Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-91/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-91/22 (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil, Cavabdeh: Cavabdeh Şəmkir oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(104)2633/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 18 ya nvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh Şəmkir oğluna qarşı iddia qaldıraraq, cavabdehdən protez saçın əkilməsi məqsədi ilə ona vurulmuş maddi ziyana görə 900 manat, mənəvi ziyana görə 5.000 manat pulun tutulub ona ödərilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ağdam Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.R.Məmmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 19 aprel 2020-ci il tarixdə cavabdeh iddiaçıya 900 manat dəyərində protez saç satıb. İddiaçı oğlu Novruz Tarverdiyevin baş nahiyəsində şişlərin və qızartıların cavabdehin ona satdığı lazımı keyfiyyətdə olmayan protez saç ilə bağlı olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Eyni zamanda, iddiaçının oğlunun baş nahiyəsindəki şişlərin və qızartıların məhz keyfiyyətsiz protez saçdan istiafdə etməsi nəticəsində yaranması mülki iş materialları ilə təsdiq olunmur və işdə, bunu təsdiq edən tibb müəssisəsinin müvafiq rəyi yoxdur. İddiaçının oğlunun baş nahiyəsində qeyd olunan halların əmələ gəlməsi digər səbəblərlə (dərinin fərdi xüsusiyyətləri ilə bağlı allerqik mənşəli və.s) əlaqədar olması mümkündür, bu heç də satılmış malın lazımi keyfiyyət standartlarına cavab vermədiyi anlamına gəlmir. Digər tərəfdən, Səhiyyə Nazirliyinin 21 may 2020-ci il tarixli “Gigiyenik sertifikat”ı ilə müəyyən olunur ki, “Ultra hold” nişanlı parik yapışdırıcısı adlandırılan məhsul təhlükəsizlik göstəricisinə görə müayinə olunub, 2692786 və 26930-86 saylı DÜST-nin tələblərinə cavab verir və yararlılıq müddəti 21 may 2021ci il tarixədək qüvvədə olub. Bundan başqa, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi mülki iş materialları ilə istisna olunur və bunu təsdiqləyən mötəbər sübutlar mövcud deyil. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 581.1, 581.2, 624.1-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Bayramov sədrlik edən, məruzəçi, R.Z.Mamedov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Ağdam Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 581.1, 581.2, 624-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəmə sində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 586.1-ci maddəsində göstərilir ki, qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində əş yanın keyfiyyətinin yoxlanılması nəzərdə tutula bilər. Həmin Məcəllənin 586.3-cü maddəsinə görə, əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən olan istifadə və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllən in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə cavabdeh 19 aprel 2020-ci ildə iddiaçıya 900 manat dəyərində protez saç satıb. Hazırda iddiaçı, 02 noyabr 200 3-cü il tarixdə doğulmuş övladı Novruz Tarverdiyevin xəstəlikdən baş nahiyəsində olan saçının töküldüyünü, protez saç almaq üçün sosial şəbəkə vasitəsi ilə cavabdehlə tanış olduğunu, 20 aprel 2020-ci il tarixdə ev şəraitində cavabdehin yapışdırıcı vasitəsilə oğlu Novruz Tarverdiyevin başına protez saç yapışdırdığını, həmin protez saça görə cavabdehə 900 manat pul ödədiyini, lakin bu barədə ona çek, lazımi sertifikat və qarantiya sənədləri vermədiyini, bir gündən sonra isə, yəni 20 aprel 2020-ci il tarixdə protez saçın oğlu Novruz Tarverdiyevin baş nahiyəsinin müxtəlif yerlərində səpkilərə, qızartılara və şişkinliklərə səbəb olduğunu, oğlu Novruz Tarverdiyevin tibbi müayinəsindən sonra qeyd olunan halların protez saçla bağlı olmasının öz təsdiqini tapdığını və həmin protez saçın oğlu Novruz Tarverdiyevin başına uyğun gəlmədiyini, ustaya və sürücüyə ödədiyi pulu çıxmaqla protez saçı cavabdehə qaytarmaq istəsə də, cavabdehin bundan imtina etdiyini və nəticədə mənəvi sarsıntıya məruz qaldığını göstərib, cavabdehdən maddi zərərə görə 900 manat, mənəvi zərərə görə isə 5.000 manat pul iddia edir. Cavabdeh isə iddiaçıya 900 manat dəyərində protez saç satdığını, sonuncunun övladı Novruz Tarverdiyevin başında olan allergik proseslərin protez saçla və yapışdırıcı ilə heç bir bağlılığının olmadığını, onun istifadə etdiyi protez saçın və maye yapışdırıcının Səhiyyə Nazirliyinin 21 may 2020-ci il tarixli, Az-031 RSK-4175 saylı gigiyenik sertifikatı ilə yararlı məhsul kimi qeydiyyatdan keçməklə istifadəsinə icazə verildiyini və sair göstərib, iddiaya etiraz edir. Daha sonra, iddiaçının öv ladı Novruz Tarverdiyevin xəstəlik tarixçəsindən, tərəflərin polis orqanında verdikləri izahatlardan, habelə fotoşəkillərdən və həkim allerqoloqun çoxsaylı reseptlərindən görünür ki, protez saç qoyulduqdan sonra Novruz Tarverdiyevin baş nahiyəsində səpkilər, qızartılar və şişkinliklər əmələ gəlib. Göründüyü kimi, tərəflər arasında protez saçın qiyməti ilə bağlı fikir ayrılığı yoxdur və cavabdeh protez saçı həqiqətən iddiaçıya 900 manat satdığını inkar etmir. Lakin, onlar arasında cavabdehin iddiaçıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn protez saç satıb-satmaması, protez saçın standartlara uyğun olub-olmaması, habelə onun keyfiyyətinin yoxlanılıb-yoxlanılmaması ilə bağlı fikir ayrılığı vardır. Əvvəla, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni cavabdehin məhkəməyə təqdim etdiyi “Respublika Sanitariya-Karantin Mərkəzi” tərəfindən verilmiş 21 may 2020-ci il tarixli, Az-031 RSK-4175 saylı Gigenik Sertifikatla əsaslandırmağa çalışsa da, həmin Sertifikatın protez saça deyil, “Ultra Hold” nişanlı parik yapışdırıcısına (yapışqana) aid olmasını, həmin yapışdırıcının cavabdehin deyil, vergi ödəyicisi olan X2 yaşadığı ünvana göndərilməsini nəzərə almayıb. Digər tərəfdən, mülki iş materiallarından, iddia ərizəsindən, işdə iştirak edən şəxslərin izahatlarından, habelə işin mübahisə olunmayan hallarından görünür ki, protez saç iddiaçının oğlu Novruz Tarverdiyevin baş nahiyəsinə 19 aprel 2020-ci il tarixdə yapışdırılıb və “Ultra Hold” nişanlı parik yapışdırıcısı (yapışqan) isə ölkəyə fərdi sahbikar X1 əsasən ABŞ-dan 15 may 2020-ci il tarixli, 4676 saylı invosula daxı l olub. Həmin parık yapışdırıcısı (yapışqan) üçün Gigenik Sertifikatı isə 21 may 2020-ci il tarixdə verilib. Belə olan halda, ölkəyə 15 may 2020-ci il tarixdə daxil olan “Ultra Hold” nişanlı parik yapışdırıcısından (yapışqandan) 19 aprel 2020-ci il tarixdə iddiaçının oğlu Novruz Tarverdiyevin baş nahiyəsinə protez saçın qoyulması üçün istifadə olunması qeyri-mümkündür. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməyib və cavabdehin etirazının əsası kimi istinad etdiyi sübutların mötəbərlilyinə Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verməyib. Həmin maddələrin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq düzgün hüquqi qiymət verməlidir. Daha sonra, Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 586.1-ci maddəsində göstərilir ki, qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanılması nəzərdə tutula bilər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini pozaraq, cavabdehin iddiaçıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verib-verməməsi ilə bağlı heç bir araşdırma aparmadan, onun alqı-atqı müqaviləsi üzrə iddiaçıya satdığı protez saçın keyfiyyətini yoxlamadan, habelə protez saçın hər hansı müayinə aparılmadan ev şəraitində qoyulmasına diqqət yetirmədən və sözügedən suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan, yalnız cavabdehin məhkəməyə təqdim etdiyi parik yapışdırıcısına aid Gigiyenik Sertifikatla kifayətlənərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Halbuki, Mülki Məcəllənin 586.3-cü maddəsinə görə, əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. Göründüyü kimi cavabdeh, iddiaçıya satdığı protez saçın keyfiyyətini yoxladığına, həmin protez saçın iddiaçının öv ladı Novruz Tarverdiyevin baş nahiyəsinə uyğun olduğuna və protez saçın sonuncunun səhhətinə pis təsir etməyəcəyinə dair məhkəməyə heç bir sübut təqdim etməyib. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə iddiaçının övladı Novruz Tarverdiyevin baş nahiyəsində əmələ gəlmiş səpkilərlə, qızartılarla və şişkinliklə protez saç arasında hər hansı səbəbli əlaqənin olub-olmamasına dair də heç bir araşdırma aparmamışdır. Məlum olduğu kimi Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hü quq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: birincisi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddi hüquq normalarının tələbləri baxımından cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı hüquqa zidd əmələ (hərəkət və ya hərəkətsizliyə) yol verilib-verilməməsi; cavabdehin törətdiyi əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya ziyan və ya zərər vurulub-vurulmaması; iddiaçıya vurulmuş ziyan və ya zərərlə cavabdehin hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizliyi) ara sında hər hansı səbəbli əlaqənin olub-olmaması ilə bağlı heç bir araşdırma aparmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu i ştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düz gün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(104)-2633/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-91/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-91/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver