Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-903/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ccavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ) 28.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X3 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4866/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Ramazanova (Aslanova) Elgül Vahid qızı 16 avqust 2008-ci il tarixdə nikaha daxil olmuşlar.
2. Bakı şəhəri, Xətai rayonu, Yavər Səfərov küçəsi, 12 saylı evin 17 saylı mənzili 01 may 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. X4 həmin mənzili 15 noyabr 2020-ci il tarixli müqavilə ilə qardaşı İddiaçı bağışlamışdır.
4. İddiaçı öz növbəsində mənzili 07 dekabr 2020-ci il tarixli müqavilə ilə X3 bağışlamışdır.
5. Hazırda tərəflər arasında ailə münasibətləri pozulmuş və boşanmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh X3 (bundan sonr a cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında Bakı şəhəri, Xətai rayonu, Yavər Səfərov küçəsi, ev 12, 17 saylı mənzilə dair bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, tərəflər 16 avqust 2008-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki övladları olmuşdur. Onlar iddiaçının valideynlərinə məxsus mənzildə yaşamışlar. Sonradan iddiaçının qardaşı Rəşad Aslanov 01 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili almış, iddiaçının ailəsi ilə yaşamaq üçün mənzili olmadığı üçün qardaşı həmin mənzili ona bağışlamaq qərarına gəlmiş və 15 noyabr 2020ci il tarixdə mənzil ilkin olaraq iddiaçıya bağışlanmışdır. Həmin vaxtlarda cavabdeh nikahın pozulması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Onların iki övladı olduğu üçün və övladlarının gələcəyi naminə iddiaçı nikahın pozulmasına razı olmamışdır. Cavabdeh mənzilin onun adına rəsmiləşdirildiyi təqdirdə nikahın pozulmayacağına söz verdiyi üçün iddiaçı övladlarının normal böyüməsi və birgə yaşamaları münasibəti ilə mənzili cavabdehin adına keçirməyə razılıq vermiş, cavabdeh bunun müqabilində nikahın pozulması barədə iddia ərizəsini geri götürmüşdür. Bağışlanma müqaviləsi bağlandıqdan qısa müddət ərzində cavabdehin iddiaçıya və övladlarına münasibətlərində normallaşma olmuşdur. Lakin, cavabdehin nə ona, nə də övladına münasibəti dəyişməmişdir. Son bir neçə aydır ki, cav abdeh özünü qeyri-etik aparır, iddiaçıya qarşı aqressiv hərəkətlər edir, nikahın pozulması üçün müraciət etdiyini və iddiaçını mənzildən çıxaracağını bildirir. Qardaşı tərəfindən iddiaçıya, sonradan və iddiaçı tərəfdən cavabdehə bağışlanma qaydası ilə bağışlanmış mənzil bir şərtlə cavabdehin adına keçirilmişdir ki, o, övladları böyüyüb başa çatana kimi aralarındakı nikahın pozulması üçün təşəbbüs etməyəcəkdir. Lakin cavabdeh öz sözünün üstündə durmamış və iddiaçını mənzildən çıxaracağı ilə təhdid etmişdir. Hazırda iddiaçının məişət şəraiti çox pisdir, həm əmlakı əlindən çıxmış, həm ailəsi dağılmaq üzrədir və gələcəkdə onun harada yaşamağı sual altında qalmışdır. İddiaçının cavabdehə dəfələrlə övladlarının xətrinə nikahın pozulmaması, ailənin qorunması barədə təkbətək söhbətləri olmuş və sö hbətləri mobil telefonla səs yazıları yazılmışdır. O, bağışlanma qaydasında mənzili cavabdehin adına keçirərək aldadılmışdır. Onlar ər-arvad olduğundan aralarında bağlanmış bağışlanma müqaviləsi formal əsaslara tərtib edilmişdir. Bağışladığı mənzili sənədlə cavabdehin adına qeydiyyatdan keçirərkən, onunla normal ailə münasibətlərinin davam etdirilməsini istəmişdir. 2022-ci ilin fevral-mart aylarında cavabdehlə aralarında söhbətlərindən cavabdehin pis niyyətini öyrənmişdir. Cavabdeh mənzili öz adına qeydiyyatdan keçirdikdən sonra məqsədi nikah münasibətlərini pozmaq, onu mənzildən çıxarmaq və satıb xarici ölkələrin birinə yaxınlarının yanına getmək olmuşdur.
8. Cavabdeh birinci instansiya məhkəməsinə verdiyi yazılı etirazında göstərmişdir ki, ailə həyatının ilk vaxtlarında iddiaçı ilə nor mal yaşasalar da, son illər iddiaçının heç bir səbəb olmadan evdə azyaşlı uşaqlarının gözü önündə onunla dava-dalaş salıb, onu nalayiq ifadələrlə söyüb təhqir etməsi, daim onu öldürəcəyi ilə təhdid etməsi səbəbindən aralarındakı ailə münasibətləri tam olaraq pozulmaqla, onların bir daha birgə yaşamaları mümkünsüz olmuşdur. Tərəflər ailə qurduqdan sonra ilk 2 il müddətində iddiaçının ata evində yaşasalar da, sonradan 2010-cu ilin mart ayında ailənin yaşaması üçün Biləcəri qəsəbəsi ərazisində fərdi yaşayış evi alıb, 2017-ci ilin aprel ayının sonlarına qədər həmin evdə yaşamışlar. Həmin ev ailənin daimi yaşaması üçün münasib olmadığından 2017-ci ilin aprel ayında 42000 manata satılmış və həmin pula da iddiaçı 01 may 2017-ci il tarixdə alqı-satqı müqaviləsi ilə cavabdehdən xəbərsiz olaraq öz q ardaşının adına rəsmiləşdirməklə mübahisələndirilən mənzili almışdır. Mənzildə yaşadıqları ilk vaxtlar mənzilin iddiaçının qardaşı Rəşad Aslanovun adına rəsmiləşdirilməsindən məlumatsız olsa da, sonradan bunu bilmiş, öz etirazını bildirdikdə iddiaçı ilk olaraq 15 noyabr 2020-ci il tarixdə mənzili bağışlama müqaviləsi ilə qardaşının adından öz adına, 07 dekabr 2020-ci il tarixdə isə, hər hansı bir öhdəlik və ya vəzifə ilə şərtləndirilməyən bağışlama müqaviləsi ilə cavabdehin adına rəsmiləşdirmişdir.
9. Birinci instansiya məhkəməsindəki icraatda şahid qismində dindirilmiş iddiaçının qardaşı X4 izahat verərək bildirmişdir ki, mənzil 2 il əvvəl onun adına olub. O, mənzili öz məvacibi hesabına almışdır. Qardaşının ailəsində söz-söhbət olduğu üçün mənzili qardaşı olan iddiaçıya bağışlamışdır. Ca vabdeh bildirmişdir ki, boşanma barədə o şərtlə müraciət etməyəcək ki, mənzili iddiaçı onun adına bağışlasın. Evin cavabdehə bağışlanmasına etirazı olmamışdır.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3695/2022 nömrəli iş üzrə 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əvvəla, tərəflər arasındakı bağışlama müqaviləsində belə bir şərt göstərilməyib. Hətta, göstərilsəydi belə, həmin şərt özü Mülki Məcəllənin 328.2-ci maddəsinə əsasən etibarsız olacaqdır. 12.Digər tərəfdən, bağışlama müqaviləsinin, həqiqətən də aldatma nəticəsində bağlanması məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. İşin mübahisəsiz halıdır ki, tərəflər mənzil bağışlanandan sonra da b irlikdə yaşamışlar, hətta cavabdeh mənzil bağışlanandan bir neçə ay əvvəl nikahın pozulması ilə bağlı iddia ərizəsini geri götürmüş, nəticədə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi işin hazırlıq mərhələsindən geri qaytarılmışdır. Cavabdeh isə iddiaçı ilə birlikdə yaşadıqdan xeyli müddət keçdikdən sonra, növbəti dəfə nikahın pozulması barədə iddia ərizəsi ilə 22 iyun 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh həmin iddia tələbini iddiaçının hərəkətləri nəticəsində ailə münasibətlərinin davam etdirilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Göründüyü kimi, iddiaçı cavabdehin mənzili ona bağışlayacağı qarşılığında birinci iddia ərizəsini geri götürəcəyi və nikahın pozulması barədə məhkəməyə müraciət etməyəcəyi vədini verm əklə onu aldatdığını bildirsə də, işdən görünür ki, bağışlama müqaviləsi 07 dekabr 2020-ci il tarixdə bağlanmış, cavabdeh tərəfindən verilmiş birinci iddia ərizəsinin geri qaytarılması barədə qərardad 19 avqust 2020-ci il tarixdə qəbul edilmişdir. Bundan başqa, mənzil bağışlandıqdan sonra tərəflər 1 il 8 aydan da artıq müddətdə birlikdə yaşamışlar. 13.Məhkəmə, qeyd etmişdir ki, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi üçün digər şərtlər də mövcud deyil. Müqavilənin bağlanması və etibarlı olması üçün qanuni əsaslar mövcuddur. Mülki Məcəlləsinin 666.1-ci maddəsinə uyğun olaraq cavabdehin mənzili qəbul etməsi işin mübahisəsiz halıdır. Bağışlanma müqaviləsi bağlanan zaman hər iki tərəfin sərbəst iradə ifadəsi olmuşdur. Müqavilənin bağlanmasına təsir göstərə biləcək hədə-qorxu, məcbu r etmə, yaxud iradə ifadəsinin məcburi şəkildə ifadə edilməsini formalaşdıran hər hansı digər əsasların olması da məhkəmə araşdırması nəticəsində müəyyən edilməmişdir. İddiaçı mənzili heç bir məcburiyyət olmadan, könüllü olaraq bağışlamış və bağışlanmanın rəsmiləşdirilməsi üçün müvafiq hərəkətləri könüllü olaraq icra etmişdir. Müqavilənin forma və məzmununa dair məcburi şərtə də əməl edilmiş, müqavilə notarial qaydada bağlanmışdır. 14.Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş optik informasiya daşıyıcıya (CD) köçürülmüş səs yazısı ilə bağlı qeyd etmişdir ki, həmin səs yazısı sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı sonuncu məhkəmə iclası zamanı verdiyi izahatında bildirmişdir ki, cavabdehin səs yazısının qeydə alınmasından onun məlumatı olmamışdır. 15.Məhkəm ə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra Mülki Məcəllə) 6.2, 337.1, 337.3, 339.2, 666.1, 668.1.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 16.İddiaçı apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(011)-3695/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayətinin dəlilləri belə əsaslandırılmışdır ki, mülki mübahisəni araşdıran məhkəmə öz qətnaməsində gəldiyi nəticələr iş üçün mühüm əhəmiyyətli olan işin bütün faktiki hallarının düzgün və tam aydınlaşdırılmaması, qətnamədə göstərdiyi nəticələrin işin hallarına uyğun gəlməməsi ilə, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə bağışlama müqaviləsini bağlayan tərəflərin müqavilə bağlayarkən iradə ifadələrinin könüllü formada arzu olunan qaydada olub-olmaması, birinin digərinə təsir göstəribgöstərməməsi, qarşısına şərt qoyaraq müqavilə bağlamağa məcbur edib-etməməsi, bir tərəfin digər tərəflə pis niyyətlə razılığa gəlməsi məsələsini lazımi qaydada araşdırmamış, qətnamədə gəldiyi hüquqi nəticələri məntiqi ağlabatanlığa və işin hallarına uyğun gəlməyən tərzdə öz mülahizəsinə uyğun səhv əsas landırmış, işdə olan sənədlərlə təkzib edilmiş xüsusatlara düzgün qiymət verməmiş, cavabdehin müqavilədən sonra iddiaçı ilə süni yaratdığı kəskin münasibətlər fonunda davranışları və hərəkətlərini (iddiaçı barəsində polisə şikayət verməsi, nikahın pozulma ərizəsini verməsi və s.) bağışlama müqaviləsinin mübahisə edilən etibarsız əqd olmasına dəlalət edən vacib amilləri qəti nəzərə almamış, məhkəmə öz səhv subyektiv mülahizəsi ilə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Hazırki halda mübahisə edilən bağışlama müqaviləsinin ər-arvad arasında imzalanması zamanı onların bir-birilə münasibətlərinin həqiqi xarakterinin də əqdin etibarsız hesab edilməsi mübahisəsində mühüm rol oynadığı məhkəmə tərəfindən nəzərə alınmamışdır. 18.Şikayətdə bildirilir ki, apellyasiya şikayətində istinad olunan sənə dlərdən müəyyən olunur ki, cavabdeh Elgül Aslanova 2020-ci ilin avqustunda İddiaçı və qardaşı Rəşad Aslanova mübahisəli mənzilin onun adına bağışlama ilə keçirilərsə nikahı pozmayaraq iddiaçı ilə bir yerdə yaşamasını bildirmiş və İddiaçı qardaşı Rəşad Aslanov mənzili iddiaçının adına rəsmiləşdirməsi üçün orada qeydiyyatda olan kənar şəxslərin evə olan istifadə hüquqlarının itirilməsi barədə məhkəməyə iddia ərizəsi verdiyi gün, yəni xx.xx.2020-ci il tarixdə cavabdeh E.Aslanova nikahın pozulması barədə iddia ərizəsini məhkəmədən geri götürmüşdür. Bu onu birbaşa təsdiq edir ki, mübahisəli bağışlama müqaviləsi tərəflər arasında cavabdeh E.Aslanovanın diktəsi və şərtləri əsasında məcburiyyət formasında bağlanmışdır, İddiaçı cavabdeh E.Aslanovanın onun qarşısında qoyduğu məcburetmə şərtinə əsasə n, yəni mənzil onun adına keçirilərsə heç vaxt iddiaçı ilə boşanmayacağına dair yalan vədinə inanaraq sonuncu tərəfindən aldadılmaqla və məcbur edilməklə sözü gedən bağışlama müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2020ci il tarixli bağışlama müqaviləsini bağlayarkən gələcəkdə iddiaçı ilə nikahı pozub onu evdən çıxarmaq barədə pis niyyətlə həmin razılığa gələrək bu qaydada iddiaçını aldadaraq müqavilənin imzalanmasına nail olmuşdur. Məhkəmə qətnaməsində qeyd olunur ki, mənzilin cavabdehin adına keçirilməsindən 1il 8 ay sonra cavabdeh nikahın pozulması barədə məhkəmədə iddia qaldırmışdır. Lakin bu fikir də doğru deyildir. Apellyasiya şikayəti verən şəxs bildirir ki, mənzilə dair dövlət reyestrindən çıxarış xx.xx.2020-ci il tarixdə cavabdeh Elgül Aslanovanın adına verilmişdir. 2021-ci il d ə dəfələrlə cavabdeh iddiaçıya başqa yerdən mənzil almaq bəhanəsi ilə mübahisəli mənzili satmaq üçün iddiaçıdan notariat qaydada razılıq verməsini istəmiş, iddiaçıya təkrarən yalanlar danışaraq başqa yerdən ev almaq fikrinin odluğunu bildirmişdir. Lakin onun bu planı baş tutmadığı üçün 2022-ci ilin aprelində həmin evdən çıxıb getmiş, iddiaçı barəsində polis orqanlarına ərizəvə şikayətlər yazmış və 2022-ci ilin may ayının əvvəlində nikahın pozulması üçün mediasiyaya ərizə ilə müraciət etmişdir. 19.Şikayətdə bildirilir ki, qeyd olunanlar birbaşa onu sübut edirki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 07dekabr 2020-ci il tarixli “daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin bağlanmasına təsir göstərə biləcək hallar- İddiaçı yalan vəd verilməklə aldatma, müqaviləni imzalamağa məcbur etmə və bu yönümdə iddiaçının iradə ifadəsini formalaşdıran hərəkətləri etməklə müqaviləni imzalamağa nail olmuşdur. Hətta, İddiaçı məhkəməyə CD təqdim etdiyi informasiya daşıyıcısında cavabdehlə həmin mövzuda etdiyi söhbətləri və cavabdehin bunu etiraf etməsi sübutu da bağışlama müqaviləsinin mübahisə edilən etibarsız əqd olmasını birbaşa təsdiq edən amildir. Məhkəmə qeyd olunan CD informasiya daşıyıcısında olan səs yazısını sübut kimi qəbul etməməkdə haqlı olmamışdır. Maraqlısı ondadır ki, işə baxan məhkəmə İddiaçı məhkəmə prosesində məhkəmə zalında təqdim etdiyi CD informasiya daşıyıcısında olan səs yazmasını cavabdehin nümayəndəsinin (vəkilinin) iştirakı ilə elan edir, onu səsləndirir, məhkəmədə həmin səs dinlənildikdən sonra, iş üzrə qətnamə qəbul edərkən qətnamədə yazırki, həmin CD diski sübut kimi qəbul edilə bilməz. 20.Müqavilənin etibarlı olmasını ehtiva edən başlıca xüsusiyyəti tərəflərin razılığıdır. Müqavilənin məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsinin olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılığını şərtləndirən hallardan ən vacibi tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. 21.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1176/2023 nömrəli mülki iş üzrə 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), Günay Axundova və İkram Şirinov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, Xətai rayonu, Yavər Səfərov küçəsi, ev № 12-də yerləşən 17 №-li mənzilə dair İddiaçı ilə X2 a rasında xx.xx.2020-ci il tarixdə bağlanmış, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən həmin tarixdə təsdiq edilərək 4Ə1858 nömrə ilə reyestrdə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında X2 mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydin və verilmiş reyestr çıxarışının ləğv edilməsi qət edilmişdir. 22.Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mənzili cavabdehə o şərtlə bağışlayıb ki, cavab xidməti kimi cavabdeh nikahın pozulması hüququndan istifadə etməyəcək. Belə şərtə bağışlama Mülki Məcəllənin 666.1-ci maddəsinə ziddir. Bundan başqa, cavab xidmətinin özü qanunsuzdur, çünki nikah könüllü ittifaqdır, ər-arvadın nikahdan çıxmaq hüququndan imtinası cavab x idməti kimi müəyyən edilə bilməz. Cavab xidməti müqavilənin mətnində qeyd olunmasa da, tərəflər onu şifahi formada razılaşdırıblar. 23.Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu, aşağıda göstərilənlərlə təsdiq olunur: Birinci, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi, apellyasiya icraatı zamanı dinlənilmiş, tərəflərə aid olan səs yazısı ilə. İkinci, cavabdeh 04 avqust 2020-ci ildə (bağışlamadan əvvəl) nikahın pozulması barədə iddia verib (iş v. 123), lakin bağışlamadan (07 dekabr 2020-ci ildən) sonra iddianı geri götürüb. Bu isə onu təsdiq edir ki, bağışlama cavab xidməti ilə şərtləndirilib, cavabdeh hədiyyəni aldıqdan sonra cavab xidməti kimi iddianı geri götürüb. Bağışlamadan 1 il 6 ay sonra – 22 iyun 2022-ci ildə cavabdeh nikahın pozulması üçün yenidən iddia verib (iş v. 89). Üçüncü, bağışlama müqaviləsi nikahın pozulması barədə iddianın (1-ci iddianın) verilməsindən sonra bağlanıb. Bağışlama mənəvi dəyərlərə əsaslanan müqavilədir. Yəni hədiyyə verən heç bir əvəz almadan öz əmlakını başqa şəxsə verməklə onu zənginləşdirirsə, deməli, müqavilənin əsasında mənəvi dəyərlər dayanır. Əgər iddiaçı yalnız mənəvi dəyərlərə əsaslanmışdırsa, mənzili ondan boşanmaq üçün iddia vermiş şəxsə deyil, övladlarına bağışlaya bilərdi. Bu isə onu təsdiq edir ki, mənzil ona görə bağışlanıb ki, cavabdeh cavab xidməti kimi nikahın pozulması hüququndan imtina etsin. 24.Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337.1-ci və 666.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat 25.Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2023-cü il tarixli, 2(103)- 1176/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. 26.Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında 07 dekabr 2020-ci il tarixdə bağışlama müqaviləsi hədiyyə alanın hər hansı bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş və iddiaçı mənzili könüllü olaraq, heç bir kənar məcburiyyət olmadan cavabdehə bağışlamışdır. İddiaçı əsassız və məntiqsiz olaraq qeyd etmişdir ki, guya bağışlama müqaviləsi nikahın pozulması barədə məhkəməyə müraciət etməmək barədə şərtlə bağlanmış, halbuki, həmin müqavilədə ümumiyyətlə hər hansı bir öhdəlik, şərt qeyd edilməmiş, belə bir şərt qeyd edilsəydi belə, həmin şərt özü-özlüyündə də etibarsız olacaqdır. İddiaçı məhkəmədə cavabdehi alda tmaq üçün qardaşının adına olan çıxarışı saxtalaşdırdığını etiraf etmişdir. 07 dekabr 2020-ci il tarixli bağışlama müqaviləsi rəsmiləşdirilən zaman notarius tərəfindən iddiaçıya hüquq və vəzifələri, eləcə də, Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu izah edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, məhkəmə tərəfindən maddi və prosessual normalar pozulmuşdur. İddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi səs yazısının qanunvericiliyin tələblərinə uyğun əldə olunması barədə məhkəməyə sübut təqdim edilmədiyindən həmin səs yazısı işə baxan apellyasiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilə bilməzdi. Apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq, mübahisəli mənzilə dair İddia çı ilə X2 arasında 07 dekabr 2020-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab olunması ilə yanaşı, həmçinin, həmin müqavilənin əsasında X2 mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydin və verilmiş reyestrdən çıxarışın tam ləğv edilməsini də qət etmişdir. Halbuki, mənzil tərəflərin birgə nikah dövründə əldə edildiyindən, həmin mənzildə ½ hissədə cavabdehin də pay hüququnun olması təkzibedilməzdir ki, hazırki halda da çıxarışın tam ləğv edilməsi ilə iddia tələbindən kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hal olmamışdır. 27.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Elşad Şamayev (məruzəçi) Elşanə Vəliyeva və Əhliman Xıdırov) 31 may 2023-cü il tarixli 2(102)2240/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bak ı Apellyasiya Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(103)-1176/2023 nömrəli qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. 28.Kollegiya bildirmişdir ki, hazırki mübahisənin həlli üçün iddiaçının mənzili cavabdehə bağışlamasının əvəzli olub-olmaması məsələsinə hüquqi qiymət verilməlidir. Bağışlamanın digər əlamətlərində apellyasiya məhkəməsi pozuntu müəyyən etməmişdir. İzah olunmalıdır ki, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Lakin, bu bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hə diyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. 29.Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdehin öz üzərinə nikahın pozulması hüququndan imtina vəzifəsinin götürülməsi Ailə Məcəlləsinin tələblərinə ziddir. Belə ki, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmçinin məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Lakin, tərəflər arasında belə bir ş ərtin razılaşdırıldığı halda da, bağışlamanın əvəzli olması anlamına gəlmir. Belə ki, hədiyyə verən hədiyyə alanın hesabına bəhrələnməməlidir. Cavabdehin nikahın pozulması tələbindən imtinası isə iddiaçıya maddi əvəz vermədiyindən, qeyd olunan maddənin dispozisiyası ilə nəzərdə tutulmuş cavab xidməti kimi qiymətləndirilə bilməz. Beləliklə, apellyasiya məhkəməsi tərəflər arasında müqavilə bağlanılarkən cavabdehin şifahi olaraq nikahın pozulması hüququndan imtina etməsinin bağışlamaya münasibətdə əvəzli şərt hesab edilməməsini, belə bir şərtin yazılı müqavilənin məzmununa daxil olunmamasını, bu şərt tərəflərlə nəzərdə tutulduğu halda isə, bunun bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olmamasını, əksinə həmin şərtin özünün etibarsız olmasını nəzərə almamışdır. 30.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 6.1.5, 329.1, 337.1, 397.2, 666.1, 668.1.1,670.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 31.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4866/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayətinin təmin edilməməsi, Xətai Rayon Məhkəməsinin 2(011)-3695/2022 saylı 12 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. 32.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbini cavabdeh tərəfindən aldadılması, yəni iradə ifadəsində pozuntu olması ilə əsaslandırm ışdır. Halbuki iş materiallarından göründüyü kimi iddiaçının xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin bağlanması məqsədi ilə aldadılması, həmin müqavilənin şərtlə bağlanması barədə dəlillər öz təsdiqini tapmamış, mübahisə predmeti olan bağışlama müqaviləsinin bağlanması ilə bağlı notariat əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmiş və müqavilənin məzmununa hər hansı şərt daxil edilməmişdir. 33.Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən müqavilə iddiaçının istinad etdiyi şərtlə bağlanmış olsa belə, bu bağışlamanın əvəzli olması anlamına gəlmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 666.1-ci maddəsinin mənasına görə hədiyyə verən hədiyyə alanın hesabına bəhrələnməməlidir. Cavabdehin nikahın pozulmas ı tələbindən imtinası isə iddiaçıya maddi əvəz vermədiyindən, qeyd olunan maddənin dispozisiyası ilə nəzərdə tutulmuş cavab xidməti kimi qiymətləndirilə bilməz. Beləliklə, tərəflər arasında müqavilə bağlanılarkən cavabdehin şifahi olaraq nikahın pozulması hüququndan imtina etməsini tələb edən şərtin yazılı müqavilənin məzmununa daxil olunmaması, belə bir şərt tərəflərlə nəzərdə tutulduğu halda isə, bağışlamaya münasibətdə əvəzli şərt hesab edilməməsi, bunun da bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olmaması, əksinə həmin şərtin özünün etibarsız olması qeyd edilməlidir. 34.Kollegiya qeyd edir ki, cavabdehin öz üzərinə nikahın pozulması hüququndan imtina vəzifəsinin götürülməsi Ailə Məcəlləsinin 2.3-cü maddəsinin tələblərinə ziddir. Belə ki, nikah kişi ilə qadının ailə qu rmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmçinin məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Çünki mülki hüquq müqaviləsinin bağlanmasının tərəfin mənəvi və ya əxlaqi hərəkətlərin icrasından asılı vəziyyətə qoyulması yolverilməzdir. Ona görə ki, insan həyatı və sağlamlığı, işgüzar nüfuzu, şəxsi toxunulmazlığı və mənzil toxunulmazlığı, məşğuliyyət və peşə seçmək azadlığı, yaşayış və yaşayış yeri, müəlliflik hüququ və s. imtiyazlar hər bir vətəndaşa anadan olduğu andan və ya qanunun qüvvəsi ilə aiddir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, mülki qanunvericiliyə görə müqavilənin tərkib hissəsinə çevrilmiş şərt qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab verməlidir. Bu isə özündə onu ehtiva edir ki, müqavilənin tərkib hissəsinə çevrilmiş şərtlər qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab vermədiyi təqdirdə etibarsızdır. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir.
35. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisələndirilən müqavilənin şərtlə bağlandığı qəbul edilsə belə iddiaçının, cavabdehin müqavilədən irəli gələn öhdəliklərin icrasından imtinasının əsası kimi şərtin icra edilməməsinə istinad etməsi hazırki işin halları baxımından mümkünsüz hesab edilməlidir. 36.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1 -ci hissəsinə, Mülki Məcəllənin 324.1, 324.2, 324.3, 329.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.3, 397.2, 666.1, 668.1.1, 670.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 37.İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)-4866/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 38.Kassasiya şikayətini belə əsaslandırmışlar ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsində cavabdehin müqavilənin şərtlə bağlanması barədə dəlillər öz təsdiqini tapmadığına baxmayaraq, məhkəməyə təqdim olunmuş səs yazısından görünür ki, tərəflərin iradə ifadəsinin həqiqi mənası və digər hallar müqaviləyə qədərki danışıqlarla, tərəflərin qarşılıqlı münasibətləri ilə müəyyən olunur ki, mübahisəli bağışlama müqaviləsinin şərtlərində cavabdehin cavab şərti kimi nikahın pozulması və aliment tələbi barədə iddia verməyəcəyini bildirməsi müqaviləyə qədərki danışığın predmeti olmuş və müqavilənin bağlanmasının vacib şərti olmuşdur. Ona görə də apellyasiya instansiyası məhkəməsi müqavilədə bu şərtin olmamasını əqdin məzmununa aid olmadığı barədə mövqeyi düzgün deyildir. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. 39.Bildirilir ki, İddiaçı əqdi imzalamaqla bağlı iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Yəni ki, bağışlama müqaviləsi bağlayan iddiaçı müqavilədə cavabdehin cavab şərtləri qeyd olunmasa da, həmin müqavilənin həqiqi məzmunu təkcə sırf müqavilədə qeyd olunanlara əsasən deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 40.İddiaçı şikayətini Mülki Məcəllənin 324.5-ci, 339.1-ci, 339.2-ci, 404.1-ci, 404.2-ci, 673.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 41.Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 42.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Eti barsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 43.Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
44. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
45. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 46.Maddə 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmi n müqavilə əvəzsiz sayılır. 47.Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 48.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 50.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfl i və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 51.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 52.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 53.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 54.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 55.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükd ə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi 56.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 57.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində təqdim olu nmuş sübutlara hüquqi qiymət verilməklə, iddiaçının xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin bağlanması məqsədi ilə aldadılması, həmin müqavilənin şərtlə bağlanması barədə dəlillər öz təsdiqini tapmamış, mübahisə predmeti olan bağışlama müqaviləsinin bağlanması ilə bağlı notariat əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmiş və müqavilənin məzmununa hər hansı şərt daxil edilməmişdir. 58.Qeyd edilməlidir ki, mübahisələndirilən müqavilə iddiaçının istinad etdiyi şərtlə bağlanmış olsa belə, bu bağışlamanın əvəzli olması anlamına gəlmir. Mülki Məcəllənin 666.1-ci maddəsinin mənasına görə hədiyyə verən hədiyyə alanın hesabına bəhrələnməməlidir. Cavabdehin nikahın pozulması tələbindən imtinası isə iddiaçıya maddi əvəz vermədiyindən, qeyd olunan maddənin dispozisiyası ilə nəzərdə tutulmuş cavab xidməti kimi qiymətləndirilə bilməz.Tərəflər arasında müqavilə bağlanılarkən cavabdehin şifahi olaraq nikahın pozulması hüququndan imtina etməsini tələb edən şərtin yazılı müqavilənin məzmununa daxil olunmaması, belə bir şərt tərəflərlə nəzərdə tutulduğu halda isə, bağışlamaya münasibətdə əvəzli şərt hesab edilməməsi, bunun da bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olmaması, əksinə həmin şərtin özünün etibarsız olması qeyd edilməlidir. 59.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 60.Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir. 61.Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. 62.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4866/2023 nömrəli iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.