Məhkəmə qərarları › İş №2(102)-905/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-905/2025

21.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-905/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “mənzilin qeyri-qanuni sahiblikdən götürülməsi, sökülməsi, yeni mənzil ilə əvəz edilməsi və kirayə haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5905/2024 nömrəli, 26 noyab r 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında şifahi icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli sərəncamı ilə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası məqsədilə, həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə İddiaçı MMC-yə həvalə edilmişdir.

2. Hazırda İddiaçı MMC həmin yerdə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşasını həyata keçirir.

3. Həmin sahədə yerləşən, mübahisələndirilən mənzilin sahəsi çıxarışa əsasən yaşayış sahəsi 47 kv.m. təşkil edir. Mübahisəli mənzilin mülkiyyətçisi isə hazırkı iş üzrə Cavabdeh tam mülkiyyət hüququ ilə mənzilin sahibidir. Hazırda iddiaçı cavabdehə məxsus mənzilin QSC-yə ayrılmış torpaq sahəsində yerləşdiyinə, qəzalı vəziyyətdə olduğuna, sakinlərin əksər hissəsi ilə razılığa gəldiklərinə əsaslanaraq, yeni tikiləcək binada mənzil və kirayə haqqı verilməsi müqabilində onların mənzildən çıxarılmaları və mənzilin söküntü üçün təhvil verilməsi tələbini irəli sürür, cavabdeh isə öz növbəsinə irəli sürülmüş iddianı qəbul etmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

4. İddiaçı Mənzil Tikinti Koope rativi Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək

1. Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 68 kv.m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 48 saylı mənzilin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülməsi;

2. Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 68 kv.m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 48 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və həmin mənzilin İddiaçı QSC tərəfindən sökülməsi;

3. Kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 68 kv.m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 48 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6 saylı binanın 2-ci mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 90 kv.metr ölçüdə təmirli 3 saylı mənzilin Cavabdeh təhvil verilməsi;

4. Sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSCyə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1915/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 48 saylı mənzilin Cavabdeh tərəfindən boşaldı lması və sökülməsi üçün İddiaçı QSC-yə təhvil verilməsi, İddiaçı MTK tərəfindən 66 kv.m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 48 saylı mənzilinin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6 saylı binanın 2-ci mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 90 kv.m ölçüdə təmirli 3 saylı mənzilin Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

6. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş et mişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5905/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən, Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən yeni mənzil təhvil verilənədək ona ödənilməli kirayə haqqı hissəsində dəyişdirilmiş, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh hər ay ödənilməli kirayə haqqı 600 (altı yüz) manat müəyyən edilmiş, qətnamə apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdehin vəkili Vəkil “Elektron məhkəmə” i nformasiya sistemi vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, tərəflər arasında barışıq sazişi imzalanmış, razılıq əldə edilərək müqavilə bağlanmışdır. Odur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 410-cu maddəsinə əsasən kassasiya şikayətindən imtina edərək, icraata xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.

11. Maddə 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikay ətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir.

12. Maddə 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

13. Kassasiya instansiyası məhkəməsi Cavabdeh iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina barəsində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi 21 aprel 2025-ci il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, onun kassasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə kassasiya instansiyasında icraata xitam verilməlidir.

14. Belə ki, sözügedən ərizədən görünür ki, Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5905/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi 21 aprel 2025-ci il tarixli ərizəsi ilə kassasiya instansiyası məhkəməsində qərar çıxarılanadək imtina etmişdir.

15. Kassasiya instansiyası məhkəməsi mülki iş materiallarını, habelə cavabdehin kassasiya şikayətindən imtina barəsində ərizəsini nəzərdən keçirib hesab edir ki, Cavabdeh kassasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur.

16. Azərbaycan Respublikası MPM-nin 410.3-cü maddəsində göstərilir ki, kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.

17. Ona görə də, kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh kassasiya şikayətindən imtina etməs inin qəbul olunmaması üçün Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığına, habelə kassasiya şikayətindən imtina etməsi onun hüququ sayıldığına və işdə, onun kassasiya şikayətindən imtina etməsini istisna edən hallar olmadığına görə, onun kassasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə kassasiya instansiyasında icraata xitam verilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin416-419-cu maddələri Qərara aldı: Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5905/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar