Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-905/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ərizəsi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının maraqlı şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7913/2023 nömrəli iş üzrə 27 dekabr 2023-cü il tarixli qərardadı ndan ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Ərizəçi İddiaçı 63 yaşına çatdıqdan sonra maraqlı şəxs AR ƏƏSMN-nın tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ona “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə ərizə ilə müraciət etmişdir.
2. Müraciətə cavab məktubunda bildirilmişdir ki, “ərizəçinin ümumi sığorta stajı 21 il 3 ay təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 221.2.1-ci maddəsinin tələblərinə görə ərizəçiyə əmək pensiyasının təyin edilməsi üçün onun sığorta stajı 25 il olmalıdır. Ərizəçinin həmin sığorta stajı olmadığından, habelə ərizəçinin pensiya kapitalı tələb olunan məbləğdən az olduğundan ərizəçiyə əmək pensiyasının təyin edilməsi mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi İddiaçı (bundan sonra – ərizəçi) maraqlı şəxs AR ƏƏSMN-nın tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını (bundan sonra – maraqlı şəxs) maraqlı şəxs qismində işə cəlb etməklə, “İddiaçı 2009-cu ilin mart aynın 1-dən 2013-cü ilin aprel ayının 27-nə qədər (4 il 1 ay 27 gün müddəti ərzində) ahıllara (yaşı 70-ə çatmış) X3 və X1q etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Ərizə belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, ahıllara qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Ərizəçi öz anası – 20 aprel 1937-ci il təvəllüdlü X2 2009-cu ilin mart ayının 1-dən 16 sentyabr 2011-ci il tarixədək Gədəbəy rayonu, Novosaratovka kəndində anasının yanında yaşayaraq, ona qulluq etmişdir. Popova P.İ. 16 sentyabr 2011-ci il tarixdə vəfat etmişdir. Ərizəçi öz atası – 14 noyabr 1938-ci il təvəllüdlü X3 2009-cu ilin mart ayının 1-dən 27 aprel 2013-cü ilədək Gədəbəy rayonu, Novosaratovka kəndində atasının yanında yaşayaraq ona qulluq etmişdir. Popov İ.Q. 27 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Ərizəçi ahıllara 4 il 1 ay 27 gün ərzində qulluq etmişdir.
5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-6542/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim E.M.Mustafayev) iş üzrə icraat xitam verilmişdir.
6. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, ahıllara q ulluq edilməsinin sığorta stajına hesablanmasına dair müvafiq qanunvericiliklə başqa qayda nəzərdə tutulmuşdur. Həmçinin ərizəçinin “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli yazılı cavabı mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı ərizə üzrə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməli, ərizəçiyə “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” maraqlı şəxsin imtinasından müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
7. Məhkəmə mövqeyini “Əmək pensiyaları haqqında” Azərb aycan Respublikası Qanununun 21.1, 21.2-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 12 aprel 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262.1, 262.3, 262.4, 262.5-ci maddələrinə istinadən əsaslandırmışdır.
8. Qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Məhkəmənin eyni nömrəli, 08 dekabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7913/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli qə rardadı ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ərizəçinin “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması” haqqında xx.xx.2023-cü il tarixli yazılı cavab vermişdir.
11. Qeyd edilənlərə əsasən kollegiya hesab etmişdir ki, rayon məhkəməsi hazırkı mərhələdə işə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verməkdə düzgün qənaə tə gəlmişdir, bununla belə, məhkəmə ərizəçiyə “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” maraqlı şəxsin imtinasından müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnu izah edərkən yanlışlığa yol vermişdir.
12. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” təsdiq edilmiş və həmin Qaydada ahıllara qulluqetmə müddətinin əmək pensiyasının təyin edilməsi zamanı sosial sığorta stajı kimi nəzərə alınmasının proseduru müəyyən edilmişdir. Bu baxımdan ərizəçiyə “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” maraqlı şəxsin imtinasından müvafiq inzibati məhk əməyə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı təsdiq edilmiş yuxarıda qeyd edilən “Qayda”da göstərilən müvafiq icra hakimiyyəti orqanına müraciət olunması izah edilməlidir.
13. Məhkəmə öz mövqeyini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1, 21.2-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 12 aprel 2019-cu il tarixli Qərarına, habelə MPM-in 261.0.1-ci maddəsinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Ərizəçi (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsi məqsədilə birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti ərizənin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, məhkəmə mübahisələndirilən qərardadın 15-ci bəndində heç bir hüquqi əsas olmadan qeyd etmişdir ki, ərizəçiyə “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” maraqlı şəxsin imtinasındanQaydada göstərilən müvafiq icra hakimiyyəti orqanına müraciət olunması izah edilməlidir. Halbuki, Qaydada bu cür müddəalar mövcud deyildir, müvafiq icra hakimiyyəti orqanı qeyd olunmamışdır (məhkəmə həmçinin həmin orqanın konkret adını da qeyd etməmişdir). Əksinə, Qayda ilə yuxarıda qeyd olunan nəzərdə tutulmuşdur, yəni əmək pensiyasın ın təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: - Ahıllara qulluqetmə müddəti üzrə: qulluqolunan vəfat etmişdirsə, Qaydanın 4.1.8-ci yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər (patronajın təyin edilməsi barədə qərar və qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələri) olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən.
16. Məhkəmə xüsusi icraat qaydasında o cümlədən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlarımüəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərd ə tutulmamışsa, məhkəmə həmçinin hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Hazırki iş üzrə bu normalar hakimlər tərəfindən əsassız olaraq tətbiq edilməmişdir. Belə ki, Ərizəçinin öz valideynlərinə (ahıllara, yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsinin müddəti faktının müəyyən edilməsi yalnız mülki məhkəmə (xüsusi) icraatı qaydasında mümkündür – başqa qayda qanunvericilikdə müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Maraqlı şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu:
18. Maddə 21.2.4 Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddət lərdən əlavə,. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası: 19. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir. 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə: 1. patronajın təyin edilməsi barədə qərara əsasən; 2.qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqed ənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən 3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Mülki Prosesual Məcəllə:
20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
24. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
25. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
26. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
27. Maddə 307.2.11. Məhkəmə qanunv ericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
28. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
29. Maddə
310. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Apellyasiya instansiyası məhkəməsinin aktı ərizəçi tərəfindən bütövlükdə mübahisələndirildiyindən qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
34. Məlum olduğu kimi, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti daxil edilir (§ 18).
35. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır (§ 26-27).
36. Ərizəçi İddiaçı, 2009-cu ilin mart aynın 1-dən 2013-cü ilin aprel ayının 27-nə qədər (4 il 1 ay 27 gün müddəti ərzində) ahıllara (yaşı 70-ə çat mış) X3 və X1q etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir.
37. Qanuna əsasən, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (§ 28-29).
38. Hazırkı işdə ərizəçi, məhkəmə tərəfindən müəyyən olunmasını xahiş etdiyi hüquqi faktı təsdiqləyən sənədləri başqa qaydada ala bilmədiyinə istinad etmiş və yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında Dövlət Sosial Müdafiə Fondunun Sosial Öd ənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli məktubunu əlavə etmişdir. Həmin məktuba əsasən, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəində pensiya kapitalı qeydə alınmayıb, qanunvericiliyin tələblərinə əsasən ərizəçinin atası Popov İvan və anası Popova Praskovya vəfat etdiyi üçün onlara qulluq etdiyi illər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında təsdiq edildikdən sonra sözügedən dövrlərin sığorta stağına daxil edilməsinə qanunvericiliyə uyğun qaydada baxılacaqdır.
39. Birinci instansiya məhkəməsinin işin icraatına xitam verilməsi barədə gəldiyi nəticə ilə razılaşan apelyasiya məhkəməsi, mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə “Əm ək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” təsdiq edilmiş və həmin Qaydada ahıllara qulluqetmə müddətinin əmək pensiyasının təyin edilməsi zamanı sosial sığorta stajı kimi nəzərə alınmasının proseduru müəyyən edilmişdir. Bu baxımdan ərizəçiyə “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” maraqlı şəxsin imtinasından müvafiq icra hakimiyyəti orqanına müraciət olunması izah edilməlidir (§ 12).
40. Bununla belə məhkəmə, istinad etdiyi Qaydalar üzrə ahıllara qulluqetmə müddətinin əmək pensiyasının təyin edilməsi zamanı sosial sığorta stajı kimi nəzərə alınmasının prosedurunun nədən ibarət olmasını, başqa sözlə, ərizəçinin hüquqi əhəmiyyətli faktı təsdiq edən lazımı sənədləri hansı qay dada ala biləcəyini göstərməmişdir.
41. Halbuki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ahıllara qulluqetmə müddəti üzrə patronajın təyin edilməsi barədə qərara əsasən, qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə, qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir (§ 19).
42. Göründüyü kimi, qulluqolunan vəfat etmişdirsə, ahıllara qulluqetmə müddəti üzrə patronajın təyin edilməsi barədə qərar, yaxud qulluqolunanın və qulluqedənin müvafiq notarial ərizələri olmadıqda əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ahıllara qulluqetmə müddəti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir.
43. Hazırkı işdə ərizəçi anasının xx.xx.2011-ci ildə, atasının xx.xx.2013-cü ildə vəfat etdiyini bildirərək bu barədə müvafiq sənədləri təqdim etmişdir. Məhkəmələr isə öz qərarlarında patronajın təyin edilməsi, eləcə də qulluqolunanın və qulluqedənin müvafiq notarial ərizələrinin olmasına istinad etməmişlər.
44. Belə olan halda, məhkəmələr tərəfindən adı çəkilən Qaydanın 4.1.8-ci bəndinin tələblərinin nəzərə alınmadan işə məhkəmədə baxılm alı olmaması əsası ilə icraata xitam verilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
45. Çünki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (§ 20).
46. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi MPM-in 261.0.1-ci maddəsini düzgün tətbiq etməmişdir.
47. Ona görə də qərardad ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla ərizənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7913/2023 nömrəli iş üzrə 27 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.