Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-906/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhsil müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı ödənilmiş təhsil haqqının qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5062/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Dövlət Proqramı təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən iddiaçı cavabdehin (təhsil alanın) X1 School Universiteti ali təhsil müəssisəsində “iqtisadiyyat” ixtisası (bakalavr səviyyəsi) üzrə 2015-ci ildən 2018-ci ilə kimi təhsilinin təşkil edilməsini öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçının xx.xx.2015-ci il tarixli, 986 saylı əmrinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənc lərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xx.xx.2015-ci il tarixli, 2/647 nömrəli məktubuna uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən xarici ölkələrin universitetlərində təhsil almaq üçün tövsiyə edilmiş cavabdeh “Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların siyahısına daxil edilmişdir. Həmin müqaviləyə əsasən cavabdeh (təhsil alan) Komissiya tərəfindən üzrsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, təhsilini başa vurduqdan sonra 2 (iki) ay müddətində ölkəyə qayıtmadıqda və könüllü olaraq təhsilini davam etdirmədikdə, iddiaçı tərəfindən onun təhsilinə çəkilən bütün faktiki xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarmalı (5.2-ci bənd), o cümlədən cavabdeh (təhsil alan) üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, müqavilə birtərəfli qaydada Komissiyanın qərarına əsasən iddiaçı tərəfindən ləğv edilərək müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar əsaslandırılmaqla, iddiaçı tərəfindən Komissiyaya məlumat təqdim olunur. Bu münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehin hesabına və təqaüd kartına xx.xx.2015 – xx.xx.2016-cı il tarixləri ərzində müxtəlif məbləğlərdə, yaşayış, təhsil, yol, viza, tibbi sığorta xərci olaraq, ümumilikdə 23.469,21 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçının xx.xx.2016-cı il tarixli əmri ilə Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müvafiq məktubuna uyğun olaraq Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli ə mrinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsilini davam etdirməkdən imtina etməsi nəzərə alınaraq, cavabdehin adı xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılmış, həmçinin müqavilənin 5.2-ci bəndinin tələblərinə uyğun olaraq onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi əmr edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məktubla cavabdehə müraciət edərək, müvafiq tədris illəri ərzində Dövlət proqramı çərçivəsində təhsildən imtina edərək, müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə adının müvafiq ə mrlə xx.xx.2016-cı il tarixdə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələblər sırasından çıxarıldığını onun nəzərinə çatdırmış və müqavilənin belə hallara aid şərtlərinə istinadən 15 gün müddətində təhsili üçün ödənilmiş 23.469,21 manat məbləğində dövlət vəsaitinin X2 hesabına ödənilməsini ondan tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 23.469,21 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia işin yuxarıda göstərilən faktiki hallarına istinad edilərək əsaslandırı lmış, eyni zamanda, qeyd edilmişdir ki, cavabdeh aralarında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin 2.2.4-cü və 5.2-ci bəndlərini pozduğundan onun Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alması üçün ödənilmiş məbləğ geri qaytarılmalıdır.
4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, eyni zamanda məzmununda iddia müddətinin tətbiq edilməsini xahiş edərək bildirmişdir ki, onların arasında müqavilə 2015-ci ildə bağlanmış, 2016-cı ildə isə ona birtərəfli qaydada xitam verilmişdir. Lakin, iddiaçı mülki qanunvericiliklə müəyyən edilmiş müddətləri pozaraq, yalnız 2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da, Mülki Məcəllənin 372-ci maddəsi ilə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən də iddia rədd edilməlidir.
5. Bakı şəhəri N ərimanov Rayon Məhkəməsinin 2(005)-1406/2024 nömrəli iş üzrə 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqaviləyə iş üzrə iddiaçının cavabdehin adının xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılması ilə bağlı xx.xx.2016-cı il tarixli əmrinin qəbul edildiyi tarixdən birtərəfli qaydada xitam verilmiş və iddiaçının həmin tarixdən ödənilmiş təhsil xərclərinin cavabdehdən tələb etmək hüququ yaranmışdır. Bununla yanaşı, iddiaçı hüquqlarının pozulmasını 2016-cı ildə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı qanunvericiliklə müqavilə müddətləri üçün nəzərdə tutula n 3 illik iddia müddəti ərzində (2019-cu ilədək) məhkəməyə iddia ərizəsi ilə müraciət etmədiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim etdiyindən iddia təmin edilməməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 372, 373, 375, 385, 386, 390-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı r ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqavilədə tərəf olan Təhsil Nazirliyi müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh tərəfindən pulun qaytarılacağına ümid etmiş, lakin heç bir vəsait qaytarılmamışdır. Nazirlik hesab etmişdir ki, cavabdeh müqaviləyə uyğun olaraq, onun təhsilinin təşkili ilə bağlı ödənilmiş vəsait geri qaytaracaqdır. Lakin vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılması tələb edilmişdir. Cavabdehə sonuncu müraciətdən sonra Nazirlik hesab etmişdir ki, qarşı tərəf iddiaçının müqavilə üzrə ödənilmiş xərclərin geri qaytarılması barədə tələb hüququnu pozur və cavabdehin ödənilmiş vəsaiti geri qaytarmaq məqsədi yoxdur. Nazirlik ondan sonra mübahisənin məhkəmə qaydasında həll ed ilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə iddiaçının cavabdehə ünvanladığı sonuncu müraciətinə hüquqi qiymət vermədən, müddətin hesablanmasını cavabdehin Dövlət Proqramından xaric edilməsi barədə əmrin verildiyi tarixdən hesablamışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5062/2024 nömrəli mülki iş üzrə 17 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fuad Babayev və Cəmilə Musayeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində də iddia tələbində sərgilədiyi mövqedən çıxış etmişdir. Cavabdeh isə iddiaçı ilə aralarında müqavilə münasibətlərinin olduğunu, mübahisə predmetini təşkil edən müqavilənin 2015-ci ildə bağlanmasına və həmin müqaviləyə 2016-cı ildə iddiaçının təşəbbüsü ilə birtərəfli qaydada xitam verilməsinə baxmayaraq, hazırkı tələbin bundan 8 il sonra irəli sürüldüyünü, nəticədə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürüldüyünü bildirir və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyası iş materiallarında cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin olduğunu və apellyasiya şikayətinin də bu istiqamət (iddia müddətinin ötürülməməsi) üzrə formalaşdığını nəzərə alaraq hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilib-edilməməsi aspektindən qiymət verilməli olduğunu zəruri hesab etmişdir.
13. Bu kontekstdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zaman da, onları öz hüquqlarını vaxtında həyata keçirməyə və müdafiə etməyə məcbur edir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, başqasından nəyisə tələb etmək üçün qanunvericilikdə müddət (iddia müddəti) tətbiq edilmiş və müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə cavabdehin adının xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılması barədə iddiaçının xx.xx.2016-cı il tarixli əmrinin qəbul edildiyi tarixdən birtərəfli qaydada xitam verilmiş və həmin tarixdən iddiaçının ödənilmiş təhsil xərclərinin cavabdehdən tələb etmək hüququ yaranmışdır. Müqavilənin şərtlərinə əsasən (5.2-ci bənd) cavabdehin özü də çəkilmiş bütün faktiki xərcləri həmin tarixdən iki aydan gec olmayaraq qaytarmaq öhdəliyi da şıyırdı. Lakin iddiaçı həmin vaxt hüquqlarının pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçı xx.xx.2016-cı il tarixli əmrin qəbul edildiyi vaxtdan cavabdehin müqavilə şərtlərini pozması barədə tam məlumatlı olmuşdur. Hər bir halda, həmin əmrlə cavabdeh nəinki Dövlət proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılmış, həmçinin onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi qeyd edilmişdir (əmrin 2-ci bəndi). İddiaçının apellyasiya şikayətində cavabdehin könüllü qaydada onun xaricdə təhsil alması üçün ödənilmiş pulun geri qaytarılmasına ümid etməsi və bunu gözləməsi mövqeyindən çıxış etməsi özü də bu h alı təsdiq edir. Bu səbəbdən iddia müddətinin axımının xx.xx.2016-cı il tarixdən (müqavilənin 5.2-ci bəndində göstərilən 2 aylıq ödəniş müddəti nəzərə alınmaqla) deyil, iddiaçının cavabdehə ünvanladığı məktubun (xx.xx.2022ci il) tarixindən hesablanması üçün hər hansı əsas yoxdur. Bununla belə, hazırkı vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı ən azı xx.xx.2016-cı il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilə üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və xx.xx.2024-cü il tarixdə iddia qaldırılan zaman artıq tələb etmə müddətini ötürmüşdür. Cavabdeh də hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Bu səbəbdən məhk əmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsaslı hesab edərək, belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı iddianı iddia müddəti tətbiq etməklə rədd etmişdir.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 369.1, 372.1, 373.2, 375.2, 377.2, 385.1, 386.1, 421.1, 421.2, 554.1-ci maddələrinə, “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenum unun 27 dekabr 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(103)5062-2024 saylı qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, işə baxan məhkəmə qərar qəbul edərkən, Mülki Məcəllənin və digər normativ-hüquqi aktların tətbiqində yanlışlığa yol vermiş və düzgün tətbiq etməmişdir. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulduğunu, tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olmasını və tərəflərin öhdəliklərinə xitam verilmədiyinə məhkəmə hüquqi qiymət verməmişdir.
19. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1, 389.1, 390.2, 399.3, 399.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76, 88, 418.1, 418.2-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdehin nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz məzmunlu mülahizə ünvanlayaraq iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin əsassız ol duğunu bildirmiş və təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 369.1. İllərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır.
22. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;
23. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
24. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 2
5. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflə rin razılaşması ilə mümkündür.
29. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
30. Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kas sasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. H azırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı, iş materialları ilə təsdi q edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
41. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
42. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, ha belə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 2(103)-5062/2024 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.