Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-919/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin bağlanmış hesab edilməsi 28.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı müqavilənin bağlanılmış hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi; İşin halları:
1. Mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən 1 nömrəli evin 29 nömrəli mənzili xx.xx.1995-ci il tarixdə X1 verilmiş, həmin mənzil sonuncuya order əsasında istifadə hüququ ilə məxsus olmuşdur.
2. İddiaçı xx.xx.2008-ci il, övladları X2 xx.xx.2008-ci il və X3 xx.xx.2011-ci il tarixdən mübahisəli mənzildə qeydiyyatdadırlar. 3. xx.xx.2013-cü il tarixdə cavabdehin mərhum əri X4 iddiaçıya mübahisəli mənzilə dair öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipotekaya (girov) qoymaq, icarəyə vermək haqqında bütün əqdləri bağlamağı və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. Etibarnamə 10 il müddətinə verilmişdir.
4. İddiaçının deməsinə görə, cavabdehin mərhum əri X4 1996-cı il tarixdə aralarında bağlanmış müqavilə əsasında mübahisələndirilən mənzili 8500 ABŞ dolları müqabilində iddiaçıya satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yeganə vərəsəsi olduğu mərhum əri X4 ilə iddiaçı arasında 1996-cı il tarixində Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 19/87, mənzil 29-da yerləşən mənzilə dair hüquqların alqı-satqı müqaviləsinin bağlanılmış hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, halhazırda qeyd olunan mənzil üzərində iddiaçının mülkiyyət hüquqlar ının dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. Bu səbəbdən 1996-cı il tarixli alqı-satqı müqaviləsi məhkəmə qaydasında bağlanılmış hesab olunmalıdır.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə şifahi etirazını bildirərək qeyd etmişdir ki, iddianın Cavabdeh qarşı qaldırılması səhvdir, iddiaçı tərəfindən iddia X1 qarşı qaldırılmalı idi. Bundan əlavə, mərhum X4 ilə iddiaçı arasında sadəcə kirayə müqaviləsi bağlanmış və sonuncular arasında yoldaşlıq münasibətləri olduğundan mənzilin idarə olunması üçün ona etibarnamə verilmişdir.
8. Cavabdehin nümayəndəsi həmçinin, iddia müddətinin tətbiqinə dair məhkəməyə ərizə verərək müddət ötürüldüyündən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3984/2022 nömr əli, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin edilmişdir. 10.Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında münasibətlər 1996-cı ildə yarandığından hazırkı mübahisə xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına əsasən həll edilməlidir. Qeyd olunan normaların hüquqi mənasına görə mənzilin özəlləşdirilməsi ilə bağlı şəxsin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq hərəkətlər etməsi də şəxsin hüquq qabiliyyətindən irəli gəlməklə iradə ifadəsinin göstəricisidir və müsbət keyfiyyətli hüquqi nəticəyə nail olmaq məqsədi güdür. Buna baxmayaraq, özəlləşdirmə hüququnun faktiki olaraq onun reallaşdırılması mərhələsindən çıxmaqla subyektiv hüquqa transformasiya etməsinə iradədən asılı olmayan istismara qəbul olunmamanın faktor kimi maneə törətməsi, digər tərəfdən isə əldə edən şəxs barəsində mənzilin özəlləşdirilməsindən imtina edilməsinə dair qanunvericilikdə nəzərdə tutulan əsasların mövcud olmaması xüsusi mülkiyyət hüququnun artıq formalaşması kimi dəyərləndirilməlidir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzildə uzun müddətdir yaşamış, ailə üzvləri ilə birlikdə həmin mənzildə qeydiyyata düşmüş, mənzilə dair bütün ödənişlər onun tərəfindən həyata keçirilmiş, mənzilin təsərrüfat işlərini iddiaçı aparmışdır. İşin bu halı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. 12.Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkilinin sözlərinə görə mərhum X4 ilə iddiaçı arasında 2010-cu ildə sadəcə kirayə müqaviləsi bağlanmışdır və sonuncular arasında yoldaşlıq münasibətləri olduğundan mənzilin idarə olunması üçün ona etibarnamə verilmişdir. Buna baxmayaraq, tərəflər arasında kirayə münasibətlərinin olduğunu təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçıya verilmiş xx.xx.2013-cü il tarixli, 730974 nömrəli etibarnaməyə əsasən mübahisəli mənzil üzərində sahiblik və istifadə hüququndan əlavə olaraq, iddiaçıya mənzil üzərində sərəncam hüququ etibar edilmişdir. Cavabdehin nümayəndəsinin izahatında göstərdiyindən fərqli olaraq, iş materialları ilə sübuta yetirilir ki, iddiaçı və onun ailə üzvləri 2010-cu il tarixdən deyil, həmin tarixdən əvvəl, yəni 2008-ci ildən etibarən mübahisəli mənzildə qeydiyyatdadırlar. 13.Cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə məhkəmə qeyd etmişd ir ki, hazırki mülki işin faktiki hallarına əsasən sözügedən iddia tələbi ilə iddiaçı cavabdehdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etməməklə bərabər, bu iddia tələbi mübahisə predmeti olan mənzilin sahiblik hüququnun pozuntularının aradan qaldırılması haqqında olduğundan hazırki iş üzrə iddia müddəti tətbiq oluna bilməz. 14.Məhkəmə öz mövqeyini xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu madəsinin 1-ci hissəsi, 43-cü madəsinin 1-ci hissəsi, 87, 100-1-ci maddələri, qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat 15.Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, orderlə mərhum İldırım Qarayevə məxsus olan mənzildə sonuncudan başqa onun arvadı və 2 övladının da adı qeyd edilmişdir. Orderin mərhumun adına olması o əsası vermir ki, həmin şəxs mülkiyyətçidir və evi istədiyi kimi sata bilər. Çünki orderdə adları qeyd olan şəxslərin mərhum ilə birlikdə eyni hüquqları vardır. Yəni, gələcəkdə həmin mənzil barəsində hər hansı bir əməliyyat həyata keçirən zaman orderdə adları çəkilən şəxslərin eyni hüquqlu şəxs kimi mənzilə hüquqları olacaq və mənzil gələcəkdə özəlləşdirilən zaman həmin şəxslər də eyni hüquqlu mülkiyyətçi kimi öz hüquqlarını tələb edəcəklər. Bu baxımdan həmin şəxslərin icazəsi olmadan hər hansı bir hərəkətin hayata keçirilməsi qeyri-mümkü n olmaqla yanaşı, qanunsuzdur. Bundan əlavə, mübahisəli evə etibarnamə verilməsi tamamilə əsassızdır. Etibarnamə xüsusi mülkiyyət hüququ ilə məxsus olan hər hansı mülkiyyətə dair hüquqların həyata keçirilməsini ehtiva edir. Hazırki halda isə orderlə məxsus olan mənzilin etibarnamə əsasında satılması qanuni cəhətdən tamamilə əsassız və absurddur. Həmçinin onun ümumiyyətlə nə belə bir müqavilədən xəbəri, nə də razılığı olmuşdur. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, iddia müddəti köhnə Məcəlləyə əsasən 3 il müddət nəzərdə tutulmuşdur. İddiaçı qeyd edilən müqavilənin bağlanılmasına dair heç bir sübut təqdim etməmiş, 8500 ABŞ dollarının cavabdehə verilməsini təsdiq edən heç bir hal mövcud olmadığı halda məhkəmə bunu öz mülahizəsinə əsasən qəbul etmişdir. Halbuki iddiaçı ö z istinad etdiyi halları sübut etmək məcburiyyətindədir. Bu qanunun tələbidir. Bundan əlavə, mübahisə üzrə iddia müddəti də ötürülmüşdür. Çünki belə bir müqavilə olmuş olsa idi, iddiaçı 26 il ərzində bu iddianı qaldırmalı idi. Lakin iddiaçı bunu etməmişdir. Çünki belə bir müqavilə olmamışdır. Cavabdeh apellyasiya şikayətində onu da qeyd etmişdir ki, məhkəmə onun ifadəsini təhrif etmişdir. Belə ki, o, bildirmişdir ki, cavabdeh iddiaçı ilə şifahi formada razılaşaraq öz evində onların yaşamasına şərait yaratmışdır. Yəni bir növ şifahi kirayə müqaviləsi bağlayaraq özünə məxsus mənzildə iddiaçıların yaşamasına şərait yaratmışdır. Lakin məhkəmə buna dair cavabdeh olaraq onlardan sübut gözləmişdir. Amma iddiaçının 8500 manatı harda, kimə, hansı şəraitdə kimin yanında verməsi barədə heç bir sübu t tələb etməmişdir. 17.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - Fuad Babayev (məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) 2(103)-6386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmişdir. 18.Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının uzun müddətdir mübahisəsi gedən mənzildə yaşadığı müəyyən olunsa da bu, iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, baxılan iş üzrə daşınmaz əmlak olan mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və cavabdehin mərhum əri ilə iddiaçı arasında həmin mənzilin alqı-satqısı barədə yazılı müqavilənin olmadığı işin mübahisəsi z hallarıdır. 19.Məhkəmə kollegiyası nəzərə almışdır ki, daşınmaz əmlakla bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair verilmiş etibarnamə həmin əmlakın alqı-satqısı barədə yazılı müqaviləyə bərabər tutula bilməz. Çünki etibarnamənin təyinatı alqı-satqı müqaviləsindən fərqlidir, etibarnamə alqı-satqı müqaviləsinin mühüm şərtlərini (tərəflərin alqı-satqı barədə iradəsini, əmlakın dəyərini və s.) özündə əks etdirmir. Halbuki məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir və belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. 20.Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin dəyəri olaraq 8500 ABŞ dollar ı ödədiyini bildirsə də, qeyd edilən məbləği hansı vaxta, kimə, harada ödəməsini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ən əsası, mübahisəli mənzil order əsasında cavabdehin mərhum ərinə verilmiş, həmin mənzil onun xüsusi mülkiyyətində olmamışdır. 21.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, mərhum mübahisə predmeti olan mənzilin mülkiyyətçisi olmadığından, onun əmlak barəsində sərəncam vermək hüququ da olmamışdır. 22.Məhkəmə gəldiyi nəticəni xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39, 43 və 230-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 23.İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 2(103)-6386/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 24.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin əsasını təşkil edən müqavilənin bağlanlmış olması faktı məhkəmə tərəfindən ətraflı araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı evin satın alındığı 1996-cı ildən həmin mənzildə yaşayır və bütün ailə üzvləri ilə birlikdə həmin mənzildə qeydiyyatdadır. Cavabdeh tərəf, o cümlədən, məhkəmə iddiaçının hansı əsasla satıcı tərəfindən verilmiş razılıqla mənzildə 30 ilə yaxın müddət yaşamasına düzgün qiymət verməmişdir. Digər tərəfdən, qanunvericilik və məhkəmə təcrübəsi qanunvericiliklə müəyyən edilmiş əqdlərin də sonradan məhkəmə qaydasında etiba rlı hesab edilməsinə imkan verir və bu zaman tərəflərin həqiqi iradə ifadələrinə nəzərə yetirilir. İddiaçıya cavabdeh tərəfindən mənzillə bağlı sərəncamvermə hüququ daxil olmaqla verilmiş səlahiyyətlərdən aydındır ki, yalnız mülkiyyət hüququnun ötürülməsi barədə tərəflər arasında tam razılaşma olduqda mümkündür. Mənzilin iddiaçıya verildiyi bütün müddət ərzində cavabdeh və onun ailə üzvlərindən mənzillə bağlı hər hansı tələb və ya iddia mövcud olmamışdır. Mənzilinin sənədlərinin iddiaçıya (alıcıya) verilməsi, mənzili istədiyi şəxsin adına sənədləşdirməsi üçün iddiaçının adına etibarnamə rəsmiləşdirməsi və ən əsası, yaşadığı mənzili onu satdığı şəxsə tam təhvil verməsi, bununla da cavabdehin iddiaçıya ünvanlanmış iradə ifadəsini sona çatdırması, iddiaçının da öz növbəsində satın aldığı mə nzili qəbul edib mənzili öz istədiyi kimi idarə etməsi, ailə üzvləri ilə birlikdə həmin mənzildə daimi qeydiyyata alınması, iddiaçının da həmin mənzil üzərində hüquqları yarandığından, mənzili qəbul edib istifadə etməklə sahiblik etdiyindən, satıcı cavabdeh ilə alıcı iddiaçı arasında etibarlı əqd əmələ gəldiyi, satıcı cavabdehin əmlakını iddiaçının mülkiyyətinə verməklə ondan razılaşdırılmış pul məbləğini aldığı, alıcı iddiaçının isə əmlakı mülkiyyətinə qəbul etməklə razılaşdırılmış pul məbləğini satıcı cavabdehə ödəməklə aralarında mənzilə dair hüquqların alqı-satqısını bitirdikləri, həmçinin bu əqdin cavabdeh tərəfindən bəyənilməsi müqavilənin bağlanılmış hesab edilməsi üçün əsasdır. Əqdin bağlandığı anda qüvvədə olan mülki qanunvericiliyin qeyd olunan tələbləri əqdin etibarlı hesab edil məsi üçün hüquqi və qanuni əsas yaradır. Beləliklə, məhkəmə tərəfindən qüvvədən düşmüş və hal-hazırda qüvvədə olan Mülki Məcəllənin və Mənzil Məcəlləsinin tələbləri düzgün tətbiq olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsi 26.Maddə 39 (1-ci hissə). Vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. 27.Maddə
43. Əqdlərin notarial qaydada təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur 28.Maddə 230. tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqısatqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 22 mart 2006cı il tarixli qərarı 29.Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsi daşınmaz əşyaların alqısatqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndir ir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı 30.Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi v əziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 31.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 35.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 36.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 37.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 38.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 39.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 40.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 41.Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 42.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə, mübahisələndirilən mənzilin alqı-satıqı üçün iddiaçının iddia etdiyi şəxsin (cavabdehin həyat yoldaşının) mülkiyyət hüququnun olmaması və müqavilə bağlamaq səlahiyyətinin olmaması nəticəsinə gəlinmişdir.
44. Bu səbəbdən, məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 45.Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. 46.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(103)-6386/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.