Məhkəmə qərarları › İş №2(102)-921/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-921/2023

23.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-921/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı ilk, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İddiaçı (üçüncü şəxs “Təbib” Publik hüquqi şəxs) qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasına görə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7018/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "işlə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Bakı şəhərində və yaxud Abşeron rayonunda cavabdehin tabeçiliyində olan tibb müəssisələrinin birində həkim-stomatoloq kimi işlə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, ona dəymiş 5250 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilmə sini xahiş etmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İddiaçı qarşı «müqavilənin ləğv edilməsi tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2194/2022 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli (bundan sonra birinci instansiya məhkəməsi) qətnaməsi ilə (hakim Rəşid Səmədov) ilə ikin iddia qismən təmin edilmiş, İddiaçı daimi yaşayış yeri nəzərə alınmaqla, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin birində həkimstomatoloq kimi işlə təmin edilməsi vəzifəsinin cavabdeh Səhiyyə Nazirliyinə həvalə edilməsi, ilkin iddia ərizəsinin qalan hissədə və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbay can Respublikasının Səhiyyə Nazirliyi “rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilədə göstərilən şərtlərlə razılaşaraq İddiaçı ilə həmin müqaviləni bağlamışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 760 saylı müqavilənin 3.1.2-ci bəndinə əsasən hazırlığı uğurla başa vurmasından sonra rezidenti həkim-mütəxəssis kimi işlə təmin etmək Səhiyyə Nazirliyinin vəzifəsidir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, İddiaçı daimi yaşayış yeri nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin birində həkim-stomatoloq kimi işlə təmin edilməsi vəzifəsi Səhiyyə Nazirliyinə həvalə edilməlidir.

6. Məhkəmə ilkin iddia tələbinin “dəymiş 5250 manat maddi ziyanın və 5000 manat da mənəvi ziyanın cavabdehdən tutularaq iddiaç ıya ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

7. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının “şəraitin əhəmiyyətli dərəcədə dəyilməsi ilə bağlı” verdiyi izahatla əlaqədar qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halına istinad etməklə müqavilənin digər tərəfin ziyanına ləğv edilməsi barədə iddiası əsaslı hesab oluna bilməz.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 390.1, 425.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, ilkin id dianın tam təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbinin ikinci-təmin edilməyən hissəsi həmin iddia tələbinin birinci, yəni təmin edilən hissəsi ilə əlaqədardır, ondan törəmədir. İşin materiallarında olan sübutlardan və tərəflərin izahatlarından da görünür ki, tərəllər arasında mövcud müqavilə üzrə öhdəlik ilkin iddia üzrə cavabdeh tərəfindən yerinə yetirilməməsi səbəbindən iddiaçı, İddiaçı 2019-cu ilin dekabrında həkimstomotoloq qismində rezudentura təhsilini başa vurmasına baxmayaraq işlə təmin edilməmişdir. Bu səbəbdən ilkin iddia üzrə cavabdehin təqsiri ucbatından maddi və mənəvi ziyana məruz, qalmışdır. Maddi ziyanın məbləğini müəyyən etmək üçün ilkin iddia üzrə iddiaçı həm bilavasitə özü, həm də məhkəmə vasitəsilə həkim- stomotoloqların orta aylıq əmək haqqının müəyyən edilməsi üçün həm cavabdehə, həm də bir çox tibb müəssisələrinin idarəcdilməsini həyata keçirən “Təbib" X3 səlahiyyətli şəxslərinə müvafiq sorğular göndərsə də, həmin sorğulara heç bir cavab verilməmişdir. Ona görə də ilkin iddia üzrə iddiaçı, respublika üzrə aylıq minimal əmək haqqı məbləğini əsas götürərək, həmin məbləği işlə təmin edilmədiyi ayların cəminə vuraraq, ilkin iddia üzrə cavabdehdən ona 5250 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmişdir. İddiaçının irəli sürdüyü 5000 manat məbləğində mənəvi zərərə gəldikdə isə ilkin iddia üzrə cavabdeh təıəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi şübhəsiz ki, İddiaçı mənəvi sarsıntılara, iztirablara səbəb olmuşdur. İxtisaslı həkim-stomotoloq olmasına baxmayaraq, işlə t əmin edilməməsi səbəbindən valideynlərinin himayəsi altında, onların maddi yardımı ilə yaşamağa məcbur olmuşdur ki, bu hal da onda olan mənəvi iztirabları günü-gündən artırmaqdadır. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçının iddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi barədə tələbi ilkin iddia üzrə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən əmələ gəlmişdir. Həkimstomotoloqların aylıq orta əmək haqqı ilə bağlı ilkin iddia üzrə iddiaçının bilavasitə özünün və məhkəmənin sorğularının ilkin iddia üzrə cavabdeh və digər səlahiyyətli qurumlar tərəfindən cavablandırılmaması səbəbindən İddiaçı öz tələbini əsaslandıran sübutları məhkəməyə təqdim etməməsi barədə hakimin mövqeyi bu səbəbdən tamamilə əsassızdır. Qeyd edilənlər onu göstərir ki, Bakı şəhəri Nəsimi rayon məhk əməsinin 10 iyun 2021-ci ii tarixli qətnaməsi ilkin iddianın təmin edilməyən hissəsinə münasibətdə qanunsuz və əsassız lıesah edilərək həmin hissədə ləğv edilməli və iş iizrə ilkin iddianın tamamilə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməl idi.

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki tibb müəssisələrində həkim-stomatoloq vəzifəsi mövcud deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həkim-mütəxəssis ixtisasları İddiaçı həkim-stomatoloq ixtisasına uyğun olmadığından iddiaçı ilə bağla nan 12 avqust 2016-cı il tarixli 760 nömrəli müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2014-cü il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidenturanı bitirən həkimmütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları"nın 2.8-ci bəndinə əsasən Təyinat aparılarkən aşağıdakı hallarda rezidenturanı bitirən şəxlərin vakansiya üzrə istəyi nəzərə alınır: müvəffəqiyyət göstəricilərinin yüksək olması: rezidentura oxuyarkən şəxsin apardığı elmi tədqiqat fəaliyyəti. Yuxarıda qeyd edilən hallar olmadıqda isə onlara azad təyinat haqqında arayış verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi həkim-mutəxəssislərə təyinat verilən zaman diskresion səlahiyyətlərə malikdir. İnzibati Prosessual Məcəlləsinin 71.2-ci m addəsinə əsasən Məhkəmə inzibati orqanın diskresion səlahiyyətlərə malik olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır. İddiaçı yaşayış yerininin nəzərə alınmaqla işlə təmin olunması Səhiyyə Nazirliyinin diskresion səlahiyyəti olduğundan Məhkəmə tərəfindən hər hansısa bir qərarın qəbul edilməsi qanunsuzdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının 2019-cu il tarixli qərarı ilə 2019-ci il məzunlarından olan həkimstomatoloqlara azad təyinat verilmişdir. İddiaçı "Rezidenturanı bitirən həkimmütəxəssislərin ış yerlərinə göndərilməsi Qaydalarının 2.12-ci bəndinə əsasən Həkimmütəxəssisin komissiyasının qəbul etdiyi qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmə hüq uqu vardır. Lakin iddiaçı həmin qərardan şikayət etmədiyi halda məhkəməyə iddia tələbi irəli sürməyi əsassızdır və həmçinin Nəsimi Rayon Məhkəməsinin 1006.2021-ci il tarixli 2(006)-2194/2021 saylı qətnaməsi qanunsuz hesab edilərək ləğv edilməlidir. Nəsimi Rayon Məhkəməsi tərəfimizdən verilən qarşılıqlı iddianı - şəraitin əhəmiyyətli dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi halını heç bir əsas olmadan təmin etməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Strukturu”nda və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən əksər tibb müəssisələri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturna daxil olan tibb müəssisələri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturna daxil olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə idarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi, habelə tabelıyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri TƏBİB-in tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan tibb müəssisələrində həkimstomatoloq ixtisası mövcud deyildir və İddiaçı işlə təmin edilməsi məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə (şəraitin əhəmiyyətli dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi) əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi olduğundan mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İddiaçı arasında qeyd olunan müqavilə bağlanıla rkən Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 910 nömrəli Fərmanının mövcud olmadığına görə şəraitin əhəmiyyətli dəyişməsi ilə bağlı situasiya mövcud olmamış və "TƏBİB” qurumu da yaradılmamışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İddiaçı arasında bağlanan 12 avqust 2016-cı il tarixli, 760 nömrəli müqavilə ləğv olunmalıdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-668/2022 nömrəli iş üzrə 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Fuad Babayev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilkin iddianın qismən təmin edilərək ilkin iddia üzrə İddiaçı daimi yaşayış yeri nəzərə alınmaqla, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin birində həkimstomatoloq kimi işlə təmin edilməsi vəzifəsinin cavabdeh Səhiyyə Nazirliyinə həvalə edilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və mənəvi ziyan tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi, ilkin iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Şikayət onun la əsaslandırılmışdır ki, İddiaçı həkim-stomatoloq qismində rezidentura təhsilini yüksək göstərici ilə başa vurmuşdur. Buna baxmayaraq işlə təmin edilməmişdir. İddiaçı əmək haqqı almaq imkanından məhrum olmuşdur və bu səbəbdən hazırki maddi hüquq norması onun maddi ziyan tələbi barədə iddiasının haqlı olduğunu göstərir. Həmçinin, maddi ziyan məbləğini müəyyən etmək üçün İddiaçı və birinci instansiya məhkəməsinin həkim-stomatoloqların orta aylıq əmək haqqları barədə məlumat verilməsi ilə bağlı həm cavabdehə, həm də “Təbib” X3 səlahiyyətli şəxslərinə ünvanlanmış sorğuları iş materiallarında var, və həmin sorğulara cavab verilməmişdir. İddiaçı bu səbəbdən ölkə üzrə aylıq minimal əmək haqqı məbləğini əsas götürərək, həmin məbləği işlə təmin edilmədiyi ayların cəminə vuraraq maddi ziyan tələb e tmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara münasibət bildirməyərək qanun və məhkəmə qarşısında bərabərlik prinsipini pozmuşdur.

17. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti və daha sonra kassasiya şikayətinə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə icraata ilk iddiaya münasibətdə xitam verilməsini xahiş etmişdir.

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3841/2022 nömrəli iş üzrə 23 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər – İsmayıl Xəlilov (sədrlik edən və məruzəçi), Ələsgər Əliyev və Mehparə Əhmədova) kassasiya şikayətləri qismən təmin edilmiş, ap ellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

20. Məhkəmə kollegiyasının mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə yekun nəticəyə gəlmək üçün cavabdehin qarşılıqlı iddiasında irəli sürdüyü dəlilləri kifayət qədər yoxlamamış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan tibb müəssisələrində həkim-stomatoloq ixtisasının mövcud olub-olmamasını, iddiaçının işlə təmin olunması üçün boş ştat vahidinin mövcudluğunu aydınlaşdırmamışdır. Cavabdeh təşkilat belə bir ixtisasın olmadığını rəsmi olaraq bəyan etmiş və bu barədə məhkəməyə rəsmi sənəd göndərmişdir (qarşılıqlı iddia və iddiaya etirazlar).

21. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ilk iddia təmin olunan tələb olduğundan qarşılıqlı iddia rədd edilməlidir. Lakin, məhkəmə nəzərə almamışdır ki, qarşılıqlı iddia ilk iddianın təmin olunmasını aradan qaldırır və qarşılıqlı iddianın əsassız olması sübuta yetirilmədən ilk iddianın təmin olunması mümkün deyil. Çünki cavabdehin dəlili ondan ibarət olmuşdur ki, hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan tibb müəssisələrində həkim-stomatoloq ixtisası mövcud deyil.

22. Məhkəmə hesab etmişdir ki, iddiaçının əsassız olaraq işlə təmin edilmədiyi qənaətinə gəldiyi təqdirdə hansı əsaslarla iddiaçıya ümumiyyətlə maddi və mənəvi ziyan vurulmamasını əsaslandıra bilməmişdir.

23. Həmçinin məhkəmə hesab etmişdir ki, maddi ziyanın məbləği ilə bağlı iddiaçı tələbini aydınlaşdırmışdır. Hesab etmişdir ki, onun müvafiq sorğuları əsasında həkimstomatoloq vəzifəsində çalışan şəxslərin vəzifə maaşla rı barədə məlumatı ona verməmişlər, lakin buna baxmayaraq o, minimum yaşayış həddi ilə kifayətlənərək işsiz qaldığı dövr üçün ona həmin məbləğdə vəsait verilməsini tələb edir. Eyni zamanda qarşı tərəfin müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən işsiz qaldığı üçün mənəvi ziyan tələb edir.

24. Məhkəmələr iddia tələbini həmin hissədə rədd edərkən iddiaçının sübutetmə yükü ilə bağlı vəzifələrinin öhdəsindən gələ bilməməsinə istnad etsələr də, həmin vəzifələrin nədən ibarət olması, iddiaçının işin hansı halını sübut etməli olması ilə bağlı əsaslandırma aparmamışlar. Əgər məhkəmə şəxsin müqavilə öhdəliklərinə uyğun olaraq əsassız olaraq işlə təmin edilməməsi, uzun müddət işsiz qalması qənaətinə gəlirsə, onda şəxsin ümumiyyətlə mənəvi zərər çəkməməsi qənaətini əsaslandırmalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin əmək hüquqlarının pozulması halında da şəxsə mənəvi zərər vurulması istisna deyil.

25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 390.1, 425.1-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7018/2022 nömrəli iş üzrə 12 dekabr 2022-ci il tarixli qərardadları ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), İlham Kərimli və Rəfael Eyvazov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmış, ilkin iddia tələbinə dair hissədə ilk iddiaya münasibətdə xitam verilmiş, iddiaçıya aidiyyəti üzrə inzibati orqana, narazı qaldıqları hal da səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

27. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair” 4 aprel 2012-ci il; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarları).

28. Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.

29. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyy ənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İlk iddiadan (iddia tələbinin hüquqi təbiətindən) görünür ki, o mülki-hüquqi deyil, inzibati xarakterli olmaqla, iddiaçının (rezidenturanı bitirən həkimmutəxəssis) işdə təmin olunması sahəsində yaranmışdır.

30. Belə ki, “Təhsil haqqında” Qanunun 22.6-cı maddəsinə əsasən ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvaf iq olaraq həkim və həkimmütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar "Təhsil haqqında" Azərbayca Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən hazırlanmışdır və rezidenturada təhsilin səviyyəsinə ümumi tələbləri müəyyən edir, rezidentlərin attestasiya şərtlərini müəyyən etməklə, həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səvi yyəsinin beynəlxalq tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması ilə Azərbaycan Respublikasının ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır.

32. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. Dövlət sifarişi əsasında rezidenturaya qəbul olunanların hüquq və öhdəlikləri onlarla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında bağlanılmış mülki-hüquq müqaviləsi ilə tənzimlənir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən təhsil müdd əti başa çatdıqda, fərdi iş planını tam həcmdə yerinə yetirmiş rezidentlər yekun attestasiyaya buraxılırlar. Rezidentlərin yekun attestasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi Attestasiya Komissiyası tərəfindən ali tibb təhsili müəssisəsində aparılır.

33. Həmin Qaydaların 4.11-ci bəndinə əsasən yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidenturanı bitirənlərə Attestasiya Komissiyasının qərarı əsasında müvafiq ixtisas üzrə "həkim-mütəxəssis" ali peşə-ixtisas dərəcəsi və müvafiq dövlət nümunəli diplom verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 13 oktyabr 2014-cü il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidenturanı bitirmiş həkimmütəxəssislərin iş yerlərinə göndərilməsi” Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qayda lar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.4-cü bəndinə əsasən hazırlanmışdır və dövlət sifarişi əsasında rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi qaydalarını müəyyən edir.

34. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Qeyd edilən Qaydalardan həmçinin görünür ki, həkim-mütəxəssislərin təyinatı tərkibi Nazirliyin əmri ilə təsdiq olunan “Rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı üzrə Komissiya” (bundan sonra - Komissiya) tərəfindən həyata keçirilir. Komissiya 7 nəfərdən ibarətdir. Komissiyanın fəaliyyəti hazırkı qaydaların tələblərinə uyğun olaraq Nazirlik tərəfindən müəyyən edilir. Komissiya tərkibi təsdiq olunduğu gündən öz işinə başlayır və komissiyanın yeni tərkibi təsdiq olunana qədər öz səlahiyyətlərini yerinə yetirir. Nazirliyin tabeliyində olan tibb müəssisələrindəki vakansiyalar nəzərə alınmaqla həkimmütəxəssislərə ixtisaslarına uyğun olaraq təyinat verilir və bu vakansiyalar Komissiya tərəfindən Nazirliyin rəsmi internet saytının (www.health.gov.az) “Həkimlərin mərkəzləşdirilmiş işə qəbulu” bölümündə yerləşdirilən tibb müəssisələrində həkim vəzifələri üzrə mövcud vakansiyalardan seçilir. Vakansiyaların seçimi zamanı həkimmütəxəssisə daha çox tələbatın olduğu bölgələrə Komissiya tərəfindən üstünlük verilir. Təyinat Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na uyğun olaraq keçirilmiş Yekun Attestasiyadan sonra 1 aydan gec olmayaraq aparılır.

35. Nazirliyin tabeliyində olmayan tibb müəssisəsinə həkim-mütəxəssislərin təyinatı həmin tibb müəssisəsinin tabe olduğu qurumun Nazirliyə göndərdiyi müraciətinə əsasən həyata keçirilir. Komissiya həkim-mütəxəssislərin təyinatı haqqında qərarı onların ailə vəziyyəti, daimi yaşayış yeri və onların işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsini nəzərə almaqla qəbul edir. Eyni zamanda təyinat aparılarkən aşağıdakı hallarda rezidenturanı bitirən şəxslərin vakansiyalar üzrə istəyi nəzərə alınır: - müvəffəqiyyət göstəricilərinin (yekun attestasiyanın nəticələri) yüksək olmas ı; - rezidenturada oxuyarkən şəxsin apardığı elmi-tədqiqat fəaliyyəti.

36. Həmçinin təyinat aparılarkən evli cütlüyün təyinat vaxtı eyni ərəzi üzrə işləmək arzuları nəzərə alınır. Özü və ya himayəsindəki ailə üzvü (valideyn, həyat yoldaşı) orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs, həmçinin uşağının əlilliyi müəyyən edilmiş həkim-mütəxəssislərə istəkləri nəzərə alınmaqla təyinat və ya azad təyinat haqqında arayış (2 nömrəli əlavə) verilir. Əri (arvadı) hərbi qulluqçu (zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu) olan həkimmütəxəssislərə öz ərinin (arvadının) xidmət yeri nəzərə alınmaqla təyinat verilir, belə imkan olmadıqda isə (yaxud özləri istəsələr) onlara azad təyinat haqqında arayış veril ir.

37. Təyinatı aparılan şəxslər Komissiyanın iclası barədə iclasa 5 iş günü qalmış təhsil aldıqları kilinik baza vasitəsi ilə və Nazirliyin rəsmi internet saytında elan verilməklə məlumatlandırılırlar. Təyinat haqqında qərar həkim-mütəxəssisin iştirakı ilə qəbul edilir. Həkim-mütəxəssis komissiyaya gəlmədiyi təqdirdə təyinat haqqında qərar onun iştirakı olmadan qəbul edilir. Komissiya açıq səsvermə yolu ilə sadə səs çoxluğuna əsasən təyinat barədə qərar qəbul edir. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledici hesab olunur. Həkim-mütəxəssisin komissiyanın qəbul etdiyi qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmə hüququ vardır. (Qaydaların 2.1-2.11-ci bəndləri) Tərəflər arasında bağlanmış 12 avqust 2016-cı il tarixli “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında ” müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə “Təhsil haqqında” Qanunun 22.6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydalarının 2.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində əhaliyə ixtisaslı tibbi yardımın təmin edilməsi məqsədilə klinik bazalarında həkim-mütəxəssislərin hazırlanması və onların müvafiq iş yerləri ilə təmin edilməsi məqsədilə bağlanılır.

38. Beləliklə, işin hallarından və tərəflər arasında yaranmış münasibətlərin xarakterindən (hüquqi təbiətindən) görünür ki, bu münasibətlər mülki hüquqi sahədə deyil, publik (ümumi) sahədə yaranmaqla inzibati xarakterlidir və bunun davamı olaraq tərəflər arasında müvafiq müqavilənin bağlanması vəziyyəti dəyişdirmir (qeyd edildiyi kimi, müqavilənin bağlanması məhz Qaydaların şərtlərindən irəli gəlir). Eyni zamanda, iddiaçı müqavilənin 3.1.2-ci bəndinə istinad etmişdir ki, həmin bənddə də nəzərdə tutulmuş “işlə təmin etmək” ifadəsi məhz Qaydalara uyğun olaraq işlə təmin olunmanı nəzərdə tutur. Göründüyü kimi, iddiaçı hər bir halda yuxarıda qeyd edilən Qaydalara uyğun olaraq işlə təmin oluna bilər ki, əks halda da bu istiqamətdə müvafiq komissiyanın qəbul etdiyi qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmə hüququ vardır. Qeyd olunmalıdır ki, inzibati orqanların fəaliyyəti inzibati aktların qəbul edilməsi ilə yanaşı, həmçinin faktiki xarakterli hərəkətlər və onların nəticəsi kimi qəbul edilmiş hüquqi aktlarla da əhatə olunur («İnzi bati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1.2ci mad).

39. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir.

40. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir.

41. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir.

42. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hak imiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

44. Beləliklə, iddiaçı inzibati orqan olaraq publik hüquq sahəsinə aid mübahisə ilə bağlı ümumi məhkəmədə inzibati xarakterli tələb irəli sürməklə məhkəmə aidiyyətini pozmuş, birinci instansiya məhkəməsi isə həmin iddia tələbinin mahiyyətini dəqiq müəyyən etmədən yekun məhkəmə aktı qəbul etmişdir.

45. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 10 nömrəli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə a id iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

46. Həmçinin, qeyd edilməldir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı və bu qərardadın dəyişdirilmədən saxlanmasına dair Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının analoji tələbinin qeyri-mümkün sayılması halı, məhkəmə kollegiyasının hazırki iş üzrə müvafiq nəticəyə gəlməsini istisna etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək qərardadı ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "işlə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə ilkin iddia tələbinə dair hissədə ilk iddiaya münasibətdə xitam verilməsi hissəsində ləğv edilərək mülki işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh üzərinə düşən müqavilədən irəli gələn öhdəliyi icra etməmiş, vicdanlılığın tələb etdiyi şəkildə hərəkət etməmiş, ilkin iddiaçı da haqlı olaraq yuxarıda qeyd edilən tələblə mülki məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası isə tərəflər arasında mövcud münasibətin xarakterini yanlış olaraq inzibati xarakterli münasibət kimi qiymətləndirərək iş üzrə icraata xitam vermişdir.

49. Məhkəmə kollegiyası 2(103)-7018/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3841/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında nəzərdə tutulan göstərişlərə əməl etməməklə MPM-nin 420-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, tərəflərin kassasiya şikayəti qəbul etdiyi 2(103)-7018/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarda Ali Məhkəmənin Mülki Kollegiyası aidiyyat məsələləri barədə aşağı instansiya məhkəməsi üçün hər hansı göstəriş müəyyən etməmişir. Baxmayaraq ki, ilkin iddia üzrə cavabdeh tərəf hələ Ali Məhkəməyə ünvanladığı kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə ilkin iddianın inzibati xarakterli olduğunu və inzibati məhkəmə baxılmalı olduğunu dəfələrlə q eyd etsə də, kasssiya instansiyası buna əhəmiyyət verməmişdir. Əksinə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarda Mülki Məcəllənin konkret normalarına istinad edərək işə apellyasiya qaydasında yenidən baxılmalı olduğunu göstərmişdir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında işə yenidən baxmalı olan apellyasiya məhkəməsi üçün aşağıdakı məcburi göstərişləri qeyd etmişdir: " İşə yenidən baxılarkən apellyasiya məhkəməsi rəsmi sorğu əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan tibb müəssisələrində həkim-stomatoloq ixtisasının mövcud olub-olmaması, mövcud olduğu təqdirdə həmin vəzifə üzrə boş ştat vahidin mövcudluğu dəqiqləşdirməlidir. Həmin ixtisas üzrə boş yerlərin olub-olmaması aydınlaşdırlarkən Səhiyyə Nazirliyi tərəfindən iş yerinə göndərişlər veri lərkən iddiaçının üstün hüquqlarının qorunub-qorunmaması aydınlaşdırılmalı, həmin təyinatların nə vaxt verilməsi, seçimin hansı qaydada aparılması, məhdud sayda yerlərin olması halında iddiaçının hansı əsaslarla işlə təmin edilməməsi aydınlaşdırılmalıdır. İşin qeyd olunan mübahisəli halı məhkəmənin rəsmi sorğusu əsasında aydınlaşdırıla bilər. İddiaçının belə bir məlumatı əldə etməyə imkanı yoxdur. Dövlət orqanı məhkəmənin sorğusu əsasında zəruri məlumatları məhkəməyə təqdim etməyə borcludur. Bundan başqa, qarşılıqlı idia tələbi əsassız hesab olunacağı təqdirdə ilk iddianın maddi və mənəvi ziyanın tutulması ilə bağlı hissəsində yenidən hüquqi dəyərləndirmə aparılmalıdır. Məhkəmə iddiaçının əsassız olaraq işlə təmin edilmədiyi qənaətinə gəldiyi təqdirdə hansı əsaslarla iddiaçıya ümumiyyətlə maddi və mənəvi ziyan vurulmamasını əsaslandıra bilməmişdir". Apellyasiya məhkəməsi isə həmin məcburi göstərişi nəzərə almamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

51. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

52. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllən in 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Kassasiya şikayətində qərardad tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Belə ki, apellyasiya məhkəməsi iş üzrə tərəflər arasındakı hüquq münasibətinin xarakterini qanunvericilik əsasında araşdırmaqla bu qənaətə gəlmişdir ki, həmin münasibətlər inzibati hüquq sahəsinə aid olduğundan irəli sürülmüş ilkin iddia tələbi inzibati xarakterlidir və bu səbəbdən ona mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil.Bu hal isə mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır.

58. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi gəldiyi qənaəti aidiyyəti hüquq normalarına uyğun olaraq əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Odur ki, iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7018/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar