Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-903/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı X7 nümayəndəsi X5, Cavabdeh və onun vəkili X2 iştirakı ilə, İddiaçı X14 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)353/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Yevlax rayon məhkəməsinin (hakim Vəzirxan Məlikov) xx xxxxxxxx 2018-ci il t arixli, 2(039)-1399/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh iddiaçı-cavabdeh X7 və onun ailə üzvlərinə ******* saylı Çıxarış əsasında Nurallar kəndinində mülkiyyətlərində olan torpaq sahəsinin 1,5 ha hissəsindən çıxarılması, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X14, X8, X15, X9, X10 və X3 864 manat məhv olmuş yoncaya görə, 5500 manat isə yonca toxumuna görə vurulmuş zərərin alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmiş, qarşlıqlı iddia tələbi qalan hissədə rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsi mülki kollegiyаsının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) xx xxxxxx 2019-cu il tarixli 2(107)-353/2019 nömrəli qətnaməsi ilə iş üzrə Yevlax rayon məhkəməsinin xx xxxxxx xx 2018-ci il tarixli, 2(039)1399/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmış, iddiaçı X14 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) xx xxxxxx 2019-cu il tarixli qəraradı ilə Şəki Apelyasiya Məhkəməsi mülki kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli 2(107)-353/2019 nömrəli qətnaməsindən iddiaçı X14 tərəfindən verilmiş kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə təmin edilməmiş, qətnamədən iddiaçı X14 və onun vəkili Abbasov Hüseyn Eldar oğlu tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşin halları İddiaçı X14 iddia ərizəsi ilə Yevlax rayon məhkəməsinə m üraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən xx.xx.2015-ci il tarixli, ******* nömrəli Çıxarışa əsasən Yevlax rayonu Nurallar kəndində onun və ailə üzvülərinin ümumi birgə mülkiyyətinə daxil olan 4,3359 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,5 ha hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdeh X7 ailə üzvləri adından Yevlax rayon məhkəməsində ona qarşı iddia qaldırdığı “Hüquqların Dövlət qeydiyyatı haqqında daçmmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il Çıxarışa əsasən Yevlax rayonu Nurallar kəndində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 4,3359 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,5 ha hissəsindən o nun çxarılması barədə tələbin əsassız olduğu üçün təmin olunmaması, 4432 manat məbləğində ona vurulmuş ziyanın cavabdehlərdən alınıb tam olaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbinin həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdeh X7 və digər cavabdehlərin bu mülki iş üzrə ona qarşı qaldırdıqları iddia tələbinin rədd edilməsi və adlarını idda ərizəsində göstərdiyi cavabdeh X14 və digər cavabdehlərin ona vurduqları ziyana görə onlardan onun xeyrinə torpağın alqı-satqısına görə onlara verdiyi 1500 manat, torpağın münbitləşdirilməsinə görə xərclədiyi 1000 manat, xarab olmuş yonca otuna görə 1830 manat, xarab olmuş yonca toxumu məhsuluna görə 6600 manat, cəmi 10930 manat pulun a lınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(039)-1399/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh iddiaçı-cavabdeh X7 və onun ailə üzvlərinə ******* saylı Çıxarış əsasında Nurallar kəndinində mülkiyyətlərində olan torpaq sahəsinin 1,5 ha hissəsindən çıxarılması, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X14, X8, X15, X9, X10 və X3 864 manat məhv olmuş yoncaya görə, 5500 manat isə yonca toxumuna görə vurulmuş zərərin alınaraq iddiaçı Cavabdeh verilməsi, qarşlıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnаmədən nаrаzı qаlаn iddiaçı X14 аpellyаsiyа şikаyəti verərək Yevlax rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tari xli, 2(039)-1399/2018 nömrəli qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli 2(107)353/2019 nömrəli qətnaməsi ilə iş üzrə Yevlax rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(039)-1399/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmış, iddiaçı X14 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli 2(107)353/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra mülki iş Yevlax rayonu məhkəməsinə göndərilmişdir. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı X4 Apelyasiya Məhkəməsi Mülki Kollegiyаsının xx xxxxxx 20 19-cu il tarixli 2(107)-353/2019 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə vermiş, həmin ərizəyə iddiaçı X7 və onun vəkili kassasiya şikayəti əlavə edilmişdir. İddiaçı X14 ərizəni əsaslandıraraq göstərmişdir ki, kassasiya şikayəti verilməsi müddətini üzrlü səbəbdən ötürmüşdür. Onun əri X16 xəstədir və onun başı ancaq ərinin müalicəsinə qarışdığı üçün müddəti ötürmüşdür. Ərinin xəstə olması ərizəyə əlavə etdiyi çoxsaylı resept, qəbz, arayış və başqa sənədlərlə təsdiqlənir. Bu hallar müddətin ötürülməsində üzrlü sayılmalıdır. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli 2(107)-353/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzə rdə tutulmuş müddətin bərpa edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı X14kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Əri X16 xəstədir və onun başı ancaq onun müalicəsinə qarışdığı üçün müddəti ötürmüşdür. Ərizəyə əlavə etdiyi icbari Tibbi Sığortanın xx xxxx 2019-cu il tarixli «Aşağı ətraf venalarının dopplerqrafik Müayinəsi»ndən görünür ki, İsrəfil Qasımovun sol aşağı ətrafında varikoz genişlənmələr və aterosklerotik düyünlə r izlənilir. Həmçinin Yevlax MMX X22 xx xxxx 2019-cu il tarixli 7598 saylı çıxarışından da görünür ki, isrəfil Qasımova revmatoidli poliartritin kəskinləşməsi, kəskin astero-nevrotik sindrom diaqnozu qoyulmuşdur.Bütün bu xəstəliklər ərizəyə əlavə etdiyi çoxsaylı resept, qəbz, arayış və s. ilə də təsdiqlənir.Həmçinin ərizəyə əlavə etdiyi Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2019-cu il tarixli 301 saylı arayışından görünür ki, Ayət Qasımova həyat yoldaşı yataq xəstəsi olduğu üçün kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən s axlanılmasını xahiş etdi. İddiaçı X7 nümayəndəsi X11 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh və onun vəkili X2 izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə tərəfindən Şəki Apelly asiya Məhkəməsi mülki kollegiyasının iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, xx xxxxxx 2019-cu ildə hazırki iş üzrə yekun məhkəmə iclası keçirilmiş və Şəki Apelyasiya Məhkəməsi mülki kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli 2(107)-353/2019 nömrəli qətnaməsi qəbul edilmişdir. Qətnamənin surəti məlumat üçün proses iştirakçılarına, o cümlədən iddiaçı X12 göndərilmiş, xx xxxxxx 2019-cu ildə iddiaçı X14 tərəfindən xəbərnaməyə imza edilərək alınmış və xəbərnamə məhkəməyə geri qaytarılmışdır. İddiaçı X7 isə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli 2(107)-353/2019 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi Şəki Apellyasiya Məhkəməsinə xx xxxxxx 2019-cu ildə daxil olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçı X7 ərizəsində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı X7 ərinin xəstə olması və başının onun xəstəliyinin müalicəsinə qarışması buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzrlü hal hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkət ləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci mаddəsinə görə, məhkəmə qаnunlа müəyyən edilmiş müddətin burаxılmаsının səbəbini üzrlü hesаb edərsə, işdə iştirаk edən şəxsin ərizəsinə əsаsən burаxılmış müddəti bərpа edir. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM- də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci mad dələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Şəki Apelyasiya Məhkəməsi mülki kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı X14 tərəfindən verilmiş kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə təmin edilməməli, kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlilləri iddiaçı müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizədə də göstərmiş, apellyasiya instansiyası məhkəməsi göstərilənlərə hüquqi qiymət verərək qeyd edilən halları buraxılmış müddətin bərpa edilməsi üçün üzrlü hallar hesab etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı X7kassasiya şikayəti təmin edilmədən,Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-353/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxla
Məhkəmə qərarları › İş №2(102)-903/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-903/2020
10.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver