Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-909/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının X1 Turanın Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-909/21 (Açar sözlər: borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2109/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən X1 Turanın nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı X2 Turkiyə Cümhuriyyətinin, Cavabdeh isə Azərbaycan Respublikasının vətəndaşları olmaqla tanışlıq münasibətində olmuş, təxminən 10 il müddət ərzində iddiaçı cavabdehin səhmdarı olduğu “xxxx” MMC kommersiya şirkətində qadın xəstəlikləri üzrə mütəxəssis kimi işləmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin iyul ayında X1 Turan iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2010cu ildən dostluq münasibətində olduğu Cavabdeh xahişi ilə ona məxsus “X8” MMC-də işləməsini və Cavabdeh 2010-cu ildə 100.000 ABŞ dolları, 2012-ci ildə isə 900.000 ABŞ dolları, cəmi 1.000.000 ABŞ dolları məbləğində borc verməsini, münasibətlərinin pisləşməsi ilə əlaqədar MMC-dən işdən getdikdən sonra verdiyi borcu t ələb etdikdə cavabdehin aldığı borcu qaytarmamaqla öhdəliyini icra etməməsini əsas göstərməklə cavabdehdən onun xeyrinə 1.000.000 ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5049/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə (hakim: S.F.Cəfərov) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2109/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması barədə nəticəyə gələrkən cavabdehin xx xxxx 2010-cu il tarixli məxaric qəbzi ilə bankdan götürdüyü iddiaçıya məxsus 100.000 ABŞ dollarının ona borc kimi verilməsinin iş materialları ilə təsdiq olunmamasını, 900.000 ABŞ dolları məbləğində borcun verilməsinin isə sübuta yetirilməməsini əsas göstərmiş və bu zaman qanuni əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740-cı maddələrinə və Azərbaycan Respublikası MPM-nin 76, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə X1 Turanın nümayəndəsi kassasiya şikayəti verərək cavabdeh tərəfindən iddiaçının bank hesabından 100.000 ABŞ dollarının götürülməsinə, eləcə də, iddiaçının xx xxxx 2012-ci il ta rixdə öz bank hesabından 890.000 ABŞ dollarını götürməsinə obyektiv qiymət verilməməsini, iddianın rədd olunmasının qanunun tələblərinə uyğun olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq rədd olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Kassasiya şikayətinin dəlilləri qətnəmənin ləğv edilməsi ilə bağlı olduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi bütövlükdə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi tələb olunan borcun 100.000 ABŞ dolları məbləğində hissəsini əsassız sayarkən göstərmişdir ki, həmin məbləğin cavabdeh tərəfindən xx xxxx 2010-cu il tarixli məxaric qəbzi ilə iddiaçının bank hesabından götürülməsi danılmaz fakt olsa da, həmin fakt göstərilən pul məbləğini iddiaçıdan məhz borc kimi götürülməsini təsdiq etmir. Çünki həmin qəbzdə pulun borc olaraq cavabdehə verilməsi göstərilməmişdir. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi tam və hərtərəfli yoxlanılmamış sübutlara söykənməklə mülahizə xarakte ri daşıdığından qanuni və əsaslı sayıla bilməz. İşdən göründüyü kimi, istər birinci instansiyası məhkəməsində və istərsə də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Cavabdeh iştirak etməmiş və iddiaçının bank hesabından 100.000 ABŞ dolları məbləğində pulu hansı məqsədlə götürməsi məsələsinə aydınlıq gətirilməmişdir. Onun işdə iştirak edən nümayəndəsi isə bu barədə olan qəbzin həmin pul məbləğinin borc kimi verilməsini təsdiq etməməsini əsas göstərməklə başqa heç bir sübuta və dəlilə istinad etmədən iddianın rədd olunmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı həmin məbləği (100.000 ABŞ dolları) cavabdehə borc qismində verməsini iddia etmiş, cavabdehin nümayəndəsi isə bununla bağlı yalnız bank tərəfindən verilmiş qəbzdə həmin pulun borc qismində verilməsinin göstərilməməsinə i stinad etməklə həmin pul məbləğinin borc kimi verilməsini inkar etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə həqiqətə nail olmaq üçün bu istiqamətdə hər hansı araşdırma aparmadan iddianın həmin hissədə əsassız olması barədə nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır Həmin qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Kollegiya hesab edir ki, işə baxan məhkəmə instansiyaları tərəfindən mübahisəli hüquq münasibətində müəyyənliyin yaranması təmin edilmədiyindən və həmin hissədə qətnamə tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni və əsaslı sayıla bilməz. Kollegiya hesab edir ki, qətnamə göstərilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, iddianın 100.000 ABŞ dollarının cavabdehdən tutulmasının rədd olunmasına dair hissədə qətnamə ləğv olunmalı və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İddia tələbinin qalan hissəsinin əsaslı olması barədə işdə hər hansı mötəbər sübutlar olmadığından, kollegiya hesab ed ir ki, iddianın qalan hissəsinin (900.000 ABŞ dolları) rədd edilməsi qanuni və əsaslı olmuşdur. 2012-ci ilin mart ayında iddiaçının öz bank hesabından 890.000 ABŞ dolları məbləğində pul götürməsi həmin məbləğin cavabdehə verilməsini təsdiq etmir. Çünki işdə həmin məbləğin cavabdeh tərəfindən alınması barədə heç bir sübut yoxdur. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X1 Turanın kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2109/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi X2ın Cavabdeh pul tələbinə dair iddiasının 100.000 ABŞ dolları məbləğində hissəsinin rədd olunmasına aid hissədə ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-909/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-909/2021
03.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver