Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-915/2019 24.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-915/2019 Bakı şəhəri 24 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərardadından Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qаrşı “kredit müqaviləsi üzrə borc t ələbi, borcun ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərdən Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qərardadı ilə (hakim H.S.Səfərov, 2(004)-118/2018 saylı iş) Cavabdeh1 ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərardadı ilə (hakimlər V.T.Həsənov, N.Ş.Cəfərov, Ş.A.Məmmədova 2(103)-12629/2018)apellyasiya şikаyəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 26 sentryabr 2018-ciil tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan Cavabdeh1 verdiyi kassasiya şikayətində q ərardadın ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, o sahibkarlıq fəaliyyəti ilə məşğul olur, iddiaçı da hüquqi şəxs olduğundan və iddiaçı ilə onun arasındakı mübahisə iqtisadi mübahisə olduğundan işə inzibati-iqtisadi məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gə lməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin mübahisələrin məhkəməyə aidiyyətinin əsaslarını müəyyən edən 24-cü maddəsinin tələblərinə görə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisad məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin su byektiv tərkibi, yaranmış mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Apellyasiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə icraat qəbul edilmişdir və mülki işin aidiyyəti üzrə inzibati-iqtisadi məhkəməyə göndərilməsi üçün əsaslar yoxdur. Bununla bərabər, baxılan məsələ üzrə bundan əvvəl eyni əsasla vəsatət verilmiş, birinci instansiya məhkəməsində və sonrakı instansiyalarda həmin vəsatətin təmin edilməməsi nəticəsinə gəlinmişdir. Vəsatət verən tərəfin mövqeyi faktiki olaraq mülki işin məhkəmə b axışının yubadılmasına şərait yaradır ki, bu isə mülki prosessual hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Vəsatət verən şəxsin vəkillə təmsil edilməsi nəzərə alınmaqla eyni məzmunlu müraciətlər olduğu təqdirdə Mülki Prosessual Məcəllənin 120-ci maddəsinin tətbiqi baxımından daha artıq həcmdə cərimənin tətbiq edilməsi müzakirə edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin mülki işin məhkəmə aidiyyəti üzrə inzibati-iqtisad məhkəməsinə göndərilməsi barədə ərizənin təmin edilməməsinə dair qərardadının dəyişdirilmədən saxlanılması barədə apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qərardad prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qə rardadın ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Gündüz Quliyev Hakimlər Əsəd Mirzəliyev Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-915/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-915/2019
24.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver