Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-919/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10656/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Sabunçu rayon məhkəməsinin (hakim Zaur Hacıyev) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, C avabdeh 1605 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın, cəmi 1635 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət edərək Cavabdeh 6100 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 6130 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş et mişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Nərimanov rayonu ərazisində yerləşən taxta sexində fəhlə işləmiş, cavabdeh isə həmin sexin rəhbəri olmuşdur. Cavabdeh ona müraciət edərək müəyyən təmir işlərinin (qapı-pəncərə düzəldilməsi) görülməsini xahiş etmişdir. O, da cavabdehin təklifi ilə razılaşmış və təmir işləri görmüşdür. Cavabdehin bunu təsdiq edən imzası və qeyd dəftəri var. Lakin cavabdeh görülmüş işlərin dəyəri kimi 6100 manat pulu ona verməmişdir. O, cavabdehdən pulunu nə vaxt verəcəyini soruşduqda, sonuncu müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Bununla bağlı şikayət ərizələri ilə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət etmiş, lakin aparılmış araşdırmalar nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Bu səbə bdən o, pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilərək Cavabdeh 6100 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 6130 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnaməçıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblər ini pozmuşdur. İşdən göründüyü kimi ilkin məhkəmə iclasında Cavabdeh Nadır oğlu qeyd dəftərindəki imzaların ona məxsus olmadığını bildirmiş və bunu mübahisələndirmişdir. Ekpertizanın rəyi məhkəməyə təqdim edildikdən sonra və qeyd dəftərçəsindəki imzaların Cavabdeh tərəfindən icra olunduğu müəyyən edildikdən sonra o, imzaların ona məxsus olmasını etiraf etmişdir. Lakin məhkəmə bu hala əhəmiyyət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüq uqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddia görülmüş işlərinin dəyəri olan 6100 manat məbləğində pulun tələb edilməsi ilə bağlıdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh üçün təmir işləri görmüş, bunu təsdiq edəcək cavabdeh tərəfindən imzalanmış qeyd dəftəri var. Lakin cavabdeh görülmüş işlərin dəyərini ödəməmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək 1605 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya qeyd dəftərçəsinin “фэрух иши” vərəqi ilə 1150 manat, “февраль” sözü ilə başlayan vərəqi ilə 455 manat olmaqla, cəmi 1605 manat məbləğində borcu olduğu təsdiq olunur. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək iddia tələbini rədd etmişdir. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, qeyd olunan dəftərçə cavabdehin iddiaçıya borcunun olması nəticəsinə gəlməyə imkan vermir. Əvvəla dəftərçədəki qeydlər qeyri-dəqiqdir və hansı əsasla tərtib ol unduğu aydın deyil. Həmin qeydlərin cavabdehin borcunu təsdiq etməsi müəyyən olunmur. Mülki işin 8 və 9-cu səhifələrində olan qeyd dəftərçəsinin surətindən də görünür ki, müəyyən məbləğlər qeyd edilmiş və hər birində imza var. Lakin imzanın hansı əsasla icra olunması, nəyi təsdiq etməsi məlum deyil. Bundan başqa işə baxan birinci instansiya məhkəməsi müxtəlif tarixlərdə iki dəfə məhkəmə-xətşünaslıq ekspertizası keçirmiş, ekspert rəyini tədqiq edərək ekspert qarşısında qoyulmuş suallara tam və düzgün cavab verilmədiyi qənaətinə gəlmiş və qeyd dəftərçəsi üzrə qiymətləndirmə apararaq cavabdehin iddiaçıya 1605 manat məbləğində borcunun olması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin qeyd dəftərçəsi üzrə məhkəmənin apardığı qiymətləndirmə mülahizələrə ə saslanır, qeydlərin qeyri-dəqiqliyi məbləği hesablamağa imkan vermir. İşə baxan məhkəmənin təqdim edilən qeyri-mötəbər əlyazmalar əsasında iki dəfə ekspertiza keçirməsi anlaşılan deyil. Məhkəmənin bununla nəyi müəyyən etmək istədiyi başa düşülən deyil. Ekspertizaya təqdim edilən sənədlər özü mübahisə ilə bağlı hər-hansı nəticəyə gəlməyə imkan vermirsə, qeyri-mötəbər sənədlər əsasında əsl həqiqəti ortaya çıxarmağa lüzum yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum ununxx xxxx 2019-cu il tarixli qərarına əsasən, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktla r əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşdən görünür ki, iddiaçı müxtəlif vaxtlarda rəsmi şikayətlərlə müraciət edərək cavabdehin ona müxtəlif məbləğlərdə borcu olduğunu demişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxx 2007-ci il tarixli qərarda iddiaçı cavabdehdən 1600 (səhifə 69) manat tələb etmişdir. İddiaçının cavabdehə göndərdiyi çoxsaylı vatsap yazışmalarında gah 1200 manat (səhifə 72), gah 1250 manat (səhifə 74), gah 250 manat (səhifə 81) və s. məbləğlər tələb olunur. Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinəəsasən məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı sübutetmə yükünün öhdəsindən gələ bilmədiyi üçün qeyri-müəyyən, qeyri mötəbər, bir-birinə zidd olan yazışmalar əsasında qərar qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə ziddir. İşə baxan məhkəmə tələb edən tərəfin əvəzinə iddianı sübuta yetirməyə borclu deyil. Məhkəmə kollegiyası müki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd dəftərçədəki imzaların Cavabdeh tərəfindən icra olunması onun iddiaçıya borcunun olması anlamına gəlmir. İddiaçı cavabdehin ona borcunun olması barədə tələbini əsaslandıra bilməmiş, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10656/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-919/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-919/2020
17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver