Məhkəmə qərarları › İş №2(102)-914/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-914/2025

22.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-914/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və X3 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Bank olmayan kredit təşkilatın Qapalı Səhmdar Cəmiyyətinə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin çatışmayan sahəsinə görə pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5058/2024 nömrəli iş üzrə 5 noyabr 2024-cü il tarixli qətnaməsi ndən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. "xxxx" MTK-nın 12 fevral 2015-ci il tarixli, ABB-022 nömrəli Kooperativ Mənzil Tikintisi haqqında Payçı müqaviləsi ilə MTK ünvan 1 ünvanında inşa edilmiş və ya inşa olunan yaşayış kompleksində giriş mərtəbə 9, ümumi sahəsi 197.7 kv.m olan 4 otaqdan ibarət 22 saylı mənzili "xxxx" X5 verməyi, "xxxx" isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür; 3. "xxxx" ASC-nin 12 fevral 2015-ci il tarixli müqaviləsi ilə bank, X5 mənzilin alınması üçün 302480 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. X6 müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür;

4. Tələb hüququ "xxxx" ASC-dən "xxxx" QSC-yə güzəşt edilmiş X6 12 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış və zaminliklə təmin edilmiş borcunun ötürülməsi və qəbul edilməsi barədə 01 noyabr 2022-ci il tarixli müqavilə ilə "xxxx" ASC-dən “Kreditor” "xxxx" QSC-yə ötürülmüş 12 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunun qalığı olan əsas borc 170744,32 manat əsas, 40599,53 manat faiz məbləğində borcunu “Borcu qəbul edən” İddiaçı1 ötürürmüşdür. “Borcu qəbul edən” müqavilənin 1.1-ci bəndində göstərilmiş borcu qəbul edir və "xxxx" ASC ilə “Borcu ötürən” X6 arasında bağlanmış 12 fevral 2015-ci il tarixli kredit müqaviləsində göstərilən müddətdə, qaydada və şərtlərlə krediti və kredit üzrə hesablanacaq faizləri “Kreditor”a qaytarmağı öhdəsinə götürürmüşdür. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan onların xeyrinə maddi zərər kimi 49300 manat, mənəvi zərər kimi 30000 manat, hüquqi xidmətə görə ödənilmiş 300 manat və 330 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 79930 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. İddia onunla əsaslandırılmışdır ki, 2015-ci ilin fevral ayında "xxxx" ASC vasitəsi ilə cavabdeh "xxxx" MTK-dan X3 adına 336090 manata 4 otaqlı mənzil almışlar. İlkin ödəniş kimi U.Ş.Quliyeva tərəfindən 33610 manat ödənilmiş, Bank tərəfindən maliyyələşdiriləcək 302480 manat təşkil etmişdir. 10 il müddətinə hər ay 3997,3 manat ödəmək şərtilə aylıq ödəniş cədvəli verilmiş və 2018-ci ilin sonuna qədər həmin cədvəl üzrə ödəniş etmişlər. Lakin 1 ay gecikmə olduğuna görə bankın əməkdaşı bildirmişdir ki, hər ay 5200 manat məbləğində ödəniş etməlidilər. 10 ay ərzində aylıq 5200 manat ödəmişlər. 10 aydan sonra isə yenə də 1-2 ay köhnə qaydada ödəniş etmiş, maddi imkanları ağır olduğuna və aylıq ödənişləri ödəyə bilmədiylərinə görə, bankın mərkəzi ofisinə müraciət edib xahiş etmişlər ki, yeni ödəniş cədvəli tərtib edilsin, müddət uzadılsın və aşağı ödəniş məbləği təyin olunsun. Bankda bildirmişlər ki, tələb hüququ "xxxx" ASC-dən "xxxx" QSC-yə güzəşt edilmiş və kr edit borcunu QSC-yə ödəməlidirlər. "xxxx" QSC-də isə bildirmişlər ki, aylıq ödənişləri normadan artıq olduğuna görə, 2-3 ay ödəniş etməyə də bilərlər. Sonra da bildirmişlər ki, hər ay 2000 manat olmaqla ödənişi davam etdirsinlər. Aylıq 2000 manat olmaqla təxminən iki ay "xxxx" QSC-nin hesabına ödəniş etmişlər. Bundan sonra onlarda inamsızlıq yarandığına görə bir müddət, təxminən 3 il ərzində aylıq ödənişləri etməmişlər. Bu müddət ərzində heç kim maraqlanmadığına görə yenə də Beynəlxalq Bankın Baş ofisinə getmişlər, telefon vasitəsi ilə bankın əməkdaşından mənzilə dair sənədlərin verilməsi ilə maraqlanmışlar. Xahişləri əsasında Beynəlxalq Bankın əməkdaşı "xxxx" QSC ilə əlaqə saxlamış və "xxxx" QSCnin Vüqar adlı əməkdaşı faizlərin silinməsi barədə köməklik göstərəcəyini bildirmişdir. Banka m üraciətdən 4 gün sonra U.Ş.Quliyevanı AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırmışlar. Onlar həmin İdarədə Ramiz adlı müstəntiqin qəbulunda olmuş, izahatları alınmış və Ramiz müəllim bildirmişdir ki, "xxxx" QSC-yə 20000-30000 manat məbləğində ödəniş etməlidilər ki, yeni ödəniş cədvəli açılsın, yoxsa qızı Ulyanın ölkədən çıxışına məhdudiyyət qoyulacaq. Bu söhbətdən sonra "xxxx" QSC-nin hesabına 10000 manat məbləğində pul ödəmişlər və Ramiz müəllimə bildirmişlər ki, daha bundan artıq pulları yoxdur, qızının ölkədən çıxışına qoyulmuş məhdudiyyəti götürün və təzə ödəniş cədvəli verin. Ramiz müəllim razılaşmamış və bildirmişdir ki, baş müstəntiq Ziyafət müəllimin yanına getməlidirlər. Ziyafət müəllimin də qəbulunda olmuşlar və o bildirmişdir ki, "xxxx" QSC-nin hesabın a 60000 manat məbləğində pul ödəməlidirlər, yoxsa, qızının ölkədən çıxışına qoyulmuş məhdudiyyət götürülməyəcək. Məcbur olub banklardan və lombardlardan kredit toplayıb "xxxx" QSC-yə hissə-hissə (35000 + 10000 + 5000) 50000 manat məbləğində pul ödəmişlər. Bundan sonra Ziyafət müəllim tələb etmişdir ki, əlavə 5000 manat da ödəməlidirlər, yoxsa məhdudiyyət götürülməyəcək. Məcbur olub həmin 5000 manatı da borc alıb "xxxx" QSCyə ödəmişlər. Həmin kredit məbləğlərinə görə hazırda banklara və lombardlara aylıq faiz ödəyirlər. Bundan sonra Ziyafət müəllimə zəng vurub xahiş etmişlər ki, Ulyanın ölkədən çıxışına qoyulmuş məhdudiyyəti götürsün, çünki xx.xx.2022-ci il tarixə xarici ölkəyə uçuşu var və təyyarəyə bilet alınmışdır. Ziyafət müəllim isə demişdir ki, bu iş tezliklə həll oluna bilməz, AR DİN -yə müraciət etməlidirlər, bu da təxminən bir həftə, 10 gün çəkəcək. Bu cavabdan əsəbləşmiş və AR DİN-nə müraciət etmişdir. Orada bir xanım əməkdaş qəbul etmiş, dinləmiş və söz vermişdir ki, kömək edəcək. Həmin gecə Ziyafət müəllim onun həyat yoldaşına zəng vurub bildirmişdir ki, qızı noyabr ayının 2-də xaricə gedə bilər. Bütün bunlardan sonra, aylıq 2600 manat olmaqla, yeni ödəniş cədvəli açılmışdır. Eyni zamanda satılmış mənzilin ümumi sahəsi 168 kv.m olduğu halda, onlardan 197 kv.m ölçüdə mənzil sahəsinin pulunu almışlar, yəni mənzil sahəsinə görə ödəniş məbləğində (29 kv.m) aldanmışlar, hüquqları kobud surətdə pozulmuşdur.

7. Daha sonra İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh "xxxx" MTK-dan onların xeyrinə maddi zərər kimi 70380 manat, mənəvi zərər kim i 30000 manat, hüquqi xidmətə görə ödənilmiş 300 manat və 330 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 101010 manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd edilməsini xahiş etmişdir.

9. İddiaçı tərəfindən cavabdehin etiraz ərizəsinə rəy və mülahizə təqdim edilmiş və mülahizədə qeyd edilmişdir ki, mübahisəli mənzilə dair sonuncu müqavilə xx.xx.2022-ci il tarixdə bağlandığından, iddia müddəti ötürülməmiş hesab edilməsini xahiş etmişdir.

10. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 1də inşa edilmiş Qız Qalası yaşayış kompleksinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən 4 otaqdan ibarət 22 saylı mənzilin ümumi sahəsinin 149,4 kv.m, faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 156,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Həmin mənzilin faktiki sahəsi (156,3 kv.m) ilə, həmin mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə qeyd edilmiş sahəsi (197,7 kv.m) arasında 41,4 kv.m (197,7-156,3) fərq olduğu müəyyən edilmişdir. Mənzilin ümumi tikinti sahəsi yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağın, mətbəxin, dəhlizin, eləcə də balkon, lociya, terras və şüşəbəndin bütün sahəsi azaldılma əmsalına vurulmadan) qonşu divarlar, ara divarlar, sütünaltı sahələr nəzərə alınmaqla sahəsinin 197.7 kv.m təşkil etdiyi müəyyən edilmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini n (hakim Quliyev Ramin) 2(005)210/2024 nömrəli 24 may 2024-cü il tarixli qətnaməsi ilə iddiaçıların iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat iddiaçılar İddiaçı1 və X2 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən mühəndis olan qohumunun deməsindən sonra ölçülər aparılan zaman ona məlum olmasına dair dəlil ilə əlaqədar qeyd edilməlidir ki, bu inandırıcı olmamaqla faktiki olaraq artıq ötürülmüş müddətinin müəyyən formal əsaslarla aradan qaldırılmasına yönəlmiş dəlildir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, mənzil təmirli olmuş, lakin iddiaçı tərəf mənzili təhvil alandan sonra bəzi təmir işləri aparmışlar. Deməli, bu zaman real sahənin nə qədər olması barədə məlumatlı olmalı idilər. Hətta bu hal olmasa belə mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçılar ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdilər. Lakin onlar, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşlər.

13. İddia müddətinin tətbiqinə dair gəlinən hansı müddətin tətbiq edilməli olmasına dair isə qeyd edilmişdir ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələ blər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur.

14. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir.

15. Bu baxımdan mübahisəli sahə binanın tərkib hissəsi olan mənzillə bağlıdır və belə olan halda bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilir.

16. Məhkəmə həmçinin iddiaçı tərəfin mübahisəli mənzilə dair xx.xx.2022-ci il tarixli müqavilə bağlanması və iddia müddətinin həmin tarixdən başlanması mülahizəsinə münasibət bildirərək qeyd etmişdir ki, mübahisəli mənzilə dair yen i müqavilə bağlanmamış, sadəcə mövcud olan kredit müqaviləsi üzrə borc X6 tərəfindən İddiaçı1 ötürülmüşdür.

17. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli müqavilə ilə İddiaçı1 yalnız borclu X3 banka olan borcunu üzərinə götürdüyündən və MTK ilə payçı müqaviləsi X6 ilə bağlandığından, hazırda İddiaçı1 MTK-ya qarşı bu cür iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.

18. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və X3 cavabdeh "xxxx" MTK-nə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC və "xxxx" BOKT QSC göstərilməklə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

19. Məhkəmə həmi n nəticəyə gələrkən maddi hüquq norması kimi Mülki Məcəlləsinin 385.1, 386.1, 752.1, 752.2, 753.1, 762.1, 766, 776.1-ci və Mülki-Prosessual Məcəlləsinin 185.4, 185.5-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçılar birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişlər.

21. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozularaq qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Məmmədov Məmməd sədrlik edən və məruzəçi, Talışinski Fuad və İmanov Azad) 2(103)5058/2024 nömrəli 5 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və X3 birgə verdikləri apellyasiya şikayəti təmin edilməməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməsini qət etmişdir.

23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Ulya Quliyeva tərəfindən İddiaçı1 verilmiş etibarnamənin müddəti 30 sentyabr 2023-cü il tarixdə bitdiyindən və bundan sonra verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə yalnız İddiaçı1 tərəfindən imzalandığından, Rayon Məhkəməsi mülki iş üzrə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizənin təkcə İddiaçı1 tərəfindən verilmiş hesab etməklə ona münasibətdə qiymət verməkdə haqlı olmuş dur.

24. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Mübahisə predmeti olan mənzil çoxmənzilli binada yerləşən yaşayış sahəsidir. Mülki Məcəllənin 776.1-ci maddəsinin tələbinə görə, binaya aid qüsur barəsində tələbi sifarişçi beş il ərzində irəli sürə bilər. İddiaçının hüquqlarının pozulduğu an, mənzili təhvil alınması vaxtı, yəni 2015-ci il tarixdən hesablanmalıdır. İddiaçıların Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan iddia müddətini ötürməklə məhkəməyə araşdırılan iddia ilə (xx.xx.2023-cü il) müraciət etməsi ilə bağlı Rayon Məhkəməsinin qənaəti işin hallarına uyğundur.

25. Belə ki, mübahisəli mənzil iddiaçılara 2015-cı ildə təmirli şəkildə təhvil verilmiş və onlar yüngül təmir işləri aparmışlar. Bununla yanaşı müəyy ən edilir ki, iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 8 il keçdikdən sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur. Mülki Məcəllənin 776.1-ci maddəsinin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, inşa etdiyi binanı şərtləşdirdikəri ölçüdə və qaydada tikərək təhvil verməlidir.

26. Məhkəmə həmçinin iddiaçı tərəfin mübahisəli mənzilə dair yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli müqavilə bağlanması və iddia müddətinin həmin tarixdən başlanması mülahizəsinə münasibət bildirərək qeyd etmişdir ki, mübahisəli mənzilə dair yeni müqavilə bağlanmamış, sadəcə mövcud olan kredit müqaviləsi üzrə borc Ulya Quliyeva tərəfindən İddiaçı1 ötürülmüşdür.

27. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli müqavilə ilə İddiaçı1 borclu X4 borcunu üzərinə götürdüyündən və MTK ilə payçı müqaviləsi Ulya Quliyeva ilə bağlandığından, hazırda İddiaçı1 cavabdeh MTK-ya qarşı bu cür iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması ilə bağlı Rayon Məhkəməsinin mövqeyi də işin hallarına uyğundur.

28. Məhkəmə həmçinin bildirmişdir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından cavabde h və üçüncü şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

29. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 752.1, 752.2, 753.1, 762.1, 766, 776.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarlara və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” na istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin bütünlüklə təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin təhvil verilməsinin qaydası Müqavilənin müvafiq bəndi ilə müəyyən edildiyindən, mübahisəli mənzilin də nə vaxt təhvil verildiyini müvafiq təhvil-təslim aktı ilə müəyyən etmək mümkündür. Lakin məhkəməyə cavabdeh tərəfindən hər hansı bir təhvil-təslim aktı təqdim edilməməsinə baxmayaraq, Məhkəmə əsassız olaraq mənzilin 2015-ci il tarixdə təhvil verilməsi qənaətinə gəlmişdir.

32. Bundan əlavə, cavabdeh "xxxx" MTK tərəfindən aralarında bağlanmış müqavilənin şərtləri nə əsasən sahəsi 197,7 kv.m mənzil tikib təhvil verməyi öhdəsinə götürsə də, faktiki olaraq 156,3 kv.m sahə tikilib təhvil vermişdir. Bununla da cavabdeh tərəfindən ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Cavabdeh "xxxx" MTK-nin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirilməməsi, hüquqlarının müdafiəsi üçün məcbur olub məhkəməyə müraciət etməyini və s. Ona həm də mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Vurulmuş mənəvi ziyanı simvolik olaraq 30.000 (otuz min) manat məbləğində qiymətləndirir.

33. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iddia tələbini tam şəkildə təmin etmək əvəzinə, iddia tələblərini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır ki, bununla da maddi hüquq pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə p odratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

38. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

39. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qər əzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

46. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddia ərizəsində istinad edilən müqavilə üzrə iddiaçının subyektiv hüququ olmadığı üçün, habelə iddia müddəti keçdiyindən iddia təmin oluna bilməz. Eyni zamanda iddiaçının adına olan xx.xx.2022-ci il tarixli müqavilə qanunla müəyyən edilmiş qaydada və mərhələdə təqdim olunmamış, şikayətin dəlilini təşkil etməmişdir.

49. Belə olan halda, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və İddiaçı1 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçü n tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5058/2024 nömrəli iş üzrə 5 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar