Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-913/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: ümumi yığıncağın qərarının ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6835/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: Cavabdeh1 MMC 24 may 2017-ci il tarixdə X6, X2 və Cavabdeh3 təsisçiliyi ilə yaradılmışdır. Cəmiyyətin Nizamnamə kapitalı 20 manat həcmində müəyyən olunmaqla onun 7 payı (7 manat) X5, 7 payı (7 manat) X1, 6 payı (6 manat) Cavabdeh3 məxsus olmuşdur. 22 dekabr 2017-ci il tarixdə MMC-nin Nizamnaməsi 2-ci redaksiyada qəbul olunmuş və həmin Nizamnaməyə görə X4 MMC-nin yeganə təsisçisi olmuşdur. (20 pay). 13 mart 2019-cu il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən MMC-nin Cavabdeh3 (10%), İddiaçı1 (10%), Cavabdeh5 (10%), Cavabdeh4 (15%), Cavabdeh2 (40%) və İddiaçı2 (15%) ibarət 6 təsisçisi olmuş və bununla əlaqədar MMC-nin Nizamnaməsinə dəyişiklik edilmişdir. 08 avqust 2019-cu il tarixdə 4 nəfər təsisçinin (75%) iştirakı ilə MMC-nin təsisçilərinin ümumi yığıncağı keçirilmiş və həmin yığıncaqda təsisçilərdən Cavabdeh2 qoyduğu 3.740.000 manat məbləğində əlavə pay hesabına MMC-nin Nizamnamə kapitalı həmin məbləğdə artırılmışdır. Bundan sonra MMC-nin 11 oktyabr 2019-cu il tarixdə 3-cü, 12 noyabr 2019-cu il tarixdə isə 4-cü redaksiyada Nizamnaməsi təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin noyabr ayında təsisçilərdən İddiaçı1 və İddiaçı2 digər təsisçilərə, Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC-nin 08 avqust 2019-cu il tarixli ümumi yığıncağının onlara məlumat verilmədən keçirilməklə Nizamnamə kapitalının artırılmasını əsas göstərməklə həmin yığıncağın qərarının və 11 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmış (3-cü redaksiyada) MMC-nin Nizamnaməsinin ləğv edilməsi və Cəmiyyətə dair reyestr məlumatlarının həmin tarixədək olan vəziyyətinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçıların nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək 08 avqust 2019-cu il tarixli, 12 noyabr 2019-cu il tarixli və 25 noyabr 2019-cu il tarixli Cavabdeh1 MMC-nin ümumi yığıncağının qərarlarının, iclas protokolunun və eləcə də 3-cü redaksiyada verilmiş 11 oktyabr 2019-cu il tarixli Nizamnaməsinin və 4-cü redaksiyada verilmiş Nizamnaməsinin ləğv edilməsi və Cavabdeh1 MMC-nin və onun reyestr məlumatlarının 07 avqust 2019-cu il tarixədək olan vəziyyətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməs inin 2(006)-2602/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim: N.T.Tağıyeva) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 MMC apellyasiya şikayəti verərək MMC-nin təsisçilərinin 08 avqust 2019-cu il tarixli ümumi yığıncağının qanunun tələblərinə uyğun keçirilməsini və yığıncaqda qəbul edilmiş qərarın qanuni olmasını, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin işdə olan sübutlara və qanunun tələblərinə uyğun əsaslandırılmamasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6835/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.Ş. Talışinski) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(006)-2602/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçılar kassasiya şikayəti verərək MMC-nin 08 avqust 2019-cu il tarixli ümumi yığıncağının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91, 92-ci maddələrinin tələblərinin pozulması ilə keçirilməsini, lakin işə baxan apellyasiya instansiyası məhkəməsinin işin həmin hallarına düzgün qiymət verilmədən nəticəyə gəlməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş et mişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 87.1 Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı z ərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Maddə 90.1 Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Maddə 90.3 Məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətinin nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad edilməsinə, o cümlədən cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad edilməsinə yol verilmir. Maddə 90.4 Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapital ı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Maddə 90.5 Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərini n dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır. Maddə 90.6. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Bu qərarla əlavə payların ümumi dəyəri, həmçinin iştirakçının əlavə payının dəyəri və onun payının nominal dəyərinin artırıldığı məbləğ arasındakı nisbət müəyyən edilməlidir. Həmin nisbət iştirakçının payının nominal dəyərinin onun əlavə payına bərabər və ya ondan az məbləğ də arta biləcəyi nəzərə alınmaqla müəyyən edilir. Hər bir iştirakçı əlavə payların ümumi dəyərindən artıq olmayan, həmin iştirakçının nizamnamə kapitalında olan mayasının məbləğinə proporsional olaraq əlavə pay qoymaq hüququna malikdir. İştirakçılar tərəfindən əlavə paylar, bu barədə ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya ümumi yığıncağın qərarında müəyyən edilmiş müddətdə qoyulmalıdır. Əlavə pay qoymaq üçün müəyyən edilmiş müddətin ötürülməsi nizamnamə kapitalının qeyd edilən üsulla artırılmasının baş tutmamasına səbəb olur. Maddə 91.1-1 Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), o nlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə işt irak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərarda dda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi tələb olunduğundan, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-cı maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kredit orlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. (90.1) Məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətinin nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad edilməsinə, o cümlədən cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad edilməsinə yol verilmir. (90.3) Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. (90.4) Mülki Məcəllənin 90.5, 90.6-cı maddələrinə əsasən Cəmiyyətin Nizamnamə kapitalının Cəmiyyətin əmlakı hesabına və ya iştirakçıların əlavə payları hesabına artırılması Cəmiyyətin Nizamnaməsində nəzərdə tutulmuş qaydada Cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. İş materiallarından görünür ki, Cavabdeh2 MMC-yə maya qoymaq üçün ümumi yığıncağa müraciət etmiş və Cəmiyyətin ümumi yığıncağı 6 təsisçidən 4-nün (75%) iştirakı ilə ümumi yığıncaq keçirilməklə Cəmiyyətin Nizamnamə kapitalı Cavabdeh2 vəsaiti hesabına 3.740.000 manat artırılmışdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ümumi yığıncağın keçirilmə yeri və vaxtı barədə iddiaçılar qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş, lakin onlar 08 avqust 2019-cu il tarixdə keçirilmiş ümumi yığıncaqda iştirak etmədikləri üçün Cəmiyyətin Nizamnam ə kapitalının artırılması və təsisçilərin nizamnamə paylarının müəyyən edilməsi məsələsinə onların iştirakı olmadan baxılmışdır. Həmin yığıncaqda təsisçilərin nizamnamə kapitalındakı payı aşağıdakı qaydada müəyyən olunmuşdur: 1.Cavabdeh3- 2 manat, 2 pay, pul şəklində;
2. İddiaçı1- 2 manat, 2 pay, pul şəklində; 3.Cavabdeh5-2 manat, 2 pay, pul şəklində; 4.Cavabdeh4- 3 manat, 3 pay, pul şəklində; 5.Cavabdeh2- 3.740.008 manat, 3.740.008 pay, pul şəklində; 6.İddiaçı2, 3 manat, 3 pay, pul şəklində; Mülki Məcəllənin 91-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmi n qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. MMC-nin 24 may 2017-ci il tarixli Nizamnaməsinin 4.4-cü maddəsinə görə ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin nizamnamə kapitalındakı payların 75%-nə malik olan iştirakçıların təmsil olunduğu ümumi yığıncaq səlahiyyətli sayılır. Cəmiyyətin 22 dekabr 2017-ci il tarixdə qeydiyyatdan keçmiş (2-ci redaksiyada) Nizamnaməsinin 5.3-cü maddəsinə görə isə cəmiyyətin iştirakçılarının ümumi yığıncağında hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Ümumi yığıncaqda cəmiyyətin nizamnamə kapitalındakı payların 51%-nə malik olan iştirakçıların təmsil olunduğu ümumi yığıncaq səlahiyyətli sayılır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ümumi yığıncaqda tələb olunan yetərsay olduğu üçün ümumi yığıncaq nizamnamə kapitalının artırılması barədə qərar qəbul etməkdə səlahiyyətli olmuşdur. İddiaçılar ümumi yığıncağın keçirilməsi barədə onlara məlumat verilməməsini iddia etsələr də, bu, iş materialları ilə təkzib olunur. 25 noyabr 2019-cu il tarixdə təsisçilərin ümumi yığıncağında Cəmiyyət Mənzil-Tikinti Kooperativinə çevrilmiş və bundan irəli gələn məsələlər həll edilmişdir. Cəmiyyətin MTK-ya çevrilməsini və bununla bağlı müvafiq qərarların qəbul edilməsini qanunvericiliyin tələblərinə uyğun hesab edən apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı olduğundan kollegiya həmin nəticə ilə razılaşır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəl diyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə iş materiallarına uyğun, sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6835/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.