Məhkəmə qərarları › İş №2(102)-908/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-908/2020

21.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-908/2020 21.01.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Ali Məhkəmənin hakimi İbayev Vəfaddin Ələm oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərardadından Cavabdeh verdiyi kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddiaçının ona qarşı qaldırdığı “aliment” və onun iddiaçıya qarşı qaldırdığı “nikahın pozulması və uşaqların yanında qalması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə baxılıb qurtaranadək, hazırki işin icraatı nın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 avqust 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək, şikayətin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh k assasiya şikayəti vermiş, lakin kassasiya şikayəti Cavabdeh tərəfindən imzalansa da, şikayət vəkil tərəfindən tərtib edilmədiyindən və imzalanmadığından, şikayətə vəkilin orderi əlavə edilmədiyindən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Lakin həmin kassasiya şikayəti də vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və həmçinin şikayətə vəkilin orderi əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələbinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yeni dən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 407.4-cü maddəsinin tələbinə görə kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası MPM-nin 408.1.3-cü maddəsinin tələbinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinin tələbinə əsasən qeyd olunan hallar mövcud olduqda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmalıdır. Bundan başqa, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə cavab vermədiyindən, şikayətin icr aata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, Mülki Prosessual Məcəllədə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş məhkəmə qərardadları konkret olaraq göstərilmişdir. Hazırda mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması barədə qərardad olsa da, mübahisənin yaranmasına əsas olmuş iş üzrə icraatın dayandırılmasından imtina barədə qərardaddan Mülki Prosessual Məcəllədə kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından həmin qərardaddan kassasiya şikayəti verilə bilməz. Buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi kassasiya şikayətini baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarında n şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Həmin Məcəllənin 258.2-ci maddəsinin tələbinə görə iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərardadından Cavabdeh verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılsı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar