Məhkəmə qərarları › İş №2(102)-915/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-915/2022

03.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-915/2022 03.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X4 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8511/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı X9 və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 03 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X9 Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə, “ata qrafasında qeydin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 11 mart 1999-cu ildə anadan olan X8 və 30 iyun 2006-cı il təvəllüdlü X5 doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı X9 ilə Cavabdeh 1998ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla birlikdə yaşamağa başlamış, nikahlarını 19.04.2003-cü il tarixdə rəsmiləşdirmişlər.

3. Həmç inin işin mübahisə edilməyən hallarından görünür ki, 11 mart 1999-cu il tarixdə doğulmuş X adlı və 30 iyun 2006-cı il tarixdə anadan olmuş X adlı uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında “X9”, ana qrafasında isə “Cavabdeh” yazılmışdır. 4. 22 sentyabr 1999-cu il tarixli, 18 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydindən görünür ki, X4 ərizəsi əsasında, 11 mart 1999-cu il təvəllüdlü X ata haqqında məlumat qrafasında onun adı, yəni X9 olaraq qeyd edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş Məhkəmə xətşünaslıq ekspertizasının 12 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, atalığı müəyyən etmək haqqında 22 sentyabr 1999-cu il tarixli 18 nömrəli akt qeydində 16-cı qrafadakı imza, 17-ci qrafada “X” yazısı və imza X9 tərəfindən yox, başqa şəxs tərəfindən icara olunmuşdur.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 25 oktyabr 2019-cu il tarixli 647/2019 nömrəli rəyindən görünür ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında bütün STR lokuslar arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övladvalideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X10 adlı uşağın bioloji atası olması inkar olunmuşdur.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2009-cu il tarixli 2(007)370/2009 saylı qətnaməsinin surətindən görünür ki, X3 11 mart 1999-cu ildə Kü rdəmir rayonuda anadan olmuş X13 və 30 iyun 2006-cı ildə Bakı şəhərində anadan olmuş X1 üçün hər ay hər bir uşağa görə 100 manat sabit pul məbləğində aliment 14 yanvar 2009cu il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatana kimi, anası Cavabdeh verilməsi, alınması X3 əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan həyat yoldaşı Cavabdeh görə hər ay sabit pul məbləğində 65 manat, 14 yanvar 2009-cu il tarixdən başlayaraq, Cavabdeh əmək qabiliyyətli hesab edildiyi vaxtadək Cavabdeh verilməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınn 19 may 2017-ci il tarixli 2(103)- 5461/2017 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2009-cu il tarixli 2(007)370/2009 saylı q ətnaməsi “X3 Cavabdeh görə hər ay sabit pul məbləğində 65 manatın 14.01.2009-cu il tarixdən başlayaraq Cavabdeh xeyrinə tutulması” hissəsində ləğv olunaraq, Cavabdeh iddia tələbinin “cavabdehdən özünün saxlanması üçün hər ay ölkə üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində pul vəsaitinin tutulması” hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2017-ci il tarixli 2(007)-7029/2017 nömrəli qərarının surətindən görünür ki, cavabdeh X9 tərəfindən verilmiş kasssasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınn 19 may 2017-ci il tarixli 2(103)-5461/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Həmin qərarda göstərilmişdir ki, Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə gəldiyi nəticələrdən görünür ki, cavabdehlə faktiki ər-arvad kimi yaşadığını və onunla uşaq doğması ilə nəticələnə biləcək münasibətlərdə olduğunu sübutetmə yükü iddiaçının, uşaqların ondan törəmədiyini - bunu nəsil artırma qabiliyyətinə sahib olmadığ ilə əlaqələndirdiyi üçün - sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından, cavabdehlə 1998-ci ildən bərabər yaşadığının və onunla ər-arvad münasibətində olduğunun iddiaçı tərəfindən sübut edilməsinə ehtiyac olmamışdır; çünkü bu fakt cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Eyni şəkildə cavabdeh də, 11 mart 1999cu il təvəllüdlü X ondan törəmədiyini sübutetmə yükündən az ad olunmalıdır; çünkü həmin fakt iddiaçı tərəfindən etiraf olunmuşdur. Bununla belə cavabdeh, 30.06.2006-cı il təvəllüdlü X ondan törəmədiyinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, məhkəmənin 30 iyun 2006-cı il təvəllüdlü Xl onun iddiaçı ilə rəsmi nikahda olduğu dövrdə dünyaya gəlməsi və onun doğumu haqqında şəhadətnamədəki valideyn (ata) qeydinin etibarsız hesab edilməməsi, 11 mart 1999-cu il təvəllüdlü X isə nə iddiaçının, nə də cavabdehin bioloji uşağı olmasa da, bu halın ona həmin uşağın atası kimi yazıldığı zaman məlum olduğunu cavabdehin özünün etiraf etməsi, qanunvericiliyin imperativ göstərişinə görə isə, belə halda onun atalığa dair mübahisə açma haqqında iddia tələbinin təmin olunmasının ümumiyyətlə istisna olunmasına dair nəticələri qanuni və əsaslı olmuşdur.

11. İddiaçı bildirir ki, Cavabdeh ilə ailə qurmuş, lakin bir müddət yaşasalar da uşaqları olmamışdır və həkimlərin bildirdiyinə görə onun uşağı ola bilməzdi. Ona görədə cavabdeh ona bildirmişdir ki, bacısı uşaq evində işləyir və istəyir ki, qeyri- rəsmi bir uşaq götürüb saxlasın. Həmin vaxt Cavabdeh ilə rəsmi nikaha daxil olmamışdı və uşağı saxlamağa etiraz etməsə də, atalığı qəbul etməmiş, heç bir yerdə bu barədə razılıq verməmişdir. Sonradan cavabdehlə 19 aprel 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq yaşasalar da uşaqları olmamışdır və o, 2004-cü ilin sonlarından Rusiya Federasiyasına işləməyə getmişdir. Bundan sonra Bakı şəhərinə gələrkən evdə cavabdehin başqa şəxsdən ikinci uşağının olmasını görmüş, buna görə aralarında mübahisə olmuş və o, polis şöbəsinə şikayət etmiş, orada uşaqların ona aid olmaması ilə əlaqədar araşdırma aparılmışdır. Cavabdehin xəyatətindən sonra o, Rusiya Federasiyasına qayıdaraq bir daha geri qayıtmamış və həmin hadisədən sonra onunla heç bir vaxt əlaqə saxlamamışdır. Cavabdeh bundan istifadə edib başqa şəxsdən əldə etdiyi X və X adlı uşağı da nikahda olduqlarına görə onun adına sənədləşdirmişdir. Hal-hazırda cavabdehin onunla nikahda olmasına baxmayaraq üçüncü uşağı da olmuşdur. Nikahdan əvvəl əldə edilən X adlı uşağın doğum haqqında şəhadətnaməsində uşağın valideyini olmasına dair heç bir yerdə razılıq verməmişdir. Nikahdan sonra doğulan X adlı uşağın doğum haqqında şəhadətnaməsində isə ata kimi onun adı qeyd olunsada bundan xəbəri olmamışdır. Uşağın anadan olmasından 9 (doqquz) ay əvvəl Azərbaycanda olmamışdır. Həmin müddətdə cavabdeh də Azərbaycandan kənarda olmadığı halda 30 iyun 2006-cı ildə anadan olan uşağın atası olması istisnadır. Ona görədə 11 mart 1999-cu ildə anadan olan X8 və 30 iyun 2006-cı il təvəllüdlü X5 doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunması etibarsız sayılmalıdır. Uşaqların doğum haqqında şəhadətnamələrinin ata qrafasında onun adının yazılmasını 03 mart 2017-ci il tarixdə aliment tələbinə dair qətnaməni rəsmi qaydada əldə edəndən sonra bilmişdir. Hazırki, iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə iclasında 30 iyun 2006-cı il təvəllüdlü X6 bioloji atası olmamasına dair müvafiq ekspertiza keçirilməsinə dair vəsatət verəndən sonra cavabdeh məhkəməyə Nizami rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qətnaməsini təqdim etmişdir və həmin qətnamədən müəyyən olunmuşdur Cavabdeh onu ölmüş elan etdirmişdir. Ona görədə Nizami rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli qərardadı ilə onun, Cavabdeh qarşı “uşaqların doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılmasına dair” iddia ərizəsi ilə əlaqədar mülki işin icraatına xitam verilmişdir. Hal-hazırda Nizami rayon məhkəməsinin 17 avqust 2017-ci il tarixli qətnaməsi ilə həmin məhkəmənin onun ölmüş elan olunmasına dair qətnamə ləğv olunmuş və qanuni qüvvəsini almışdır. Cavabdeh əvvəlki məhkəmə iclasında bildirmişdir ki, 11 mart 1999-cu ildə anadan olan X11 güya o, doğum evindən götürmüşdür. Doğum evi u şaq paylamır ki, oradan uşaq götürsün, həmin uşağı cavabdehin bildirdiyinə görə bacısı uşaq evində işlədiyindən oradan götürmüşdür.

12. Cavabdeh bildirir ki, X2 özü evə gətirib övladları kimi böyütməyi təklif etmiş, hətta iddia ərizələrində də özü təsdiq etmişdir ki, uşağı götürüb saxlamağa etiraz etməmişdir. Uşaqların 8 yaşına kimi böyüdülməsində çox böyük zəhməti olmuş, uşaqlarına və ailəsinə böyük qayğı göstərmiş, uşaqlarının yolunda dəfələrlə qurban kəsib paylamış, qohuməqrabasının evinə aparıbgətirmişdir. Nəriman qardaşı qızı 13 yaşlı X onların evinə gəlib uşaqlara baxmaqda ona kömək etməsinə də şəxsən özü təşəbbüs göstərmişdir. Bütün bunları sübut edən fotoşəkillər də vardır ki, onları məhkəməyə təqdim edəcəkdir. X13 1999-cu ildə, X10 2006-cı ildə doğulmuş, X isə 2007-ci il yanvarın 18-də öz xətti ilə əlyazması ilə ona məktub yazaraq qeyd etmişdir ki, «mən Rusiyaya gedim, 3 gündən sonra Sizə pul göndərəcəyəm, daha sonra isə sizi öz yanıma aparacağam». Çünki X ailəsini və uşaqlarını həmin vaxtlarda çox sevib qayğı göstərmişdir. Sonradan X ailəsindən uzaqlaşıb, pul göndərməməsinə səbəb isə qardaşı ilə arvadının onu ailəsindən uzaqlaşdırmaq və onlara pul göndərməmək, həmin pulları onlara xərcləmək üçün min bir yolla etdikləri cəhdlər yalanlar olmuşdur. X onun üstünə şər ataraq, ərizəsində qeyd etmişdir ki, polislər X xəyanət etməsini, X uşağının olmamasını sübut etmişlər. Bütün bu yazdıqları ilə X ona şər-böhtan-iftira ataraq, şərəf və ləyaqətini alçaltmaq istəmişdir. Lakin onun söylədiklərinin sübut olunmaz olduğu, şər-böhtan olduğu aşkardır. O, hazırda özü İİ qrup əlil olmaqla qanazlığından (anemiya) əziyyət çəkən 2 uşağını X və X saxlamaqla, onların müalicəsi ilə məşğul olmaqla, çox çətin maddi sıxıntılar içərisində yaşayır. Özünün də müalicəyə ehtiyacı var. Belə çətin vəziyyətində X ona dəstək olmaması, ona maddi və mənəvi yardım göstərməməsi, qaçıb gizlənməsi, bu günə qədər bir qəpik də olsa aliment verməməsi, aliment verməmək üçün müxtəlif bəhanələr taparaq ona şər-böhtan atması onun onsuz da pis olan vəziyyətini bir daha pisləşdirmiş, onu depresiyaya, çıxılmaz vəziyyətə salmışdır. Bu neçə illər ərzində qohum-əqrabadan, tanışlarından aldığı borc və götürdüyü kreditlər hesabına uşaqlarını güc-bəla ilə böyüdüb saxlasa da, həmin pulları qaytarmalı olduğu təqdirdə, özünün və uşaqlarının müalicələrini davam etdirmək üçün hazırda Nərimanın ona borclu oldu ğu 25.000 manat alimentə çox böyük ehtiyacı vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 30 iyun 2006-cı il təvəllüdlü X5 doğum akt qeydinə müvafiq düzəlişlər edilməklə doğum haqqında şəhadətnaməsinin ata qrafasında valideyin kimi İddiaçı adının qeyd olunmasının etibarsız sayılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsinə sərf edilmiş, ümumilikdə 127,0 (yüz iyirmi yeddi) manat pulun İddiaçı alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 22 sentyabr 1999-cu il tarixli ərizə əsasında, 11 mart 1999-cu il təvəllüdlü X ata haqqında məlumat qrafasında X9 olaraq qeyd edilmişdir.

15. Bundan başqa 22 sentyabr 1999-cu il tarixli, 18 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydində olan imzanın X9 tərəfindən icra olunub olnmamasının müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş Məhkəmə xətşünaslıq ekspertizasının 12 oktyabr 2020-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, atalığı müəyyən etmək haqqında 22 sentyabr 1999-cu il tarixli 18 nömrəli akt qeydində 16-cı qrafadakı imza, 17-ci qrafada “X” yazısı və imza X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

16. Azər baycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, 11 mart 1999-cu il təvəllüdlü X nə iddiaçının, nə də cavabdehin bioloji uşağı olmasa da, bu halın X7 həmin uşağın atası kimi yazıldığı zaman məlum olduğunu özünün etiraf etməsi, qanunvericiliyin imperativ göstərişinə görə isə, belə halda onun atalığa dair mübahisə açma haqqında iddia tələbinin təmin olunması ümumiyyətlə istisna olunur.

17. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi həçmin hissədə əsassız olduğundan təmin edilməməlidir.

18. Məhkəmə iddia tələbinin “30 iyun 2006-cı il təvəllüdlü X5 doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılması” hissəsinə münasibətdə qeyd edilmişdir ki, 30 iyun 2006-c ı il təvəllüldü X10 ilə iddiaçı X4 bioloji bağlılığının olub-olmamasını müəyyən etmək üçün müvafiq ekspertiza təyin etmiş və Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 25 oktyabr 2019cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında bütün STR lokuslar arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X10 adlı uşağın bioloji atası olması inkar olunmuşdur.

19. Göründüyü kimi, iddiaçı X9 ilə 30 iyun 2006-cı il təvəllüdlü X10 arasında qohumluq əlaqəsinin olmadığı müəyyən olunmuşdur.

20. Belə olan hal da məhkəmə hesab etmişdir ki, iddiaçının dəlilləri həmin hissədə əsaslı olduğundan, iddia tələbi həmin hissədə təmin edilməlidir

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 43, 44.3, 46.2, 47.1, 47.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh apelyasiya şikayətləri vermişlər.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Qürbətov (sədrlik edən və məruzəçi), A.İmanov, V.Sadıqov) 2(103)-8511/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir.

25. Həmçinin kollegiya qeyd etmişdir ki, iddiaçı X və Cavabdeh ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, tərəflət apelyasiya şikayətlərində istinad etdikləri hallarla bağlı məhkəmə kollegiyasına hər-hansı bir mötəbər sübutlar təqdim edə bilməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.

28. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır Kassasiya baxışının hədləri

31. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

32. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində iddiaçı və cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

35. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

37. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

38. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

39. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

40. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələb lər üzrə qətnamə çıxarır. (maddə 218.3)

41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

42. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyas iya instansiyası məhkəməsinə göndərilməlidir.

44. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (37-38)

45. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir.

46. Birinci instansiya məhkəməsi isə qəbul etdiyi qətnaməni 22 sentyabr 1999-cu il tarixli ərizə əsasında, 11 mart 1999-cu il təvəllüdlü X ata haqqında məlumat qrafasında X9 olaraq qeyd edilməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2017-ci il tarixli qərarına istinad la əsaslandırmışdır.

47. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, 11 mart 1999-cu il təvəllüdlü X nə iddiaçının, nə də cavabdehin bioloji uşağı olmasa da, bu halın X7 həmin uşağın atası kimi yazıldığı zaman məlum olduğunu özünün etiraf etməsi, qanunvericiliyin imperativ göstərişinə görə isə, belə halda onun atalığa dair mübahisə açma haqqında iddia tələbinin təmin olunması ümumiyyətlə istisna olunur.

48. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı X9 hər iki uşağa münasibətdə atalığın müəyyən edilməsini deyil, ata qrafasındakı qeydin etibarsız hesab edilməsini tələb etmişdir.

49. İş materiallarından görünür ki, X adlı uşağa münasibətdə həmin qeyd 22 sentyabr 1999-cu il tarixli ərizə əsası nda həyata keçirilmişdir.

50. Bununla bağlı iddiaçının dəlili ondan ibarətdir ki, 22 sentyabr 1999-cu il tarixli ərizə onun tərəfindən yazılmamış və həmin ərizədəki imza onun tərəfindən icra edilməmişdir.

51. Birinci instansiya məhkəməsi 22 sentyabr 1999-cu il tarixli, 18 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydində olan imzanın X9 tərəfindən icra olunub olnmamasının müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş Məhkəmə xətşünaslıq ekspertizasının 12 oktyabr 2020-ci il tarixli rəyi ilə atalığı müəyyən etmək haqqında 22 sentyabr 1999-cu il tarixli 18 nömrəli akt qeydində 16-cı qrafadakı imzanın, 17-ci qrafada “X” yazısının və imzanın X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.

52. Göründüyü ki mi 12 oktyabr 2020-ci il tarixli ekspert rəyi ilə X adlı uşağa münasibətdə ata qrafasındakı qeydin aparılmasına əsas olmuş ərizədəki imzanın X9 tərəfindən icra edilmədiyi müəyyən edildiyi halda apelyasiya instansiyası məhkəməsi X adlı uşağa aid hissədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2017-ci il tarixli qərarına istinad etməklə iddianı rədd etmişdir.

53. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2017-ci il tarixli qərarında qeyd olunmuş halın, yəni 11 mart 1999-cu il təvəllüdlü X nə iddiaçının, nə də cavabdehin bioloji uşağı olmasa da, bu halın X7 həmin uşağın atası kimi yazıldığı zaman məlum olduğunu özünün etiraf etməsi halının hazırkı iş üzrə preyudisiallığı ilə bağlı apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasına m ünasibətdə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 23.02.2016-cı il tarixli qərarındakı hüquqi mövqeyə görə faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.

54. Yalnız məhkəmə tərəfindən qanun la nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır.

55. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

56. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişd irilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir.

57. Beləliklə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər.

58. Göründüyü kimi apelyasiya instansiya sı məhkəməsi Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyinə zidd olaraq hazırkı iş üzrə preyudisial xarakter daşımayan halı hazırkı iş üzrə preyudisial hal kimi qəbul etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.

59. Bundan başqa birinci instansiya məhkəməsi iddianın 30 iyun 2006-cı il təvəllüdlü X adlı uşağa münasibətdə ata qrafasındakı qeydin etibarsız hesab edilməsi hissəsinə aid qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 30 iyun 2006-cı il təvəllüldü X10 ilə iddiaçı X4 bioloji bağlılığının olub-olmamasını müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilmiş və Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 25 oktyabr 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında bütün STR l okuslar arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X10 adlı uşağın bioloji atası olması inkar olunmuşdur.

60. Apelyyasiya instansiyası məhkəməsi qeyd edilən əsaslandırma ilə razılaşaraq birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.

61. Yuxarıda qeyd edildiyi kimi hazırkı iddia hər iki uşağa münasibətdə atalığın müəyyən edilməsinə dair deyil, ata qrafasındakı qeydin etibarsız hesab edilməsi ilə bağlı olduğundan ilk öncə həmin qeydin aparılmasına əsas olmuş hallara hüquqi qiymət verilməlidir.

62. İş materiallarından görünür ki, tərəflərin X adlı uşaqları onların rəsmi nikahda olduqları müddətdə anadan olmuş və qeyd edilən əsasa görə həmin uşağa münasibətdə atalıq qeydi tərəflərin nikah şəhadətnaməsi əasında aparılmışdır.

63. Belə olan halda X adlı uşağa münasibətdə atalıq qeydinin aparılması həmin qeyd aparılan vaxt qanuni olmuşdur.

64. Göründüyü kimi iş üzrə verilən iddia tələbi hər iki uşağa münasibətdə VVAQİ tərəfindən aparılan atalığa dair atalıq qeydinin etibarsızlığına dair, yəni bu qeydin qeyd aparılan vaxt qanunsuz olması ilə bağlı olduğu halda işə baxan məhkəmələr verilən tələbə atalığın mübahisələndirilməsi kimi qiymət vermiş və araşdırmanı bu istiqamətdə aparmışlar.

65. Halbuki, atalığın mübahisələndirilməsi bu barədə olan qeydin qanuniliyi ilə bağlı deyildir və qeyd aparılan vaxt qanuni olduğu halda da atalıq bu qeydin aparıldı ğı vaxtdan sonra istənilən vaxt mübahisələndirilə bilər.

66. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı işə baxılması ayrıca icraatda iddiaçını atalığın müəyyən edilməsini mübahisələndirmək və bu əsasa görə qəbul edilmiş qətnamə əsasında atalıq barədə qeydin ləğv edilməsi barədə VVADQ-ya müraciət etmək hüququnu istisna etmir.

67. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməmiş, nəticədə apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

68. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

69. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X4 və Cavabdeh kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8511/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar