Məhkəmə qərarları › İş №2(102)-914/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-914/2021

25.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-914/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-914/2021 (Açar sözlər: mənzilə köçürmə, mənzilin statusu, maddi hüquq normasnın tətbiqi şərtləri) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və sonuncunun vəkili Ağayeva Nüşabə Fərman qızının iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tə ləbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5073/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Cavabdeh1 ilə xx xxxxxx 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan tərəflərin xx xxxxx 2015-ci il təvəllüdlü X1 adlı bir uşaqları var.

2. Ailə həyatı qurduqdan sonra iddiaçı cavabdehin məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Rəsulzadə 3 ünvanında yerləşən evə gəlin köçmüş və həmin evdə yaşamağa başlamışdır.

3. Tərəflər boşanmış, cavabdeh iddiaçını evdən övladı ilə birlikdə qovmuşdur. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxx 2015-ci il təvəllüdlü uşağı ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Rəsulzadə 3 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunl əsaslandırılıb ki, iddiaçı xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh1lə rəsmi nikaha daxil olaraq cavabdehin məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Rəsulzadə 3 ünvanında yerləşən evə gəlin köçmüş və həmin evdə yaşamağa başlamışdır. Birgə nikahdan tərəflərin xx xxxxx 2015-ci il təvəllüdlü X1 adlı bir uşaqları var.

6. Ailə həyatının əvvəlki dövrlərində ər-arvad münasibətləri normal olsa da, bir müddət sonra cavabd ehlə aralarındakı münasibətlər kəskin hal almağa başlamışdır.

7. Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, cavabdeh iddiaçını yaşadığı Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Rəsulzadə 3 ünvanında yerləşən evdən övladı ilə birlikdə qovmuşdur. Hətta iddiaçının evə daxil olmağının qarşısını almaq üçün cavabdeh qapının kilidini də dəyişib.

8. İddiaçının başqa yaşayış yeri olmadığından qohumlarının evində yaşamaq məcburiyyətində qalmışdır.

9. İddiaçıya məxsus cehiz əşyaları həmin ünvandadır. Cavabdeh faktiki olaraq bu cür qanunsuz hərəkətlər nəticəsində son vaxtlara qədər yaşadığı və ona məxsus cehiz əşyalarının yerləşdiyi yaşayış evinə buraxmamaqla faktiki olaraq iddiaçını yeganə olan yaşayış yerindən məhrum etməyə çalışır.

10. İddiaçı tələbinin hüquqi əsası Mülki Məcəll ənin 180.1, 180.2-ci maddələrinə istinad etmişdir.

11. Cavabdeh1 birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, Zəngilan rayonundan məcburi köçkündürlər. İddiaçının köçmək istədiyi ev dövlətə məxsusdur. Ev nə order, nə də ki, mülkiyyət hüququ əsasında ona məxsus deyil. Qeyd edilən evdə 1996-cı ildən məcburi köçkün kimi məskunlaşıblar. Ev dövlət tərəfindən məcburi köçkün kimi onun anası Cavabdeh2 verilmişdir. Həmin evdə o, anası, qardaşı və qardaşının ailəsi ilə yaşayır. İddiaçı həmin evə köçsə oradan yaşamaq mümkün olmayacaq. Aralarındakı münasibətlər həddən artıq kəskinləşmişdir. İddiaçının evə köçməsinə bir şərtlə razı ola bilər ki, iddiaçı onunla barışsın. Mübahisəli ev qəzalı vəziyyətdə olduğu üçün sökülərək yerində yeni tikilən binadan onlara mənzil verilmişdir.

12. Cavabdeh2 iş üzrə cavabdeh kimi cəlb edilmişdir.

13. Cavabdeh2 birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, mübahisələndirilən ev dövlət tərəfindən ona məcburi köçkün kimi verilmişdir. O, oğlundan da imtina edir.

14. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2492/2019 nömrəli, xx xxx 2019-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İmran Burcayev)

15. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, mübahisəli mənzil Sabunçu rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. İddiaçı Cavabdeh1 keçmiş həyat yoldaşıdır. Cavabdehlər hazırda həmin evdə Zəngilan rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır.

16. Məhkəmə tərəflər arasında mövcud olan kəskin münasibətləri, mübahisəli evin iddiaçın ın qaynanasına ayrılmasını, iddiaçının mübahisəli mənzildə yaşamasının qeyrimümkün olmasını etiraf etməsini nəzərə alaraq hesab etmişdir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçı apellyasiya şikayəti vermiş və qətnamənin ləğv olunmaqla iddiasının təmin edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normlarını pozmuşdur.

20. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10934/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2492/2019 nömrəli, xx xxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov)

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi evin iddiaçının qayınanasına ayrılmasını, tərəflərin kəskin münasibətlərini və bu səbəbdən onların birgə yaşamasının qeyri-mümkün olmasını nəzərə alaraq iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. İddiaçı kassasiya şikayəti vermiş, şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbini8n təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onu nla əsaslandırılıb ki, apelyasiya məhkəməsi iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsində təsbit edilmiş mənzil hüququnu pozmuşdur, belə ki, həmin müddəaya görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-107/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

25. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yalnız iddiaçı və cavabdehlər arasında münasibətlərin kəskin olduğuna istinad edərək iddiaçının yaşadığı evə köçürülməsi ba rədə iddianın rədd edilməsi barədə gəlinən nəticəyə düzgün deyil.

26. Cavabdehlərlə iddiaçının kəskin münasibətləri sonuncunun yaşayış yerindən məhrum edilməsi üçün əsas hesab edilə bilməz.

27. Həmçinin kassasiya instansiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələrinin kontekstində işin halları müəyyən edilməmişdir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5073/2019 nömrəli, xx xxxxxxxx 2020-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2492/2019 saylı, xx xxx 2019cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Fuad Babayev)

29. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikah xx xxxxxx 2013-cü il tarixdə bağlanmışdır. Tərəflərin nikahı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Tərəflərin birgə nikahından X1 xx xxxxx 2015-ci il tarixdə anadan olmuşdur. Cavabdeh2 1 nəfər ailə üzvü Cavabdeh1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsi, 3 ünvanda Zəngilan rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır.Sabunçu rayon 69 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidməti ərazisində Rəsulzadə 3 saylı 2 bina vardır. Binaların ikisi də Sabunçu rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır.

30. Apellyasiya ins tansiyası məhkəməsi hesab emişdir ki, hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri xx.xx.2013-cü il tarixdən başlanmışdır. Həmin tarix isə 2009-cu ildən sonrakı müddətə təsadüf etdiyindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən iddiaçının və onun azyaşlı uşağının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilib-itirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır.

31. Apellyasiya instansiyası işin mübahisəsiz halı olaraq qeyd emişdir ki, mübahisəli mənzil Sabunçu rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olsa da, mənzil Cavabdeh2 sahibliyində və istifadəsində olmuşdur. İddiaçı ilə Cavabdeh1 ar asında olan nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Belə olan halda isə Mənzil Məcəlləsinin 30-cu maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən iddiaçının həmin mənzildən istifadə hüququ saxlanıla bilməz. İddiaçının mübahisəli mənzilə dair istifadə hüququ olmadığından onun həmin mənzilə köçürülməsi barədə iddia tələbi də təmin edilə bilməz.

32. Həmçinin apelyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi müəyyən edilmədiyindən iddia tələbi birgə nikahlarından olan uşağa münasibətdə də təmin edilə bilməz.

33. Apellyasiya instansiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qərarında şərh olunan göstərişlə (mübahisənin Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməsi) bağlı qeyd etmişdir ki, tərəflər arasında olan ailə münasibətlərinə xitam verildiyindən, iddiaçı cavabdehlərin ailə üzvü olmadığından mübahisəyə Mənzil Məcəlləsinin 68-ci maddəsinin müddəaları tədbiq edilə bilməz.

34. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, Mülki Məcəllənin 27.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü və xx xxxxxx 2014-cü il tarixli Qərarlarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı (Vəkil1 oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti əvvəlki kasassiya şikayətini dəlillərinə uyğun əsasllandırılmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazı

37. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

38. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və vəkili Ağayeva Nüşabə Fərman qızı kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. 39.Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

40. İddiaçının vəkili məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, xəstə olduğu üçün işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İddiaçının vəkili qeyd etdiyi xüsusatla bağlı hər hansı sübut təqidm etmədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsinə əsasən işə iddiaçının tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri nə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında b aşqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və val ideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyır. Hüququn tətbiq ilə bağlı Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin Qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli Qərar “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmə yə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

44. Belə ki, bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarında şərh edilən göstərişə uyğun olaraq mübahisə Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməli, həmin maddənini tətbiq edilib-edilməməsi ilə bağlı hallar müəyyən edilməlidir.

45. Qətnamədən görünür ki, apelyasiya məhkəməsi həmin göstərişə uyğun olaraq hazırki mübahisəyə Mənzil Məcəlləsinin 68-ci maddəsinin deyil, 30-cu maddəsinin tətbiq edilməli olması qənaətinə gələrkən bunu tərəflərin ailə münasibətlərinə xitam verilməsi ilə əsaslandırmışdır.

46. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Kollegiya qeyd edir ki, mübahisəyə Mənzil Məcəlləsinin 30 və ya 68-ci ma ddələrinin tətbiqini şərtləndirən hallar tərəflərin ailə vəziyyətindən deyil, iddiaçının kömək istədiyi evin statusundan asılıdır. Qeyd edilən normaların məzmunundan da görünür ki, Mənzil Məcəlləsinin 30-cu maddəsi mülkiyyətdə olan yaşayış sahəsi, 68-ci maddəsi isə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinə aid münasibətləri nizama salır. Başqa sözlə, qeyd edilən normaların tətbiqi yaşayış sahəsinin statusu ilə şərtlənir, tərəflərin ailə vəziyyət ilə yox.

47. Bundan əlavə, Cavabdeh1 iddiaya etirazında mübahisəli evin qəzalı vəziyyətdə olduğu üçün sökülərək yerində yeni tikilən binadan onlara mənzil verildiyini desə də, işin bu halına dair hər hansı araşdırma aparılmamışdır.

48. İddiaçının köçmək istədiyi evin Sabunçu rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin bal ansında olması müəyyən edilsə, evin statusu ilə bağlı digər hallar müəyyən edilməyib. Halbuki iddia tələbi ilə bağlı (təmin va ya rədd olunması baxımından) maddi hüquq normasının tətbiqi üçün bu, mühüm əhəmiyyət daşıyır.

49. Bu baxımdan, məhkəmə kollegiyası tətbiq edilən maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul et məlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5073/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar