Məhkəmə qərarları › İş №2(102)-918/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-918/2019

22.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-918/2019 22.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlərdən Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi ilə, İddiaçı, cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi MK-nın 19 noyabr 2018-ci il tarixli qərardadından Cavabdeh kassasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Qasımov) İdd iaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası qismən təmin edilmiş 40000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseynov, hakimlər İ.Xəlilov və İ.Vəliyev) Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədədn saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən A.Hüseynov, hakimlər A.İmanov və V.Sadıqov) Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 17 aprel 2017-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 noyabr 2018-ci il tarixli qərardadının tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən verdiyi kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehə 28.04.2018-ci ildə rəsmi qaydada verildiyi halda, sonuncunun kassasiya şikayəti 09 oktyabr 2018-ci ilə, yəni prosessual müddətin ötürülməsi ilə verilmiş, verilmiş şikayətə prosessual müddətin bərpa edilməsi haqqında vəsatət əlavə edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araş dıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. Belə ki, kassasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona rəsmi qaydada verilməsini mübahisələndirir və qətnamə barədə məlumatı icra mərhələsində aldığını bildirir. Məhkəmə sənədlərinin, o cümlədən məhkəmə aktlarının işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsi Mülki Prosessual Məcəllənin 135-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 135.2 və 135.5-ci maddələrinin tələbinə görə bu maddədə göstərilən qaydada verilən sənədlər də rəsmi qaydada verilən məhkəmə sənədi hesab edilir. Belə ki, həmin maddələrin tələbinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından görünür ki, hazırki iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi 28.04.2018-ci ildə Cavabdeh qəbzə imzalanmaqla verilmişdir. Lakin cavabdeh qətnaməni rəsmi qaydada aldığını inkar edir. Ona görə də məhkəmə koll egiyası hesab edir ki, bu hal iş üzrə müvafiq ekspertiza keçirilməklə müəyyən edilə bilər və bu hal müəyyən edilmədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün müddətin axımının başlandığı gün olaraq 28.04.2018-ci il tarixinin müəyyən edilməsi düzgün deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmaldır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi MK-nın 19 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərarqəbuledildiyiandanqüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar