Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-912/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2nə qarşı və Cavabdeh2 cavabdeh İddiaçı qarşı birləşdirilmiş iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi 18.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh2 MMC-yə qarşı “pul” tələbi və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5806/2024 nömrəli iş üzrə 17 deka br 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Cavabdeh1 MMC ilə İddiaçı arasında 09 aprel 2018-ci il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Bu müqaviləyə görə Cavabdeh1 MMC tərəfindən 30600 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında MMC tərəfindən inşa edilən binasının 3-cü giriş, Xİ mərtəbəsində, ümumi sahəsi 61,2 kv.m olan mənzil payçı İddiaçı mülkiyyətinə verilməli idi. Həmin müqavilə və müqavilə əsasında verilən maliyyə arayışı MMC-nin direktoru Əsgərov Hüseyn Kamil oğlu tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Əsgərov Hüseyn Kamil oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Əsgərov Hüseyn Kamil oğlu AR CM-nin 29, 178.3.2, 178.3.2, 308.2, 32.5, 308.2, 32.4, 312.1 və 32.5, 313 maddələri ilə təqsirli bilinmiş, 12 il 5 ay 21 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum Əsgərov Hüseyn Kamil oğlunun kassasiya şikayəti təmin edilərək onun üzərində 12 il 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
2. Daha sonra, Cavabdeh1 MMC-nin Nizamnaməsinə əsasən hərəkət edən Əsgər Hüseynovla sonradan payçı adlanacaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş kimi tanınan vətəndaş İddiaçı arasında xx.xx.2020-ci il tarixli kooperativ mənzil tikintisi haqqında 180№-li müqavilə bağlanmış dır. Həmin müqavilədə müqavilənin predmeti kimi ünvan 2 ünvanında payçıların vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 180 saylı mənzili göstərilmişdir (1-ci giriş, 16-cı mərtəbə). Mənzilin xarakteristikası: 1 otaqdan ibarət, ümumi tikinti sahəsi 60,0 kv.m; hesablaşma sahəsi 60,0 kv.m; yaşayış sahəsi – kv.m kimi göstərilmişdir. Həmin müqavilə Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilsə də, Əsgər Hüseynov tərəfindən imzalanmamışdır. Bununla belə İddiaçı Hasil oğlu həmin müqaviləni imzalamışdır.
3. Həmin müqavilə ilə eyni tarixdə tərtib edilən akta görə İddiaçı "xxxx" MTK-ya məxsus binada 60,0 kv.m sahəsi olan mənzillə təmin olunmuşdur. Zərərçəkmiş- İddiaçı xx.xx.2020-ci ildə mənzildən imtina etdiyi üçün 5500 manat məbləğində pul ona xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci i l tarixlərində hissə-hissə qaytarılmışdır. Göstərilən məbləğlər qeyd edilən tarixlərdə cavabdeh İddiaçı tərəfindən təhvil alınmış və bunu özü imzası və qeydləri ilə təsdiq etmişdir.
4. Səfərov X3 Rayon Məhkəməsində Cavabdeh1 MMC-yə qarşı iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin 2(012)-211/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair iddiası xx.xx.2018-ci il tarixli müqavilədə mənzilin nömrəsinin olmaması və mübahisə predmeti olan mənzilin müəyyən edilməməsi əsası ilə rədd edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolle giyasının xx.xx.2023-cü il tarixli qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 30600 manat pulun, eləcə də həmin məbləğin 1987 gün üçün (pulun ödənildiyi tarixdən məhkəməyə müraciət edilən günə qədər) illik 5 faizi olan 8329 manat və 237 manat dövlət rüsumunun, cəmi 39166 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşayış binasının tikintisi başa çatsa da cavabdeh mənzili təhvil verməkdən boyun qaçırmıdır. Artıq həmin evi istəmədiyindən ödədiyi pulu geci kdirilən hər il üçün faizlər hesablanmaqla geri almaq istəmişdir. Bu səbəbdən aralarında bağlanmış müqavilənin ləğvi və ödədiyi pulu gecikdirilən hər ilə (5 il) görə faizlər hesablanmaqla geri almaq üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin nəticəsi olmamışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-549/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 MMC əsl Cavabdeh2 MMC ilə əvəz edilmişdir.
8. Cavabdeh2 MMC cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla ə saslandırılmışdır ki, 09 aprel 2018-ci il tarixdə “Hasil MMC” ilə mənzil tikintisi haqqında müqavilə bağlanarkən Əsgərov X1 Elçin Qərib oğlu və qeyrilərini aldadaraq və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, 9 aprel 2018-ci il tarixdə İddiaçı ilə “Hasil MMC” arasında mənzil tikintisi haqqında müqavilə bağlamaqla Əsgərov Hüseyn Kamil oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edildiyi kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş və bu səbəbdən Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 308.2, 32.5,308.2, 32.4,312.1, 313 və 35.4, 313-cü maddələri ilə təqsirli bilnmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair e-2(001)-2902/2024 nömrəli mülki iş İddiaçı Cavabdeh2nə qarşı “pul” tələbinə dair e2(001)-549/2024 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi və birləşdirilmiş mülki iş üzrə e-2(001)-549/2024 qeydiyyat nömrəsi saxlanılması qərara alınmışdır.
11. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 birləşdirilən iş üzrə iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində göstərmişdir ki, etibarsızlığı tələb olunan müqavilə 9 aprel 2018-ci il tarixlidir. İddia ərizəsi ilə məhkəməyə müraciət tarixi isə 8 dekabr 2023-cü ildir. Yəni etibarsızlığı tələb olunan müqavilənin bağlandığı gündən 5 il 7 ay 30 gün sonra. MMC-nin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün İddiaçı xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququnun müdafiəsinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etdiyi tarix. Həmin vaxt həmin işdə cavabdeh olmuş və hazırda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş Hasil2022 MMC məlumatlı idi ki, tərəflər arasında 09 aprel 2018-ci il tarixli müqavilə var. Qeyd olunan müqavilənin etibarsızlığı ilə bağlı məsələni mübahisələndirməyin ən son tarixini həmin vaxtdan (Abşeron Rayon Məhkəməsinə müraciət olunan tarix xx.xx.2021) hesablasaq belə iddia müddətinin ötürül düyünü görərik. Halbuki iddia müddətinin ötürülməsi ilə bağlı hesablanmalı olan tarixə başlanğıc tarixinə dair mövqeyi xx.xx.2018-ci ildir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıdakılara əsasən məhkəmədən iddia müddətinin tətbiq edilməsini, iddia müddətinin keçməsi nəzərə alınaraq iddiaçı "xxxx" MMC-nin iddiasının rədd edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh iddianı qəbul etməyərək iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçı bundan əvvəl cavabdehə qarşı xx.xx.2018-ci il tarixli müqavilə üzrə mənzilin ona təhvil verilməsi və s. barədə iddia qaldırmış, lakin həmin iddia Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd olunmuşdur. Digər tərəfdən, həmin müqavilə və maliyyə arayışı səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, həmin sənədləri imzalayan Hüseyn Əsgərov müqavilənin bağlandığı vaxt MMC-nin direktoru yox, təsisçisi olmuşdur. O, iddiaçıdan aldığı pulu MMC-nin xəzinəsinə mədaxil etməmişdir. Hüseyn Əsgərov MMC-nin direktoru vəzifəsinə xx.xx.2018-ci il tarixdə təyin olunmuşdur. Hüseyn Əsgərov Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və s. maddələri təqsirli bilinərək məhkum olunmuşdur. Həmin hökmlə müəyyən olunmuşdur ki, Hüseyn Əsgərov özgə əmlakını ələ keçirmək məqsədilə dələduzluq etmiş, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmişdir. Hökmlə həmçi nin, iddiaçı tərəfindən 9 aprel 2018-ci il tarixli müqavilə üzrə MMC-yə pul ödənilmədiyi müəyyən olunmuşdur. Həmin hokm Azərbaycan Respublikası MPM-nin 82.4cü maddəsinin tələbinə əsasən hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İlkin Əliyev) 15 iyul 2024-cü il tarixli e-2(001)-549/2024 nömrəli qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı ya barterlə, ya nəğd pul vəsaiti hesabına xx.xx.2018-ci il tarixdə əvvəlki adı ilə Cavabdeh1 MMC-dən mənzil almışdır. Tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Sonradan həmin binada olan mənzillərin problemli olduğunu, yəni bir mənzilin bir neçə şəxsə satıldığını gördükdən son ra digər vətəndaşlar kimi o da Baş Prokurorluğa müraciət etmişdir. Baxmayaraq ki, iddiaçı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yazılı ərizə ilə müraciət etmədiyini bildirir, lakin onun həqiqətən də cinayət əməli barədə yazılı qaydada şikayətinin olmadığı müəyyən edilsə belə, idarənin məktubundan İddiaçı bu və ya digər formada müraciətinin olduğu aşkar olmuşdur. Onun yazılı qaydada şikayətinin olmaması, hətta zərərçəkmiş şəxs qismində tanınmaması xx.xx.2020-ci il tarixli müqavilənin niyə bağlandığını açıqlayır. Hansı ki, 2018-ci il tarixli müqavilədə mənzilin nömrəsi yox idi və iddiaçı MMC-dən yalnız bir mənzil aldığını, onlar arasında hər hansı başqa mənzillə bağlı münasibətlərin olmadığını bildirmişdir. Üstəlik, həmin vaxt MMC-nin direktoru olan Əsgərov Hüseyn Ka mil oğlu (hansı ki, iddiaçının müqaviləsini o, imzalamışdır) dələduzluq və.s cinayət əməllərinin törədilməsində təqsirləndirilmişdir. Bundan əlavə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubunda qeyd edilən hal, yəni İddiaçı MMC-yə ödəniş etmədiyinin müəyyən edilməsi də İddiaçı mənzildən imtina etməsinə görə "xxxx" MTK-dan 5500 manat məbləği niyə aldığını açıqlayır.
15. Məhkəmənin qənaətinə görə tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə sonradan tərəflərin razılığı ilə xx.xx.2020-ci il tarixdə dəyişdirilmiş və daha sonra iddiaçı müəyyən məbləğdə pul vəsaitini geri almaqla müqavilədən imtina etmişdir. Burada qeyd olunmalıdır ki, tərəfin hansı məbləğdə pul vəsaitini almaqla müqavilədən imtina etməsi müqaviləyə xitam verilməsi hüquqi nəticəsini dəyişmir.
16. Digər iddiaya münasibətdə isə məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd edildiyi kimi etibarsızlığı tələb edilən müqavilə qarşılıqlı razılıq əsasında dəyişdirilmiş və dolayısıyla MMC həmin müqaviləni təsdiq etmiş və bununla da əqdi mübahisələndirmək hüququnu itirmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 351.3, 354.1, 372, 373.2, 375, 377.1, 385.1, 386.1, 421.1, 423.1, 424.1, 447.1, 752.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsas landırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnamədə göstərmişdir ki, İddiaçı ya barterlə, ya nəğd pul vəsaiti hesabına xx.xx.2018-ci il tarixdə əvvəlki adı ilə Cavabdeh1 MMC-dən mənzil almışdır. Məhkəmənin “YA” bölüşdürmə bağlayıcısı vasitəsi ilə nəyə görə belə qənaətə gəldiyi məlum deyildir. İddiaçı pul ödəyərək mənzil almışdır. Barterin hansı sübutlarda öz əksini tapması müəmmalı olmuşdur. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən göndərilmiş məktubda qeyd edilmişdir ki, guya “İddiaçı tərəfindən müraciət daxil olmuşdur. Həmin müraciət üzrə İddiaçı MMC-yə ödəniş etmədiyi müəyyən edildiyindən o, zərərçəkmiş şəxs qismində tanınmamışdır.” Belə bir müraciət olmamışdır, müraciət olsa da hansısa izahat, ifadə və yaxud digər sübut olmadığı təqdirdə n ecə onun ödəniş etmədiyi müəyyən edilmişdir. İddiaçı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış kimi göstərilmişdir. Halbuki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəməyə göndəridyi məktubda qeyd edilib ki, İddiaçı zərərçəkmiş şəxs qismində tanınmaməşdır. Buradan belə qənaətə gəlmək olar ki, xx.xx.2020-ci il tarixli müqavilə saxta olmuşdur. Bu arqumentlə bağlı ikinci məsələ xx.xx.2020-ci il tarixli müqavilədən xx.xx.2020-ci il tarixdə 5500 manat müqabilində imtina edilməsidir. İş materiallarına əlavə edilmiş aktdan göründüyü kimi İddiaçı 5500 manat pulu xx.xx.2020-ci il tarixli müqavilədən imtina etdiyi üçün almışdır. Lakin mübahisələndirilən müqavilə xx.xx.2018-ci il tarixli müqavilə olmuşdur. Əgər xx.xx.2018-ci il tarixdə bağlanmış müqav ilə sonradan tərəflərin razılığı ilə xx.xx.2020-ci il tarixdə dəyişdirilmiş olsa idi ən azından bununla bağlı sonuncu müqavilədə hər hansı müddəa öz əksini tapmış olardı. Müqavilələrə diqqət yetirilərsə orada olan mənzillər də tam fərqli olmuşdur. xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin xx.xx.2020-ci il tarixdə dəyişdirilməsinə dair razılığın nədə öz əksini tapması iş materiallarından aydın deyildir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Akif İsgəndərovsədrlik edən və məruzəçi, Səadət Səlimova və Kamran Əkbərov) 17 dekabr 2024-cü il tarixli, 2(103)-5806/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı Cavabdeh2 MMC-yə qarşı pul tələbinin rədd olunması hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmuş, 9 aprel 2018-ci il tarixli müqavilə üzrə ödənilmiş 30600 manat pul, həmin məbləğin gecikdirilmiş 1987 gün üçün (pulun ödənildiyi tarixdən məhkəməyə müraciət edilən günə qədər) illik 5 faizini təşkil edən 8329 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla 237 manat, cəmi 39166 manat pulun Cavabdeh2 MMC-dən alınıb İddiaçı verilməsi qət edilmişdir.
21. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etməmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara, məhkə mə iclasında tədqiq olunmuş sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və İddiaçı iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır:
22. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında 9 aprel 2018ci il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlanmış və bu müqaviləyə görə cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 3-cü giriş, Xİ mərtəbəsində, ümumi sahəsi 61,2 kv.m və dəyəri 30600 manat olan mənzili iddiaçının mülkiyyətinə verməy i, iddiaçı isə müqavilə məbləğini vaxtında ödəməyi öhdələrinə götürmüşlər (i.v.4). Eyni tarixli maliyyə arayşında müqavilə məbləğini təşkil edən 30600 manat pulun iddiaçı tərəfindən cavabdehə ödənildiyi və idiaçının heç bir borcu qalmadığı qeyd olunmuşdur.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin özünün də müəyyən etdiyi kimi, tərəflər arasında podrat münasibətlərinin olması mübahisəsizdir. Cavabdeh özü də iddianı etiraf etməməsinə baxmayaraq bu münasibətlərin mövcudluğunu qəbul edir, sadəcə MMC-nin direktoru Hüseyn Əsgərov tərəfindən müqavilə məbləğinin MMC-nin xəzinəsinə mədaxil olunmadığına əsaslanaraq iddiaya etiraz edir.
24. Birinci instansiya məhkəməsi də cavabdehin bu etiraz ını əsaslı sayaraq müqavilə məbləğinin ödənilmədiyi qənaətinə gəlmiş və bu halın təsdiqi kimi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna və müqaviləni imzalayan Hüseyn Əsgərovun dələduzluğa görə məhkum olunması barədə məhkəmə hökmünə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, adı çəkilən sənədlərin heç biri xx.xx.2018-ci il tarixli müqavilə üzrə ödəniş edilməməsi barədə qənaətə gəlməyə əsas vermir. Belə ki, Hüseyn Əsgərovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və s. maddələri məhkum olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü nəzərdən keçirilərkən müəyyən edildi ki, hazırkı iş üzrə iddiaçı olan İddiaçı həmin cinayət işi üzrə nəinki zərərçəkmiş şəxs, heç şahid qis mində belə keçmir, hökmdə nə onun adı, nə iddia etdiyi yaşayış sahəsi, nə də mənzilə görə ödəniş edib-etməməsi barədə bir kəlmə belə yoxdur və bu baxımdan həmin hökmlə müəyyən edilən halların hazırkı iş üçün heç bir əhəmiyyəti, yaxud preyudisiallığı ola bilməz və eləcə də həmin hökm hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilənlər də heç bir izahata, ifadəyə, yaxud araşdırma materialına əsaslanmadığından məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli müqavilənin sonradan tərəflərin razılığı ilə xx.xx.2020-ci il tarixli müqaviləyə dəyişdirilməsi və iddiaçının müəyyən məbləğdə pul və saitini geri almaqla müqavilədən imtina etməsi barədə gəldiyi nəticəni də əsassız sayır. Əvvəla, iddiaçı bu halı qəbul etmir və bildirir ki, həmin müqavilələrin bir-birinə hər hansı aidiyyəti yoxdur, xx.xx.2018-ci il tarixli müqavilə həqiqi müqavilədir və o, bu müqavilə üzrə məbləği tam şəkildə MMC-yə ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli müqavilənin saxta olduğunu bildirir və qeyd edir ki, o, Cavabdeh1 MMC ilə yanaşı "xxxx" MTK-da da beton işləri görmüş, MTK-nın əvvəlki rəhbərinin dövründən MTK-nın ona 12000 manat ödənilməmiş borcu qalmış, MTK həmin bu borcu 5500 manat kimi hesablayıb ona müxtəlif vaxtlarda ödəmişdir. xx.xx.2020-ci il tarixli müqavilə həmin borcla əlaqədar bağlanmışdır və xx.xx.2018-ci il tarixli müqaviləyə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən, həmin müqavilələr in predmetini təşkil edən mənzillər də mərtəbəsinə, girişinə (bloka), ümumi sahəsinə və s. görə fərqli mənzillərdir.
26. Cavabdehin iddiaya etirazının əsasında duran dəlillərdən biri də iddiaçının bundan əvvəl cavabdehə qarşı 09 aprel 2018-ci il tarixli müqavilə üzrə mənzilin ona təhvil verilməsi və s. barədə iddia qaldırması, lakin həmin iddianın Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd olunmasıdır. Məhkəmə kollegiyası bu dəlili əsassız sayaraq qeyd edir ki, iddiaçının həmin tələbinin rədd olunmasının səbəbi müqavilənin etibarsız olması yox, müqavilədə mənzilin nömrəsinin qeyd edilməməsi olmuşdur. Bu hal isə öz-özlüyündə müqavilənin etibarlılığını şübhə altına alan fakt kimi qəbul edilə və cavabdehi müqavilə öhdəliyini yerinə yetirməməkl ə iddiaçıya vurduğu zərərin əvəzini ödəmək vəzifəsindən azad edə bilməz.
27. Cavabdehin 9 aprel 2018-ci il tarixli müqavilə və maliyyə arayışının səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin MMC-nin direktoru tərəfindən deyil, təsisçisi, yaxud hər hansı digər vəzifəli şəxsi tərəfindən imzalanması, eıəcə də müqavilədə hər hansı rekvizitlərin düzgün gösərilməməsi və ya ümumiyyətlə göstərilməməsi iddiaçının (alıcının) ziyanına şərh edilə bilməz. Belə ki, müqavilə iddiaçı tərəfindən deyil, bilavasitə MMC-nin özü tərəfindən tərtib olunmuşdur və müqavilədə rekvizitlərin düzgün göstərilməsinə də o məsuliyyət daşıyır.
28. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə tərəflərin həqiqi niyyətini əks etdirən etibarlı müqavilədir və iddiaçı bu müqavilədən imtina etməmişdir. xx.xx.2020-ci il tarixli müqavilənin və "xxxx" MTK tərəfindən iddiaçıya 5500 manat pul ödənilməsinin xx.xx.2018-ci il tarixli müqaviləyə heç bir aidiyyəti yoxdur.
29. İş materiallarından və Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-292/2023 saylı qətnaməsindən göründüyü kimi, iddiaçının bundan əvvəl qaldırdığı sahiblik, istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi tələbinin təmin olunmamasının səbəbi müqavilədə mənzilin nömrəsinin qeyd olunmaması ilə yanaşı, həm də binanın müqavilədə göstərilən 3-cü giriş, 11-ci mərtəbəsində boş mənzil qalmaması olmuşdur. Yəni, müqavilə etibarlı olsa da, boş mənzil qalmadığından və Mül ki Məcəllənin 452.1-ci maddəsinin tələbinə əsasən həmin iddianın təmin edilməsi mümkün olmamışdır.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, belə olan vəziyyətdə iddiaçı hazırkı tələbi irəli sürməkdə, yəni mənzilin dəyərinin və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır və bu tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Ə ldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlilərdən məhrum olması başa düşülür.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən məhkəmənin apellyasiya baxışının predmeti olan hissədə gəldiyi nəticə işin hallarına uyğun olmamış və eləcə də maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmalıdır.
32. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 337, 351.3, 354.1, 372, 373.2, 375, 377.1, 385.1, 386.1, 421.1, 423.1, 424.1, 445.1, 445.2.1, 445.7, 447.1, 425.1, 452.2, 752.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh "xxxx" MMC (vəkili Nümayəndə2) kasasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-5806/2024 saylı qətnaməsini tamamilə ləğv edib apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə özü də qətnamədə tərəflər arasında yaranmış münasibətin podrat müqaviləsi olmasının mübahisəsiz olduğunu qeyd edir. Lakin iddia qaldırılan dövrdə mübahisələndirilən müqavilənin bağlanmasından 5-ildən artıq vaxt keçdiyini və mülki prosessual qanunvericiliyin konkret ola raq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776-cı maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə biləcəyini nəzərdə tutan normanın tətbiqi barədə cavabdehin ərizəsinə münasibət bildirməmişdir. Podrat müqaviləsi də tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi iddia qaldırılan dövrdə mübahisələndirilən müqavilənin bağlanmasından 5-ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776-cı maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müdd əti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas hesab edilir.
35. Mübahisənin əsasını – iddiaçı və cavabdeh arasında bağlanmış 09 aprel 2018-ci il tarixli mənzil tikintisi haqqında podrat müqaviləsi təşkil edir. Həmin müqavilədən görünür ki, müqavilə MMC-nin direktoru Əsgərov Hüseyn Kamil oğlu və payçı arasında bağlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə bağlanan zaman Əsgərov Hüseyn Kamil oğlu cavabdeh MMC-nin direktoru deyil, təsisçisi statusunda olmuşdur və buna görə də o, müqavilə bağlanarkən müqavilə bağlamaq səlahiyyətinə sahib olmamışdır. Belə ki, Hüseyn Əsgəro v yalnız xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi – direktor olmuş, xx.xx.2019-cu ilədək cavabdeh MMC-nin təsisçisi və direktoru kimi fəaliyyət göstərmişdir. Göründüyü kimi Hüseyn Əsgərov xx.xx.2018-ci il tarixdə MMC-nin adından podrat müqaviləsini bağlamaq səlahiyyətinə malik olmasa da, o MMC-nin qanuni təmsilçisi olduğu müddət ərzində həmin müqaviləni mübahisələndirməmiş, həmin müqavilənin etibarlılığını şübhə altına alacaq hər hansı hərəkət etməmiş, bununla da MMC-nin qanuni təmsilçisi olaraq həmin müqaviləni bəyənmişdir. Göründüyü kimi məhkəmə müqavilə bağlanarkən Hüseyn Əsgərovun səlahiyyətsiz şəxs olmasını qətnamədə (32 abzas) qeyd etmişdir. Lakin sonradan həmin tərəflər arasında bağlanmış əqdin Mülki Məcəllənin 358.2-ci maddəsinə əsasən səlahiyyətli şəxs tərəfindən əqdin mübahisələ ndirilməməsini həmin müqavilənin bəyənilməsi kimi yanlış tövsif etmişdir. Belə ki, məhkəmə müqaviləni imzalamış Cavabdeh1 MMC-nin təsisçisi Əsgərov Hüseyn Kamil oğlunun mənzilin iddiaçıya satılmasının qanunsuz hesab edilməsini özündə əks etdirən Bakı Ağır Cinaytlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmünü nəzərə almamışdır. X4 bilə-bilə yalan məlumatlar daxil etməklə saxta xx.xx.2018-ci il tarixli müqavilə və eyni tarxli maliyyə arayışının imzalanraq həmin nömrəsiz mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə yalandan vəd etməsini və iddiaçının həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınmasını nədənsə nəzərə almamışdır. (Hökm işə əlavə edilmişdir.)Qeyd edilən halların araşdırılıb, onlara hüquqi qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əh əmiyyət kəsb edir. Bundan başqa məhkəmə qətnamədə (28 abzas) Həmin binada olan mənzillərin təkrar olaraq bir neçə şəxsə satılması fktı ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024- cü il tarixli məktubunda iddiaçının MMC-yə ödəniş etməməsi səbəbi ilə zərərçəkmiş şəxs kimi tanınmaması barədə rəsmi aidiyyəti dövlət orqanının məlumatını mötəbər sübut kimi qəbul etməmişdir. Lakin həmin istintaq orqanının məlumatının mötəbər olmadığını dəqiqləşdirmək üçün müvafiq qaydada sorğu verməmişdir.
36. Məhkəmənin 33 sətirdə göstərdiklərinin əksinə olaraq bildirirlər ki, Baş Prokurorluq yanında KQMBİ-nin xx.xx.2024-cü il tarixli məktubu və qeyd edilən ünvanda olan bina üzrə bir mənzilin bir neçə şəxsə satılması faktının hökmlə də artıq təsdiq olunduğu kimi mənzi lin alınması üçün Cavabdeh1 MMC-yə pul vəsaiti ödənilməmişdir. Ödəniş H.Əsgərova olunmuş və həmin vəsaiti o öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bu faktlar Hüseyn Əsgərov barəsində başlanılmış cinayət işi üzrə öz təsdiqini tapmış və həmin hallara hüquqi qiymət verilmişdir. Cavabdeh1 MMC-nin nizamnaməsinin 4.6-cı bəndində göstərilir ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Əsgərov Hüseyn Kamil oğlu isə yuxarıda qeyd edilən hökmlə müəyyən edildiyi kimi xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi səlahiyyətinə malik olmuşdur. Göründüyü kimi 09 aprel 2018-ci il tarixdə İddiaçı ilə “Hasil MMC” arasında mənzil tikintisi haqqında müqavilə bağlanarkən Əsgərov Hüseyn Kamil oğlu MMC-nin direktoru deyil, təsisçisi statusunda olmuş və buna görə də o müqavilə bağlanarkən müqavilə bağlamaq səlahiyyətinə sahib olmadığı təsdiq edilmişdir. Vergilər Nazirliyi Kommersiya X2 Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli reyestr məlumatına əsasən Cavabdeh1 MMC-nin yeganə təsisçisi, 100% pay sahibi Əsgərov Hüseyn Kamil oğlu olmuşdur. Həmin şəxsin təsisçi olması qanunvericiliyə görə onun MMC-nin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olması demək deyil. Qeyd edilən əsaslarla bir daha təsdiq edilir ki, müqavilə səlahiyyətsiz şəxs tərəfindən bağlanıldığından əhəmiyyətsiz əqd olmuşdur.
37. Bundan başqa maliyyə arayışı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 143 qeydiyyat №-si ilə “05” fevral 1999-cu il tarixdə qeydə alınmış “ciddi hesbat blanklarının ( Mədaxil qəbzi f.№ 1 MQ, kassa mədaxil orderi F.№ KO-1, vəkalətnamə f.№ M-2, qaimə faktura f.№ 2Q) forma və rekvizitləri və onlardan istifadə qaydalarının tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin qaydaların 16-cı bəndinə əsasən “Kassa mədaxil orderi forma № KO-1” iki hissədən - kassa mədaxil orderi və kassa mədaxil orderinin qəbzindən ibarətdir. Kassa mədaxil orderinin qəbzi kassaya pul ödəyən şəxsə verilir. Kassa mədaxil orderi və onun qəbzi müəssisənin məsul şəxsləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin maliyyə arayışdan göründüyü kimi həmin sənəd kassa mədaxil orderi deyil və hətda həmin sənədi mötəbər bir sübut kimi hesab etmək istəsək belə həmin maliyyə arayışı məsul şəxs yəni müəssisənin baş mühasibi və yaxud mühasibi tərəfindən imzalanmamışdır. Kassa mə daxil orderinin qəbzi kassaya pul ödəyən şəxsə verilir. Kassa mədaxil orderi və onun qəbzi müəssisənin məsul şəxsləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Göründüyü kimi Podrat müqaviləsi əsasında mənzil tikintisi üzrə pul vəsaitinin MMC-nin kassasına ödənilməsini təsdiq edən heç bir kassa mədaxil qəbzi olmamışdır.
38. Apellyasiya instansiyasında işə baxan tərkib üzvü S.Səlimova əvvəllər hakim kimi birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasında iştirak etdiyi halda hazırki şikayət olunan işə baxılmasında iştirak etmişdir. Belə ki, hakim e-2(001)-2902/2024 nömrəli iş üzrə eyni tərəflər arasında eyni predmet üzrə işə baxılmasında iştirak etmişdir.
39. Məhkəmə iddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməsinin mübahisəsiz olduğunu qeyd etmişdir. (Qətnamənin 33-sətr i) Lakin hər hansı bir mötəbər sübut və dəlilə istinad etmədən qeyri-yaşayış sahəsinin dəyərinin ödənildiyi nəticəsinə məhkəmənin necə gəldiyi müəyyən olunmur. Belə ki KQMBİ İstintaqİdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə pul vəsaitinin ödənilmədiyi faktını məhkəmə nəzərdən qaçırmışdır.
40. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 47.2, 49-1, 89, 91.1, 337.3, 351.1, 358, 375.2, 752.1. 776, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 19.1.3, 217.1-217.5, 220.4, 385, 387.2.2, 392.1.5, 392.2, 418.5-ci maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 21.1. Zərərin əv əzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[17]
43. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
46. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
47. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
48. Maddə 445.7(1 oktyabr 2023-cü ilədək qüvvədə olmuş redaksiya). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
49. Maddə 445.7(1 oktyabr 2023-cü ildən qüvvədə olan redaksiya). Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
50. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalx ır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
51. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
52. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
53. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
54. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
55. Maddə 354.1. Əh əmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
56. Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
57. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
58. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
59. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
60. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarıl anadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
61. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
62. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
63. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
64. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
65. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
66. Maddə 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.
67. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavi lədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
68. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə
88. Məh kəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
73. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
74. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
77. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
78. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
79. Məhkəmə kollegiyası hesab edir ki,apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
80. Məhkəmə kollegiyası kassasiy a şikayətinin iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin ərizəsinə münasibət bildirilmədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, iş materialları ilə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verdiyi təsdiq edilir.Lakin apellyasiya məhkəməsi həmin ərizəyə münasibət bildirməyərək prosessual hüquq normalarının tələbini pozmuşdur.Lakin buna baxmayaraq göstərilən pozuntu düzgün olmayan qətnamə çıxarılmasına səbəb olmamışdır.Belə ki, iş materialları ilə təsdiq edilir ki, Səfərov X3 Rayon Məhkəməsində Cavabdeh1 MMC-yə qarşı iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin 2(012)-211/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair iddiası xx.xx.2018-ci il tari xli müqavilədə mənzilin nömrəsinin olmaması və mübahisə predmeti olan mənzilin müəyyən edilməməsi əsası ilə rədd edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yəni iş üzrə iddiaçı hüququnun pozulduğunu Ali Məhkəmənin qərar qəbul etdiyi xx.xx.2023-cü il tarixində bilmişdir.İddiaçı hazırki iş üzrə zərərin ödənilməsi barədə iddiasını isə 21 sentyabr 2023-cü il tarixində, yəni hüququnun pozulduğunu bildiyi tarixdən bir il müddət belə keçmədən vermiş və iddia müddətini ötürməmiş, iddia müddətini tənzimləy ən maddi hüquq normasını pozmamışdır.
81. Göründüyü kimi, iddiaçı zərərin ödənilməsi barədə iddiasını iddia müddətini ötürmədən vermiş, apellyasiya məhkəməsi iddia müddətini tətbiqi barədə cavabdeh tərəfin ərizəsinə münasibət bildirməmiş, lakin nəticə olaraq bu düzgün olmayan qətnamə çıxarılmasına səbəb olmamışdır.
82. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyasında işə baxan tərkib üzvü S.Səlimova əvvəllər hakim kimi birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasında iştirak etdiyi halda hazırki şikayət olunan işə baxılmasında iştirak etdiyi barədə dəlili ilə razılaşmır.Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlunun sədrliyi ilə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab ed ir ki, Azərbaycan Respublikasının MPM-in 19.1 və 19.1.3-cü maddələrində nəzərdə tutulmuş hakim əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə onun işə baxılmasına yol verilməməsi onu nəzərdə tutur ki, hakim əvvəllər işə dair mahiyyəti üzrə yekun məhkəmə aktı qəbul edilməsində iştirak etmişdir.Lakin hakim S.Səlimova birinci instansiya məhkəməsində işə dair mahiyyəti üzrə qərar qəbul edilməsində iştirak etməmişdir.
83. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi digər hallara mülki prosessual norm alara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
84. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
85. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli 2(103)-5806/2024 nö mrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.