Məhkəmə qərarları › İş №2(102)-909/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-909/2025

13.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-909/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər “X20” şirkətinə və Bakı şəhəri Binəqədi rayonun X10nə qarşı “torpaq sahəsində yerləşən tikilidən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2(103)5465/2024 nömrəli qətn aməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Binəqədi rayonu X6 03 iyul 2003-cü il tarixli, 580 nömrəli qərarı ilə, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbəsi ərazisindən 600 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X12 alqı-satqı qaydasında ayrılması, həmin torpaq sahəsinə görə X6 hesablaşma hesabına müvafiq məbləğin iki milyon dörd yüz min (2400000) manat ödənişi həyata keçirməsi və torpaq vergisini vaxtı-vaxtında ödəməsinin tapşırılması qərara alınmışdır.

2. Torpaqların alğı-satqısına dair 30 iyun 2015-ci il müqavilədən görünür ki, qərar və ödəniş qəbzi əsasında X10 ilə X15 arasında alğı-satqı müqaviləsi bağlanaraq rəsmiləşdirilmiş və X3 nəzərdə tutulan 600 kv.metr torpaq sahəsinin eskizi ona təqdim edilmişdir.

3. X4 İmran Ənvər oğlunun arvadı olmuş, aralarında nikah 18 iyun 1993-cü ildə bağlanmışdır.

4. X15 04 yanvar 2021-ci ildə vəfat etmişdir.

5. Cavabdeh X11 qardaşıdır.

6. Binəqədi Qəsəbəsi ərazisindən X5 600 kv.m torpaq sahəsində yarıtikili inşa olunmuş və həmin tikilidə faktiki olaraq Cavabdeh yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən DYP-nin alt hissəsi, V məhəllə, Ev (bina): 006, İV ünvanında yerləşən 600 kv.m to rpaq sahəsindən və həmçinin həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Bakı səhəri, Binəqədi rayonu, X6 03 iyul 2003-cü il tarixli № 580 saylı Qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbəsi ərazisindən 600 kv.m boş torpaq sahəsinin (hazırda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən DYP-nın alt hissəsi, V məhəllə, Ev(bina): 006, İV ünvanında yerləşən 600 kv.m torpaq sahəsi) fərdi yaşayış evinin tikintisi üçün iddiaçının həyat yoldaşı X12 alqı-satqı qaydasında ayrılması qərara alınmışdır. AİT № 212496 nömrəli X17 qəbzindən göründüyü kimi, avqust 2003-cü il tarixdə X15 tərəfindən X6 büdcəsinə 2.400.000 manat (köhnə pulla) məbləğində pul ödənilmişdir. Qərar və ödəniş qəbzi əsasında, X13 orqanı ilə X15 arasında alqı-satqı müqaviləsi bağlanaraq rəsmiləşdirilmiş və X3 nəzərdə tutulan 600 kv.m torpaq sahəsinin eskizi ona təqdim edilmişdir. Göründüyü kimi, torpaq sahəsi tam mülkiyyət hüququ ilə həyat yoldaşı X12 məxsusdur. Həmin əmlak onunla X11 birgə nikah dövründə alınmış və ümumi birgə mülkiyyəti hesab olunur və yalnız onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları vardır. 04 yanvar 2021-ci il tarixdə iddiaçının həyat yoldaşı X15 vəfat etdi. Onun miras qalmış əmlaklarına dair Bakı şəhəri 40 saylı Notariat ofisində vərəsəlik işi açılmış və Notariat Orqanının verdiyi 08 iyun 2021-ci il tarixli 477 nömrəli məktubundan göründüyü kimi, o, İddiaçı, onun vərəsəsi kimi tanınmışdı r. Hazırda mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbəsi ərazisindən 600 kv.m torpaq sahəsindən (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən DYP-nın alt hissəsi, V məhəllə, Ev (bina): 006, İV ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən) və onu üzərində olan natamam tikilidən mülkiyyətçi olaraq istifadə edə və həmin torpağa dair sərəncam verə bilmir. Belə ki, mərhum həyat yoldaşı həmin torpaq sahəsi üzərində yaşayış sahəsi tikərək torpağı və tikilini satmaq niyyətində idi. Lakin mərhum həyat yoldaşı onkoloji xəstəliyə tutulduğuna görə tikintini özü həyata keçirə və nəzarət edə bilməmişdir. Bu zaman qardaşı Cavabdeh özünün xahişi ilə tikintinin həyata keçirilməsinə nəzarət etməs i şərti ilə həmin natamam tikilidə müvəqqəti qalmasına icazə vermişdir. Cavabdeh fürsətdən istifadə edərək öz evlərini, pulunu borcunu bağlamaq üçün sərf etmiş, özü isə həyat yoldaşının qalmağa icazə verdiyi natamam tikilidə qalmağa başlamışdır. Həmin tikili başa çatmamış, heç bir şəraiti yoxdur, yaşamaq üçün tamamilə əlverişsizdir. İddiaçı cavabdehə torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Cavabdeh demişdir ki, alıcı tapılandan sonra torpağı tərk edəcəkdir. Lakin dəfələrlə alıcı tapmağına baxmayaraq, cavabdeh torpaq sahəsini və natamam tikilini tərk etmir, əksinə onu təhqir edir və öz mülkiyyətinə daxil olmağa belə imkan vermir. Cavabdehin həmin torpaq sahəsi və natamam tikili üzərində heç bir hüququ yoxdur. Cavabdeh qanunsuz olaraq onlara məxsus olan həmin torpaq sahəsində və nata mam tikilidə qalmağa və istifadə etməyə davam edir. Bununla da onun mülkiyyət hüquqları kobud şəkildə pozulur və o, öz əmlaklarından istifadə, sahiblik və ya sərəncam hüquqlarını həyata keçirə bilmir. O, dəfələrlə cavabdehdən həmin torpaq sahəsini tərk etməyini xahiş etsə də, cavabdeh buna məhəl qoymamış, əksinə onu təhqir edərək həmin torpaq sahəsindən qovmuşdur. İddiaçı Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə bir neçə dəfə müraciət edərək, cavabdehin ona məxsus torpağı və tikilini zəbt etməsini, onun hüquqlarını pozmasını, tikilidən və torpaq sahəsindən çıxarılmasını xahiş etsə də, polis əməkdaşları tərəfindən xahişi icra edilməmişdir. Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2023cü və xx.xx.2023-cü il tarixli cavab məktublarında məsələnin həlli ilə əlaqəd ar mülki qaydada məhkəməyə müraciət edə biləcəyi barədə məlumat verilmişdir. Cavabdeh ona məxsus torpaq sahəsindən və üzərindəki natamam tikilidən çıxarılmalı, onun torpaq sahəsinə və natamam tikiliyə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə qanunsuz müdaxiləyə son qoyulmalı, mülkiyyət hüquqlarının pozulmasının qarşısı alınmalıdır.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(001)317/2024 nömrəli qətnaməsi ilə (hakim E.Mustafayev) iddianın təmin edilməsi, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən DYP-nın alt hissəsi, V məhəllə, Ev (bina): 006, İV ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən Cavabdeh çıxarılması qət edilmişdir.

10. Birinci instans iya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı səhəri Binəqədi rayonu X6 03 iyul 2003-cü il tarixli, 580 saylı Qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbəsi ərazisindən 600 kv.metr boş torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün X12 alqı-satqı qaydasında ayrılmış, həmin torpaq sahəsi üçün İmran Səmədov tərəfindən X6 büdcəsinə 2.400.000 (köhnə pulla) manat məbləğində pul ödənilmiş və qeyd edilən torpaq sahəsi ilə bağlı X10 ilə X15 arasında alqı-satqı müqaviləsi bağlanaraq rəsmiləşdirilib, X1 əks etdirən 600 kv.metr torpaq sahəsinin eskizi ona təqdim edilmişdir. Göründüyü kimi hazırda mübahisə predmeti olan torpaq sahəsinin mərhum X12 ayırılması da işin mübahisəsiz halıdır. Torpaq sahəsi üzərində inşa edilmiş özba şına tikililərin kimin tərəfindən inşa edilməsi ilə bağlı hissədə məhkəmə qeyd etmişdir ki, cavabdeh izahatında torpaq sahəsində yerləşən əlavə tikili yox idi, onu özü tikməsini, damını örtüb, qapı pəncərə qoyub, içərisini suvaq etməsini bildirmiş və bunun şahid ifadələri ilə təsdiq edildiyini bildirmişdir. İş üzrə (elektron kabinetə əlavə edilmiş fotoşəkillərdən) müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsində iki mərtəbəli yarımtikili mövcud olmuş, həmin tikiliyə bitişik bir otaqda cavabdeh müəyyən rekonstruksiya işləri görərək yaşayış sahəsi kimi istifadə edir.

11. Məhkəmə, cavabdehin həmin otaqdan heç bir qanuni əsas olmadan istifadə etdiyi ilə bağlı iddiaçının dəlillərini əsaslı saymış və göstərmişdir ki, bu fakt iş üzrə dindirilmiş şahid X7 ifadəsi ilə təsdiq olunur. Cavabdeh yalnı z şahid ifadələrinə əsaslanmış, şahidlər isə öz ifadələrində evin Cavabdeh tərəfindən tikilməsini, eləcə də onun hazırda orada olan bir otaqda yaşamasını qeyd etsələr də, onlardan X19 iki mərtəbəli tikilinin şəxsən Nəriman tərəfindən tikildiyini görmədiyini, torpağın kimə məxsus olmasını bilmədiyini, X14 isə evin 1 otaqdan ibarət balaca evin Nərimana məxsus olduğunu ehtimal etdiyini bildirmişlər.

12. Məhkəmə, tikililərin mərhum X2 özü tərəfindən tikilməsi ilə bağlı iddia ərizəsində göstərilənləri, işə əlavə edilmiş yarımçıq tikililərlə bağlı çəkilmiş 5 ədəd fotoşəkili və iş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsini inandırıcı hesab etmiş və göstərmişdir ki, hazırda mübahisəli torpaq sahəsi mülkiyyətdə olmasa da, orada qanunsuz inşa edilmiş yarımtikili ev fiziki obyek t olaraq iqtisadi dəyərə malikdir. İddiaçı X11 vərəsəsi olmaqla onun gələcəkdə bu torpağa və evə dair mülkiyyət hüquqlarının həyata keçirməsi ilə bağlı gözləntisi var və cavabdehin həmin fərdi yaşayış evindən çıxmaması iddiaçını bu hüququn həyata keçirməsinə maneə yaradır. Cavabdehin mübahisəli tikiliyə çəkdiyi xərclərlə bağlı zəruri sübutları mövcud olduğu halda həmin xərcləri iddiaçıdan tələb etmək hüququ mövcuddur.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 125-ci, Torpaq Məcəlləsinin 5.1, 47.1, 56.1, 65.1, 65.5, 66.2, 67-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1, 6.1, 6.2-ci, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 157.5, 238.1, 238.3, 1151.1, 1159.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 216-220-ci m addələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı səhəri Binəqədi rayonu X6 03 iyul 2003-cü il tarixli, 580 saylı Qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbəsi ərazisindən 600 kv.m boş torpaq sahəsində X12 (hazırkı iş üzrə iddiaçının mərhum əri) fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutə pə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişi təsdiq edən Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 5-ci bəndinə əsasən bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Beləliklə, Sazi şlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin hazırkı iddia ilə mübahisə edilən X6 580 saylı, 03 iyul 2003-cü il tarixli Qərarı da bu qaydada artıq qüvvədən düşmüşdür. Məhkəmə qeyd etmişdir ki, artıq Qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırkı halda, X6 qərarının ayrıca bir məhkəmə qərarı ilə qanunsuzluğunun müəyyən edilməsinə ehtiyac yoxdur. Göstərilən əsaslarla iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 28 mart 2024cü il tarixli Qərardadı ilə müəyyən edilmiş hallar preyudisial əhəmiyyətə malikdir. Belə ki, məhkəmə Cavabdeh göstərilən ünvanda məskun laşdığını təsdiq etmiş, lakin nəticədə onu yeganə yaşayış yerindən məhrum etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2(103)-5465/2024 nömrəli qətnaməsi ilə (hakim G.Axundovanın sədrliyi və məruzəsi ilə, hakimlər F.Qasımov və X.Sarıyev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(001)317/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə fotoşəkillərdən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsində iki mərtəbəli yarımtikili mövcud olmuş, həmin tikiliyə bitişik bir otaqdan cavabdeh müəyyən yaşayış sahəsi kimi istifadə edir.

18. Cavabdeh həmin otaq dan heç bir qanuni əsas olmadan istifadə edir. Bu fakt iş üzrə dindirilmiş şahid X7 ifadəsi ilə təsdiq olunur. Cavabdeh yalnız şahid ifadələrinə əsaslanmış, şahidlər isə öz ifadələrində evin Cavabdeh tərəfindən tikilməsini, eləcə də onun hazırda orada olan bir otaqda yaşamasını qeyd etsələr də, onlardan X19 iki mərtəbəli tikilinin şəxsən Nəriman tərəfindən tikildiyini görmədiyini, torpağın kimə məxsus olmasını bilmədiyini, X14 isə evin 1 otaqdan ibarət balaca evin Nərimana məxsus olduğunu ehtimal etdiyini bildirmişlər.

19. Bundan əlavə, cavabdeh orada 5 il yaşamasına istinad edir. X15 04 yanvar 2021-ci ildə vəfat etmişdir. Cavabdeh də izahatında təsdiq etdi ki, qardaşı rəhmətə getdikdən sonra iddiaçı dedi ki, o, oradan çıxmalıdır. Göründüyü kimi cavabdeh iddiaçının tələbinə məhəl qoymayarq illərdir həmin yerdən əsassız olaraq istifadə edir.

20. Bundan əlavə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6129/2024 nömrəli iş üzrə 28 mart 2024-ci il tarixli qərardadının əsaslandırıcı hissəsində adıçəkilən bələdiyyə qərarının qüvvədən düşdüyünün qeyd olunması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, həmin qərardadla mübahisə mahiyyəti üzrə həll edilməmiş, bələdiyyə qərarının etibarsızlığı barədə iddia qeyri-mümkün sayılmışdır.

21. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

22. Göründüyü kimi hər han sı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır.

23. Beləliklə, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılmış X6 03 iyul 2003-cü il tarixli, 580 nömrəli qərarı hal-hazırda da qüvvədədir.

24. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisəli torpaq sahəsi mülkiyyətdə olmasa da, orada qanunsuz inşa edilmiş yarımtikili ev fiziki obyekt olaraq iqtisadi dəyərə malikdir. Cavabdehin həmin fərdi yaşayış evindən çıxmaması iddiaçının hüququnu pozur.

25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 19 noyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Binəqədi Rayonu X6 03 iyul 2003-cü il tarixli, 580 nömrəli qərarı ilə X12 ayrılmış 600 kv.metr torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Binəqədi Oyl). Həmçinin sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu hal iddiaçının ərinə 2003-cü ildən ayrılmış torpaq sahəsində olan tikilidən cavabdehin çıxarılmasını tələb etməsinə mane olmur. İddiaçının cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ vardır.

27. Apellyasiya kollegiyası öz mövqeyini Mülki Məcəllənin 6.2, 139.1, 146.1, 152.1, 152.2, 180.2, 180.3-cü, Torpaq Məcəlləsinin 4.3, 50, 55, 67.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

28. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2(103)-5465/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 560.1-ci, Mülki Prosessual Məcəllənin 9, 88, 218.1, 372.7-cı maddələri pozulmuşdur.

30. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6129/2024 saylı 28 mart 2024-cü il tarixli Qərardadı ilə müəyyən edi lmişdir ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişi təsdiq edən Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901- İİQD saylı, 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 5-ci bəndinə əsasən bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsi ndə neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmin Qərardadda göstərilir ki, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür. Bu əsasla Məhkəmə hesab etmişdir ki, artıq Qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırkı halda, X6 qərarının ayrıca bir məhkəmə qərarı ilə qanunsuzluğunun müəyyən edilməsinə ehtiyac yoxdur. Göstərilən əsaslarla iddia mümkün sayılmamışdır. Qərardaddan aydın olur ki, X6 580 saylı, 03 iyul 2003-cü il tarixli Qərarının ayrıca məhkəmə işi çərçivəsində hüquqi qüvvəsinin olub-olmamasının sübut olunmasına ehtiyac yoxdur və hazırkı iddia il ə mübahisə edilən X6 580 saylı, 03 iyul 2003-cü il tarixli Qərarı da bu qaydada artıq qüvvədən düşmüş hesab etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6129/2024 saylı 28 mart 2024-cü il tarixli Qərardadı ilə müəyyən edilmiş hallar preyudisial əhəmiyyətə malikdir. Məhkəmə torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq etmiş və qeyd etmişdir ki, sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, qətnamənin əsaslandırıcı hissəsində daxili ziddiyyət yaranmışdır: bir tərəfdən məhkəmə iddiaçının əmlaka mülkiyyət hüququnu olmasını təsdiq edən Mülki Məcəllənin müvafiq maddələrinə istinad edir, Bakı İnzibati Məhkəməsinin Qərardadının müəyyənedici hissəsini inkar edir, digər tərəfdən isə torpağın bələdiyyə torpaqlarına aid olmaması qənaətinə gəlir.

31. Kass asiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

32. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaq la tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bə rabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz q ətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinə ətraflı hüquqi qiymət verilmişdir. (Bax bənd 17-27)

40. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

41. Kassasiya şikayətinin dəlilləri ilə bağlı m əhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli torpaq sahəsində yerləşən tikilinin, özbaşına tikili olsa da, iddiaçı ilə onun həyat yoldaşının birgə nikahları zamanı inşa olunması və müəyyən iqtisadi dəyərə malik olmaqla, hazırda iddiaçıya məxsus olması işin faktiki hallarını araşdıran məhkəmələrin müəyyən etdiyi haldır.

42. Əksinə cavabdeh həmin tikiliyə hər hansı hüququnun olmasını sübut edə bilməmişdir.

43. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olun ması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

44. Kassasiya şikayətinin yeganə dəlilində cavabdeh, “X20” şirkətinin iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadı ilə müəyyən olunan hallara istinad etməklə, X6 03 iyul 2003-cü il tarixli, 580 nömrəli qərarının qüvvədən düşdüyü üçün iddianın rədd edilməsini xahiş edir.

45. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli tikiliyə hər hansı hüququ müəyyən edilmədiyindən, onun inzibati məhkəmənin qeyd olunan qərardadına istinadı əsassızdır. Bələdiyyənin qərarının qüvvədə olub-olmaması və bundan irəli gələrək iddiaçının tikiliyə hüquqlarının mövcudluğu müvafiq orqanla iddiaçı arasında olan mü nasibətlərə aiddir.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2(103)-5465/2024 nömrə li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar