yerləşən “xxxx” MMC-yə məxsus qeyri-yaşayış binasından və 1650,3 kv.metr torpaq sahəsindən çıxarılmaları, həmin qeyri-yaşayış sahəsi və torpaq sahəsinin boşaldılaraq MMC-yə təhvil verilməsi, həmin əmlaklara edilən müdaxilələrə qadağa qoyulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hazırda “xxxx” MMC-nin mülkiyyətində olan qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi əvvəllər Quşencə üzüm emalı zavodunun balan sında olmuş və 1998-ci ildə Ağdam rayonundan olan məcburi köçkün Cavabdeh1 həmin zavodda məskunlaşmış və həmin vaxtdan oradan yaşayış yeri kimi istifadə edir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət X4 və Özəlləşdirilməsi Departamenti tərəfindən həmin zavod Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx xxxxxx 2004-cü il tarixli şəhadətnaməyə əsasən X1 və xx xxxxxx 2004-cü il tarixdə zavodun bazasında “xxxx” MMC-nin yaradılması ilə əlaqədar zavodun mühasibat balansı üzrə bütün aktivləri və passivləri MMC-yə təhvil verilmiş və MMC üzüm emalı zavodunun hüquqi varisi hesab edilmişdir. 2019-cu ilin fevral ayında “xxxx” MMC-nin direktoru iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin 1998-ci ildən mübahisəli qeyri-yaşayış sahəsinə məcburi köçkün ki mi məskunlaşmaqla MMC tərəfindən böyük iqtisadi layihələrin reallaşdırılmasına mane olmasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən cavabdehlərin mülkiyyət hüququ əsasında MMC-yə məxsus olan qeyri- yaşayış binasından və torpaq sahəsindən çıxarılaraq həmin sahələrin boşaldılıb MMC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər kassasiya şikayəti verərək onların 1993-cü ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən məktəbin anbarında məskunlaşdırılmalarını, lakin oranın şəraitinin həddindən artıq pis olması ilə əlaqədar sovxoz sədrinin təklifi ilə üzüm emalı zavodunda məskunlaşdırılmalarını, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunmamaları səbəbindən orada yaşamaq məcburiyyətində qalmalarını, Azərbaycan Respublikası Prezidentinin x xxxx 2004-cü il tarixli sərəncamına əsasən belə vəziyyətdə onların yaşadıqları yerdən çıxarılmalı olmamamalarını, qətnamənin maddi və prosessual hüquq normalarının tələblərinin pozulmaqla çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında cavabdehlərin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdır dıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını əsaslı sayarkən mübahisəli qeyri – yaşayış və torpaq sahələrinin “xxxx” MMC-nin mülkiyyətində olmasını və cavabdehlərin orada yaşamalarının mülkiyyətçinin hüquqlarını pozmasını əsas göstərmiş və bu zaman maddi hüquq norması kimi Mülki Məcəllənin 152, 157-ci maddəllərinə istinad etmişdir. Kollegiya hesab edir ki, qətnamə səthi yoxlanılmış və birtərəfli qiymətləndi rilmiş sübutlar əsasında çıxarıldığından qanuni sayıla bilməz. İş materiallarından görünür ki, cavabdehlər Ağdam rayonundan olan məcburi köçkün kimi üzüm emalı zavoduna yerləşdirilmiş və həmin qeyri-yaşayış sahəsindən indiyə kimi istifadə edirlər. Bununla əlaqədar 2004-cü ilə qədər nə üzüm emalı zavodunun rəhbərliyi tərəfindən nə də MMC tərəfindən uzun illər ərzində onlara heç bir irad bildirilməmişdir. xxxx Zalov (MMC-nin direktorunun atası) həmin zavodu alarkən cavabdehlərin oradan yaşayış yeri kimi istifadə etmələrindən xəbərdar olmuş, lakin buna baxmayaraq həmin müəssisəni əldə etmişdir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına dair Dövlət Proqramının təsdiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin x xxxx 2004-cü il tarixli sərəncamına görə məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılmamalıdırlar. Mübahisəli qeyri-yaşayış sahəsi “xxxx” MMC-nin mülkiyyətində olsa da, yuxarıda göstərilən sərəncamın tələbləri baxımından cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsinə hansı səlahiyyətli orqan tərəfindən məskunlaşdırılmaları, bunun tələb olunan qaydalar çərçivəsində həyata keçirilməsi, cavabdehlərin yaşamağa başqa yerlərinin olub- olmaması, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün hansı tədbirlərin görülməsi kimi məsələlərin araşdırılması mübahisənin qanun i və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə tərəfindən həmin halların araşdırılması təmin edilməmiş, bu məqsədlə Qaçqınların və X3 üzrə Dövlət Komitəsi və rayon İcra Hakimiyyəti işə cəlb edilməmiş, onların iddia tələbinə münasibətləri müəyyən olunmamışdır. MMC-nin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olması və cavabdehlərin orada yaşamalarının onun mülkiyyət hüququnun məhdudlaşdırılması mübahisə doğurmasa da, həmin fakt yuxarıda göstərilən məsələlər yoxlanılmadan və onlara müvafiq hüquqi qiymət verilmədən iddianın təmin edilməsi üçün əsas verməmişdir. Cavabdehlər məcburi köçkün olmaları səbəbindən daimi yaşayış yerindən tam məhrum olduqları üçün işə baxan məhkəmə 8 nəfərdən ibarət olan ailənin mənzilsiz qalmaları üçün hüquqi təsir vasitələrindən istifadə etmə k imkanını da araşdırmalı idi. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi sübutetmə vəzifəsini tərəflərin üzərinə qoysa da, bu zaman həmin Məcəllənin 14-cü maddəsində müəyyən olunduğu kimi həqiqətə nail olmaq üçün onlara işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması imkanı da təmin olunmalıdır. İşdən göründüyü kimi məhkəmə kollegiyası sübutlara birtərəfli qiymət verməklə MPM-nin 88-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Şərh olunan lara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar