Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-909/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Sayad qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Sayad qızına qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2206/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı), Cavabdeh Sayad qızının (bundan sonra – cavabdeh) oğlu X2 ilə 2018-ci ilin noyabr ayında faktiki evlənmiş və nikahları 15 fevral 2019-cu il tarixdə Krasnoyarsk vilayətinin Kirov və Sverdlovsk rayonları üzrə Ərazi Şöbəsində rəsmi qeydə alınmışdır. Tərəflərin həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü Aylin adlı uşağı var.
2. İddiaçı X2 ilə evlənəndə toydan sonra cavabdehə məxsus olan, Şəmkir rayonun Keçili kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və cehiz əşyaları da həmin evdə yerləşdirilmişdir. İddiaçıya məxsus cehiz əşyaları həmin evdədir.
3. DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən Şəmkir rayonu, Keçili kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X2, X1 və digər ailə üzvlərinin adlarına JN-637 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı qızı Aylinlə birlikdə cavabdehin paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən, faktiki istifadəsində olan, təsərrüfatbaşına kitabda cavabdehin adına qeydə alınmış fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad edərək əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, 2021-ci ilin may ayında cavabdehlə aralarında narazılıq olmuş və cavabdeh onu uşağı ilə birlikdə evdən qovmuşdur. Həmin vaxtdan ata evində yaşamı şdır. Başqa yerdə evi yoxdur və ata evində yaşamaq, uşağı saxlamaq ona çox çətindir. Cavabdeh onu həmin evə buraxmır. Uşağı uzun müddətdir bu evdə mübahisəsiz yaşadığı üçün və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə etdiyi üçün bu evdən istifadə hüququnun əldə etdiyini hesab edir. Köçmək istədiyi və hazırda cavabdehin istifadəsində olan fərdi yaşayış evi cavabdehin paylı mülkiyyətində olan torpaq sahəsində yerləşməklə onun faktiki istifadəsindədir. Eyni zamanda ev təsərrüfatbaşına kitabda cavabdehin adına qeydə alınıb. Ev bir neçə otaqdan ibarət olmaqla, yaşayış və qeyriyaşayış sahəsindən ibarətdir. Onun cehiz əşyaları həmin evin 3 otağına yığılıb. Sabiq əri X2 ilə onun arasında olan rəsmi nikah məhkəmə qətnaməsi ilə pozulub. Lakin buna baxmayaraq cavabdeh iddiaçını və onun az yaşlı uşağını mənzillə təmin etməlidir. Mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşir və həmin evə cavabdehin gözlənilən mülkiyyət hüquqları vardır. İddiaçı həmin evə cavabdeh tərəfindən qeyd şərtsiz köçürülmüş və ailəyə daimi olaraq qəbul olunmuşdur. Uşağı ilə birlikdə uzun müddət həmin evdə fasiləsiz və mübahisəsiz yaşamışlar.
6. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)-7/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddia tələbi təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında etibarlı ailə əlaqələri qalmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh uzun illərdir birlikdə yaşamır və ümumi təsərrüfat aparm ırlar. İddiaçının mübahisəli evə köçürülməsi üçün onun ilk öncə həmin evdə istifadə hüququnun yaranması şərti olmalıdır. Çünki evə köçürülmənin mahiyyəti əslində evdən istifadə hüququ əldə etmək, yaxud bu hüququn realizəsini təmin etməkdir. Məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli evdən istifadə hüququ yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin mübahisəli evə dair heç kimin mülkiyyət hüququ tanınmamışdır. Odur ki, iddiaçının mübahisəli evə istifadə hüququ yaranmadığı halda, mübahisəli ev isə dövlət tərəfindən müvafiq qeydiyyata alınmadığı halda iddiaçının həmin evə köçürülməsi məntiqi baxımından düzgün deyildir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən faktiki olaraq ayrıldığından və onlar arasında ailə bağları (ailə münasibətləri ) kəsildiyindən, o cümlədən iddiaçı hazırki iş üzrə mübahisəli evə gəlin köçməsinə və orada yaşamasına, eləcə də orada təsərrüfatı idarə etməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən, həmçinin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən və həmin ev mənzil münasibətinin obyektinə çevrilmədiyindən iddia təmin edilə və cavabdeh həmin evə köçürülə bilməz.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu əsaslandırılmışdır.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 22 sentyabr 2023-cü il tarixli, 2(104)-2206/23 nömrəli qətnaməsi ilə (hakimlər - Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
15. İddiaçı 2018-ci il tarixdə qayınanası olan cavabdehin təsərrüfatbaşına kitabd a adına qeydə alınmış evə köçüb yaşamışdır ki, Mənzil Məcəlləsinin tələbi baxımından, iddiaçı cavabdehin ailə üzvü hesab edilməməklə, mübahisəli evə istifadə hüququ yaranmamışdır.
16. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir ki, belə bir müqavilənin bağlanması da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
17. Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, mübahisəli tikilinin cavabdehin faktiki sahibliyində olan qanunsuz tikili olması qəbul edildiyi təqdirdə də iddia əsassız hesab olunur. Belə ki, yaşayış binasından istifadə və ya ümumilikdə mü lkiyyət hüququ Mülki Məcəllə və Mənzil Məcəlləsi ilə tənzimlənir. Lakin iddiaçının iddiasında əsasən mübahisəli evin özbaşına tikili olması qəbul edildiyi halda, həmin evdən istifadə və ya mülkiyyət hüququ ilə bağlı məsələlər həmin Məcəllələrlə tənzimlənmir, bu münasibətləri tənzimləyən analoji hüquq normaları da yoxdur. Lakin iddiaçının apellyasiya şikayətinin dəlillərinə əsasən o, cavabdehin faktiki sahibliyində olan özbaşına tikiliyə onun razılığı ilə köçmüşdür ki, cavabdehin razılığı olmadan iddiaçının yenidən həmin mənzilə köçürülməsi sahibliyin pozulması kimi qiymətlənidirilməklə əsassız hesab olunur. Nəzərə alınmalıdır ki, müəyyən hüquq münasibətlərində faktiki sahiblik də qanunla qorunmaqdadır.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.3, 164.1, 165.1, 228.2-cü və Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyası Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyət hüququ İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyə tçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə
43. Mənzil hüququ I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdud iyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə
157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasın ı məhkəmə vasitəsilə tələb edə bilər. Maddə
165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə
228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçi rilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə
2. Mənzil hüququnun əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə
9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Maddə
30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşay ış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifad ə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Məhkəmələr tərəfindən müəyyən olunmuş işin halları bu qərarın 1-4-cü paraqraflarında qeyd olunmuşdur.
30. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə idd iaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
31. Baxılan işdə də məhkəmələr iddiaçının mübahisəli yaşayış sahəsindən istifadəsinin hüquqi əsaslarını Mənzil Məcəlləsinin və Mülki Məcəllənin müddəaları əsasında yoxlamış və müəyyən etmişdir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır.
32. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi bu nəticə ilə razılaşır.
33. Belə ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan mübahisədir.
34. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyən iki hüquq mənbəyi mövcuddur. Bunlardan biri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsidir. Həmin maddədə göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (keçmiş) ailə üzvləri həmin sahədən istifadə hüququna malikdirlər.
35. Digər hüquq norması isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsidir. Həmin normada isə göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ sa xlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
36. Baxılan mübahisəyə bu normalardan hansının tətbiq edilməli olması məsələsinə gəldikdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Eyni məsələ ilə bağlı hüquq münasibətlərini tənzimləyən yuxarıdakı normalar arasında yaranan kolliziyanı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarında araşdıraraq bu nətcəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
38. Məhkəmələr tərəf indən müəyyən olunmuş işin hallarından göründüyü kimi iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə münasibətləri 2018-ci ildən yaranmışdır. Həmin vaxt yaşayış sahəsi üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına baxmayaraq, onun mülkiyyətində olan torpaq sahəsində yerləşməklə sahibliyindədir və sahibliyinin qanuniliyi, habelə evə gözlənilən mülkiyyət hüququ mübahisələndirilmir.
39. Bu halda iddianın maddi-hüquqi əsasını Mənzil Məcəlləsinin 30.4-cü maddəsi təşkil edir. Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyi l, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.
40. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir.
41. Apellyasiya instansiyası məhkəməsi də Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri əsasında iddianı təhlil etmiş və qeyd etmişdir ki, iddiaçı cavabdehin gəlini olmaqla, sonuncunun ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sadalanan şəxslər kateqoriyasına aid deyil.
42. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəti cə əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
43. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
44. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınananın keçmiş gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.
45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin uşağa aid hissədə gəldiyi nəticə ilə də razılaşır. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqları nı itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 46. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən də on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2206/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və