Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-902/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra olunması, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1292/2024 nömrəli, 2 oktyabr 2024- cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları
1. Adınǝyeva Fatma Rafiq qızı xx.xx.2023-cü il tarixdə Neftçala rayon prokurorluğuna müraciət edərək, Neftçala rayon polis şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyən Cavabdeh ona qarşı dələduzluq edərək 65.000 manat məbləğində pulunu mənimsədiyini bildirmişdir. Onun ərizəsi üzrə araşdırma aparılmış və toplanmış 83C/23 saylı material üzrə Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyinə görə müstəntiqin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda Fatma Adınǝyevaya Cavabdeh 65.000 manat məbləğində pul tələbi ilə bağlı mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
2. Həmin qərarda göstərilmişdir ki, Adınǝ yeva Fatma Rafiq qızı ilə Cavabdeh arasında 2021-ci ilin əvvəllərindən sevgi münasibətləri yaranmış, onlar gələcəkdə rəsmi şəkildə evlənmələri ilə bağlı razılığa gəlmiş, Fatma Adınəliyeva da bu münasibətə əsaslanaraq müxtəlif məbləğlərdə pulları həmin vaxtdan etibarən fərqli tarixlərdə Cavabdeh xahişinə əsasən müxtəlif məqsədlər üçün ona nağd şəkildə vermiş və ya sonuncu üçün onda olan kart hesablarına göndərmişdir.
3. Neftçala rayon prokurorluğunun 83-C/23 nömrəli material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 avqust 2023-cü il tarixli qərarından İddiaçı verdiyi şikayət, Neftçala Rayon Məhkəməsinin 6(053)-4/2023 nömrəli 02 oktyabr 2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, Neftçala rayon prokurorluğunun 17 avqust 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdi r.
4. Neftçala Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərarından Adınǝyeva Fatma Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(106)-32/2023 nömrəli 17 oktyabr 2023-cü il tarixli qərarı ilə təmion edilməmişdir.
5. Adınǝyeva Fatma Rafiq qızı Cavabdeh ünvanlamış pretenziya məktubunda İddiaçı sonuncuya 65000 manat pulu hissə-hissə verdiyini, avtomobil almaq üçün verdiyi 25000 manat puldan Cavabdeh 18000 manat pulu 2023-cü ilin may ayının 20-nə kimi, 7000 manatı mayın 25-dən sonra xalası oğlu ilə gətirib verdiyini bildirmiş, 65000 manat pulun qaytarılmasını təklif etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək c avabdehdən hüquqdan sui-istifadə edərək ələ keçirdiyi 47.000 manat məbləğində pulun və ödənilmiş 231 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi Neftçala rayon prokurorluğunun 83-C/23 nömrəli material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 avqust 2023-cü il tarixli qərarına istinadla belə əsaslandırmışdır ki, evlənmək niyyəti ilə bu qədər pulu mənimsəyən cavabdehin əməli mülki xarakterli hesab edilmiş və müəyyən edilmişdir ki, bu şəxsin niyyəti pulu mənimsəmək olmuşdur. Çünki cavabdeh onun pulu ilə varlanmışdır. 70.000 manata evini satdırıb bu hərəkəti edən cavabdeh mülki məsuliyyət daşımalıdır. Etibarlı münasibət də onu evlənəcəyi ilə aldatmağı olmuşdur. Eyni zamanda boşanmasından istifadə etməsi də onun üçün daha əlverişli olmuşdur. Cavabdeh pulunu ona xərclǝyǝrkən ona verdiyi öhdəlik onunla evlənmək niyyətinin olması olmuşdur ki, bu qədər pulu heç kim ailə quracağı şəxsdən, yǝni evlənəcəyi adamdan əsirgəməzdi. Kərimin niyyətinin pulu mənimsəmək oluğunu anlamış olsaydı, ona bu qədər pulu heç vaxt verməzdi. Yəni Kərimin niyyəti pulunu mənimsədikdən sonra evlənmək öhdəliyindən boyun qaçırmaq olmuşdur. Burdan da belə çıxır ki, o, Cavabdeh könüllü olaraq evlənəcəyi vədinə inanmaqla bu qədər pulu vermiş və zərər çəkmişdir. Konkret faktlarla əsaslandırır ki, cavabdehin niyyəti onu evlənəcəkləri ilə aldatmaqla pulunu mənimsəmək olmuşdur. Sirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(106)-32/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı, Neftçala Rayon Məhkəməsinin 6(053)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı və Neftçala rayon prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilǝ Neftçala rayon polis şöbəsinin əməkdaşı işləmiş Cavabdeh tərəfindən ondan qaytardığı 18.000 manat çıxılmaqla 47.000 manat hüquqdan istifadə etməklə ələ keçirdiyi öz təsdiqini tapmışdır. Bu qərarlar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh tələb edilən pulu ələ keçirərək əsassız şəkildə onun pulu ilə varlanmışdır. Buna görə də 47.000 manat pul və 231 manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməlidir.
8. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmiş, həmçinin Neftçala rayon prokurorluğuna verdiyi yazılı izahatında göstərmişdir ki, 2010-cu ildə X5 ilə ailə həyatı qurmuş, birgə nikahdan iki uşaqları dünyaya gəlmişdir. 18 dekabr 2020-ci ildə Ceyhun Qəmbərovdan rəsmi olaraq boşanmışdır. Boşandıqdan sonra anası Adınǝyeva Gülnaz Məmməd qızına məxsus ünvan 1 ünvanında yerləşən evdə övladları ilə birlikdə yaşamağa başlamış, valideynləri isə Neftçala rayonu, Qədimkənd kəndində yaşamışlar. 21 noyabr 2022-ci il tarixdə həmin evi satdıqdan sonra isə daimi olaraq Neftçala rayonu, Qədimkənd kəndində valideynləri ilə birlikdə yaşamağa başlamışdır. Cavabdeh ilə aralarında qohumluq münasibətləri var. Belə ki, Kərim anası Gülnazın xalasının nəvəsidir, həmçinin hazırda Qədimkənd kəndində onlarla qonşuluqda yaşayır. Kərimlə qohum olduqları üçün aralarında əvvəllər də telefon əlaqəsi olmuşdur. Lakin boşandıqdan sonra, yəni 2020-ci ilin sonlarında Kəri m ona telefonla zəng edərək ondan xoşu gəldiyini, evlənəcəyini, ona və uşaqlarına sahib çıxacağını, yaş fərqinin problem olmadığını, boşandığı üçün onun adını ləkələnməkdən qoruyacağını bildirmişdir. O da boşandığı üçün, eləcə də Kərimə inandığı üçün onunla razılaşmışdır. Beləliklə, 2021-ci ilin əvvəllərində Kərimlə aralarında sevgi münasibətləri yaranmağa başlamışdır. Cavabdehin istəyi ilə 21 noyabr 2022-ci ildə ünvan 1 ünvanında yerləşən, anası Gülnaza məxsus fərdi yaşayış evini 70.000 manata satmış, evi satdıqdan sonra övladları ilə birlikdə Neftçala rayonu, Qədimkənd kəndində yaşamağa başlamışlar. Bundan sonra eləcə də Neftçala rayonu, ərazisində cavabdehin kirayə tutduğu ünvanını tam xatırlamadığı evdə görüşmüşlər. Cavabdeh görüşdükləri evi özü kirayəyə götürsə də aylıq 100 manat kira yə pulunu o vermişdir. Cavabdehin onunla münasibət qurmaqda əsl məqsədi onun pullarını ələ keçirərək mənimsəmək olmuş, bütün pullarını ələ keçirdikdən sonra ona verdiyi vədə əməl etməyərək onunla evlənməkdən imtina etmişdir. Bildirir ki, cavabdeh sürücülük vəsiqəsi almaq adı ilə 2021-ci ilin təxminən sentyabr ayında hazırda gününü xatırlamadığı tarixdə 1.800 manat pul vəsaitini ondan tələb etmiş, o, da həmin tarixdə saat 11 radələrində rayonun Qədimkənd kəndində Kərimin yaşadığı evin qarşısında, küçədə 1.800 manat pulu təklikdə Kərimə vermişdir. Bundan başqa ağ rəngli, dövlət qeydiyyat nişanı **-CG-*** olan «Vaz 2107» markalı avtomobili almaq adı ilə 19 dekabr 2022-ci ilədək hər ay 280 manat olmaqla ümumilikdə 4.200 manat pul vəsaitini cavabdeh ondan rayonun Qədimkənd kəndində öz yaşadığı evin qarşısında küçədə təklikdə almışdır. Bundan da əlavə cavabdeh yaşadığı evin həyətyanı sahəsində əlavə olaraq özünə ev tikdirmək adı ilə istədiyi 180 manat pulu 16 noyabr 2022-ci ildə, axşam saatlarında rayonun Qədimkənd kəndində yaşadığı evdə təklikdə, 07 dekabr 2022-ci ildə, axşam saat 21 radələrində 1.200 manat pulu yaşadığı Qədimkənd kəndində evdə təklikdə, 22 dekabr 2022-ci ildə, saat 11 radələrində 2.300 manat pulu yaşadığı Qədimkənd kəndində evdə təklikdə olmaqla ümumilikdə 3.680 manat pulu şəxsən cavabdehə vermişdir. Daha sonra cavabdeh özünə «Hyundai Elantra» markalı avtomobil almaq adı ilə 25.000 manat pulu ondan tələb etmiş, o, da 16 dekabr 2022-ci il tarixdə, saat 21 radələrində 10.000 manat pulu yaşadığı Qədimkənd kəndindəki evin həyətyanı sahəsində ona vermişdir. 22 dekab r 2022-ci ildə, saat 21 radələrində 15.000 manat pulu isə yaşadığı Qədimkənd kəndindəki evdə təklikdə cavabdehə vermişdir. Həmçinin cavabdeh ona həmin maşını almaq üçün onun yerinə Neftçala rayonu, Qədimkənd kəndində yaşayan Elzibar adlı dostunun 15.000 manat pul verdiyini, ondan aldığı 15.000 manat pulu isə Elzibar adlı şəxsə verəcəyini bildirmiş, lakin sonradan Elzibarla aralarında heç vaxt belə bir pul münasibəti olmadığını öyrənmişdir. Habelə o, cavabdehin ondan «Hyundai Elantra» markalı avtomobil almaq üçün aldığı 25000 manata əslində avtomobil alınmadığını, həmin pula cavabdehin istəyinin vəzifəyə təyin olunmaq olduğunu sonradan bilmişdir. Bundan başqa cavabdehə avtomobilini təmir etdirmək adı ilə ondan istədiyi 200 manat pulu 19 yanvar 2023-cü ildə, saat 19 radələrində yaşadığı Qə dimkənd kəndində evdə, 04 fevral 2023-cü ildə, saat 8 radələrində 200 manat pulu yaşadığı Qədimkənd kəndində evdə təklikdə, 27 fevral 2023-cü ildə, saat 13 radələrində 1.200 manat pulu yaşadığı Qədimkənd kəndində evdə təklikdə, 22 mart 2023cü ildə, saat 8 radələrində 550 manat pulu yaşadığı Qədimkənd kəndində evdə təklikdə şəxsən, ümumilikdə 2.150 manat pul vermişdir. Cavavbdeh özünə geyim əşyaları almaq adı ilə də 25 fevral 2023-cü ildə, saat 8 radələrində 400 manat pulu yaşadığı Qədimkənd kəndində evin qarşısında, eyni məqsədlə 19 mart 2023-cü il tarixdə, saat 17 radələrində yaşadığı evin həyətyanı sahəsində 150 manat olmaqla, ümumilikdə 550 manat pul vəsaitini ondan tələb edərək almışdır. Bundan başqa cavabdehə avtomobili üçün 4 ədəd təkər almaq adı ilə istədiyi 500 manat pulu 25 fevral 2023-cü ildə, saat 9 radələrində yaşadığı Qədimkənd kəndində evdə şəxsən vermişdir. Bundan başqa yaşadığı evin həyətyanı sahəsində ev quşları üçün dam tikdirmək adı ilə 28 avqust 2022-ci ildə, saat 18 radələrində yaşadığı Qədimkənd kəndində evin həyətyanı sahəsində 300 manat pulu da cavabdehə şəxsən vermişdir. Habelə cavabdeh borclarını qaytarmaq adı ilə istədiyi 11 sentyabr 2022-ci ildə, saat 21 radələrində Qədimkənd kəndində 50 manat, 2023-cü ilin noyabr ayında dəqiq xatırlamadığı gündə, saat 22 radələrində faizə pul borcunu bağlamaq adı ilə ondan istədiyi 2.000 manat pulu yaşadığı Qədimkənd kəndində evdə təklikdə şəxsən ona vermişdir. Lakin sonradan cavabdehin həmin pulları borcları üçün yox, yaşadığı evdə mətbəx mebeli almaq üçün sərf etdiyini öyrənmişdir. Həmçinin cavabdeh iş yerində şəraitini yaxşılaşdırmaq, eləcə də başqa işə keçmək bəhanəsi ilə rəhbərliyinə verməsi adı altında istədiyi 25 yanvar 2023-cü ildə 2.000 manat pulu Qədimkənd kəndində yaşadığı evdə təklikdə, 25 mart 2023-cü ildə, saat 11 radələrində 100 manat, 17 sentyabr 2022-ci ildə, saat 20 radələrində 2.500 manat pulu yaşadığı Qədimkənd kəndində evin qarşısında təklikdə, eynilə də 2023-cü ilin təxminən yanvar ayında dəqiq xatırlamadığı gündə, saat 12 radələrində, 19 noyabr 2022-ci ildə 1.000 manat pulu yaşadığı Qədimkənd kəndində evdə təklikdə, bundan başqa 2023-cü ilin təxminən yanvar ayında xatırlamadığı gündə, saat 12 radələrində 6.000 manat pulu yaşadığı Qədimkənd kəndində evdə təklikdə, 2023-cü ilin yanvar ayının təxminən sonlarında hazırda gününü xatırlamadığı tarixdə 5.000 manat olmaqla yaşadığı Qədimkənd kəndində evin qarşısında, ümumilikdə 16.600 manat pulu cavabdehə təklikdə şəxsən vermişdir. Hesab edir ki, Cavabdeh əvvəlcədən niyyəti onunla evlənmək yox, onun pulunu ələ keçirmək olmuşdur. Çünki cavabdeh onu evlənəcəyini vəd edərək aldatmış, ümumilikdə 61.330 manat pulunu etibarından sui-istifadə edərək mənimsəmiş, sonradan o, cavabdehin onun pullarını mənimsədiyini hiss edən zaman pul verməkdən imtina etdiyi üçün müxtəlif bəhanələr gətirərək onunla evlənməkdən imtina etmişdir. Cavabdeh ayrı-ayrı vaxtlarda yemək, geyim əşyaları almaq və digər gündəlik tələbat xərclərini ödəmək üçün ondan bank kartları vasitəsilə təxminən 5.000 manat məbləğində pul xahiş edərək istəmiş, o da özünə məxsus "xxxx" ASC-yə aid plastik kart hesabından həmin bankın mobil tətbiqi vasitəsilə cavabdeh on a «WhatsApp» vasitəsilə göndərdiyi bank kartlarına göndərərək, qəbzlərinin fotoşəkillərini göndərmişdir. Cavabdeh barəsində hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirəndən sonra 2023-cü ilin may ayının hazırda gününü xatırlamadığı tarixdə ona cavabdeh xalası oğlu Aydın vasitəsilə 18.000 manat pul göndərmiş, qalan məbləği isə tezliklə geri qaytaracağını bildirmişdir. Buna baxmayaraq cavabdeh hələ də ona heç bir məbləğdə pulu geri qaytarmamışdır. Həmçinin qeyd edir ki, cavabdeh tərəfindən ona qaytarılan ilkin olaraq 18000 manat, sonra isə cavabdehin xalası oğlu Aydın tərəfindən cavabdehin adından ona verilmiş 7000 manat, cəmi 25000 manat cavabdehə “Hunday- Elantra” markalı avtomobil almaq üçün verdiyi üçün həmin məbləğin hazırkı 47000 manat iddia tələbinə heç bir aidiyyəti yoxdur. Cavabdehin bildirdiyi kimi ona faizlə pul verməsi absurddur. Çünki evlənəcəyi şəxsə faizlə pul verməsi mümkün deyil.
9. Cavabdeh iddianı qəbul etməyərək 2018-ci ilin mart ayında daxili işlər orqanlarına qəbul olunduğunu, həmin tarixdən indiki mübahisə ilə əlaqədar araşdırma aparılana kimi Neftçala rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işlədiyini bildirmişdir. Adınǝyeva Fatma Rafiq qızı, onun atası Əlvanın xalası qızıdır. Onunla aralarında qohumluq münasibətləri olduğundan həmişə əlaqələri olmuşdur, eləcə də iddiaçı onunla qonşu evdə yaşayır. Belə ki, iddiaçı evlənərək Bakı şəhərinə köçmüş, boşandıqdan sonra isə atası və anasının yanına qayıdaraq onlarla birlikdə yaşamağa başlamışdır. Fatma ilə aralarında yalnız qohumluq münasibətləri olmuş, bundan ba şqa hər hansı münasibət, eləcə də sevgi münasibətləri olmamışdır. 2020-ci il tarixdən hazıradək ayrı-ayrı vaxtlarda hazırda xatırlamadığı tarixlərdə ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə etmiş, eləcə də həmin nömrələr vasitəsilə “Whatsapp” tətbiqindən qeydiyyatdan keçməklə həmin tətbiqdən istifadə etmişdir. Adınǝyeva Fatma Rafiq qızının izahatında göstərdikləri tamamilə yalandır, şərdir, böhtandır, aralarında heç bir sevgi münasibətləri olmamışdır. Heç vaxt iddiaçıya istifadəsində olan mobil telefon nömrələrindən “Whatsapp” tətbiqi vasitəsilə sevgi sms-ləri göndərməmiş, fotoşəkilləri isə onun tərəfindən iddiaçıya sevgi münasibətlərində olduğu üçün yox, qohum olduğu üçün çəkib atmışdır. İddiaçının valideynlərinin Bakı şəhəri ərazisində dəqiq bilmədiyi ünvanlarda 3-4 ədəd mənzillərinin olduğunu bilmişdir. Təxminən 3 il bundan əvvəl Fatmanın anası Gülnazdan Bakıda olan evlərindən biri plana düşdüyü üçün satıldığını eşitmişdir. O, heç vaxt iddiaçının fərdi yaşayış evini sataraq valideynləri ilə birlikdə yaşamasını istəməmişdir. Onun ümumiyyətlə həmin evin hansı ünvanda yerləşdiyini və hansı tarixdə hansı məbləğə satmasından məlumatı yoxdur. O, sürücülük vəsiqəsini 2021-ci ilin mart ayında qanuna müvafiq qaydada əldə etmiş, heç vaxt sürücülük vəsiqəsi almaq adı ilə iddiaçıdan 1.800 manat pul tələb etməmişdir. **-CG-*** nömrəli, “VAZ 2107” markalı avtomobili özü bankdan kredit götürüb ilkin olaraq 3.000 manat ödəyərək almışdır. Aylıq isə 280 manat kredit şəklində ödəmişdir. Bununla bağlı iddiaçıdan heç vaxt pul istəməmiş, eləcə də sonuncu ona heç vaxt hər hansı məbləğdə pul verməmişdir. İddiaçı onunla qohum olduğuna, eləcə də onlarla qonşuluqda yaşadığına görə gündəlik olaraq yaşadığı evə gediş-gəliş etmiş, eləcə də evdə olan söhbətlərdən məlumatlı olmuşdur. Ola bilsin ki, avtomobil üçün olan aylıq ödənişlərin konkret olaraq məbləğini və tarixini də yaşadığı evə qonaq kimi gələrkən eşitmişdir. Onun heç vaxt “Hyundai Elantra” markalı avtomobili almaq fikri olmamış, eləcə də bunun üçün 25.000 manat pulu iddiaçıdan tələb etməmişdir. Avtomobilini təmir etdirmək üçün iddiaçıdan heç bir məbləğdə pul tələb etməmişdir. İddiaçı onunla qohum olduğuna görə təxminən 3 il bundan əvvəl qardaşı Səfalı Kərimovun müalicəsi üçün 5.000 manat borc pul istəmişdir. İddiaçı da ona həmin pulu aylıq 650 manat faiz ödəməklə, əsas borc olan 5.000 manat məbləğinin isə dəyişmədən qalması şərti ilə verəcəyini bildirmişdir. O da məcbur qalaraq razılaşmış və İddiaçı hazırda xatırlamadığı tarixdə 5.000 manat pulu almışdır. Lakin sonradan maddi imkanı zəif olduğuna görə aylıq 650 manat faiz borcunu iddiaçıya ödəyə bilməmişdir. Bundan sonra iddiaçı ona faiz borcunun əsas borc ilə birlikdə 25.000 manat olduğunu, ödəmədiyi halda ondan şikayət edəcəyini, onu işdən çıxaracağını bildirməklə hədələmişdir. O da məcbur qalaraq 2023-cü ilin fevral ayında 18.000 manat pulu bankdan kredit götürmüş, 7.000 manat da xalası oğlu Aydın Sadıqovdan borc pul alıb Aydının vasitəsilə həmin pulu Fatmaya vermişdir. Fatma da ona pulu aldığını, aralarında heç bir borc qalmadığını bildirmişdir. Fatmadan ayrı-ayrı vaxtlarda gündəlik xərcləri üçün borc pul istəm iş, o da onun “Whatsapp” tətbiqi vasitəsilə göndərdiyi bank kartlarına həmin məbləğləri göndərmişdir. Hazırda bundan uzun müddət keçdiyinə bank kartlarının konkret olaraq rekvizitlərini xatırlamır. Fatma öz adına, iş yoldaşı Səid Qənbərov, Eldar Hacıyev və hazırda xatırlamadığı tanışlarına məxsus olan bank kartları vasitəsilə ona borc pul vermişdir, o da aldığı borc pulları qaytarmışdır. Hazırda Fatmaya heç bir məbləğdə borcu yoxdur. İddiaçı onu şərləyərək ondan artıq olaraq pul almaq istəyir. Bununla yanaşı o, xx.xx.2023-cü il tarixli İddiaçı təqdim etdiyi diskə baxış keçirilməsi haqqında protokolda qeyd edilən “Whatsapp” tətbiqi vasitəsilə Fatma Adınǝyevaya “mənə bilirsən nə maraqlıdı, mən demirəm eləmirsən, eləyirsən, beş mini kaş verməzdim Elizbara, o beş mini də qaytarardım, on mini də girərdim borca, xərcə qaytarardım, nəbilim e, bu gün ki, gündə mənim yediyimi içdiyimi burnumdan gətirdin ha, nǝbilim, nə deyim sənə sağol. Səni bir də yığsam, səni birdə axtarsam, səndən bir də pul istəsəm” səsli ismarıcla tanış olmuş və bildirmişdir ki, həmin səsli ismarıc onun tərəfindən qeydə alınmışdır. Səsli ismarıcda dediyi Elizabara beş mini kaş verməzdim, yalandır, belə ki, o, heç vaxt Elizbardan pul almamış, eləcə də ona heç vaxt beş min verməmişdir. Fatma ondan pulunu istədiyi üçün ona yalandan elə demişdir. Eləmisən deyən zaman isə Fatmaya 5.000 manat faizə borc pul verməsini nəzərdə tutmuşdur. Beş mini də qaytarardı, on mini də qaytarardı deyən zaman isə aldığı beş min manatın əlavə olaraq faiz borclarını qaytarmağını nəzərdə tutmuşdur. O, Fatma Adınǝyevadan yalnız 5.000 m anat faiz qarşılığında pul almış, bundan başqa sonuncudan heç bir məbləğdə pul almamışdır. Həmin pulu da faiz borcu ilə birlikdə 25.000 manat olmaqla qaytarmışdır. Hazırda iddiaçıya heç bir borcu yoxdur və iddiaçının ondan borc tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
10. İddiaçı tərəfin vəsatəti ilə hazırlıq iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, iddiaçı onun qızıdır. Cavabdeh tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Cavabdeh qohumu Aydınla birlikdə onlara olan borcundan 18.000 manatı gətirib qaytarmışdır. Qalan borcunu isə hələ də verməmişdir.
11. Cavabdeh tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X6 bildirmiş, həmçinin Neftçala rayon prokurorluğuna verdiyi yazılı izahatında göstərmişdir ki, Cavabdeh doğma xalası oğludur. 2023-cü ilin təxminən fevral ayında Fatma ona telefon vasitəsilə zəng edərək xalası oğlu Kərimin 25.000 manat pulunu aldığını bildirmiş, həmin pulu qaytarmağı üçün ondan köməklik etməsini xahiş etmişdir. O da Fatmaya məsələni aydınlaşdıracağını bildirmişdir. Bununla bağlı xalası oğlu Kərimə zəng edərək Fatmaya borcunun olması ilə bağlı ona zəng etdiyini bildirmişdir. Kərim ona Fatmaya cəmi 5.000 manat faiz qarşılığında borcu olduğunu, həmin məbləğin faiz borcu yığışaraq 25.000 manat olduğunu, şərlədiklərini bildirmişdir. Bundan sonra Neftçala rayonu, Qədimkənd kəndinə gəlmiş və Kərimlə birlikdə Fatmagilə getmişlər. Orada söhbət zamanı Fatma 25.000 manat pulu geri qaytarıldığı halda heç bir şikayət etməyəcəyini bildirmişdir. O da Kərimə ayıb olduğunu, Fatmanın şikayət edəcəyi halda kənddə biabır olmalarını bildirmişdir. Həmin vaxt Kərim də pulu tapıb verəcəyini bildirmişdir. Bundan təxminən 2 ay sonra Kərim ona 18.000 manat borc pul tapdığını bildirmiş, o da həmin pulu Kərimin yaşadığı Neftçala rayonu, Qədimkənd kəndində yerləşən evində təhvil almışdır. Pulu təhvil alan zaman Kərimin qardaşı Safalıdan pulu alan zaman telefonu ilə video lentə almasını xahiş etmişdir. Pulu aldıqdan sonra, yəni 2023-cü ilin aprel ayında Fatmanın yaşadığı Neftçala rayonu, Qədimkənd kəndində yerləşən evində 18.000 manat pulu Fatmaya təhvil vermiş, Fatma həmin pulu sayaraq götürmüşdür. Həmin vaxt o, Fatmaya qalıq 7.000 manat pulu tez bir zamanda kredit götürüb verəcəyinə söz vermişdir. Fatma ona qalıq 7.000 manat pulu verəcəyi halda heç bir şikayətinin olmayacağını b ildirmişdir. Bundan sonra o, 7.000 manat pul tapa bilməmiş və bu barədə Fatmaya bildirərək vaxt istəmişdir. Fatmadan ona 7.000 manat pul verməsini, həmin pulu Kərimə göstərərək adından guya borcunu ödəməsini Kərimə yalandan bildirməsini, sonradan Kərim formal olaraq ona olan 7.000 manat pulu qaytaracağı halda qaytarmasını təklif etmişdir. Fatma xahişini nəzərə alaraq ona 7.000 manat pul vermişdir. Məsələnin bağlanması üçün Fatma ilə razılaşmış, məsuliyyəti boynuna götürüb Fatmanın verdiyi 7.000 manat pulu Kərimə göstərərək Kərimin əvəzinə Fatmaya verəcəyini, sonradan ona 7.000 manat borcunu qaytarmalı olduğunu bildirmişdir. Kərim də onunla razılaşmış və o, 7.000 manat pulu yenidən Fatmaya qaytarmışdır. Lakin Kərim hələ də ona 7.000 manat pul verməmişdir. Bundan sonra onun Fatma ilə Kərimin arasında olan münasibət barədə heç bir məlumatı olmamışdır. Kərim ona 18.000 manat pulu haradan əldə etməsi barədə konkret olaraq heç nə deməmişdir. Lakin bildiyi qədəri ilə Kərim həmin pulu tanışlarından borc almışdır. Cavabdeh Fatma Adınǝyevadan pul alması barədə onun heç bir məlumatı, bununla bağlı hər hansı marağı olmamış, eləcə də Cavabdeh heç vaxt ona heç bir məbləğdə pul verməmiş, o da Kərimdən pul istəməmişdir. Həmin 7.000 manat pulu Kərimin işdən çıxmamasına, şikayət olmamasına görə iddiaçı ilə razılaşmışdır.
12. Neftçala rayon prokurorluğunun müstəntiqi X2 17 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının müəyyən etdi hissədində qeyd edilmişdir ki, “Toplanmış materialdan görünür ki, Adınǝyeva Fatma Rafiq qızı ilə Cavabdeh arasında 2021- ci il əvvəllərindən sevgi münasibətləri yaranmış, onlar gələcəkdə rəsmi şəkildə evlənmələri ilə bağlı razılğa gəlmiş, İddiaçı da bu münasibətlərə əsasən müraciətində göstərdiyi müxtəlif məbləğlərdə pulları həmin vaxtdan Cavabdeh xahişlərinə əsasən özünə yeni avtomobil, sürücülük vəsiqəsi, idarə etdiyi avtomobilə təkər, özünə geyim, ərzaq məhsulları almaq, birlikdə intim münasibətində olduqları mənzilin kirayə pulunu ödəmək və sair məqsədlər üçün nağd şəkildə vermiş və ya kart hesablarına göndərmişdir”.
13. Neftçala rayon prokurorluğunda araşdırma zamanı izahatı alınmış X1 izahatında aşağıdakılar qeyd olunur: “Kərimdən eşitdiyi qədəri ilə Fatma boşandıqdan sonra aralarında sevgi münasibətləri də olmuşdur. Cavabdeh "Hyundai Elantra" markalı avtomobil alması barədə heç bir məlumatı yoxdur, hə mçinin o, heç vaxt Kərimin yerinə 15.000 manat pul verməmişdir. Təxminən 4-5 ay bundan əvvəl Fatma Adınǝyevanın anası Gülnaz Adınǝyeva onu yaşadıqları Qədimkənd kəndində yerləşən evə çağıraraq Kərimin "Hyundai Elantra" markalı avtomobil almaq üçün ondan 15.000 manat pul aldığını, həmin pulu qaytarmaq üçün qızı Fatmadan həmin məbləği tezliklə evləcəyini vəd edərək aldığını bildirmiş, o da həmin vaxt Gülnaza belə bir halın baş vermədiyini, heç vaxt Kərimə pul vermədiyini, həmçinin Kərimin ona pul qaytarmadığını bildirmişdir. Bundan sonra Gülnaz ona Kərimin qızını aldadaraq 60.000 manat pulunu ələ keçirdiyini bildirmiş və ondan Kərimə pulunu qaytarmasını tələb etməsini xahiş etmişdir. O da bu barədə Kərimdən soruşmuş, Kərim isə belə bir halın baş vermədiyini şərlədiklərini bildirmişdir. Lakin o, Kərimə Fatmadan aldığı pulları geri qaytarmasını tələb edəndən sonra həmin puldan 18.000 manat məbləğində olan pulu geri qaytardığını eşitmişdir. O, hesab edir ki, Cavabdeh İddiaçı pul almaq üçün sonuncunu inandırmaq məqsədilə sonuncunun yerinə onun pul verdiyini, ona borclu olduğunu bildirmişdir. Belə ki, 2023-cü ilin aprel ayında o, "Hyundai Elantra" markalı avtomobili Bakı şəhərindən bankdan əldə etdiyi kredit məbləği hesabına almışdır. Ola bilsin ki, Kərim də bunu əsas gətirərək belə bir yalan uydurmuşdur. O, heç vaxt Cavabdeh özünə, eləcə də əvəzinə heç kimə pul vəsaiti verməmiş, eləcə də heç vaxt Kərim ona hər hansı məbləğdə pul vəsaiti geri qaytarmamışdır”.
14. Neftçala rayon prokurorluğunda araşdırma zamanı izahatı alınmış X3 izahatında aşağıdakılar qeyd olunur: 2021-ci il tari xdə Daxili İşlər orqanlarına qəbul olmuş, xx.xx.2023-cü il tarixdən hazıradək Neftçala RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində çalışır, polis serjantı rütbəsindədir. Kapital Bank ASC-nin 4169-7385-7576-7706 saylı plastik kartı ona məxsusdur, onun adına debet kart olaraq rəsmiləşdirilmişdir. Belə ki, təxminən 2021-ci ilin noyabr ayında onunla birlikdə post-patrul xidmətində polis nəfəri işləyən, iş yoldaşı Cavabdeh ona müraciət edərək, pul köçürmələri üçün daha az komissiya ilə köçürmələri nağdlaşdırmaq üçün debet bank kartı lazım olduğunu, öz adına bank kartı açdıraraq sonuncuya istifadə etməsi üçün verməsini xahiş etmişdir. O da Cavabdeh ilə iş yoldaşı olduğu üçün, eləcə də sonuncunun polis əməkdaşı olduğuna görə heç bir tərəddüd etmədən Kapital Bank ASC-dən adına 4169-7385-7576-7706 sa ylı plastik bank kartı rəsmiləşdirərək Cavabdeh vermişdir. Bundan sonra Cavabdeh həmin kart vasitəsilə hansı növ əməliyyatları icra etməsindən məlumatı olmamış, bu barədə də heç bir söz soruşmamışdır. Həmin bank kartından heç vaxt istifadə etməmiş, eləcə də həmin bankın mobil tətbiqi vasitəsi ilə heç vaxt kartın məlumatlarını görməmişdir. Həmçinin o, izahatında Kapital Bank ASC-yə məxsus 4169-7385-7576-7706 saylı plastik bank kartına İddiaçı məxsus 676867*****0883 nömrəli kart hesabından ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul köçürmələrinin həyata keçirilməsi il bağlı bildirmişdir ki, Adınǝyeva Fatma Rafiq qızını ümumiyyətlə tanımır, həmçinin sonuncuya məxsus kart hesabından onun adına rəsmiləşdirilmiş bank kartına göndərilən pul vəsaitlərindən məlumatı olmamışdır. Qeyd edilən bank kartı onun adına rəsmiləşdirilsə də faktiki olaraq Cavabdeh istifadəsində olmuşdur. Ola bilsin ki, həmin köçürmələr Cavabdeh göndərilmiş, sonuncu da kart vasitəsilə pulu nağdlaşdırmışdır.
15. Neftçala rayon prokurorluğunda araşdırma zamanı izahatı alınmış X7 izahatında aşağıdakılar qeyd olunur: 2020-ci ilin iyun ayından Daxili İşlər orqanlarına qəbul olmuş, hazıradək Neftçala RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır, polis serjantı rütbəsindədir. Kapital Bank ASC-nin 4169-7388-2225-5711 saylı plastik kartı ona məxsusdur, tərəfindən öz adına rəsmiləşdirilmişdir, debet kart olaraq 2023-cü ilin təxminən mart ayından hazıradək istifadə edir. Adınǝyeva Fatma Rafiq qızı adlı şəxsi ümumiyyətlə tanımır. Onunla birlikdə Neftçala RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyən Cavabdeh i lə birlikdə Bakı şəhərində ezamiyyətə olan zaman sonuncu xərcləmək üçün ailə üzvlərinin pul atacağını bildirərək onun kartının rekvizitlərini tələb etmiş, o da iş yoldaşı olduğuna görə həmin bank kartının şəkilini çəkməsi üçün Kərimə vermiş, Kərim də kartın şəklini çəkmişdir. Bundan sonra Kərim ona ailə üzvlərinin həmin karta pul göndərdiklərini bildirmiş və ondan həmin kartı istəmişdir. O da kartı təqdim etmiş və Kərim kart hesabından bankomat vasitəsilə hazırda xatırlamadığı məbləği nağdlaşdırmışdır. Bu hadisə təxminən bir neçə dəfə baş vermişdir. Lakin o, Cavabdeh həmin pul vəsaitini kimdən istəməsi, eləcə də nə məqsədlə istəməsindən məlumatı olmamışdır. Lakin Kərim ona ailə üzvlərinin xərclik üçün pul atacaqlarını bildirdiyi üçün o da kartını şəkilini çəkməsi üçün vermişdir.
16. Eyni z amanda qərarda qeyd edilmişdir ki, araşdırma materialına əlavə edilmiş Neftçala rayon polis şöbəsinin rəisinin xx.xx.2017-ci il tarixli əmrindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixindən Neftçala RPŞ-nǝ polisə ictimai dəstək əməkdaşı (mülki) vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, Neftçala rayon polis şöbəsinin post-patrul xidməti tağımının pois nəfəri, polis nəfərisürücüsü vəzifəsinə təyin edilməklə, polis sıravisi xüsusi rütbəsi verilmiş, Neftçala rayon polis şöbəsinin rəisinin xx.xx.2023-cü il tarixli əmri ilə Neftçala rayon polis şöbəsinin postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Cavabdeh “Azərbaycan Republikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlar ında xidmətdən xaric olunmuşdur.
17. Həmçinin qərarda qeyd edilmişdir ki, araşdırma zamanı Fatma Adınǝyevanın təqdim etdiyi səs yazıları ilə bağlı 17 iyul 2023-cü il tarixli qərarla “Məhkəmə-fonoskopik” ekspertizası təyin edilmiş, “Məhkəmə-fonoskopik” ekspertizasının 3-16-16/2-4/1304 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda bir nəfər kişi cinsinə məxsus diktor iştirak etmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissə də verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Cavabdeh məxsusdur.
18. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclası zamanı təqdim edilmiş 1 ədəd diskə tərəflərin iştirakı baxış keçirilmişdir.
19. Cavabdeh 3 il bündan əvvəl qohumu Fatmadan qardaşı Səfalı Kərimovun müalicəsi üçün 5.000 manat məbləğində borc istədiyini, Fatma da ona həmin pulu aylıq 650 manat faiz ödəməklə, əsas borc olan 5.000 manat məbləğinin isə dəyişmədən qalması şərti ilə verəcəyini, o da məcbur qalaraq razılaşdığını və İddiaçı hazırda xatırlamadığı tarixdə 5.000 manat pulu aldığını, lakin sonradan maddi imkanı zəif olduğuna görə aylıq 650 manat faiz borcunu Fatmaya ödəyə bilmədiyini, bundan sonra Fatma ona faiz borcunun əsas borc ilə birlikdə 25.000 manat olduğunu, ödəmədiyi halda on dan şikayət edəcəyini, onu işdən çıxaracağını bildirməklə hədələdiyini, o da məcbur qalaraq 2023-cü ilin fevral ayında 18.000 manat pulu Bankdan kredit götürdüyünü, 7.000 manat da xalası oğlu Aydın Sadıqovdan borc pul alaraq və Aydının vasitəsilə həmin pulu Fatmaya verdiyini, Fatma da ona pulu aldığını, aralarında heç bir borc qalmadığını bildirdiyini, həmçinin Fatmadan ayrı-ayrı vaxtlarda gündəlik xərcləri üçün borc pul istədiyini, o da onun “vhatsapp” tətbiqi vasitəsilə göndərdiyi bank kartlarına həmin məbləğləri göndərdiyini, hazırda bundan uzun müddət keçdiyinə bank kartlarının konkret olaraq rekvizitlərini xatırlamadığını, Fatma öz adına, iş yoldaşı Səid Qənbərov, Eldar Hacıyev və hazırda xatırlamadığı tanışlarına məxsus olan bank kartları vasitəsilə ona borc pul verdiyini etiraf et miş, lakin aldığı borc pulları qaytardığını, hazırda Fatmaya heç bir məbləğdə borcu olmadığını, İddiaçı onu şərləyərək ondan artıq olaraq pul almaq istəyini, bununla yanaşı o, xx.xx.2023-cü il tarixli İddiaçı təqdim etdiyi diskə baxış keçirilməsi haqqında protokolda qeyd edildən “vhatsapp” tətbiqi vasitəsilə Fatma Adınǝyevaya “mənə bilirsən nə maraqlıdı, mən demirəm elərmirsən, eləyirsən, beş mini kaş verməzdim Elizbara, o beş mini də qaytarardım, on mini də girərdim borca, xərcə qaytarardım, nəbilim e, bu gün ki, gündə mənim yediyimi içdiyimi burnumdan gətirdin ha, nǝbilim, nə deyim sənə sağol. Səni bir də yığsam, səni birdə axtarsam, səndən bir də pul istəsəm” səsli ismarıcla tanış olduğunu və həmin səsli ismarıcın onun tərəfindən qeydə alındığını, səsli ismarıcda dediyi Elizbara beş min i kaş verməzdim, sözünün yalan olduğunu, belə ki, o, heç vaxt Elizbardan pul almadığını, eləcə də ona heç vaxt beş min vermədiyini, Fatma ondan pulunu istədiyi üçün yalandan elə dediyini, eləmisən deyən zaman isə Fatmaya 5.000 manat faizə borc pul verməsini nəzərdə tutduğunu işin məhkəmə baxışı zamanı bildirmişdir.
20. Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(053)-70/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 19844 manat məbləğində pul vəsaitinin və 149 manat 53 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Samir Quliyev)
21. Məhkəmə qeyd etmişdir ki, cavabdeh 5.000 manat borc məbləğini faizlə aldığı, eləcə də digər vaxtlarda iddiaçıdan istədiyi və yuxarıda qeyd edilən kart hesablarına iddiaçı tərəfindən göndərilən pul məbləğlərinin qaytarılmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
22. Məhkəmə «diskə baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokola və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar»a qiymət verərək vurğulamışdır ki, həmin «disk»də olan PTT-20230116-WA0024 adlı cavabdeh tərəfindən qeyd edilmiş səs yazısında “Evimi eşiyimi satacam, maşınımı satacam, Safalıya yalvaracam, Natavana yalvaracam, Əlvana yalvaracam, 20-30 min pulu düzəldib gətirib verəcəyini” qeyd etməklə kifayətlənməmiş, həmin borcu nəyə sərf etdiyini və edəcəyini ayrı-ayrılıqda sadalamış, məhkəmə iclası zamanı etiraf etməsə də İddiaçı sevgi mesajları göndərməklə ələ almış, ona vədlər vermiş, hansı müddətə qaytaracağını qeyd etməsə də sonda isə borcu qaytarmaq iqtidarında olduğunu qeyd etmişdir.
23. Məhkəmə hesab etmişdir ki, Cavabdeh Fatma Adınǝyevadan mütəmadi olaraq müxtəlif adlarda pul alması hallarını istintaq zamanı dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, iş materiallarında olan, tərəflər arasında «WhatsApp», telefon yazışmalarının qeydə alındığı diskdə olan sübutlarla, həmçinin iddiaçının cavabdehə pul verməsi barədə təqdim etdiyi əl qeydi kağızında da öz təsdiqini tapır. Neftçala rayon prokurorluğunda verdiyi izahatında da Cavabdeh İddiaçı ayrı-ayrı vaxtlarda gündəlik xərcləri üçün borc pul istədiyini, sonuncu da onun "Whatsapp" tətbiqi vasitəsilə göndərdiyi bank kartlarına göndərilən pulların da borc olaraq aldığını etiraf etmişdir.
24. Məhkəmə bu halı və işin digər faktiki hallarını nəzərə alaraq cavabdeh in məhkəmədə real olaraq iddiaçıdan borc almadığını və ona borcu olmadığı barədə bildirdiklərini ağlabatan saymamışdır. Belə ki, cavabdehin prokurorluğa verdiyi izahatında iddiaçı ilə aralarında heç bir sevgi münasibətinin olmaması, onun tərəfindən rayonda kirayə ev tutulmaması və aylıq kirayə pulunun Fatma tərəfindən ödənilməməsi, habelə 5000 manatdan başqa Fatmadan pul almadığı barədə verdiyi izahat, məhkəmə araşdırması zamanı, habelə tərəflər arasında olan yazışmalarla təkzib edilir.
25. Məhkəmə iddiaçının vəsatəti ilə dindirilmiş şahidin, həmçinin cavabdehin vəsatəti ilə dindirilmiş şahidin ifadələrini də nəzərə alaraq qeyd etmişdir ki, şahid X6 cavabdehə dəstək olmaq məqsədilə iddiaçı ilə razılığa gələrək 7.000 manat məbləğində pulu ondan öz adından alıb cavabdehlə birgə Fatmagilə g edərək sonuncunun ailə üzvlərinin yanında ona vermişdir. Həmin pul məbləğinin iddiaçıya qaytarılmasını üzərinə öhdəlik götürmüş X6 özü qaytaracağını məhkəmə iclasında bildirmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə X4 iddiaçı tərəfindən verilmiş 7.000 manat məbləğində pul cavabdehdən tələb oluna bilməz.
26. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil1 cavabdehə göndərdiyi pretenziya məktubunda iddiaçı tərəfindən cavabdehə ümumilikdə 65000 manat pul verildiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə maşın almaq üçün iddiaçı tərəfindən cavabdehə ilkin olaraq 10.000 manat, 15 gün sonra isə 15.000 manat, cəmi 25.000 manat pul verildiyini, arada yaranan narazılıqdan sonra pulun 18.000 manat hissəsinin 2023-cü ilin may ayında, 7.000 ma nat hissəsinin isə həmin ilin may ayının 25-dən sonra iddiaçıya qaytarılmasının etirafı qeyd olunan məktubda öz təsdiqini tapır.
27. Məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehə və onun təqdim etdiyi kart hesablarına köçürmələrə, onlar arasında olan yazışmalara və iddiaçının məhkəməyə təqdim etdiyi əl qeydlərinə və diskdə olan sübutlara əsasən iddiaçı tərəfindən cavabdehə 19.844 manat məbləğində pul verilmişdir.
28. Məhkəmə tərəfindən diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, “cinayət işinin başlanmasının rədd olunması” haqqında qərarda və “diskə baxış keçirilməsi haqqında olan protokolda” iddiaçı tərəfindən cavabdehin göndərdiyi kart hesablarına köçürülmüş bəzi məbləğlər öz əksini tapmamış, məhkəmə isə həmin qeydləri (qəbzləri) müəyyən edərək sübut kimi dəyərləndirm işdir. Belə ki, xx.xx.2023-cü il tarixdə 100+20 manat, xx.xx.2023-də 30 manat, xx.xx.2023-də 40 manat, xx.xx.2023-də 120 manat, digər kart hesabına 3 manat, xx.xx.2023-də 20 manat, xx.xx.2022-də 20 manat, xx.xx.2022-də 30 manat, xx.xx.2022- də 25 manat, xx.xx.2022-də 100 manat, xx.xx.2022-də 50 manat, xx.xx.2022-də 125 manat, xx.xx.2022-də 400 manat, digər kart hesablarına həmin tarixdə 2+15 manat, xx.xx.2022-də 27 manat, xx.xx.2022-də 30 manat, xx.xx.2022-də 20 manat, xx.xx.2023- də 300 manat, xx.xx.2022-də 20 manat, xx.xx.2023-də 12 manat, xx.xx.2023də 45 manat, xx.xx.2023-də 20 manat olmaqla, ümumilkdə 1.574 manat məbləğində pul yuxarıda qeyd edilən kart hesablarına iddiçı tərəfindən köçürülmüşdür. Həmçinin tərəflər arasında «WhatsApp» tətbiqi vasitəsində yazışmalarda tarixi qeyd olunma yan şəkillərdən 1200 manat, 1000 manat, 1500 manat, 2500 manat, 1500 manat, 500 manat, 1200 manat, 150 manat, habelə iddiaçının təqdim etdiyi qeyd dəftərində olan əlyazmasında olan qeydə əsasən Vaz-2107 markalı avtomobilin alınması üçün ilkin ödəniş kimi verdiyi 4800 manat, habelə həmin avtomobilin aylıq kreditinin ödənilməsi üçün 14 ay ərzində hər ay 280 manat olmaqla ödədiyi 3920 manat, cəmi 19844 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsi və ya göndərilməsi məhkəmə tərəfindən müəyyən edilmişdir.
29. Beləliklə, diskə baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokol və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə iddiaçının təqdim etdiyi diskdə şəkilləri əks olunmuş qeyd dəftərində olan qeydlər, müəyyən tarixlərdə müxtəlif kart hesablarına köçürü lmüş məbləğlər və tərəflər arasında olan yazışmalar hazırda iddiaçı və cavabdeh arasındakı 19.844 manat məbləğində pula dair borc münasibətlərinin mövcud olduğunu təsdiq edən sübut kimi qiymətləndirilməlidir.
30. Bununla yanaşı, iddiaçı işin məhkəmə baxışı zamanı həqiqətən də 18.000 manat məbləğində pulun ona cavabdeh tərəfindən 7.000 manatın isə cavabdehin adından Aydın tərəfindən ona qaytarıldığını etiraf etmişdir.
31. Lakin iddiaçı tərəf həmçinin bildirmişdir ki, həmin məbləğin cavabdehin ona qaytarmalı olduğu 47.000 manat borcla heç bir əlaqəsi yoxdur.
32. Məhkəmə iddiaçının ümumilikdə 47.000 manat məbləğində pulla bağlı bildirdiklərini ağlabatan saymayaraq hesab etmişdir ki, cavabdehin iddiaçıya olan borcunun məbləğinin hesablanması üçün cavabdeh tərəfindən qaytarılmış 25.000 manat məbləğ 19.844 manat borcun bir hissəsi hesab olunmamaqla tələb edilən borcdan çıxılmamalıdır. Çünki cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 18.000 manat və cavabdehin xalası oğlu Aydın tərəfindən cavabdehin borcundan iddiaçıya ödənilmiş 7.000 manat pulun cavabdehin iddiaçıdan özü üçün “Hunday-Elantra” markalı avtomobil alması üçün aldığı tərəflər arasında olan yazışmalarla müəyyən edilir. Müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya olan borcu 19.844 manatdır.
33. Məhkəmə gəldiyi nəticənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 448.1, 739.1, 739.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
34. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikay əti verərək qətnamənin dəyişdirilməklə iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
35. İddiaçının apelyasiya şikayəti, iddia ərizəsi və birinci instansiya məhkəməsindəki izahatı ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, faktiki olaraq Neftçala rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində bütün hallar sübuta yetirilmiş olsa belə, məhkəmə tam olaraq deyil, qismən iddianı təmin etmişdir. Məhkəmə araşdırması zamanı “Whatsapp” tətbiqi vasitəsilə maşını aldığını təsdiq edən yazışmanı sübut kimi məhkəmə nəzərə almasına baxmayaraq, digər göstərilən pulları iddiaçının ödəməsini danışıqlarda müəyyən etməmişdir. 7000 manat təmin edilməyən pul məbləğinin iddiaçıya qaytarılmasını üzərinə öhdəlik götürmüş X6 özü qaytaracağını məhkəmə iclasında bildirmişdir. Buna görə də, məhkəmə hesab edib ki, hazırkı vəziyyətdə X4 iddiaçı tərəfindən verilmiş 7000 manat məbləğində pul cavabdehdən tələb oluna bilməz. Halbuki, bir hissədə 7000 manat təmin edilməli idi. Çünki fərqli ifadələr verən Sadıqov Aydın bilərəkdən yalan ifadə verərək həm prokurorluqda, həm də məhkəmədə yalan danışmışdır. Bu pulu iddiaçı deyil, cavabdeh Sadıqov aydından tələb edib almalı və iddia 7000 manata münasibətdə təmin olunmalıdır. Qeyd edilən 20-30 min manat məbləğində pulun cavabdeh tərəfindən alınması barədə etirafı hesab edilməli olduğu halda, məhkəmə bu qənaətə gəlmişdir ki, aşağıda qeyd olunan sübutlara, habelə iddiaçı tərəfindən cavabdehə və onun təqdim etdiyi kart hesablarına köçürmələrə, onlar arasında olan yazışmalara və iddiaçının məhkəməyə təqdi m etdiyi əl qeydlərinə və diskdə olan sübutlara əsasən iddiaçı tərəfindən cavabdehə 19844 manat məbləğində pul verilmişdir. Səs yazısındakı 20-30 min manat pulun bu məbləğə aid olmadığı açıq aşkar görünür və bu hissədə də iddia tələbi təmin edilməli idi. Həmçinin “Mənə bilirsən nə maraqlıdı, mən demirəm e eləmirsən, eləyirsən, 5 mini kaş verməzdim Elizbara, 5 mini də qaytarardım, 10 mini də geri qaytarardım, nə bilime bu günkü gündə mənim yediyimi içdiyimi burnumdan gətirdin ha, nə bilim nə deyim sənə mən sənə başqa bir söz deyə bilmirəm e, gör nə deyirəm e sağ ol. Mən bir də səni yığsam, bir də səndən pul istəsəm” deyən cavabdehin son günlərə qədər pul aldığını etiraf etməsi, tələb edilən pulun ona verilməsini sübuta yetirir. Həmçinin göndərilən pul qəbzlərinə baxdıqda bu vaxtdan sonra da pullar göndərildiyi sübuta yetirilmiş olsa da, məhkəmə iddianı qismən qəbul etmişdir.
36. Cavabdehin nümayəndəsi Vəkil2 Soltan oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
37. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini qismən təmin edərkən iddiaçının DİN-ə barəsində şikayət edəcəyi halda Neftçala rayon polis şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsindən azad ediləcəyindən ehtiyat edərək kart hesablarına köçürülmüş və ayrı-ayrı tarixlərdə az məbləğlərdə əlbəəl olaraq almış olduğu təxminən cəmi 3000-4000 manat məbləğində pulun əvəzinə 25000 manat məbləğində pul vəsaiti vermək məcburiyyətində olduğunu, qətnamə əsasında qismən təmin olunmuş iddia tələbi üzrə olan pul məbləğinin həmin ödənişə daxil olduğunu, iddiaçının DİN-ə olan şikayətindən sonra Neftçala rayon polis şöbəsinin rəisinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunduqdan sonra iddiaçıya təkrar pul vermədiyini nəzərə almamaqla əsaslı qənaətə gəlməmişdir. Belə ki, o iddiaçıdan ayrı-ayrı tarixlərdə təxminən 3000-4000 manat pul almışdır. Lakin münasibətləri pozulduqdan sonra iddiaçı ona 5000 manat pul verdiyini iddia etmişdir. İddiaçının ondan şikayət etməsinin qarşısını almaq məqsədi ilə həmin məbləğlə razılaşmışdır. Lakin iddiaçı sonradan fikrini dəyişərək ondan 5000 manat deyil, 25000 pul tələb edərək əks təqdirdə DİN-ə barəsində şikayət edəcəyini, onu işdən qovduracağını bildirmişdir. Bu səbədən də, məcburiyyət qarşısında qalaraq fərdi təsərrüfatında olan bir neçə baş mal-qaranı satma qla və bankdan kredit götürməklə 25000 manat məbləğində pul vəsaiti toplayıb iddiaçıya vermişdir. İş materialları arasında olan sms qeydlərində iddiaçının təhdidlərindən sonra ona pul verəcəyinə söz verməyi təsdiq olunur. Belə ki, iş materialına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçıya “fsyo bitdi, 2000 düzəldim, 20 min düzəldim verim sene qutardiq, her şeylə” SMS-i və PTT-20230116- WA0024 adlı “Evimieşiyimi satacam, maşınımı satacam, Safalıya yalvaracam, Natavana yalvaracam, Əlvana yalvaracam 20-30 min pulu düzəldib gətirib verəcəm sənə, ömürlük səni siləcəme bu hərəkətinə görə. Sən ki bu günki günü haram elədin ha mənə, nə günün olsa haram olsun sənə” məzmunlu SMS göndərmişdir. Eyni zamanda məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində iddiaçını ona demiş olduğu sözləri məhkəmədə təkrar edərək, “Fatmaya cəmi 5000 manat borclu olduğunu, həmin məbləğin faiz borcu kimi hesablanılaraq 25000 manat olduğunu, onunla birlikdə Fatmagildə olarkən Fatmanın 25000 manat pulun verildiyi halda heç bir şikayət etməyəcəyini bildirdiyini“ qeyd etmişdir. Qətnamədən görünür ki, məhkəmə “VAZ 2107” markalı avtomobilin alınması üçün ilkin ödəniş kimi verilmiş 4800 manat məbləğində pula dair iddia tələbini iddiaçının məhkəməyə təqdim etdiyi və özü tərəfindən yazılmış qeyd dəftərində olan əlyazmaya istinad etməklə təmin etmişdir. Məhkəmənin qeyd olunmuş əlyazmaya istinad etməsi əsassızdır. Həmin qeydlər istənilən vaxt yazıla bilər və bu barədə də məlumatı olmamışdı r. Belə ki, həmin qeydin yuxarı hissəsində onun deyil, xalaoğlu olan Aydının adının yazılması pulun ona yox, Aydına verildiyini təsdiqləyir. Pul ona verildiyi halda əlyazma qeydində onun adı yazılmış olardı. 7 dəfəyə verilmiş 4800 manat məbləğində pulun hər dəfə Aydın vasitəsi ilə ona göndərilməsi mümkün və inandırıcı deyil. Digər tərəfdən iddiaçının məhkəməyə təqdim etdiyi əlyazma qeydi həmin əlyazmanın sonuncu sırasında qeyd olunmuş 150 manat istisna olmaqla 4800 manat pulun hissə-hissə qaytarıldığını, yalnız 150 manat borcun qaldığını göstərir. Qətnaməyə görə 4800 manat pul məbləği avtomobilin alınması üçün ilkin ödəniş kimi, yəni birdəfəlik ödəniş kimi verilmişdir. Lakin iddiaçı bildirir ki, həmin pulu uzun müddətdə, ayrı-ayrı tarixlərdə və hissə-hissə vermişdir. İddiaçının qətnamədəki fərqli ifadəsinə görə isə “VAZ 2107” markalı avtomobili almaq adı ilə xx.xx.2022-ci ilədək hər ay 280 manat olmaqla, ümumilikdə 4200 manat məbləğdə pul vəsaitini iddiaçıdan yaşadığı evin qarşısında təklikdə almışdır. Digər tərəfdən bildirir ki, “VAZ 2107” markalı avtomobili bankdan kredit götürərək ilkin olaraq 3000 manat ödəyərək almışdır. Aylıq isə 280 manat kredit şəklində ödəmişdir. Məhkəmənin “VAZ 2107” markalı avtomobilin aylıq kreditinin ödənilməsi üçün 14 ay ərzində hər ay 280 manat olmaqla, cəmi 3920 manat məbləğində pulun qaytarılması barədə iddia tələbini təmin etməsi də əsassızdır. Belə ki, iddiaçı kredit ödənişi qəbzlərindən görünür ki, 14 ay ərzində olan bütün ödənişlər onun tərəfindən olunmuşdur. Digər tərəfdən, 14 ay ərzində hər ay 280 manat olmaqla, cəmi 3920 manat məbləğ ində pulun avtomobilin aylıq kreditinin ödənişi olaraq iddiaçı tərəfindən ödənilməsi iş materiallarında heç bir sübutla təsdiqlənmir. Məhkəmə iddia tələbini həmin hissədə təmin edərkən yalnız iddiaçının əlyazma formasında olan qeydlərinə istinad etmişdir. Həmin qeydlər istənilən vaxt tərtib oluna bilər və bu barədə də məlumatı yoxdur. Digər tərəfdən, iddiaçı tərəfindən avtomobilin 3920 manat məbləğində kredit ödənişi olunduğu halda onun “Whatsapp” tətbiqindəki yazışmalarda etirafı, iddiaçıya təşəkkürü olardı. Lakin belə bir qeydlər olmamışdır. Məhkəmə iddia tələbini “1200 manat, 1000 manat, 1500 manat, 2500 manat,1500 manat, 500 manat, 1200 manat, 150 manat məbləği hissəsində təmin etməklə də əsaslı olmamışdır. Belə ki, mülki iş materiallarında qeyd olunmuş pul məbləğinin ona verilməsinə d air sübut mövcud deyildir. Çünki həmin pulun verilməsinin onun tərəfidən etiraf olunması, təsdiqlənməsi müəyyən olunmur. Məhkəmə qeyd olunmuş pul məbləğinin hansı tarixlərdə, hansı məqsədlə verilməsini də araşdırmamışdır. İnkar etmir ki, o iddiaçıdan bir neçə dəfə borca pul istəmiş, lakin o, əksər hallarda həmin pulu verməkdən imtina etmişdir. Bundan başqa iddia ərizəsi ilə ona göndərmiş pretenziya məktubu arasında ziddiyyət vardır.
38. Cavabdehin nümayəndəsi vəkili Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, cavabdeh vəkilinə İddiaçı 1574 manat məbləğində pul aldığını, faizlərlə birlikdə ümumi qalan borcunun isə 5000 manata qədər hissəsini qəbul edir. İddiaçıya olan borcunu qaytarmasa İddiaçı cavabdehi işdən çıxartdıracağı ilə hədələmiş, bundan sonra cavabdeh də işini itirmək istəmədiyi ü çün məcbur olub onunla razılaşıb. Bu səbəbdən də cavabdeh işdən çıxarılmaqdan qorxduğu üçün deyib ki, 20000-30000 manat pul verməyə razılaşıb ki, işdən çıxarılmasın. Bundan əlavə qeyd edir ki, iş materiallarında olan pretenziyadan görünür ki, həmin puldan 25000 manatını qaytarıb. Yəni yazışmalarda olan 20000-30000 manat pul ümumi məbləğin içindədir. O da etiraf kimi qəbul oluna bilməz. Qətnamədə tutulan məbləğin iddiaçının əl yazısı ilə yazdığı qeydlər əsasında olduğunu demiş və həmin qeydləri göstərərək əlavə etmişdir ki, həmin qeydlərdə “150 manat qalıb” yazılıbsa, deməli digər məbləğləri cavabdeh həmin qeydlərdə olan digər məbləğləri də qaytarıb. Bundan əlavə pullar cavabdehə verilmişsə, həmin qeydlərdə Aydın adı yazıldığı diqqətə çatdırılmalıdır. İş materiallarında olan heç bir qəbzdə iddiaçının adı yoxdur ki, həqiqətən də həmin pulları Fatma verib. Habelə “Whatsapp” tətbiqindəki yazışmalarda öz əksini tapmış 1200 manat, 1000 manat, 1500 manat, 2500 manat,1500 manat, 500 manat, 1200 manat, 150 manat məbləğləri, eyni zamanda 25000 manat hissə qaytarılmışdır. Bu hal pretenziya məktubundan müəyyən edilir.
39. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1292/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Neftçala Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2(053)-70/2024 saylı qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilmiş, iddianın qismən təmin edilməsi, Cavabdeh 16124 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia təl əbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər – Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Cahid İmanov).
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdəki sübutlarla 1574 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsi təsdiqini tapmışdır. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçıdan hər hansı pul almağını və heç bir məbləğdə də pul qaytarmadığını bildirmişdir ki, bununla da cavabdeh həmin pulun qaytarılmadığı faktını özü etiraf etmişdir.
41. Bundan başqa, tərəflər arasında “Whatsapp” tətbiqi vasitəsilə yazışmalarda tarixi qeyd olunmayan şəkillərdən müəyyən edilən 1200 manat, 1000 manat, 1500 manat, 2500 manat, 1500 manat, 500 manat, 1200 manat, 150 manat məbləğdə pul vəsaitinin cavabdehə göndərilməsi faktı barədə kollegiya qeyd etmişdir ki, Kərimov X8 rayon prokurorluğunda verdiyi və işdə olan digər izahatlarında göstərmişdir ki, iddiaçıdan ayrıayrı vaxtlarda gündəlik xərcləri üçün borc pul istəmiş, o da onun “Watsapp” tətbiqi vasitəsilə göndərdiyi bank kartlarına həmin məbləğləri göndərmişdir. İş materiallarına əsasən cavabdeh iddiaçıya ümumiyyətlə, hər hansı pul vəsaiti ödəmədiyini bildirmişdir. Bu zaman o da nəzərə alınmalıdır ki, cavabdeh Neftçala rayon prokurorluğunda verdiyi izahatında həmçinin bildirmişdir ki, 2020-ci il tarixdən hazıradək ayrı-ayrı vaxtlarda ***-*****-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrəni istifadə etmiş, eləcə də həmin nömrələr vasitəsilə “Whatsapp” tətbiqindən qeydiyyatdan keçməklə həmin tətbiqdən istifadə etmişdir.
42. Kollegiya bundan əlavə qeyd etmişdir ki, birinci instans iya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi qeyd dəftərində olan əlyazmasına əsasən “VAZ 2107” markalı avtomobilin alınması üçün ilkin ödəniş kimi verdiyi 4800 manat, habelə həmin avtomobilin aylıq kreditinin ödənilməsi üçün 14 ay ərzində hər ay 280 manat olmaqla ödədiyi 3920 manat məbləğdə pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə verilməsi və ya göndərilməsi müəyyən edilmişdir. Həmin məbləğin də cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Ancaq kollegiya “VAZ 2107” markalı avtomobilin alınması üçün verilmiş pulun əvəzi qismində ümumilikdə 3920 manat məbləğdə pul vəsaitinin tutulması ilə bağlı qeyd edib ki, işdə olan diskə baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokoldan və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, tədqiq edilmiş fotoşəkillərdən birində “Kerim” olaraq qeyd edilmiş şəxsdən “Belədə sən mənim üçün almısan mən də ürəyim istəyəni edə bilərəm, gör nə deyirəm, maşını satıram, 2000 3000 edir verirəm sənə sən canın da bəsdi tay … yemədik ki, səninlə iş gördük, nə böyük”, həmin şəxsə isə “çalış bir maskada gǝz, 5 minə almısan” sözləri yazılmışdır. Əvvəlki fotoşəkillərdə olan yazılardan və həmin mətndən aşkar görünür ki, tərəflər arasındakı mövzu həmin vaxt “VAZ 2107” markalı avtomobilin alınması üçün cavabdehə pulun verilməsindən və onun geri qaytarılmasından gedir (səh. 119). Beləcə, cavabdeh “VAZ 2107” markalı avtomobilin alınması üçün iddiaçı tərəfindən ona 5000 manat məbləğdə pul verilməsi və həmin məbləğdə vəsaiti qaytarmalı olması öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə iddia çıya həmin məbləğin qaytarılması halı iş materialları ilə təsdiqini tapmamışdır.
43. Kollegiya işdə olan sübutlara əsasən cavabdehin faktiki istifadəsindəki kartlara iddiaçı tərəfindən köçürülmüş 1574 manat məbləğində, “Whatsapp” tətbiqi vasitəsində yazışmalarda şəkillərdə əksini tapmış və cavabdehə göndərilməsi faktı sonuncu tərəfindən etiraf edilən 1200 manat, 1000 manat, 1500 manat, 2500 manat, 1500 manat, 500 manat, 1200 manat və 150 manat, ümumilikdə 9550 manat, habelə “VAZ 2107” markalı avtomobilin alınması üçün iddiaçı tərəfindən cavabdehə verilmiş 5000 manat, cəmi 16124 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi halı qanuni və əsaslı hesab etmişdir.
44. Digər pul məbləğlərinin iddiaçı tərəfindən cavabdehə verilməsi yaxud qaytarılmaması faktı üzrə məhk əmə kollegiyası qeyd etmişdir ki, həmin fakt təsdiqini tapmır və ya cavabdeh tərəfindən etiraf edilmir. Belə ki, iddiaçının təqdim etdiyi əlyazma kağız qeyddəki məbləğlərin cavabdehə verilməsi onun tərəfindən qəbul (etiraf) edilmir. Habelə adıçəkilən qeyddə göstərilən məbləğlərin alınması yaxud hansısa hissəsinin qaytarılaraq ödənilməsi cavabdehin hər hansı xətti yaxud imzası ilə təsdiq edilmir. Buradakılar iddiaçının özü tərəfindən tərtib edilmiş və yazılmış yazılar və rəqəmlərdir ki, bunlar iş üzrə əhəmiyyət kəsb edən mötəbər sübut kimi qəbul edilə bilməz.
45. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında “Whatsapp” telefon yazışmalarında 20-30 min manatla bağlı bildirilməlidir ki, bu yazının mətnindən cavabdehin iddiaçıdan həmin məbləği alması təsdiqini tapmır. Sadəcə, cavabdeh həmin mə bləği maşını satmaqla qaytarmağını nəzərdə tutur ki, həmin məbləğ məhz 25000 manatın qaytarılmasını özündə ehtiva edir. Həmin məbləğin qaytarılması da işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı öz pretenziyasında həmin məbləğin qaytarıldığını göstərmişdir. Bu məbləğin məhz “HundayElantra” markalı avtomobilin dəyəri olması da işin müəyyən edilmiş mübahisəsiz faktiki halıdır.
46. Bütün bunlarla yanaşı, kollegiya diqqətə çatdırmışdır ki, işdə olan Neftçala rayon prokurorluğunun 17 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və tərəflər arasındakı yazışmalarla müəyyən edilmişdir ki, tərəflər arasında 2021-ci il əvvəllərindən sevgi münasibətləri yaranmış, onlar gələcəkdə rəsmi şəkildə evlənmələri ilə bağlı razılığa gəlmiş, iddiaçı da bu münasibətə əsasla naraq müxtəlif məbləğlərdə pulları həmin vaxtdan etibarən fərqli tarixlərdə iddiaçının xahişinə əsasən müxtəlif məqsədlər üçün ona nağd şəkildə vermiş və ya sonuncu üçün onda olan kart hesablarına göndərmişdir.
47. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1091-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayə tinin dəlilləri
48. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-1292/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Şirvan apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
49. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı “Whatsapp” tətbiqi vasitəsilə maşını aldığını təsdiq edən yazışmanı sübut kimi məhkəmə nəzərə almasına baxmayaraq, digər göstərilən pulları iddiaçının ödəməsini danışıqlarda müəyyən etməmişdir. Göründüyü kimi, prokurorluğun araşdırılmasında ortaya çıxan səs və mesaj yazışmaları zamanı iddia tələbinin əsasını təşkil edən hallar tam təsdiq olunduğu halda Şirvan Apellyasiya Məhkəməsi iddianı tam təmin etmək əvəzinə Neftçala Rayon Məhkəməsinin qətnaməsini ləğv etməklə iddianı qismən təmin etmiş və bununlada cavabdehin qanunsuz hərəkətlərinə haqq qazandırmış olmuşdur. Təqdim edilmiş bütün sübutlat onu deməyə əsas verir ki, iddia tələbi kifayət qədər əsaslıdır. Amma məhkəmə bunun əksinə olaraq Neftçala Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmiş vəsaitin 5000 manat azaldılması barədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə bütün hallar üzrə təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir.
50. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-1292/2024 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi, iddia tələ binin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
51. Cavabdehin kassasiya şikayəti onun apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən mübahisə üzrə yekun nəticəyə gələrkən işin faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verilməmiş, iddiaçının pretenziya ərizəsindəki faktiki əsasları və iddiaçıya 25.000 manat məbləğində pul verdiyini nəzərə almamış, iddia tələbinin qismən təmin olunması üçün sübutların mötəbər olmaması, işin müəyyən edilmiş hallarının hərtərəfli, tam və obyektiv araşdırılmaması, tədqiq olunan sübutlara obyektiv hüquqi qiymət verilməməsi nəticəsində mülkiyyət hüququ pozulmuşdur. Eyni zamanda məhkəmə bir tərəfdən iddiaçının onunla həqiqi ailə münasibətində olduğu üçün pulu borca və faizə vermədiyini, digər tərəfdən də aralarında yaranmış borc münasibətlərinə dair mülki hüquq normalarına istinad etməklə borca verdiyini, bu səbəbdən iddiaçı ilə borc münasibətlərinin mövcud olduğunu qeyd etmiş, bununla da hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
52. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
53. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsass ız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 54.Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 55.Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
56. Maddə 1091. Əsassız varlanan o şəxs (va rlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 76.1, 76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informa siya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
65. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı inst ansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən tam, cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halla rı müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
70. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qayd ada araşdırılmışdır. Kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətlərinin əsasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı qismən təmin etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
71. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
72. Nəzərə alınmalıdır ki, verilmiş iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır.
73. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini n 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
74. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
75. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
76. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
77. İddiaçının tələbi cavabdehlə müqavilə münasibətləri üzrə öhdəliyin icrası barədədir. Bu halda iddiaçı tələb etdiyi məbləğdə cavabdehin ona borclu olmasını təsdiq edən sübutu təqdim etm ək yükü daşıyır. Məhkəmələr həm iddiaçının, həm də cavabdehin təqdim etdiyi bütün sübutları (diskə baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokol və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə iddiaçının təqdim etdiyi diskdə şəkilləri əks olunmuş qeyd dəftərində olan qeydlər, müəyyən tarixlərdə müxtəlif kart hesablarına köçürülmüş məbləğlər və tərəflər arasında olan yazışmalar, tərəflərin vəsatəti əsasında dindirilmiş şahid ifadələri) tədqiq edib qiymətləndirərək, iddia tələbini qismən təmin etmişdir. İddiaçı tələbinin tam təmin olunmasına imkan verən sübutlar təqdim etməmişdir. Həmçinin cavabdeh ondan 16124 manat məbləğdə pulun tutulması barədə gəlinən nəticənin səhv olduğuna dair sübut təqdim etməmişdir.
78. Kollegiya bildirir ki, sübutları araşdırma q və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
79. Kassasiya şikayətlərinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
81. Məhkəmə kollegiyas ı yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1292/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.