Məhkəmə qərarları › İş №2(102)-920/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-920/2023

05.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-920/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh iş üzrə QƏRARİ İş № 2(102)-920/23 (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5895/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 05 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı C avabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından övladları olmamışdır. 2. 2017-2019-cu il tarixdə, yəni birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X11 yerləşən 3 otaqdan ibarət özbaşına tikili olan fərdi yaşayış evini tikərək orada məskunlaşmışlar.

3. İddiaçı 2020-ci il tarixdə Cavabdeh tərəfindən məcburi olaraq sözügedən evdən çıxarılmışdır.

4. İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Cavabdeh iddiası əsasında Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-435/2021 saylı qətnaməsi ilə pozulmuşdur.

5. İddiaçı və Cavabdeh Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mövsüm Sənani küçəsi, X15 (İdris Suleymanov) ünvanında qeydiyyatsız yaşamaları barədə Sabunçu rayon İcra Hakimiyyəti K ürdəxanı qəsəbə nümayəndəliyi xx.xx.2020-ci il tarixli arayış vermişdir.

6. İddiaçı məxsus cehiz əşyaları həmin evdə qalmışdır.

7. Belə ki, Cavabdeh tərəfindən məhkəmədə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, X15, İdris Suleymanov küçəsində yerləşən və ona məxsus fərdi yaşayış evindən çoxsaylı cehiz əşyalarının çıxarılması barədə iddia ərizəsi vermişdir. 8. "xxxx" ASC-nin Abunə Haqqında hesabatından görünür ki, mübahisəli evə sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır.

9. Həmçinin, Google xəritədən də görünür ki, mübahisəli ev 2014-cü ildə tikilməmişdir, yəni mövcud olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X15 (İdris Suleymanov) küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə nikaha girmiş, uşaqları olmamış, birgə nikah dövründə adıçəkilən evi birlikdə inşa edərək orada yaşamışdılar. 2020-ci ildə Cavabdeh tərəfindən məcburi olaraq oradan çıxarılmışdır. Nikah Cavabdeh iddiası əsasında pozulmuşdur. Bütün cehiz əşyaları həmin evdədir. Neçə vaxtdır ki, validyenlərinin yanında yaşamağa məcbur qalmışdır.

12. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddiaya etiraz verməmişdir.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)3764/2021 nömrəli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Mövsüm Sənani küçəsi, X15 (İdris Suleymanov) küçəsində yerləşən yaşayış evinə köçürülməsi qət olunmuşdur.

14. Məhkəmə hesab etmişdir ki, İddiaçı məcburiyyətdən həmin evi tərk etmişdir, ona məxsus cehiz əşyaları bu günə kimi həmin evdədir, ev Cavabdeh məxsusdur.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.2, 27.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ev birgə nikahdan əvvəl atası t ərəfindən tikilmiş, evin tikilmə tarixini sübut edəcək foto şəkillər, tikintidə iştirak etmiş ustalar, materialların sifariş edildiyi mağazaların sahibləri, torpağın illər əvvəl alınmasını sübut edəcək bələdiyyə qərarı, həmin torpaq sahəsinin bir qisminin atasına ayrılması barədə notarial sənədin surəti mötəbər sübutlardır ki, ev birgə nikahdan əvvəl atası tərəfindən inşa edilmişdir və ona məxsus deyildir. Məhkəmə tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəlmişdir, əvvəla İddiaçı köçməsini istədiyi ev birgə nikah dövründə deyil, ondan əvvəl inşa edilmişdir və iddiaçı gəlin gələrkən artıq ev hazır vəziyyətdə idi. Bundan əlavə evin hər hansı bir hüquq müəyyənedici sənədi olmasa belə evin yerləşdiyi torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ vardır və məhkəmə 3-cü şəxsləri işə cəlb etmədən onların hüquqlarına toxunan qətnamə qəbul etmişdir.

18. İddiaçının keçmiş qayınatası X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

19. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsini Bələdiyyə qərarı əsasında X14 almış, 30 illik etibarnamə əsasında ona satmışdır. Böyük oğlu Bakıda mübahisəli torpağa yaxında yaşayır, 5 otaqlı evi var. O özü İsmayıllı rayonundan gəlmiş və böyük oğluna yaxın yerdə həmin torpaq sahəsini almışdır. Torpaq sahəsi Kürdəxanı qəsəbəsində yerləşir. Gəlini, yəni cavabdeh İddiaçı İsmayıllı rayonuna gəlin köçmüşdür. İkinci oğlu, yəni Nərgizin keçmiş əri Soltanov X6 Hallar Nazi rliyində işləyir, işini dəyişə bilmədiyindən gəlini İddiaçı 2017-ci ildə İsmayıllı rayonundan Bakıya köçmüşdür. İddiaçı böyük oğlu Şəmistanın evinə köçərək orada yaşamışdır. Nərgizin cehiz əşyaları toydan sonra oğlu Şəmistanın evinə yığılmışdır. Sonralar, Nərgiz böyük gəlini ilə yola getmədiklərindən o evdən çıxmışdır. Şəmistanın evi 2012-ci ildə tikilmişdir. Sözügedən evi isə 2014-cü ildə tikildiyini bildirmişdir. Gəlini Nərgiz onlarla da yola getmədiyini, ayrı yaşamaq istədiyini bildirmişdir.

20. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə Xanəli oğlunun vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sözügedən evdə təmir işlərini görmüşdür, təmir işinə 2015-ci ilin əvvəli başlamış, ilin axırı bitirmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5895/2022 nömrəli iş üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Babayev Fuad və Rafael Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, iddiaçının keçmiş qayınatasının-hazırkı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 dediyi iş materialları ilə təkzib olunmaqla bərabər, ağlabatan dəlillərə söykənmir.

23. Belə ki, əgər 2014-cü ildə mübahisəli ev hazır olsa idi, iddiaçının keçmiş qaynatasının-hazırkı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 dediyi kimi iddiaçının keçmiş əri onlar ailə qurduqları 201 7-ci ildə Bakıdan İsmayıllıya işə gedib-gəlməzdi, elə həmin evdə qalardılar, ya da cehiz əşyaları qaynının evinə yığılmazdı. Mübahisəli evin 2019-cu ildə hazır olması "xxxx" ASC-nin Abunə Haqqında hesabatından da görünür. Mübahisəli evə sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır. Həmçinin, GOOGLE xəritədən də görünür ki, mübahisəli ev cavabdeh və onun keçmiş qayınatası dediyi kimi 2014-cü ildə tikilməmişdir, yəni mövcud olmamışdır.

24. Beləliklə məhkəmə kollegiyası müəyyən etmişdir ki, mübahisəli ev tərəflərin nikahından sonra, yəni 2017-2019-cu ildə tikilmişdir. Nəhayət ev 2019-cu ildə hazır olmuş və iddiaçı cehiz əşyalarını da tikilən həmin evə yığaraq keçmiş əri, yəni cavabdehlə birgə yaşamışdır. 2020-ci ildə cavabdeh onu məcburi şəkildə evdən çıxarmışdır. İddiaçı məcburiyyətdən h əmin evi tərk etmişdir, ona məxsus cehiz əşyaları bu günə kimi həmin evdədir, ev cavabdehə məxsusdur.

25. Məhkəmə hesab etmişdir ki, mübahisəli evin özbaşına tikinti olmasını, həmin evin tərəflərin birgə nikahı dövründə inşa olunmasını, tərəflərin birlikdə orada yaşamasını, hazırda Cavabdeh İddiaçı qarşı həmin evdə yaşamalarına maneə törətməsini nəzərə alıb, qanunvericiliyin normalarına əsaslanaraq, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyanın 25, 43, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.1, 27, 180, Mülki Prosessual Məcəllənin 106.1, 384, 392, 402.1-ci madd ələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyasının qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh atası X7 evə dair sahibliyi 2019-cu ilin axırlarında İddiaçı və Cavabdeh vermişdir. İddiaçı cəmi 3 ay yaşadıqdan sonra könüllü qaydada çıxıb getdiyinə görə, onun sahibliyinə faktiki olaraq xitam verilmişdir. Belə ki, üzərində yaşayış evi tikilmiş torpaq sahəsi, məhz fərdi yaşayış evinin tikintisi üçün Əzizov Azad adlı şəxsə Kürdəxanı Bələdiyyəsi tərəfindən satılmışdır. Ona görə də, həmin ev özbaşına tikili sayıla bil məz. Həmçinin, Binəqədi rayon Bələdiyyəsinin alqı-satqı-aktına əsasən üzərində iddia predmeti olan ev tikilmiş torpaq sahəsi X10 verilmişdir. X14 20 illik etibarnamə ilə həmin torpaq sahəsini Cavabdeh atası X5 vermişdir. X7 həmin torpaq sahəsində 2015-2017-ci illər ərzində ev inşa etdirmişdir. Ona görə də həmin evin sahibi X7 hesab olunur. İşdə olan sənədlərdən görünür ki, torpaq sahəsi X8 qanuni istifadəsindədir və həmin torpaq sahəsini o, X5 20 illik etibarnamə ilə vermişdir. Ona görə də mübahisə predmeti olan ev özbaşına tikili kimi qiymətləndirilə bilməz. Mübahisə predmeti olan ev X9 qanuni istifadəsində olan və onun tərəfindən X5 20 illik etibarnamə əsasında verilmiş torpaq sahəsi üzərində sonuncu tərəfindən tikilmişdir.

29. Kassator şikayətini Azərbaycan Respublikası Şəhərsalma və Ti kinti Məcəlləsinin 80.1, 80.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 159.1, 163.1, 180.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazı verərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmə\dən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

31. Maddə 43.

1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

33. Maddə

27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

34. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

35. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

36. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

37. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respub likasının Konstitusiyasının 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?.

33. İşin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikilidir və tərəflər nikahda olduqları vaxt birgə vəsait hesabına həmin evi inşa edərək həmin yaşayış evində birgə yaşamışlar.

34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yaşadığı sahədən məhrum edilməsi qanunsuzdur. Məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələn ən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın.

35. Lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən evə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəmələrə təqdim olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mənzildə yaşamaq hüququnu bərpa etməklə, düzgün nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. 3

7. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

38. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən veri lmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5895/2022 nömrəli mülki iş üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar