Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-914/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair, həmçinin iddiaçı Cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əqdin və maliyyə arayışının etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaç ı, Cavabdeh vəkili Vəkil2 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Mirzəxan oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5872/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh və "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3396/2017 nömrəli, 08.06.2017ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə köçürülmə, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. İddiaçı ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı mənzilə köçürülməsi, 1000 (bir min) manat məbləğində mənəvi ziyan "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2318/18 nömrəli, 09 aprel 2018ci il tarixli qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli, 2( 103)11099/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, həmin qərarın təsviri hissəsindən məlum olur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)3396/2017 saylı işi üzrə 08 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbə sində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı mənzilə köçürülməsi; 1000 (bir min) manat məbləğində mənəvi ziyanın "Sahil-D Company MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli, 2(103)-11099/2017 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC və hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3396/2017 saylı işi uzrə 08 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda həmin qərarın təsviri hissəsində müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC- ilə bağladığı 14.09.2007-ci il tarixli müqavilə əsasında iddiaçıya verilmiş mənzilin tikintisi yuban dığına və müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə "xxxx" MMC-yə qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçının "xxxx" MMC-ə ödədiyi 191.400 ABŞ dolları məbləğində pulun sonuncudan alınaraq ona ödənilməsinə dair qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" MMC-ə qarşı "pul tələbinə dair" iddiası üzrə işin icraatına tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə xitam verilmişdir. Barışıq sazişinə görə İddiaçı "xxxx" MMC-ə qarşı 191.400 ABŞ dollarının və 21 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair iddia tələbindən imtina edir; 2) cavabdeh "xxxx" MMC Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina edir və ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 m2-dən ibarət olan 4 otaqlı mənzili 2014-cü ilin fevralında İddiaçı istifadəsinə verməyi və həmin mənzildə təmir aparılan vaxtı elektrik, santexnik işlərinin görülməsində iddiaçıya köməklik etməyi öhdəsinə götürür. 19 may 2009-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Baki şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 2 saylı yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu yaşayış binasının 5-ci mərtəbəsində ümumi tikinti sahəsi 191,4 kv.m. olan 4 otaqlı 14 saylı mənzilin pay dəyəri payçı Cavabdeh tərəfindən tam ödənilmişdir. Onun "xxxx" MMC-yə borcu yoxdur. 19 may 2009-cu il tarixli 109/3 nömrəli müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində tikinti sahəsi 191.4 kv.m.-dən ibarət olan 4 otaqlı 14 saylı mənzil «Alıcı»-ya - Cavabdeh təhvil verilmişdir. Mənzilin dəyəri: 191 400 (bir yüz doxsan bir min dörd yüz) manat payçı Cavabdeh tərəfindən əvvəlki payçı X1 ödənilmişdir. 19 may 2009-cu il tarixli yerində müayinə iclası protokolundan görünür ki, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 14 saylı mənzilə baxış keçirmək üçün məhkəmə həmin ünvana getsə də, mənzilin qapısı açılmadığından yerində müayinə keçirmək mümkün olmamışdır. Cavabdeh ilə telefonla əlaqə saxlanıldıqda, o, təsdiq etmişdir ki, 3 ildir ki, ailə üzvləri ilə h əmin mənzildə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı, "xxxx" MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “mənzildən çıxartma, mənzilin boşaldılması və əqdin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MMC arasında 19 may 2009-cu il tarixində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh və ailəsinin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 may 2008-ci il tarixində İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (həmin dövrdə adı "xxxx" MMC olan) arasında 115 saylı alqı-satqı müqaviləs i bağlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 m2-dən ibarət olan 4 otaqlı mənzili İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə həmin mənzilin dəyərini müqavilədə müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçının öz öhdəliyini vaxtında və tam icra etməsinə baxmayaraq, "xxxx" MMC 115 saylı müqavilənin 3.2-ci bəndini pozaraq 24 ay ərzində müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliklərini yerinə yetirməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. İddiaçı "xxxx" MMC-ə qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçının "xxxx" MMC-ə ödədiyi 1 91.400 ABŞ dolları məbləğində pulun sonuncudan alınaraq ona ödənilməsinə dair qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı "xxxx" MMC -ə qarşı "pul tələbinə dair" iddiası üzrə işin icraatına tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə xitam verilmişdir. Barışıq sazişinə görə İddiaçı "xxxx" MMC-ə qarşı 191.400 ABŞ dollarının və 21 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair iddia tələbindən imtina edir; 2) cavabdeh "xxxx" MMC Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina edir və ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 m2-dən ibarət olan 4 otaqlı mənzili 2014cü ilin fevralında İddiaçı istifadəsinə verməyi və həmin mənzildə təmir aparılan vaxtı elektrik, santexnik işlərinin görülməsində iddiaçıya köməklik etməyi öhdəsinə götürür. İcra sənədi üzrə qərardadın icrası zamanı məlum olur ki, İddiaçı qətnamə üzrə köçürülməli olduğu mənzildə, yəni ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 m2-dən ibarət olan 4 otaqlı mənzildə faktiki olaraq Cavabdeh yaşayır və Cavabdeh həmin mənzilin onun qanuni sahibliyində olduğunu iddia edir. İşin materiallarından görünür ki, Cavabdeh ilə “Sahil - D Company" MMC arasında ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 m2 -dən ibarət olan 4 otaqlı mənzilin verilməsi ilə bağlı alqı-satqı müqaviləsi 19 may 2009-cu il tarixində, həmin mənzilin İddiaçı mülkiyyətinə verilməsi ilə bağlı analoji alqısatqı müqaviləsi isə 02 may 2008-ci il tarixində bağlanmışdır. “Sahil - D Company" MMC tərəfindən mənzil ilk növbədə qanuni əsaslarla İddiaçı satılmasına baxmayaraq heç bir hüquqi əsas olmadan Cavabdeh satılmışdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılan alqı-satqı müqaviləsi etibarsızdır. İddiaçı Cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı mənzilə dair cavabdeh İddiaçı ilə digər cavabdeh "xxxx" MMC arasında bağlanmış 02 may 2008-ci il tarixli, 115 saylı müqavilənin və verilmiş ma liyyə arayışının tərtib edildiyi andan etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, X2 ilə cavabdeh "xxxx" MMC arasında 17 mart 2007-ci il tarixdə 109/3 saylı müqavilə və maliyyə arayışı imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh ünvan 2 ünvanda 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı 14 saylı mənzili dəyəri Əliyev Dilavər tərəfindən ödənildikdən sonra ona təhvil verilmişdir. 2017-ci il tarixdə qeyd olunan mənzil Dilavər Əliyevin sahibliyində və istifadəsində olmuşdur. X2 cavabdehə ərizə verərək, cavabdehlə ünvan 2 ünvanda 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı 14 saylı mənzilin alqı-satqısı ilə bağladığı 17 mart 2007-ci il tarixli müqaviləni ləğv edilib adından çıxarılması və həmin mənzilin onun adına keçməsinə etiraz etmədiyini bildirmişdir. Həmin mənzillə bağlı 19 may 2009-cu il tarixdə onunla "xxxx" MMC arasında 19 may 2009-cu il tarixdə 109/3 saylı müqavilə və maliyyə arayışı imzalanmışdır. 2009-cu il tarixdən etibarən həmin mənzil onun sahibliyində və istifadəsindədir. Mənzilin bütün təmir işləri onun tərəfindən aparılmış, hal-hazırda ailə üzvləri ilə birlikdə illərdir ki, həmin mənzildə yaşayır. Mənzilin təmir işlərinin aparılmasına və ev əşyalarının alınıb quraşdırılması üçün tərəfindən 150.000 manata yaxın vəsait xərclənmişdir. Sonradan isə ona məlum olmuşdur ki, digər cavabdeh İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 02 may 2008-ci il tarixdə 115 saylı müqavilə bağlanmışdır. Lakin, cavabd ehlə bağlanmış ünvan 2 ünvanda 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m. olan 4 otaqlı mənzilə dair müqavilədə mənzilin konkret olaraq hansı saylı mənzil olması bəlli deyil, lakin cavabdeh İddiaçı bu mənzilin məhz ona satılmış mənzil olmasını bildirir. Cavabdeh İddiaçı ilə digər cavabdeh "xxxx" MMC arasında bağlanmış 02 may 2008-ci il tarixli, 115 saylı müqavilənin və verilmiş maliyyə arayışının başqa tikinti şirkətinə aid olduğu müəyyən edilir. Belə ki, müqavilənin 3.1-ci bəndində “STS” şirkətinin adı qeyd olunmuşdur. Bundan başqa, tərəflərin imzalarından əvvəl İddiaçı adının qeyd olunması, maliyyə arayışında isə mətnlə imza edənlər arasında kifayət qədər məsafənin olması ona əsas verir ki, müqavilə ilə maliyyə arayışı başqa şirkətə məxsus olmuşdur. Göstərilən lərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova, iş № 2(011)-6375/2019) İddiaçı Cavabdeh qarşı “mənzildən çıxartma, mənzilin boşaldılması və əqdin etibarsızlığı” tələblərinə dair iddiasının təmin edilməsi, Cavabdeh ilə "xxxx" MMC arasında 19 may 2009-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 14 saylı mənzildən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı 14 saylı mənzill ə bağlı sahiblik və istifadə hüquqları 14.09.2007-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlandığı və mənzilin dəyəri ödənildiyi andan İddiaçı məxsus olduğundan, həmin tarixdən sonra bağlanan müqavilə əhəmiyyətsiz olduğundan, qüvvədə olan məhkəmə qətnamələri ilə İddiaçı mübahisəli mənzilə sahiblik və istifadə hüquqları tanındığından iddia təmin edilməli, Cavabdeh ilə "xxxx" MMC arasında 19 may 2009-cu il tarixində bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı, Cavabdeh və ailə üzvləri həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(001)-7242/2019) iddiaçı Cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibars ız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 02 may 2008-ci il tarixli müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Bu hal da öz növbəsində onun iddiasının rədd edilməsini şərtləndirir. Məhkəmə hazırki mülki iş üzrə formalaşmış qənaətinə əsaslanaraq qeyd etməyi zəruri hesab edir ki, proses iştirakçılarının iddianın etiraf edilməsi barədə ərizəsinin hüquqi qüvvəsi həmin məsələləri tənzimləyən qanunvericiliyin tələblərinin hüquqi qüvvəsindən üstün ola bilməz. Bu baxımdan məhkəmə cavabdeh "xxxx" MMC-nin iddianı etiraf etməsini qanunazidd hesab edir. Belə ki, məhkəmə bir daha vurğulayır ki, tərəflər arasında b ağlanmış 02 may 2008-ci il tarixli və 19 may 2009-cu il tarixli müqavilələrdə göstərilən mənzillərin eyni mənzil olması müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh "xxxx" MMC-nin iddianı etiraf etməsi barədə ərizəsinin qəbul edilməsi mülki qanunvericiliyinin bu məsələləri tənzimləyən aidiyyəti müddəalarının hüquqi qüvvəsini heçə endirməklə öz növbəsində ədalət mühakiməsinin həyata keçirilməsinin mahiyyəti ilə ziddiyyət təşkil etmiş olardı. Həmçinin, cavabdeh "xxxx" MMC-nin öz şəxsi maraqlarına xidmət etmiş və bununla da iddiaçı və digər cavabdehin qanunla qorunan hüquqlarını və maraqlarını pozmuş olardı. Məhkəmə hər bir halda onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddiası əsaslı olduğu təqdirdə belə, mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından, yəni bir illik k əsici müddət tətbiq edilməklə rədd edilməlidir. Belə ki, iş materiallarında olan qətnamələrdən də görünür ki, iddiaçı 02 may 2008-ci il tarixli müqavilənin mövcudluğundan 2 ildən artıq müddətdir ki, xəbərdardır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs qismində "xxxx" Kompani MMC cəlb edilməklə) “mənzildən çıxartma, mənzilin boşaldılması və əqdin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh və üçüncü şəxs qismində "xxxx" Kompani MMC tərəfindən apellyasiya şikayətləri verilmişdir. İddiaçı Cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı 09 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Cavabdeh və cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-609/2020) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)6375/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh və üçüncü şəxs qismində "xxxx" Kompani MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələblərinin rədd edilməsi, Bak ı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı 09 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Cavabdeh və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı 09 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, həm İddiaçı, həm də Cavabdeh "xxxx" MMC ilə müqavilə bağlayaraq MMC-nin inşa etdiyi Baki şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 2 saylı yaşayış binasında mənzil almışlar və həmin mənzillərin dəyəri tam olaraq ödənilmişdir. Göründüyü kimi mübahisəli yaşayış binasında 2 mənzil vardır ki, onlardan biri Cavabdeh, digəri isə İddiaçı məxs usdur. Mübahisənin yaranmasına səbəb isə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" MMC-yə qarşı “pul tələbinə dair” iddiası üzrə təsdiq edilmiş barışıq sazişinin icrası zamanı yaranmışdır. Belə ki, "xxxx" tərəfindən barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərkən, İddiaçı ona verilməli olan mənzili deyil, Cavabdeh məxsus mənzili vermişdir. Belə olan halda kollegiya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsi üzrə qeyd etmişdir ki, İddiaçı verilməli olan mənzil ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 191,40 kv.m ibarət 4 otaqlı 14 saylı mənzil olmadığından, Cavabdehla "xxxx" MMC arasında bağlanmış müqavilə isə ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 191,40 kv.m ibarət 4 otaqlı 14 saylı mənzil barəsində bağlanmış 19 may 2009-cu il tarixli müqavilə etibarsız hesab edilə bilməz, belə olan halda isə İddiaçı iddia tələbi təmin edilə bilməz. Kollegiya izah edir ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin icra edilməsini tələb etmək hüququ var. Kollegiya Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı 09 dekabr 2019-cu il tarixli qətnaməsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh 19 may 2009-cu il tarixli müqavilədə göstərilən mənzilin dəyərini tam ödəməklə, həmin mənzili təhvil almış, onu təmir etdirərək, oraya köçmüş və xeyli müddətdir ki, o mənzildə yaşamaqla mənzildən istifadə edir və ona sahiblik edir. Bu baxımdan o, hazırda ona hər hansı aidiyyəti olmayan 02 may 2008-ci il tarixli müqavilənin etibarsızlığını mübahisələndirir. Belə olan halda iddiaçı Cavabdeh İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 02 may 2008-ci il tarixli müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova, iş № 2(102)-1979/2021) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının 2(103)-609/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan apellyasiya məhkəməsi hazırda qüvvədə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.06.2017-ci il tarixli qətnaməsinin göstərişlərini preyudisial əhəmiyyətə malik sübut kimi dəyərləndirməli idi. Çünki həmin qətnamə eyni tərəflər arasında (həmin işə baxılarkən həm şirkət və həm də Cavabdeh cəlb edilmiş və onların şikayətləri təmin olunmamışdır) və eyni predmet üzrə çıxarılmış məhkəmə qərarı idi. Özü də Cavabdeh həmin qətnamədən verdiyi şikayətlər ona görə təmin olunmamışdır ki, iddiaçının mübahisəli mənzilə dair bağladığı əqd etibarlı əqd hesab olunmuşdur (həmin mənzil ə hüququ olması təsdiq edilmişdir). Ona görə hazırkı işdə həmin əqdin etibarsızlığı tələbi ilə bağlı qiymətləndirmə aparılarkən qeyd olunan preyudisial əhəmiyyətli sübutlar (məhkəmə qərarları) istifadə olunaraq müvafiq qərar qəbul edilə bilərdi. Bundan başqa 2011-ci ildə İddiaçı mənzilə görə ödənilmiş vəsaitin qaytarılması barədə iddiasına baxılmışdır. Həmin iş üzrə şirkət 2013-cü ildə barışıq sazişi bağlamış və həmin mənzildə öz hesabına əlavə işlər görməklə mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Bütün bu mübahisələrin davam etdiyi dövrdə şirkət həmin mənzilin iddiaçı ilə müqavilə bağlanmamışdan əvvəl və yaxud sonra başqa şəxsə satılması ilə bağlı heç bir fikir bildirməmiş, əksinə 2014-cü ilin fevral ayınadək mənzilin tikintisini başa çatdıraraq iddiaçıya təhvil verməyi, ə lavə olaraq ona digər işlərdə köməklik göstərməyi öhdəsinə götürmüşdür. Vəd edilən mənzil mübahisəli mənzil deyildisə, onda şirkət hansı mənzili iddiaçıya təhvil verməsinə keçən müddət ərzində aydınlıq gətirməli idi. Bu halın mövcudluğu mübahisəli mənzilə dair bağlanmış 2007-ci ildəki müqavilənin, o cümlədən sonrakı müqavilənin həqiqiliyini şübhə altına alır. Məhkəmələr 2007-ci ildə bağlanmış müqavilənin İddiaçı iddialarının rədd edilməsi üçün sonradan düşünülmüş müqavilə olması ilə bağlı şübhəli hallara qiymət verməmişlər. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Talışinski, iş № 2(103)-5872/2021) İddiaçı Cavabdeh qarşı (" xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “əqdin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsinin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması, iddiaçı Cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cava bdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin olunması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həm İddiaçı, həm də Cavabdeh adına "xxxx" MMC-nin inşa etdiyi eyni mərtəbə, eyni sayda otaqlara və eyni yaşayış sahəsinə malik mənzilə (5-ci mərtəbədə 191.4 kv.m. olan 4 otaqlı mənzil) dair müqavilə mövcuddur. İddiaçılə müqavilə 02.05.2008-ci il tarixdə, Cavabdehla isə 19.05.2009-cu il tarixdə bağlanmışdır. Cavabdeh mənzili Dilavər Əliyevdən alması barədə sənədləşmələr həyata keçirilmişdir. Dilavər Əliyevlə mənzilə dair müqavilə 17.03.2007-ci il tarixdə bağlanmış və onun 2009-cu ildə vermiş o lduğu ərizəsi əsasında mənzil Cavabdeh adına rəsmiləşmişdir. Cavabdeh həmin vaxtdan hal-hazıradək ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. İddiaçı 2011-ci ildə "xxxx" MMC-yə qarşı iddia qaldıraraq, mənzili təhvil vermədiyi üçün ödədiyi pulun geri qaytarılmasını tələb etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.11.2011-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Sonradan tərəflər barışığa gəlmiş və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23.10.2015-ci il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilməklə işin icraatına xitam verilmişdir. Sazişə əsasən, "xxxx" MMC apellyasiya şikayətindən imtina etmiş və iddiaçıya müqavilədə nəzərdə tutulan 5-ci mərtəbədəki 4 otaqlı mənzili 2014-cü ilin fevral ayınadək təhvil verməyi, eyni zamanda elektrik, santexnika işləri ndə köməklik göstərməyi öhdəsinə götürmüşdür. Bir neçə il sonra Cavabdeh həmin qərardaddan maraqlarına toxunulan şəxs kimi təqdimat verilməsi barədə ərizə ilə Ali Məhkəmənin sədrinə müraciət etmiş və Ali Məhkəmənin 08.12.2017-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. "xxxx" MMC, məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişi üzərinə götürdüyü öhdəliyini icra etmədiyi, yəni mənzili təhvil vermədiyi üçün İddiaçı 2017-ci ildə yenidən ona qarşı iddia qaldıraraq, mənzilə köçürülməsini və vurulmuş zərəri tələb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.06.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, sözügedən mənzilə köçürülməsi və dəymiş 1000 manat mənəvi zərərin ödənilməsi qət edilmiş və qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir (əsas: "xxxx" MMC və hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 30.10.2017-ci il tarixli qətnaməsi və Cavabdeh kassasiya şikayətinə əsasən Ali Məhkəmənin 09.04.2018-ci il tarixli qərarı). İcra mərhələsində icra məmuru müqavilədə qeyd edilən 5-ci mərtəbənin qeyri-yaşayış sahələrinin mərtəbələrinin sayları nəzərə alınmaqla və yaxud alınmamaqla müəyyən edilməsi ilə bağlı qətnaməyə izah verilməsinə dair məsələ qaldırmış və sonda məhkəmələrin mövqeyi belə olmuşdur ki, tələb olunan mənzil elə müqavilədə nəzərdə tutulan 5-ci mərtəbədəki, yəni eyni zamanda Cavabdeh adına bağlanmış müqavilədəki mənzildir (əsas: Bakı Apellyasiya Məhkəməsinin 28.03.2019-cu il tarixli qərardadı). Apellyasiya instansiyası məhkəməsi daha sonra hesab etmişdir ki, tərəflər arasında mübahisənin eyni mənzillə bağlı olması və həmin mənzilə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 02.05.2008-ci il tarixli müqavilənin hüquqi müstəvidə keçərli (etibarlı) əqd olması yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş və həmin müqavilə əsas götürülməklə İddiaçı mənzilə köçürülməsi qət edilmişdir. Odur ki, həmin hallar tərəflər üçün preyudisial olduğuna görə Kollegiya eyni xüsusatlar üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin Cavabdeh İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddiasını mübahisəli mənzillərin eyni olmamasına istinad etməklə Cavabdeh bu tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması əsası ilə rədd etm əsi qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016cı il tarixli qərarları). Birinci instansiya məhkəməsinin əqdin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 354.1-ci maddəsinin tələbləri baxımından bir illik kəsici müddətin ötürülməsinə istinad etməsi də qanuni olmamışdır. Belə ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılmas ı üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Göründüyü kimi, MM-in 354.1-ci maddəsində nəzərdə tutulan 1 illik müddət əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmaq müddəti olmayıb, əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək üçün nəzərdə tutulmaqla kəsici yox, iddia müddətidir. İddia müddətinin ötürülmüş olmasını isə məhkəmələr öz-özlüyündə nəzərə ala bilməzlər. Binəqədi Rayon Məhkəməsinin 09.12.2019-cu il tarixli qətnaməsi ləğv olunmaqla Cavabdeh İddiaçı və "xxxx" MMC-yə qarşı “cavabdehlər arasında bağlanmış 02.05.2008-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə iddiası yuxarıda, həmçinin aşağıda qeyd olunan əsaslarla rədd olunm alıdır. Apellyasiya instansiyası məhkəməsi İddiaçı Cavabdeh qarşı ("xxxx" Kompani MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “Cavabdehla "xxxx" Kompani MMC arasında bağlanmış 19.05.2009-cu il tarixli müqavilənin etibarsız hesab olunması, mənzildən çıxarılma və mənzilin boşaldılması” barədə iddiasının təmin olunması barədə Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qətnaməsi isə başdan bəri sadalanan hüquqi mövqelərə və aşağıdakılara əsasən dəyişdirilmədən saxlanılmalıdır. Baxılan işdən görünür ki, "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış 02.05.2008-ci il tarixli müqaviləyə əsasən, MMC mübahisə predmeti olan mənzili İddiaçı təhvil verməyi, sonuncu isə mənzilin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Alıcının öhdəliyini icra etməsi nə baxmayaraq, satıcı şirkət hələ də mənzili təhvil vermək öhdəliyini icra etməmiş, əksinə həmin müqavilənin bağlanmasından bir il sonra, yəni 19.05.2009-cu il tarixdə həmin mənzilə dair Cavabdehla da müqavilə bağlanmışdır. Göründüyü kimi, 02.05.2008-ci il tarixli müqaviləyə əsasən mübahisə predmeti olan mənzil üzərində İddiaçı əmlak hüquqları yaranmış, buna baxmayaraq sonradan həmin mənzilə dair "xxxx" MMC tərəfindən əsassız olaraq üçüncü şəxslə müqavilə bağlamışdır. Eyni mənzilə dair sonradan müvafiq müqavilənin bağlanması halı isə iddiaçı ilə daha əvvəl bağlanmış müqavilənin hüquqi qüvvəsini və etibarlılığını aradan qaldırmır. Həmçinin, yuxarıda da qeyd edildiyi kimi, qanuni qüvvədə olan məhkəmə qərarları ilə də İddiaçı mübahisəli mənzil üzərində hüquqlarının mövcudluğu, onunla "xxxx" MMC arasında bağlanmış müqavilənin etibarlılığı müəyyən olunmuşdur. Belə olan halda, Cavabdeh İddiaçı məxsus sözügedən mənzildə yaşamasının da etibarlı hüquqi əsası yoxdur və MM-in 157.2-ci və 158.4-cü maddələrinə əsasən İddiaçı onun ailəsi ilə birlikdə həmin mənzildən çıxarılmasını və mənzilin boşaldılmasını tələb etməkdə haqlıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" MMC (vəkil X3) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5872/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edərək, İddiaç ı Cavabdeh qarşı ("xxxx" Kompani MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “əqdin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı Cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5872/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı iddia tələbinin tam rədd edilməsi, Cavabdeh iddia ərizəsinin təmin olunması, yəni ünvan 2 ünvanda 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 kv.m olan 4 otaqlı mənzilə dair cavabdeh İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 02 may 2008-ci il tarixli 115 saylı müqavilənin və verilmiş maliyyə arayışının tərtib edildiyi andan etibarsız sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Mirzəxan oğlunun izahatlarını dinləməmişdir. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər "xxxx" MMC və Cavabdeh kassasiya şikayəti vermişlər, qətnamənin ləğv edilməsini xahiş etmişdirlər. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətdə olan dəlillər əsasında yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.4-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 337.1 -ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş z orakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012–ci il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe, əsasən bu hüququn məzmunu Konstitusiyanın 13–cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13–cü maddəsi ilə toxunulmaz elan olunaraq dö vlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu m əlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayara q yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, s abitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassas iya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstəril ənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh və "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5872/2021 nömrəli iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-914/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-914/2022
01.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver