Məhkəmə qərarları › İş №2(102)-901/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-901/2023

29.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-901/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının birinci iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı, ikinci iş üzrə iddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ 2(102)-901/23 (Açar sözlər: mülkiyyətin müdafiəsi, əsassız varlanma, torpaq sahəsinə müdaxiləyə son qoyulması, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X3 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, birinci iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi”, ikinci iş üzrə iddiaçı X2 Cavabdeh qarşı “pul və torpaq sahəsinə müdaxilələrə son qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(107)-1008/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 29 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1998-ci il tarixli 56 nömrəli qərarı ilə X9, X1, İddiaçı, X4, X8, X7, X10 və X5 birgə mülkiyyətlərinə 5,49 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq birgə mülkiyyətdə olan torpaq sahəsinin ona satdığı 2 hektar hissəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh qarşı lıqlı iddia qaldıraraq iddiaçıdan həmin torpaq sahəsi üçün 10000 manat, çəkdiyi xərclərə görə 2000 manat, əldən çıxmış faydaya görə 1800 manat və mənəvi zərərə görə 1000 manat və iddia qaldırmaq üçün ödədiyi 135 manat dövlət rüsumu, cəmi 14935 (on dörd min doqquz yüz otuz beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra İddiaçı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmiş, İsmayıllı Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(037)-62/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qarşılıqlı iddia tələbi üzrə iş icraatda qalmışdır.

5. Qarşılıqlı iddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə mübahisəli torpaq sahəsinin 2 hektarı üçün 2 milyon AZM ödəməklə İddiaç ı satın almış, mülkiyyətlərində qalan 3,49 hektar hissəsini isə icarəyə götürmüşdür. Torpaq sahəsinin 2 hektar hissəsinin ona satılması barədə İddiaçı öz xətti ilə yazılı qəbz və torpaq sahəsinə dair dövlət aktını təhvil vermişdir. Həmin vaxt sənədlər tam hazır olmadığından torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirə bilməmişlər. Sonradan isə Abbas oğlanlarının hərbi xidmətdə olduğu üçün gəlib-gedə bilmədiklərini göstərərək alqı-satqını rəsmiləşdirməyi yubatmışdır. 2006-cı ildən torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmuş, əkib becərmişdir. Abbas hər dəfə ona bildirmişdir ki, “narahat olma evin böyüyü mənəm, heç kim bu işi poza bilməz”. O, da Abbasa inanaraq alqı-satqını rəsmiləşdirməyə tələsməmişdir. 2021-ci ilin oktyabr ayında torpaq sahəsini şumlatmaq istəmişdir. Lakin Abbası n oğlanları gələrək torpaq sahəsini şumlatmağa icazə verməmişlər. Abbas oğlanlarına torpaq sahəsini dəyərini alaraq ona satdığını bildirsə də oğlanları buna etiraz etmiş və torpaq sahəsini satmağa razı olmadıqlarını bildirərək torpaq sahəsini əkməyə qoymamışlar. 16 ildən artıqdır ki, mübahisəli torpaq sahəsinə sahiblik edir və torpaq sahəsi onun istifadəsində olmuşdur. Ötən dövr ərzində torpaq sahəsini yararlı hala gətirmək üçün xeyli vəsait xərcləmişdir. Həmin torpaq sahəsini daşdan təmizləyərək yararlı hala gətirmək üçün fəhlələrə və texnikalara 1500 manat pul vermişdir. Bundan başqa torpaq sahəsinin hər tərəfinə kanal atdırmış və bunun üçün də 500 manat xərcləmişdir. Bütün bu işlər üçün cəmi 2000 manat vəsait sərf etmişdir. Bundan başqa 16 il bundan əvvəl Abbasa 2 milyon AZM pul vermişd ir ki, hansı ki həmin vaxt həmin ərazilərə yaxın hektarı 400-500 min AZM olmaqla torpaq sahələri ala bilərdi. Abbasdan mübahisəli torpaq sahəsini iki dəfə baha almaqda məqsədi həmin torpaq sahəsinin onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan torpaq sahəsi ilə yanaşı yerləşməsi olmuşdur. Hazırda həmin ərazidə bir hektar torpaq sahəsinin qiyməti 5500 manat təşkil edir. Bu il mübahisəli torpaq sahəsini əkmədiyi üçün xeyli maddi ziyana düşmüşdür. Hər il torpaq sahəsini əkibbecərməklə çəkdiyi xərcləri çıxdıqdan sonra 4 tondan çox taxıl məhsulu əldə edirdi. Bu il həmin torpaq sahəsini əkmədiyi üçün həmin gəlirdən də məhrum olmuşdur. Bununla da Abbasın bu əməli nəticəsində ona 1800 manat (4 ton x 0,45 man) maddi ziyan dəymişdir. Bundan başqa Abbasın bu hərəkətləri nəticəsində o, əsəb g ərginliyi keçirdiyindən bir müddət müalicə almağa məcbur olmuşdur.

6. Birinci instansiya məhkəməsində cavabdeh İddiaçı verdiyi ilkin izahatında özünün və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş 5,49 hektar torpaq sahəsinin 2 hektar hissəsini 2006-ci ildə xəstə həyat yoldaşının müalicəsi məqsədi ilə 2 milyon AZM-ə Cavabdeh satdığını, qalan 3,49 ha hissəsini icarəyə verdiyini, torpaq sahəsinin satılmasına dair qəbzdəki imzanın ona məxsus olduğunu, uşaqlarının təziqi nəticəsində həmin torpaq sahəsini hazırda geri tələb etdiyini, sonradan verdiyi izahatında isə mübahisəli 2 hektar torpaq sahəsini satmadığını, icarəyə verdiyini göstərmişdir. Məhkəməyə təqdim etdiyi iddia ərizəsində isə mübahisəli torpaq sahəsinin 2 hektar hissəsini 2 milyon AZM-ə Cavabdeh satdığını, Cavabdeh həmin torpaq sahəsinin əkib becərməsinə etirazının olmadığını, hazırda isə uşaqlarının təzyiqi ilə torpaq sahəsini geri qaytarmaq istədiyini göstərmişdir.

7. Eyni zamanda, iddiaçı X8 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 20940 manat icarə haqqı, 155 manat dövlət rüsumunun əvəzi olmaqla 21095 manatın alınaraq ona verilməsini, mülkiyyətlərində olan 5,49 hektar torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxilələrə son qoyulması, maneələrin aradan qaldırılması və torpaq sahəsinin hüdudlarına daxil olmasına qadağa qoyulması, həmin torpaq sahəsinə görə 2007-ci ildən 2021-ci ilə kimi subsidiya olaraq cavabdeh tərəfindən alınıb mənimsənilməsi əməlində cinayət tərkibi olduğu üçün xüsusi qərardad çıxarılmasını və İsmayıllı rayon prokurorluğuna məlumat verilməsini xahiş etmişdir.

8. Biri nci instansiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hər iki iddia üzrə mülki işlər bir icraatda birləşdirilmişdir.

9. Loğman Şıxıyev iddiasını onunla əsaslandırmışdır ki, 1999-cu ildən hərbi xidmətdə olmaqla 2004-cü ildən Kürdəmir şəhərində yaşayır. 2021-ci ildə torpaq sahəsini əkib becərmək istədikdə Cavabdeh ona mane olmuşdur. Murad subsidiya alınması üçün verilmiş plastik kartı onun atasından almış, 2007-ci ildən 2021-ci ilə kimi 5,49 hektar torpaq sahasinə görə dövlət tərəfindən verilmiş subsidiyanı alaraq mənimsəmişdir. O, bunu bildikdən sonra banka müraciat edərək kartı ləğv etdimiş və yeni kart almışdır. 2006cı ildə atası İddiaçı Cavabdeh 2.000,000 (iki milyon) manat borc pul almuş, əvəzində paylı mülkiyyətlərində olan torpaq sahəsinin 2 hektar hissəsini Muradın icarəsin ə vermişdir. Cavabdeh 2 hektardan başqa qalan 3,49 hektar sahəsini də heç bir haqq vermədən 15 il əkib becərmişdir. Bir hektar torpaq sahəsinin icarə haqqı 400 manat olmaqla 15 il üçün 3,49 hektara görə 20940 manat ödəməli, 2007-ci ildən 2021-ci ilə kimi 5,49 kektar torpaq sahəsinə görə subsidiya olaraq alıb mənimsədiyi məbləği qaytarmalıdır. Ötən müddət ərzində Murad onlara icarə haqqı kimi hər il 500 kq taxıl vermişdir. Həmin taxılı da hər dəfə atası maşına yol xərci verməklə aparmışdır. Murad tərəfindən onların evinə taxıl göndərilməmişdir. Verdiyi taxıllar da qarışıq və tozlu olmuşdur. Atası Muradla birlikdə icra nümayəndəliyində işlədiyindən Murad vəzifə səlahiyyətlərindən istifadə edərək məcburi qəbz yazdıraraq imza etdirmişdir.

10. Zalov X12 Şıxıyevin ona qarşı iddia tələbi ilə bağl ı bildirmişdir ki, ötən müddət ərzində əkib becərdiyi həmin torpaq sahəsindən hər il 1-1,2 ton miqdarında İddiaçı taxıl vermişdir. Taxılı bəzən sahədən maşına yükləyərək Abbasın evinə göndərmiş, bəzi hallarda isə Abbas xırmandan özü aparmışdır. Bəzi illərdə taxıl olmadığı halda belə başqa sahədən Abbasa həmin miqdarda taxıl vermişdir. Bundan başqa Abbas sahədən malqarası üçün saman və ot bağlısı da aparmışdır. Abbasla torpaq sahəsinin alqı-satqısı barədə razılığa gələrkən subsidiyanın da onun tərəfindən alınmasına Abbas razılaşmışdır.

11. Məhkəmə iclasında şahid X15 ifadə verərək göstərmişdir ki, Cavabdeh əkinbiçin işlərini o aparır. O bilir ki, Cavabdeh İddiaçı 2 hektar torpaq sahəsini satın almış, 4 hektara yaxın torpaq sahəsini isə icarəyə götürmüşdür. 10 ildən yuxarıdır ki, hər il 1-1,2 ton taxılı Abbasa o aparıb verir. Məhsuldarlıq yaxşı olduğu illərdə isə hətta 1,4 ton taxıl verdikləri vaxt olub. Abbas lazım olanda mal-qarası üçün hər il 100 bağlama saman da aparmışdır. Taxıl olmadığı illərdə isə başqa sahədən Abbasa taxıl verilmişdir. Hərdən Abbasın taxılı özü apardığı vaxtlar da olub. Ötən müddət ərzində Loğmanı nə sahədə, nə də evlərinə taxıl apararkən orada görməmişdir.

12. İş materiallarında olan İddiaçı tərəfindən yazılmış qəbzin surətindən görünür ki, o, 2006-cı ildə ailə vəziyyətilə əlaqədar pula ehtiyacı olduğu üçün pay əkin torpaq sahəsinin 2 (iki) hektar hissəsini 2 (iki) paçka şirvan müqabilində Cavabdeh satmış, 3 (üç) hektar hissəsini isə icarəyə vermiş və icarə haqqını almışdır. İddiaçı satdığı 2 (iki) hektar torpaq sahəsinin sənədləşməməsinə baxmayar aq Cavabdeh tərəfindən əkilibbecərilməsinə etiraz etmədiyini bildirmişdir. 13. "xxxx" MMC-nin 26 yanvar 2022-ci il tarixli 02 nömrəli məktubundan görünür ki, mübahisəli torpaq ərazilərdə taxıl məhsullarının əkini üçün istifadə olunan torpaq sahəsinin hər 1.0 ha ölçüsünün hazırda ərazi üzrə möcud olan orta bazar qiyməti 50005500 manat arasında dəyişir. Qiymətləndiriməsi təklif olunan 5,49 ha torpaq sahəsi üçün bu dəyər göstəricisi – 5,49 ha x 5250 manat = 28823 manat həddindədir.

14. İsmayıllı Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli (hakim Rəfayel Şirinov, iş 2(037)-62/2022) qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı 10000 manat torpaq sahəsinin dəyəri və 120 manat dövlət rüsumu - cəmi 10120 (on min bir yüz iyirmi) manat məbləğinin alınaraq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, JN0016 nömrəli KOD 40713068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçı X2 və qeyrilərinin birgə mülkiyyətində olan 5,49 kektar torpaq sahəsinə Cavabdeh tərəfindən edilən müdaxilələrə son qoyulması, maneələrin aradan qaldırılması və Cavabdeh torpaq sahəsinin hüdudlarına daxil olmasına qadağa qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir.

15. Cavabdeh iddiası üzrə iddianın təmin edilən hissəsində məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 2006-cı ildə tərəflər arasında torpaq sahəsinin satılmasına dair danışıqlar işgüzar adətlərə uyğun aparılmışdır. Cavabdeh torpaq sahəsinin dəyərini iddiaçıdan almaqla faktiki ona satmışdır. Bu barədə İddiaçı tərtib və i mza etdiyi qəbzdə 2006-cı ildə ailə vəziyyətilə əlaqədar pula ehtiyacı olduğu üçün pay əkin torpaq sahəsinin 2 (iki) hektar hissəsini 2 (iki) paçka şirvan müqabilində Cavabdeh satdığını, 2 (iki) hektar hissəsini isə icarəyə verdiyini və icarə haqqını aldığını, satdığı 2 (iki) hektar torpaq sahəsinin sənədləşməməsinə baxmayaraq Cavabdeh tərəfindən əkilib-becərilməsinə etirazı olmadığını göstərmişdir. Tərəflər arasında öhdəliyin yaranmasına dair sadə yazılı müqavilə müvafiq qaydada imzalandığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, cavabdeh tərəf üzərinə müəyyən öhdəlik götürmüşdür. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq müna sibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə 2 hektar torpaq sahəsinin dəyəri olaraq 10000 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi barədə qərar qəbul edilməsini qanuni və ədalətli hesab etmişdir.

16. Məhkəmə, bu hissədə mövqeyini Mülki Məcəllənin 161, 164.2, 404.1, 404.2, 405.1, 407.1, 407.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

17. Məhkəmə iddia tələbinin cavabdeh İddiaçı çəkdiyi xərclərə görə 2000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, "xxxx" MMCnin 26 yanvar 2022-ci il tarixli 02 nömrəli texniki araşdırma və qiymətləndirmə rəyinə əsasən İsmayıllı rayonu Bilistan kəndində İddiaçı və onun ailə üzvlərinə mülkiyyət hüququ əs asında məxsus olan 5,49 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinin hazırda ərazi üzrə 1 hektarıın mövcud bazar qiyməti 5250 manat həddindədir. İddiaçı iddia tələbində cavabdehdən çəkdiyi xərclərə görə 2000 manat pul tələb etsə də keçmiş pulnan 2 milyon manata aldığı 2 hektar torpaq sahəsinin 1 hektarının hazırki dəyərinin 5250 manata qədər qalxması yalnız bazar qiymətlərinin dəyişməsi ilə deyil, həm də torpağa yaxşılaşdırmalar olaraq çəkilmiş xərclər ilə əlaqədardır. Yəni torpağın 1 hektarının qiyməti 5250 manat müəyyən edilməklə torpağa çəkilmiş xərclər bu məbləğə daxil edilmişdir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşıl aşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, iddia tələbinin cavabdehdən çəkdiyi xərclərə görə 2000 manat məbləğinin alınaraq iddiaçıya verilməsinə dair hissəsi rədd edilməlidir.

18. Məhkəmə, bu hissədə mövqeyini MM-nin 135.10 və 157.7-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. Məhkəmə iddia tələbinin cavabdeh İddiaçı 1800 manat əldən çıxmış fayda və 1000 mənəvi zərərə məbləğinin alınmasına dair hissələrinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı Cavabdeh cari il üçün torpaq sahəsini əkib-becərə bilmədiyindən 1800 manat faydanın əldən çıxdığ ını, cavabdeh İddiaçı hərəkətləri nəticəsində əsəb gərginliyinə düçar olduğunu və bununla da ona 1000 manat məbləğində mənəvi zərər dəydiyini qeyd etsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, iddia tələbinin həmin hissələri rədd edilməlidir.

20. Məhkəmə bu hissədə mövqeyini “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarı, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

21. Məhkəmə ikinci iş üzrə iddiaçı X2 iddiasına münasibətdə qeyd etmişdir ki, mübahisəli torpa q sahəsi birgə mülkiyyətdədir. Cavabdeh həmin torpaq sahəsinin 2 hektarının 15 il əvvəl pulunu ödəyərək aldığını göstərsə də, mübahisəli torpaq sahəsinə dair öz adına mülkiyyət sənədi almamışdır. Beləliklə də mübahisəli torpaq sahəsi iddiaçı Loğman Şıxıyev və ailə üzvlərinin birgə mülkiyyətlərində qalmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, Loğman Şıxıyevin iddia tələbi mübahisəli torpaq sahəsinə Cavabdeh tərəfindən edilən müdaxilələrə son qoyulması, maneələrin aradan qaldırılması və Cavabdeh torpaq sahəsinin hüdudlarına daxil olmasına qadağa qoyulmasına dair hissədə təmin olunmalıdır.

22. Məhkəmə iddia tələbinin Cavabdeh 20940 manat icarə haqqının alınaraq Loğman Şıxıyevə verilməsinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə prosesinin gedişində tərəflərin izahat ları ilə mübahisəli torpaq sahəsi üçün icarə haqqının ödənildiyi təsdiq olunduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir.

23. Məhkəmə, iddia tələbinin Cavabdeh əməlində cinayət tərkibi olduğu üçün xüsusi qərardad çıxarılmasına və İsmayıllı rayon prokurorluğuna məlumat verilməsinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi 15 ildən artıq iddiaçı Cavabdeh istifadəsinə verildiyindən, dövlət tərəfindən verilən subsidiyaların onun tərəfindən alınmasına tərəflər şifahi olaraq razılaşdıqlarından iddia tələbi həmin hissədə təmin edilməməlidir. b) apellyasiya instansiyası məhkəməsində icraat

24. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddianın təmin edilən hissəsini mübahisələndirmiş, qətnamənin qismən – cavabdeh İddiaçı 10000 manat t orpaq sahəsinin dəyəri və 120 manat dövlət rüsumu – cəmi 10120 (on min bir yüz iyirmi) manat məbləğin alınaraq iddiaçı Cavabdeh ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın əsassız olduğu üçün təmin edilməməsi, qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisələndirilən hissədə Cavabdeh keçmiş pulnan 2 milyon manata aldığı 2 hektar torpaq sahəsinin 1 hektarının hazırkı dəyərinin 5250 manata qədər qalxmasına və qanuni əsas kimi Mülki Məcəllənin 1091.1,1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir. Məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Ona görə ki, iddiaçı Cavabdeh 2006-cı ildə torpaq sahəsinin 2 hektarı üçün köhnə manatla verdiyi 2 mily on manatın 10 misli həddində cavabdehdən pul tələb etməsi qanunsuzdur. Hesab edir ki, iddiaçı Cavabdeh 2006-cı ildə aldığı əmlakın hazırda olan dəyəri həddində deyil, 2006-cı ildə ödədiyi 2 milyon manat pulun həmin vaxtla müqayisədə indeksasiyası məbləği həddində tələb edə bilər. Həmçinin, iddiaçı Cavabdeh əsassız varlanma obyektini qaytarmaq hüququ müddətin keçməsinə görə qüvvədən düşmüşdür. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Tərəflər arasında alqı-satqı müqaviləsi notariat kontorunda rəsmiləşdirilməmişdir. Belə olan halda iddiaçı Cavabdeh əsassız var lanma obyektini qaytarmaq barədə iddia qaldırmamış, bununla da əsassız varlanma obyektini qaytarmaq hüququ müddətin keçməsinə görə qüvvədən düşmüşdür. Birinci instasniya məhkəməsi əsassız varlanma obyektini qaytarmaq hüququ müddətin keçməsinə görə qüvvədən düşməsinə əsasən iddianı rədd etməmiş, nəticədə tətbiq edilməli olan Mülki Məcəllənin 1095-ci maddəsini tətbiq etməmişdir.

26. Qarşılıqlı iddiaçının 16 il istifadə etdiyi torpaq sahəsinin icarə haqqını ödəmədən İddiaçı pul tələb etməsi anlaşılan deyil. İcarə haqqının ödənilməməsinə görə tərəflər arasında münasibətlər pozulmuşdur. İddiaçı Cavabdeh köhnə manatla 2 milyon manat ödəsə də, torpaq sahəsinin 3,49 hektar hissəsini 16 il istifadə etdiyindən İddiaçı küllü miqdarda borcu qalmışdır. Yəni burada əsassız varlanmadan söhbət gedə bilməz. Bundan başqa iddiaçı Cavabdeh iddia ərizəsində 16 il bundan əvvəl Abbasa 2 milyon AZM pul verməsini, hansı ki həmin vaxt həmin ərazilərə yaxın hektarı 400-500 min AZM olmaqla torpaq sahələri ala bilməsini göstərsə də bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, ümumiyyətlə məhkəmə iclasında belə hal müəyyən edilməmişdir. İşə baxılarkən 2006-cı ildə ödənilən 2 milyon manat pulun indeksləşdirilməsi üçün onun istehlak qiymətləri indeksinə münasibətdə olan dəyəri hazırda manatın inflasiyaya və demoniyasiyaya uğraması nəzərə alınmaqla müəyyən edilməli idi. 2006-cı ildə ödənilən 2 milyon manat pulun indeksləşdirilməsi müəyyən edilmədən iddianın təmin edilməsi maddi hüquq normasının pozulması kimi qiymətləndirilməlidir.

27. X8 da apelyasiya şikayəti verərək öz iddiasının təmin edilməyən hi ssəsində qətnamənin ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir.

28. Məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. 5,49 hektar torpaq sahasinin 3,49 hektar hissəsini (icarə haqq 400 manat olmaqla 15 il) iddiaçı X2 Cavabdeh icarəyə verməsi işin mübahisəsiz halıdır.

29. İşin mübahisəli halı ondan ibarətdir ki, Cavabdeh mübahisəli torpaq sahəsi üçün icarə haqqının iddiaçı X6 ödənildiyi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, məhkəmə iclasında belə bir hal müəyyən edilməmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu barədə iş materiallarında heç bir sübut olmadan, məhkəmə qanunsuz olaraq mübahisəli torpaq sahəsi üçün icarə haqqının ödənildiyinin təsdiq olunduğunu qeyd etmiş, qətnamə MPM-nin tələblərinə uyğun əsalandırılmamış, qətnamənin əsaslan dırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol verilmişdir.

30. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1008/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi məhkəmənin 2 hektar torpaq sahəsinin dəyəri olaraq 10000 manat məbləğində pulun cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi barədə qərar qəbul edilməsini qanuni və ədalətli hesab etmişdir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin qənaəti əsaslı hesab edərək qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin hazırkı bazar qiyməti məhkəmənin müəyyən etdiyi qiymətdən yüksək olsa da, iddiaçı Cavabdeh məhkəmənin müəyyən etdiyi qiymətlə razılaşmışdır.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsinin 2 (iki) hektar hissəsini Cavabdeh satmaq niyyəti ilə verdikdən sonra alqı-satqı müqaviləsi bağlamaqdan yayınmaqla və həmin torpaq sahəsini Cavabdeh geri tələb etməklə sonuncunun hesabına əmlak əldə etmiş əsassız varlanan şəxsdir. İddiaçı əsassız varlanmadan əldə etdiyi vəsaiti Cavabdeh qaytarmalı olduğundan məhkəmə kollegiyası Cavabdeh ödənilməli olan vəsaitin ümumi miqdarını müəyyən edərkən mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə 2 (iki) hektar torpaq sahəsinin hazırkı b azar qiymətinə uyğun olaraq 10000 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı aldığı pulun indeksasiya olunmaqla qaytarılmalı olması barədə dəlili ilə əlaqədar bildirmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəli torpaq sahəsinin indiki bazar dəyərini əsas götürmüşdür. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə Mülki Məcəllənin 1095-ci maddəsinin tətbiq edilməməsi barədə dəlili ilə bağlı bildirmişdir ki, həmin maddənin tələbinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd o lunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, əslində kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs iddia qaldırmaq hüququnu itirir.

35. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 1095-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, məhrum olan şəxs nə vaxt məhrum olmasına dair halları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda əsassız varlanmanı hansı müddətdə mübahisələndirib. İş materiallarından göründüyü kimi, iddiaçı Cavabdeh mübahisəli torpaq sahəsini 2020-ci i lin oktyabr ayınadək əkib becərib və İddiaçı və ailə üzvlərinin həmin torpaq sahəsini geri tələb etmələrini həmin vaxtı bilib. Ona görə də, birinci instansiya məhkəməsinin əsassız varlanma ilə bağlı tələbə müddət tətbiq etməməsi qauni və əsaslı olmuşdur.

36. Məhkəmə kollegiyası bu hissədə mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-in 1095-ci maddəsinə istinad etmişdir.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin Cavabdeh 20940 manat icarə haqqının alınaraq Loğman Şıxıyevə verilməsinə dair hissəsi ilə bağlı nəticəsi ilə razılaşmışdır. Belə ki, İddiaçı tərəfindən yazılmış qəbzdən də torpaq sahəsinin qalan hissəsinin icarəyə verdiyi və icarə haqqını aldığı məlum olur. Məhkəmə kollegiyasının iclasında Loğman Şıxıyev özünün və ailə üzvlərinin mülkiyyətində olan tor paq sahəsinin 3,49 hektar hissəsindən Cavabdeh onların heç bir etiraz, şikayət və tələbi olmadan 15 il ərzində fasiləsiz istifadə etməsinin ağlabatan izahını verə bilməmişdir. Belə olan halda Cavabdeh 3,49 hektar torpaq sahəsini uzun müddət (15 il) haqq vermədən əkib becərməsi barədə iddiaçı Loğman Şıxıyevin bəyanı işin hallarına uyğun deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

38. Məhkəmə kollegiyası öz mövqeyini İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999), Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4 -cu bəndi, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri

39. Birinci iş üzrə cavabdeh İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçı Cavabdeh İddiaçı 10000 manat torpaq sahəsinin dəyəri və 120 manat dövlət rüsumu – cəmi 10120 (on min bir yüz iyirmi) manat məbləği alınaraq iddiaçı Cavabdeh ödənilməsi barədə iddiasının əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş, kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1, 1095-ci maddələrinin düzgün tətbiq edilməməsi, Mülki Prosessual Məcəllənin 88, 103.1-ci maddələrinin tələblərinin pozulmasına istinad etmişdir.

41. İkinci iş üzrə iddiaçı X8 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, onun Cavabdeh qarşı “cavabdehdən 20940 manat icarə haqqı, 155 manat dövlət rüsumunun əvəzi olmaqla 21095 manatın alınaraq ona verilməsi” barədə iddiasının təmin edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş, kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 385, 710-cu maddələrinin düzgün tətbiq edilməməsi, Mülki Prosessual Məcəllənin 88, 103.1-ci maddələrinin tələblərinin pozulmasına istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəli lləri

43. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

44. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

46. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsı zdır.

47. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

48. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

49. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

50. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varla nmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

51. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 52. 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 53. 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiy a instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Apellyasiya məhkəməsinin aktı ilk iddia üzrə iddianın təmin edilən, ikinci iddia üzrə iddianın təmin edilməyən hissəsinə aid olduğundan kassasiya şikayətlərini dəliləri əsasənda məhkəmə qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdu r.

63. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

64. İşə baxan apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın mübahisələndirilən hissəsinə münasibətdə əsassız varlanmaya dair müddəaların tətbiq edilməsində və Mülki Məcəllənin 1095-ci maddəsinin tətbiq edilməməsində düzgün nəticəyə gəlmişdir. Həmçinin ikinci iddia icarə haqqının ödənilməməsi ilə bağlı hissədə iddia sübuta yetirilmədiyindən düzgün olaraq təmin edilməmişdir.

65. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

66. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X8 və cavabdeh İddiaçı kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1008/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar