Məhkəmə qərarları › İş №2(102)-908/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-908/2022

20.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-908/2022 20.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(103)-7886/2021 saylı qətnaməsindən iddiaçı “Azəriqaz” İB verdiyi kassasiya şikayətinin mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı “təbii qayzdan qeyri-qanuni istifadə ilə bağlı dəymiş maddi ziyana görə 2.541,80 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 2.541,80 manat pul tələbinə dair” iddiası rədd edilib. İddiaçı “Azəriqaz” İB qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. 13 noyabr 2021-ci il tarixdə iddiaçı “Azəriqaz” İB qətnamədən kassasiya şikayəti verib. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, mülki iş materiallarını öyrənib, kassasiya şikayətini nəzərdə keçirib hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 402.1-c i maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1, 408.1.1-ci maddələrində göstərilir ki, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi, iddiaçı “Azəriqaz” İB kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 402.1, 407-ci maddələrinin tələblərini uyğunluğunu yoxlmadan, hazırki mülki iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını, qətnamədən kassasiya şikayətinin isə 13 noyabr 2021-ci il tarixdə verilməsini nəzərə almadan, kassasiya şikayətini mülki işlə birlikdə baxalması üçün Ali Məhkəməyə göndərib. Azərbaycan Respublikası MPM-nin 404-1.2-ci maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsi, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edir. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhk əməsi hesab edir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İB verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və kassasiya şikayəti mülki işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1, 411-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARA A L D İ M: İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(103)-7886/2021 saylı qətnaməsindən iddiaçı “Azəriqaz” İB verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və kassasiya şikayəti mülki işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetiril məsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar