Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-905/2021 15.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nın Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14263/2019 nömrəli iş üzrə 13 dekabr 2 019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli, 100/03/891118/14 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 19%-lə, 383.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli, 100/03/891118/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 213,1 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi öhdəliklərin təminatı kimi QSC «Bank Standard» KB-yə ipoteka kimi təqdim edilmişdi r. İpoteka predmeti 640.000 manat məbləğində qiymətləndirilmişdir. QSC «Bank Standard» KB tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh banka 318.094,11 ABŞ dolları əsas borcu, 52.439,46 ABŞ dolları faiz borcu, 475,39 ABŞ dolları cərimə borcu, 26.773,08 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 397.782,04 ABŞ dolları məbləğində borcu vardır. 08 avqust 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 15.12.2016-cı il tarixə Cavabdeh banka olan borcu əsas borc üzrə 328041,60 ABŞ dolları, faiz borcu üzrə 11888,83 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. “xxxx” MMC tərəfindən verilmiş 07 fevral 2019-cu il tarixli, 13 saylı qiymətləndirmə hesabatına əsasən 14.02.2019-cu il tarixə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 650.000 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 dekabr 2014-cü il tarixində Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankına ərizə ilə müraciət edərək, ona 383.000 ABŞ dolları məbləğində kredit verilməsini xahiş etmişdir.Bank ilə Cavabdeh arasında 15 dekabr 2014-cü il tarixində kredit verilməsi haqqında 100/03/89118/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh illik 19 (on doqquz) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 383.000 ABŞ dolları məbləğində kredit xətti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən 213,1 kv.m. ümumi sahədən ibarət olan qeyriyaşayış sahəsini 15 dekabr 2014cü il tarixli, 100/03/89118/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 17 avqust 2018-ci il tarixinə Banka 318.094,11 ABŞ dolları məbləğindəəsas borc, 52.439,46 ABŞ dolları məbləğində faiz borcu, 475,39 ABŞ dolları məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 26.773,08 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə isə 397.782,04 ABŞ dolları məbləğində borcu qalmışdır. 15 dekabr 2014-cü il tarixli, 100/03/89118/14 saylı kredit müqaviləsinin 5.4.5-ci bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək «Borc alan»ın vəzifəsidir. Eyni müqavilənin 5.4.9-cu bəndinə əsasən müqavilə şərtlərini tam və vaxtında icra etmək Borc alan»ın vəzifəsidir.Həmin müqavilənin 5.1.6-cı bəndinin tələbinə görə «Kreditor»un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır.Bundan başqa, Bank ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli, 100/03/89118/14 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Həmin müqavilənin 4.2.8-ci bəndində isə göstərilir ki, «Borc alan»ın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə, «İpoteka saxlayan»ın ipoteka predmetinə ödəniş yönəltməsi üçün zəruri şəraitin təmin edilməsi və bunun icrası ilə bağlı bütün hərəkətlərin həyata keçirilməsi «xxxx»ın vəzifəsidir. Göstərilənlərə əsasən Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli 100/03/89118/14 saylı kredit müqavilə sinə əsasən Cavabdeh 318.094,11 ABŞ dolları məbləğində əsas borc, 52.439,46 ABŞ dolları məbləğində faiz borcu, 475,39 ABŞ dolları məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 26.773,08 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə isə 397.782,04 ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun hesablanmaqla tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 640.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 213,1 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan QSC “Bank Standard” KB qarşısında olan borc tam ödənmədikdə, Cavabdeh adına olan digər əmlaklarına yönəldilməsi, qeyriyaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra xxxx Cavabdeh qeyriyaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və çıxmadıqda həmin şəxsin qeyriyaşayış sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-572/2019) iddianın qismən təmin edilməsini, cavabdehdən 318.094,11 ABŞ dolları əsas borc, 11888,83 ABŞ dolları müqavilənin müddəti bitənədək ödənilməmiş faiz borcu, 475,39 ABŞ dolları cərimə borcu, 26.773,08 ABŞ dolları müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesab lanmış) faiz borcu olmaqla, cəmi 357.231,41 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun, habelə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq Banka ödənilməsini, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus qeyri-yaşayış sahəsinə yönəldilməsini, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 650.000 manat müəyyən edilməklə açıq hərracda satılmasını, satışdan əldə olunan pul vəsaitinin artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh qaytarılmasını, satışından əldə olunan vəsait hesabına Bank qarşısında olan borc tam ödənmədikdə, tələbin Cavabdeh a dına olan digər əmlaklarına yönəldilməsini, qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində həmin qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılmasını, iddia tələbinin qalan hissədə təmin edilməməsini, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatın cavabdehdən dövlət nəfinə tutulmasını qət etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli, 100/03/891118/14 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 19%-lə, 383.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli, 100/03/891118/14 saylı ipoteka müqaviləsinə əsasən C avabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 213,1 kv.m. ümumi sahədən ibarət olan qeyriyaşayış sahəsi öhdəliklərin təminatı kimi QSC «Bank Standard» KB-yə ipoteka kimi təqdim edilmiş, ipoteka predmeti 640.000 manat məbləğində qiymətləndirilmiş, Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka borcu yaranmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev, iş № 2(103)-14263/2019) bankının apellyasiya şikayətinin təmin edilməməsini, Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qismən, yəni “ipoteka predmetinin satışından əldə olunacaq vəsait borcun ödənilməsinə kifayət etmədikdə tutmanın cavabdehin digər əmlaklarına yönəldilməsi” hissəsində ləğv edilməsini, həmin hissədə iddia təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Apellyasiya instansiya məhkəməsi iddianın “ipoteka predmetinin satışından əldə olunacaq vəsait kifayət etmədikdə tutmanın cavabdehin digər əmlaklarına yönəldilməsi” hissəsini əsassız hesab edərək qeyd etmişdir ki, iddianın bu hissəsi gələcəkdə baş verəcək hala yönəldiyindən hazırki məqamda təmin edilməsi yolverilməzdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X1) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)14263/2019 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, əsas borcun məbləğinə aid hissədə ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdi. Cavabdeh apellyasiya şikayətində istinad etdiyi dəlilləri kasasiya şikayətində təkrarlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil izahatında göstərmişdir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya m əhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu k reditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tər əfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 33654 saylı, 08 avqust 2019-cu il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən 15.12.2016-cı il tarixə Cavabdeh banka olan borcu əsas borc üzrə 328.041,60 ABŞ dolları, faiz borcu üzrə 11.888,83 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehin verdiyi apellyasiya şikayətində ifadə olunmuş “iddia ərizəsi ilə cavabdehdən tutulması tələb olunan məbləğin “Kredit xətti müqaviləsinin” şərtlərinə uyğun hesablanmaması, məbləğin şişirdilmiş olması barədə” dəlil əsassızdır....Borcun düzgün hesablandığı müəyyən edildiyindən ekspert rəyinin əsassızlığı ilə bağlı apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır.” Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq cavabdehin banka olan əsas borcu keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyy ən etmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki h allara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14263/2019 nömrəli iş üzrə 13 dekabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən h issədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-905/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-905/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver