Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-906/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X1 və cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-1601/19) İddia çı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin və Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası rədd edilmiş, qətnamənin Cavabdeh ünvan 1 evdən qeydiyyatdan çıxarılması üçün əsas olması qeyd edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər Z.Əliyev-sədrlik edən və məruzəçi, F.Talışinski və R.Eyvazov, iş № 2(103)-11069/19) apellyasiya şikayəti qismən təmin edilərək Səbail Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsi Cavabdeh ünvan 1 evdən qeydiyyatdan çıxarılması hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmiş və iddiaçıya izan edilmişdir ki, həmin tələblə aidiyyət i inzibati orqana müraciət edə, bundan imtina edildikdə isə müvafiq inzibati məhkəmədə iddia qaldıra bilər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının eyni tarixli, yəni 18 sentyabr 2019cu il tarixli qətnaməsi ilə həmçinin Səbail Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsi baxılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 18 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala, 42 saylı evdən qeydiyyatdan çıxarılması və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh qarşılıqlı iddia verərək Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala, 42 saylı evə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili İ.Rüstəmov kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmas ını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 18 sentyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Hazırkı işdə 2 tələbə baxılmışdır: mənzildən istifadə hüququna xitam verilməsi barədə İddiaçı ilkin iddiasına və mənzilə köçürülmə b arədə Cavabdeh qarşılıqlı iddiasına. Birinci instansiya məhkəməsi hər iki iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi “qeydiyyatdan çıxarılma” hissəsi istisna olmaqla qalan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və müəyyən etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi 42-də yerləşən mübahisəli mənzil Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 01.08.1996-cı il tarixli, MH seriyalı, 015867 №-li qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Cavabdeh, İddiaçı gəlini olmuşdur. Belə ki, Cavabdeh ilə iddiaçının oğlu Vüsal Nəcəfov 14 mart 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, lakin 11 sentyabr 2018-ci il tarix də həmin nikah pozulmuşdur. İlkin iddia üzrə İddiaçı, Cavabdeh mübahisəli evdə yaşamadığını, evə formal olaraq qeydiyyata düşsə də, rəsmi nikaha daxil olduqdan sonra oğlu ilə birlikdə ünvan 2 ünvanında kirayədə, hazırda isə Binə qəsəbəsində ailə üzvlərinə məxsus fərdi yaşayış evində yaşadığını bildirərək, Cavabdeh istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Cavabdeh isə ilkin iddiaya etiraz edərək, İddiaçı oğlu ilə rəsmi nikahları pozulana qədər həmin mənzildə yaşadığını, indi də həmin mənzilə olan istifadə hüququndan istifadə etmək istədiyi üçün oraya köçürülməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Cavabdeh mübahisəli evə istifadə hüququ müəyyən edilməmişdir. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsi nin 30.1-ci və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 201 4-cü il tarixli qərarında vurğulamışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Hazırkı işdə isə Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olmadığı üçün Ailə Məcəlləsinə əsasən özünün saxlanılmasını İddiaçı tələb etmək hüququ yoxdur. Çünki, həmin Məcəllənin “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” başlıqlı 15-ci fəslində hansı qohumların və hansı şərtlər çərçivəsində birinin digərini saxlamaq vəzifəsi konkret şəkildə öz əksini tapmışdır. Lakin, tərəflər arasında mövcud olmuş qohumluq münasibəti həmin normaların təsir dairəsin ə düşmədiyindən, Cavabdeh fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Olmayan istifadə hüququna isə xitam verilməsi mümkün deyil. Bu hal eyni zamanda həmin evə köçürülməni tələb edən Cavabdeh qarşılıqlı iddiasının rədd edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin ilkin və qarşılıqlı iddianın əsassız olmaları ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və həmin qətnaməni apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhk əmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret m ülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə nə iddiaçı, nə də cavabdeh öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə a idliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 18 sentyabr 2019-cu il tarixli, 2(103)-11069/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-906/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-906/2020
18.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver