Məhkəmə qərarları › İş №2(102)-907/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-907/2025

11.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-907/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, vərəsə olan şəxslər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(103)5835/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şuşinski küçəsi, 2 nömrəli evin, 13 nömrəli mənzili X8 mülkiyyətində olmuşdur.

2. X14 19 iyul 2019-cu il tarixdə, onun oğlu X7 19 oktyabr 2019-cu il tarixdə ölmüşlər.

3. Əvvəllər iddiaçı X16 cavabdeh Bakı şəhəri 4 saylı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyul 2019-cu il tarixdə vəfat etmiş X8 və 19 oktyabr 2019-cu il tarixdə vəfat etmiş X2 üzrə vərəsəsi olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. 3.2. B akı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbinin qismən təmin edilməsi, iddiaçının 19 iyul 2019-cu il tarixdə vəfat etmiş X3 üzrə vərəsəsi hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 3.3. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 3.4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, iddiaçı X12 19 iyul 2019-cu il tarixdə vəfat etmiş X3 üzrə vərəsəsi hesab edilməsi qət edilmişdir. 3.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 may 2022ci il tarixli qərarı ilə cavabdeh Bakı şəhəri 4 saylı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata, işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir.

4. X16 07 may 2022-ci il tarixdə ölmüşdü r.

5. İddiaçı1, İddiaçı2 və İddiaçı3 X12 vərəsələridirlər. 6. 4 saylı Bakı Cavabdehndə yerləşən notariat ofisinin 2538, 2539, 2540 nömrəli, 24 oktyabr 2023-cü il tarixli cavab məktublarında bildirilmişdir ki, X10 iddiası üzrə məhkəmə işi aparılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 may 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsi tamamilə ləğv olunaraq “xx.xx.2019-cu il tarixdə vəfat etmiş X8 və xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 üzrə vərəsəsi olması barədə qətnamə qəbul edilməsi” tələbi üzrə məhkəmə icraatına xitam verilmişdir. Həmçinin qeyd edilmişdir ki, sözü gedən miras əmlakı X1 Sergey Vladimiroviç tərəfindən “mirasın qəbulu” ərizəsi verilərək qəbul olunmuşdur. İşin hallarından isə aydın olur ki, mərhum Lidiya Gera simenko, X10 anasının əmisi qızı idi. Lakin L.Gerasimenkonun vəfatından sonra, onun mərhum oğlu S.Gerasimenko anasından qalmış miras əmlakı qanuna müvafiq qaydada qəbul etmişdir. Belə olduğu halda artıq L.Gerasimenkonun vərəsələri yox, məhz S.Gerasimenkonun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyənləşdirilmiş qanun üzrə vərəsələrin növbəlik hüququnun olub-olmaması yoxlanılmalıdır. Mərhum V.Tixonovun isə həmin maddi-hüquq norması ilə hesab oluna bilən növbəlik üzrə vərəsəlik hüququnun olması müəyyən olunmur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkə məyə müraciət edərək, X8 beşinci növbə vərəsəsi qismində Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 nömrəli evin 13 nömrəli mənzilə dair X10, ardınca isə müvafiq payda (1/3 hissədə) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin adına X13 münasibətdə birinci növbə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi öhdəliyi cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. İddia onunla əsaslandırılmışdır ki, mərhum X15 iddiaçılar İddiaçı1 və İddiaçı2 doğma atası, İddiaçı3 isə əri olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 nömrəli evin 13 nömrəli mənzili 19 iyul 2019-cu il tarixdə vəfat etmiş mülkiyyətçi X14 mərhum X10 xalası olmuşdur. X14 19 iyul 2019-cu il tarixdə, onun y eganə övladı və qanun üzrə vərəsəsi olan X7 isə mirası qəbul etmədən 19 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. X6 vəfatından sonra Azərbaycan Respublikası MM-in 1159.5-ci maddəsinə əsasən, beşinci növbədə vərəsə olan X15 Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsi 2 nömrəli evin 13 nömrəli mənzili faktiki qəbul etmiş və mənzil onun sahibliyində və istifadəsində olmuşdur. Bununla bağlı Valeriy Tixonov vərəsəlik hüququna dair müvafiq şəhadətnaməsinin alınması üçün 4 saylı Bakı Cavabdehnə müraciət etsə də, Mərkəzin notariusu tərəfindən bundan imtina edilmişdir. Sonradan X15 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə “vərəsəlik hüququnun müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, həmin Məhkəmənin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, X15 19 iyul 2019cu il tarixdə vəfat etmiş X3 üzrə vərəsəsi hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 may 2022-ci il tarixli qərarı ilə 4 saylı Bakı Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Ali Məhkəmənin 31 may 2022ci il tarixli qərarın 9-cu vərəqində olan 45-ci bəndində qeyd olunur ki, “Hazırkı işdə iddiaçının miras qoyanla qohumluq münasibətlərinin təsdiq edən vətəndaşlıq vəziyyəti aktları və akt qeydlərindən çıxarışlar vardır və vərəsə hesa b edilməsinin məhkəmə təsdiqinə zərurət yoxdur. Belə olduğu təqdirdə iddia tələbi məhkəmədə baxılan tələblərə aid deyildir.”. Yəni qanuni qüvvəyə minmiş aktı ilə müəyyən olunmuşdur ki, iddiaçı Valeriy Tixonovun miras qoyan Lidiya Gerasimenko ilə qohumluq münasibətlərinin təsdiq edən vətəndaşlıq vəziyyəti aktları və akt qeydlərindən çıxarışlar artıq mövcuddur, bu münasibətlərinin müəyyən edilməsinə zərurət yoxdur, sadəcə olaraq bu məsələyə məhkəmədə baxılmalı deyil və müvafiq notarius tərəfindən həll edilməlidir. X15 07 may 2022-ci il tarixdə vəfat etmiş, onun qanun üzrə vərəsə olmaqlarına dair onlara müvafiq şəhadətnamələr verilmişdir. İddiaçılar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 may 2022-ci il tarixli qərarının yuxarıda qeyd olunan müddəalarına əsaslanaraq, cavabdeh 4 saylı Bakı Cavabdeh Notariat Ofisinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 nömrəli evin 13 nömrəli mənzilə dair Valeriy Tixonovun, ardınca isə hər birinin ayrılıqda müvafiq payda (1/3 hissədə) və hər birinin adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(008)2829/2024 nömrəli qətnaməsi ilə (hakim R.Mirzəliyev) iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 19 iyul 2019-cu il tarixdə X8 ölümündən sonra oğlu X7 miras əmlakda yaşamaqla həm faktiki əmlakı idarə etməklə, həm də notariat kontoruna ərizə verməklə mirası qəbul etmişdir.

11. İddiaçılar istinad edirlər ki, 19 oktyabr 2019-cu il tarixdə vəfat etmiş Sergey Gerasimenkonun irsi transmissiya üzrə vərəsələrinin mirası qəbul etməməsi həmin mirası almaq hüququnun yenidən ondan əvvəl ölən anası Gerasimenko Lidiyanın vərəsələrinə keçməsi deməkdir.

12. Lakin, qanunvericinin belə bir müddəasının olmaması iddianın bu dəlilinin əsassız olduğunu göstərir.

13. Göründüyü kimi Gerasimenko Sergey 19 iyul 2019-cu il tarixdə ölmüş X11 miras qalmış əmlakı faktiki idarə etməklə və bu barədə notariat kontoruna ərizə verməklə mirası qəbul etmiş, lakin, şəhadətnamə alana kimi yəni 19 oktyabr 2019-cu il tarixdə ölsə də, artıq o, Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq mirası qəbul etmiş sayılır və miras onun mülkiyyəti hesab edilir.

14. Məhkəmə hesab etmişdir ki, mərhum Gerasimenko Lidiya ö ldükdən sonra onun birinci növbəli vərəsəsi kimi oğlu Gerasimenko Sergeyin anasından qalan mirası qəbul etmək üçün müraciət etməsi, buna əsasən vərəsəlik işinin açılması, lakin onun mirası qəbul edənədək vəfat etməsi, qeyd olunan mirasdan pay almaq hüququnun irsi transmissiya üzrə artıq Gerasimenko Sergeyin vərəsələrinə keçməsi anlamına gəlir.

15. Beləliklə, məhkəmə hesab etmişdir ki, X8 ölümündən sonra oğlu Sergey Gerasimenko mirası qəbul etdiyindən və miras əmlak artıq onun mülkiyyəti hesab olunduğundan, iddiaçılar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilmiş qanun üzrə vərəsəlik zamanı vərəsə ola biləcək şəxslərin siyahısı üzrə Sergey Gerasimenkoya münasibətdə vərəsə sayıla bilməz.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1165.1, 1243.2, 1252, 1255-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(103)-5835/2024 nömrəli qətnaməsi ilə (hakim A.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Məmmədov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(008)-2829/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Birinc i instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, Sergey Gerasimenko 19 iyul 2019-cu il tarixdə ölmüş X9 miras qalmış əmlakı faktiki idarə etməklə və bu barədə notariat kontoruna ərizə verməklə mirası qəbul etmiş, lakin, şəhadətnamə alana kimi, yəni 19 oktyabr 2019-cu il tarixdə ölsə də, artıq o, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq mirası qəbul etmiş sayılır və miras onun mülkiyyəti hesab edilir.

20. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mərhum Gerasimenko Lidiya öldükdən sonra onun birinci növbəli vərəsəsi kimi oğlu Gerasimenko Sergeyin anasından qalan mirası qəbul etmək üçün müraciət etməsi, buna əsasən vərəsəlik işinin açılması, lakin onun mirası qəbul edənədək vəfat etməsi, qeyd olu nan mirasdan pay almaq hüququnun irsi transmissiya üzrə artıq Gerasimenko Sergeyin vərəsələrinə keçməsi anlamına gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

21. İddiaçı1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(103)-5835/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunl a əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 16.1, 1159.2, 1243, 1252, 1255-ci, Mülki Prosessual Məcəllənin 82.3, 217.2, 385.1, 386-ci maddələrinin tələbləri pozulmuşdur.

23. Belə ki, X7 miras qəbul edilənədək öldüyü üçün, müvafiq miras qəbul edilməmiş sayılmalı və X8 yeganə vərəsəsi əmisi qızının oğlu X15 hesab olunmalıdır. Qanuni qüvvəyə minmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 31 may 2022-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Valeriy Tixonovun miras qoyan Lidiya Gerasimenko ilə qohumluq münasibətlərinin təsdiq edən vətəndaşlıq vəziyyəti aktları və akt qeydlərindən çıxarışlar artıq mövcuddur, bu münasibətlərinin müəyyən edilməsinə zərurət yoxdur. X15 07 may 2022-ci il tarixdə vəfat etmiş, onun qanun üzrə vərəsəsi olmağına dair müvafi q şəhadətnamələr iddiaçılara verilmişdir. Miras əmlakı olan Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 saylı evin 13 saylı mənzilə Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə müvafiq olaraq iddiaçılar faktiki sahiblik edir, həmin mənzil bu günə qədər onların faktiki sahibliyində və istifadəsindədir.

24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

25. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri

26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Kassasiya şikayətini iddiaçılardan yalnız İddiaçı1 versə də, tələb bölünməz olduğundan hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

28. Azərbayca n Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmü ş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onl arın övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşl arına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uş aqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci m addəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və k assasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norm aları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, hazırkı iş üzrə kassatorun atası olmuş X18 Gerasimenkonun qohumluq münasibətlərinin olması işin mübahisə edilməyən halıdır.

33. Mübahisələndirilən məsələ Lidiya Gerasimenkonun ölümündən sonra oğlu Sergey Gerasimenkonun mirası qəbul etməklə, miras əmlakının mülkiyyətçisi olubolmamasıdır.

34. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1255-ci maddəsini düzgün tətbiq etməklə qeyd etmişdir ki, Sergey Gerasimenko anasından miras qalmış əmlakı faktiki ida rə etməklə və notariat kontoruna ərizə verməklə mirası qəbul etmiş və miras açıldığı gündən, yəni anası Lidiya Gerasimenkonun ölüm tarixindən həmin əmlak artıq Sergey Gerasimenkonun mülkiyyəti hesab olunmuşdur. Onun vərəsəlik hüququ haqqında şəhadətnamə almadan və mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almadan ölməsi vəziyyəti dəyişmir.

35. İddiaçının irsi transmissiya institutuna istinadı da əsassız olmuşdur.

36. Belə ki, irsi transmissiyanın anlayışı Mülki Məcəllənin 1252-ci maddəsində verilmişdir. Bu müddəaya görə, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252- ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli qərarında izah etmişdir ki, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir.

38. Göründüyü kimi, irsi transmissiya vərəsənin mirası qəbul etmədən öldüyü halda miras qəbul etmək hüququnun onun öz vərəsələrinə keçməsidir. Hazırkı halda isə, qeyd olunduğu kimi, Sergey Gerasimenko mirası qəbul etdikdən sonra ölmüşdür.

39. İddiaçıların Sergey Gerasimenkoya münasibətdə Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulmuş hər hansı növbəliklə vərəsə olmamaları isə işin mübahisə olunmayan halıdır. İddiaçıların mübahisəli mənzildə yaşamaları və onu idarə etmələri isə əhəmiyyət kəsb etmir. Vərəsə olmayan şəxsin miras əmlakı idarə etməsi ona vərəsəlik hüququ vermir.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 28 iyul 2022-ci il tarixli Qərarına görə,... qanunverici tərəfindən qanun üzrə vərəsələrin, yəni qanunda miras qoyanın hüquqi varisləri kimi göstərilən şəxslərin dairəsi konkret müəyyənləşdirilmişdir. Vəsiyyət üzrə vərəsəlikdən fərqli olaraq, qanun üzrə vərəsəlik zamanı miras əmlakı əldə etmək hüququ olan şəxslərin dairəsi, eləcə də onlara miras əmlakdan düşəsi payın həcmi miras qoyanın iradəsi ilə deyil, məhz qanunla qəti və dəqiq olaraq təsbit edilmişdir. Bu baxımdan nəzərə alınmalıdır ki, qanunvericilikdə vərəsəliyin müəyyən həddi, yəni miras qoyanla qohumluq əlaqəsində olan və vərəsəliyə çağırılan şəxslərin məhdud dairəsi nəzərdə tutulduğundan, həmin həddən kənarda qalan şəxslər vərəsə hesab edilə bilməzlər. Beləliklə, mülki qanunvericilik qanun üzrə vərəsə ola bilən şəxslərin dairəsini beş növbə ilə məhdudlaşdırır və bu miras qoyanın Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmiş növbəliyə daxil olmayan digər qohumların qanun üzrə vərəsə olması imkanını istisna edir.

41. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

42. Göstərilənlərə əsasən və Azərbaycan R espublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(103)-5835/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar