Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-901/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilkin, Cavabdeh qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: sayğacdan kənar təbii qazdan istifadəyə görə zərər, sübut etmək vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilkin, Cavabdeh “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4421/2023 nömrəli, xx.xx.202 3-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X1 adına açılmış abonentin saldosuna əsasən (abonent kodu: **********00000) ünvan 1 ünvanında 01.2021-ci ildən 09.2022-ci ilədək aktlar üzrə cəmi 7741,44 manat məbləğində cərimə hesablanmışdır.
2. X2 xx.xx.2012-ci il tarixdə ölmüşdür.
3. İddiaçı (bundan sonra – iddiaçı) mərhum X1 oğludur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən əsassız hesablanmış 7646,15 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı t ələbini onunla əsaslandırmışdır ki, sözügedən mənzildə yaşayır. Həmin ünvana quraşdırılmış sayğac elektron olduğundan karta pul yükləməklə, təbii qazdan istifadə edir. Lakin kartından tutulmalar aparıldığını görüb, bununla bağlı cavabdehə müraciət ünvanlamışdır. Müraciətinə baxılan zaman cavabdehin əməkdaşları tərəfindən mərhum atası barəsində tərtib edilmiş çoxsaylı aktlar ona təqdim edilmişdir. 2021-2022-ci illərdə tərtib olunmuş həmin aktlar təbii qaz xəttindən guya özbaşına istifadə və müdaxilə ilə əlaqədar olmuşdur. Həmin aktlar tamamilə əsassızdır. Belə ki, o, heç vaxt nə özbaşına qaz xəttinə qoşulmuş, nə də qaz sayğacına müdaxilə etmişdir. Bununla bağlı heç bir sübut yoxdur. Həmin aktlar tərtib olunarkən onlara məlumat verilməmiş, iştirakları təmin edilməmişdir. Atasının adına forma l olaraq tərtib edilmiş aktlara görə ondan tələbdə göstərilən məbləğdə cərimə tutulması tamamilə qanunsuzdur. 2021-ci ilin yanvar ayından 2022-ci ilin sentyabr ayınadək aktlar üzrə cəmi 7741,44 manat məbləğində cərimə hesablanmışdır. Həmin məbləğdən kartından tutulmalar aparıldıqdan sonra tələb olunan məbləğ 7646,15 manat təşkil edir. Yaşadığı ünvanda smart sayğac kartının verilməsi və qaz hesab kodunun onun adına keçirilməsi üçün məcburiyyət qarşısında qalaraq 9650,14 manat borcu olduğunu qəbul etməsi barədə müraciəti imzalamışdır.
6. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 7643,75 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaç ı, eləcə də mərhum atası faktiki yaşadıqları ünvanda özlərinə məxsus fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarını pozaraq, qazdan qanunsuz istifadə etdikləri üçün cavabdehə ümumilikdə 9650,14 manat maddi ziyan vurmuşlar. Sonradan atasının vəfat etməsi ilə əlaqədar onun adına qeydiyyata alınmış abonent kodu iddiaçının adına dəyişdirilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı 9650,14 manat məbləğində borcu yazılı ərizəsi ilə qəbul etmiş, hissə-hissə tutulması üçün smart qaz kartına keçirilərək, ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. Hazırda onun 7643,75 manat məbləğində ödənilməmiş borcu qalmışdır. 8. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli akta əsasən baxış keçirilərkən abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi müəyy ən edilmiş və buna görə 885,6 manat məbləğində dəymiş ziyan məbləği hesablanmışdır. Digər aktlar da eyni qayda ilə tərtib edilmiş və eyni üsulla zərər hesablanmışdır.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-822/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) ilkin iddia tələbinin qismən təmin edilməsi, iddiaçının istifadəsində olan abonent koduna aktlar üzrə əsassız olaraq hesablanmış 6856 manat məbləğində borcun silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, iddiaçıdan 885,6 manat məbləğində dəymiş ziyan məbləğinin tutularaq, cavabdehin bank hesabına ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan his sədə rədd edilməsi qət edilmişdir. 10. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında digər aktlarla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh sonrakı aktlar üzrə zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutlar təqdim etməli, məsələn, ilkin aktlar tərtib edildikdən sonra dərhal abonentin qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışdır. Bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Başqa sözlə, istehlakçının ill ərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmağa görə təkcə vurulmuş zərərin ödənilməsi deyil, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.
11. Məhkəməyə təqdim edilmiş iddiaçının Bakı Regional Qazın Satışı Departamentinin rəisinə ünvanladığı və imza etdiyi xx.xx.2022-ci il tarixli ərizəyə münasibətdə məhkəmə hesab etmişdir ki, həmin müraciət vətəndaşın həqiqi iradə ifadəsini əks etdirmir. Belə ki, onun məhkəmə iclasında verdiyi izahatından və ərizənin məzmunundan belə qənaətə gəlmək olar ki, iddia çı smart sayğac kartının verilməsi və qaz hesab kodunun onun adına keçirilməsi üçün forma və məzmunu əvvəlcədən hazır formada tərtib olunmuş həmin ərizəni imzalamışdır.
12. Bu səbəbdən də, məhkəmə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta mötəbər sübut kimi yanaşaraq, hesab etmişdir ki, həmin akt əsasında hesablanmış 885,6 manat məbləğində dəymiş ziyan iddiaçıdan tutulmalı və 6856,44 manat (7741,44 manat – 885 manat=6856,44 manat) məbləğində borcun silinməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na (bundan sonra – Qaydalar) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – bundan sonra Mülki Məcəllə) 21.1, 21.2, 560.1, 560.2 və 560.3.5.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdehin apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilən, qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilən hissədə rədd, qarşılıqlı iddia tələbinin isə rədd edilən hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı 9650,14 manat məbləğində borcu yazılı ərizəsi ilə qəbul etmiş, hissə-hissə tutulması üçün smart kartına keçirilərək, ödənişin təmin olunmasını öz öhdəsinə götürmüş dür. Qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman iddiaçının 7643,75 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə, cavabdehə böyük məbləğdə ziyan vurmuşdur.
16. Apellyasiya icraatı zamanı qaz xəttinə sayğacdan kənar qoşulma izlərinin olubolmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2 3/1196 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi ilə qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə olunmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – ap ellyasiya instansiya məhkəməsi) 2(103)-4421/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmişdır.
18. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırılma ilə razılaşan məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus mənzillə bağlı hazırkı apellyasiya baxışının predmeti olan qeyri-qanuni qoşulma əsası ilə aktlar tərtib edilsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır.
19. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdehin istinad etdiyi və istehlakçının təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə tərtib edil miş aktlar istehlakçı tərəfindən imzalanmamışdır (aktlarda qeyd olunan Yusif Babayev xx.xx.2012-ci il tarixdə ölmüşdür). Aktlar birtərəfli qaydada cavabdeh birliyin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı və ya digər istehlakçılar aktları imzalamamışlar. Aktlarda onu imzalamaqdan imtina edildiyi qeyd olunsa da, aktların tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və sair orqanların aktları ilə bağlı mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 560, “Qaz təchizatı haqqında ” Qanunun 13.8 və 13.8-1-ci maddələrinə və Qaydalara istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilən hissəsində ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilən hissədə rədd, qarşılıqlı iddia tələbinin isə rədd edilən hissədə təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq (münasibətlərin yaran dığı dövrdə qüvvədə olmuş redaksiya) Mülki Məcəlləsi
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
27. Maddə 560.2. Hü quqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
28. Maddə 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadə sayılır.
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərə rvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
32. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
33. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
34. Bənd 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.
35. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ay ırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
36. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olm uş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.
37. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Mad də 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətinin dəlilləri əsasən qarşılıqlı iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
51. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
52. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-44212023 nömrəli mülki iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.