Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-92/2021 27.01.2021 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh4 vəkili Vəkil2, Cavabdeh2 qızının iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-3183/2018 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının və Cavabdeh3 oğlunun xxx dən mənzildən istifadə hüququ o lmayan hesab edilməsi və mənzildən çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçılar Cavabdeh1, Cavabdeh2 İkram qızı və Cavabdeh3 İkram oğlu cavabdehlər İddiaçı, Cavabdeh4 və X1 qarşı iddia qaldıraraq, müqavilələrin və çıxarışların etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-64/2018 nömrəli qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, ilkin iddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh4 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Abşeron rayonu 1 saylı Notariat kontorunda təsdiqlənən 68.3 kv. metr ümumi sahəsi olan xxx in və 0.016 ha torpaq sahəsinin bağışlanması müqav iləsinin etibarsız hesab edilməsi, İddiaçı adına ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi və qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun 5 (beş) manat hissəsinin əvəzi cavabdehdən tutulub iddiaçılara verilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-3183/2018 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin, Abşeron rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla ilkin İddiaçı Cavabdeh1, Cavabdeh 2 İkram qızı və Cavabdeh3 İkram oğluna qarşı xxx dən mənzildən istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılmasına dair ilkin iddia tələbinin rədd edilməsi, apelyasiya şikayətinə və ilkin iddianın qaldırılması üzrə ödənilmiş cəmi 15 (on) manat, 40 (qırx) qəpik dövlət rüsumları iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh4 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Abşeron rayonu 1 saylı Notariat kontorunda təsdiqlənən 68.3 kv. metr ümumi sahəsi olan xxx in və 0.016 ha torpaq sahəsinin bağışlanması müqaviləsi etibarsız hesab edilməsi, cavabdeh İddiaçı adına ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı çıxarış etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun 5 (beş) manatı ilkin İddiaçı tutulub onlara verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh4 həmin qətnamədən kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnamənin ləğv edilməsini, işin mahiyyəti üzrə yenidən araşdırılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Cavabdeh4 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin hakiminin xx.xx.2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 vəkili Vəkil2 kassasiya şikayəti nin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh4 kassasiya şikayəti prosessual qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qə tnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi qanunverici o şəxslərin kassasiya şikayəti vermək hüququnu nəzərdə tutmuşdur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə həmin şəxslərin tələbləri təmin edilməmiş olsun. Hazırkı işdə isə Cavabdeh4, tərəfi olduğu (onunla İddiaçı arasında bağlanmış) xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verməmişdir. Başqa sözlə, Cavabdeh4 kassasiya şikayəti verdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun təmin edilməmiş tələb ləri (şikayəti) mövcud deyil. Belə olan halda, Cavabdeh4 kassasiya şikayəti vermək hüququ qanunda nəzərdə tutulmamışdır. Kollegiya onu da qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılsa da, Cavabdeh4 tərəfi olduğu müqaviləyə münasibətdə eyni nəticəyə gəlinmiş, Cavabdeh4 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Abşeron rayonu 1 saylı Notariat kontorunda təsdiqlənən 68.3 kv. metr ümumi sahəsi olan xxx in və 0.016 ha torpaq sahəsinin bağışlanması müqaviləsi etibarsız hesab edilmişdir. Odur ki, Cavabdeh4 həmin xüsusat üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermədiyi halda, apelyasiya instansiyası məhkəməsinin q ətnaməsindən kassasiya şikayəti verməsi MPM-nin 403.1-ci maddəsinin tələbləri baxımından mümkün sayıla bilməz. Göstərilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, Cavabdeh4 kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, geri qaytarılması üçün apelyasiya instansiyası məhkəməsinə gönədrilməlidir. Belə ki, MPM-nin Maddə 417.1.7-ci maddəsində görə, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-3183/2018 nömrəli qətnaməsindən Cavabdeh4 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilsin, iş kassasiya baxışından çıxarılmaqla, geri qaytarılması üçün apelyasiya instansiyası məhkəməsinə gönədrilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-92/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-92/2021
27.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver