Məhkəmə qərarları › İş №2(102)-914/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-914/2020

17.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-914/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və X4 ibarət tərkibdə, X12 oğlunun katibliyi, İddiaçının vəkili X5nun, müstəqil tələb sürən üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 oğlunun İddiaçı qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-9961/2019 nömrəl i qətnaməsindən X5 oğlu və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 saylı mənzilinin xx.xx.2014-cü il tarixli çıxarışa əsasən ona məxsus olduğunu, Cavabdeh, X5, X7, X10 və X6 həmin mənzildə qeydiyyatda olduqlarını, onların qeydiyyatda olmalarının formal xarakter daşıdığını, bunun da mülkiyyətində olan mənzilə müstəqil şəkildə sahiblik, istifadə və sərəncam vermək hüquqlarını pozduğunu bildirmiş, buna görə də Cavabdeh, X5, X7, X10 və X1 mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X5 oğlu isə İddiaçı qarşı müstəqil tələb irəli sürərək iddiasını belə əsaslandırmışdır ki, X5 saylı mənzili xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəs inə əsasən ona məxsus olmuş, 2009-cu ilin sentyabr ayında xəstələnərək 5 saylı kliniki xəstəxanada təxminən 1 ay müalicə olunmuş, həmin dövrdə qızı X5 onu aldadaraq, yataq xəstəsi olmağından sui-istifadə etməklə itmiş kartını almaq üçün 18-ci Dövlət notariat kontorunda xx.xx.2010-cu il tarixdə etibarnamə əldə etmiş və həmin etibarnamə əsasında mənzili xx.xx.2010-cu il tarixdə qızı İddiaçı bağışlamış, bu məsələdən yalnız İddiaçı hazırkı iddianı qaldırdıqdan sonra xəbər tutmuşdur. Etibarnamə verilən zaman bunu yalnız pensiya kartının alınması üçün verdiyini bilmiş, həmin vaxt ağır xəstə olduğu üçün etibarnamənin məzmununu başa düşməmiş, ona məxsus mənzilini Sevincə bağışlamamış, belə bir fikri və vədi olmamışdır. Başqa sözlə, qızı X5 onun xəstəliyindən istifadə edərək mənzilini ələ keçirmişd ir və buna görə də mənzilə dair 18-ci DNK-da bağlanmış xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Pərviz Zamanlı) xx xxxxx 2019-cu il tarixli 2(011)-2646/2019 saylı qətnaməsi ilə iddiaçının, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri təmin olunmamış, bununla belə qətnamənin, X5, X7, X10 və X6 X5 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olduğu vurğulanmışdır Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (sədrlik edən və məruzəçi – Elnur Həsənov, hakimlər Raqib Qurbanov, Fuad Babayev) xx.xx.2019-cu il tarixli 2(103)-9961/2019 saylı qətnaməsi ilə müstəqil tələb irəli sürən üçüncü şəxsin X5 oğlunun apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsi nin 2(011)-2646/2019 saylı iş üzrə xx xxxxx 2019cu il tarixli qətnaməsi X5 oğluna münasibətdə və onun mübahisələndirdiyi hissədə, yəni onun İddiaçı qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 oğlu və onun vəkili X5 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün işi hərtərəfli, tam və obyektiv tədqiqinə lazı mi şərait yaratmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli hüquq normalarını tətbiq etməmiş nəticədə qəbul edilmiş məhkəmə aktı qanunsuz, əsasız və ədalətsiz olmuşdur. Belə ki, X5 öz əmlakını nəvəsi olan İddiaçı bağışlanması üçün hər hansı maneə olmadığı halda, birinci və apellyasiya instansiya məhkəməsi həmin evin birbaşa deyil, İddiaçı anası X5nın vasitəsi ilə bağışlanmasını aydınlaşdırmamışdır. Bu isə gəlinən nəticənin ədalətli məhkəmə araşdırılmasının nəticəsi kimi qəbul edilməsini istisna edir. Əvvəla ona görə ki, X5 həmin evin bağışlanmasına razı olsaydı hazırkı evin bağışlanmasının etibarsız hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməzdi. İkincisi, əqdin etibarsız hesab edilməsini zəruri edən hal kimi evi X9 xxx bağışlamaqla bi rbaşa qızının, dolayısı ilə özünün əmlak vəziyyətinin yaxşılaşdırılmasını və bununla da ona verilmiş etibarnamədən etibar edən şəxsi aldatmaqla, etibarından sui-istifadə etməklə X5 əmlakının ələ keçirilməsi barədə sual doğuracaq hala qiymət verməmiş, yalnız əqd üzrə realizə edilən hərəkətlərin zahiri mənzərəsini aydınlaşdırmışdır. Birinci və apellyasiya instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə tədqiq edilmiş sübutlar üzrə tam, hərtərəfli araşdırma aparmayaraq, işin faktiki hallarını düzgün müəyyən etməmiş, bunun nəticəsində də tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməyərək, səhv maddi hüquq normasını tətbiq etmişdir. Apellyasiya instansiya məhkəməsi mənzilin bağışlanmasından məlumatlı olmamasının əsası kimi X2 xxx ilə dekabr 2018-ci il tar ixədək həmin mənzildə yaşamasını göstərmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, mənzil təyinatı çevik dəyişdirilə bilinməsi mümkün olan əmlaklardan deyil ki, onun yeri dəyişdirilsin və başqa bir yerə qoyulsun, bunun nəticəsində də evin gerçək sahibi anlasın ki, onun əmlakı başqasının adına özgəninkiləşdirilmişdir. Bu isə apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaətin əsassız olmasını ehtiva edir. Bundan əlavə apellyasiya instansiya məhkəməsi öz təşəbbüsü ilə iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən iddia müddətinin tətbiq edilməsi barədə mülki qanunvericiliyin müddəalarını tətbiq etməklə də, maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Apellyasiya instansiya məhkəməsi yekun nəticəyə gələrkən gəldiyi nəticədə şübhə doğuran halları aydınlaşdırmalı olduğu və apelly asiya şikayətinin dəlillərinə müfəssəl qiymət verilməli olduğu halda, şikayətdə göstərilən xüsusatlar nəzərə alınmamış, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalı olduğu halda, ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, gəldiyi nəticə üzrə hüquqi müəyyənlik prinsipini pozaraq, gəldiyi nəticənin şübhə altına alınmasını qaçılmaz etmişdir. Əqdin etibarsızlığı tələbinə dair tələbə baxılsa da, əqdin bağlandığı notariat kontoru cəlb edilməmiş, Notariat kontorunun münasibəti aydınlaşdırılmamışdur. Bunun nəticəsi də onu ehtiva edir ki, nə birinci, nə də ki apellyasiya instansiya məhkəmələri işdə iştirak edən şəxslərin dairəsini tam müəyyən etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən müstəqil təl əb irəli sürən üçüncü şəxs X5 oğlunun vəkili Vəkil kassasiya şikayətinin dəlilərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçi İddiaçı vəkili X5 kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan görünür ki, X5 saylı mənzili xx.xx.1999-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə X5 oğlunun adına qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixdə o, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakının idarə olunması və üzərində sərəncam verilməsi ilə bağlı 10 il müddətinə qızı X5ya etibarnamə vermiş, xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən isə sözügedən mənzil (müqaviləni X5 oğlunun adından xx.xx.2010-cu il tarixli etibarnamə əsasında X3 imzalamışdır) İddiaçı bağışlanmışdır. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, apellyatorun irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. X5 müqavilənin bağlanmasında birbaşa iştirak etməmiş, o, qızı xxx tərəfindən təmsil olunmuşdur. Etibarnamə 2010-cu ilin oktyabr ayının 27-də verildiyi halda, müqavilə həmin ilin 24 noyabr tarixində imzalanmış, X5 xəstəxanadan çıxdıqdan sonra, yəni xx.xx.2009-cu il tarixdən 2018-ci ilin dekabrınadək qızı X5yla birlikdə yaşamışdır. Başqa sözlə, X5 etibarnamə verdikdən sonra da uzun müddət qızı X5 ilə birlikdə yaşamışdır - bu müddət ərzində isə onun özünə məxsus mənzilin bağışlanmasından məlumatsız olması inandırıcı deyildir; belə olan halda aldatmadan, yaxud vacib əhəmiyyətli yanılmadan bəhs etmək mümkün deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlam a hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır (Mülki Məcəllənin 666.1, 666.2 və 666.3-cü maddələri). Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışl ama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qə rarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsində göstərilir ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notari al hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; müstəqil tələb irəli üçüncü şəxsin etibarsız hesab edilməsini tələb etdiyi xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulm uş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Eyni zamanda, apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti ki mi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun gö stərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 20 12-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı isə Mülki Məcəllənin 362.1ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Hazırki iş üzrə bağışlama əqdinin bağlanması zamanı istifadə edilən etibarnamədə X5nın mülkiyyətçi adından əqdlərin rəsmiləşdirilməsinə dair tam səlahiyyətli olduğu müəyyən edilmiş, etibarnamədə verilmiş səlahiyyətlər geniş formada olmuş və mülkiyyətçinin iradə ifadəsi ilə bağlı hər hansı səlahiyyət məhdudlaşdırılmamışdır. Eyni zamanda, bağışlama əqdi təmsil olunanın özü barəsində bağlanmamışdır. Cavabdehin kassasiya şikayətinin işin hallarının sübut olunmamasına və işin faktiki hallarının ətraflı araşdırılmasına dair dəlilləri ilə bağlı məhkəmə ko llegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsəl ənin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxa rıda göstərilən tələblərini nəzərə alıb, düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələb sürən üçüncü şəxsin vəkili X5 oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)9961/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar