Məhkəmə qərarları › İş №2(102)-921/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-921/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-921/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4922/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 27.12.2012-ci il tarixli, 198ASTB2/12 nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh 19.238 ABŞ dolları məbləğində 60 ay müddətinə xx.xx.2017-ci il tarixədək illik 17 faiz ödəmək şərti ilə kredit verilmişdir. Müqaviləyə görə, kreditin məqsədli təyinatı “Hyundai Veloster” markalı avtomobilin alınmasıdır. 2. 27.12.2012-ci il tarixli, 198ASTB212G nömrəli girov müqaviləsinə əsasən, “Hyundai Veloster” markalı, buraxılış ili 2012, ban nömrəsi KMHTC61CBCU108477, gümüşü metal rəngli avtomobil girov qoyulmuşdur. 3. 11.12.2013-cü il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişə əsasən, sonuncudan borcların ödənilməsi tələb edilmiş, əks təqdirdə ödənilməmiş kredit və faiz borclarının ipoteka predmeti olan avtomaşına yönəldiləcəyi barədə xəbərdar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.306,97 ABŞ ABŞ dolları əsas, 159,06 ABŞ dolları faiz, cəmi 15.466,03 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan **-RZ-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Veloster” markalı avtomaşına yönəldilməsi, həmin avtomaşının hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsin i xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövrü olaraq ödəməli olan kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 15.306,97 ABŞ dolları əsas, 159,06 ABŞ dolları faiz, cəmi 15.466,03 ABŞ dolları borcu yaranmışdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim E. İsayev) 2(006)-2563/2014 saylı, 23 iyun 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək Cavabdeh 15.306 (on beş min üç yüz altı) ABŞ dolları 97 (doxsan yeddi) sent əsas borc, 159 (bir yüz əlli doqquz) ABŞ dolları 06 (altı) sent məbləğində faiz borcu, cəmi 15466 (on beş min dörd yüz altmış altı) ABŞ dolları 03 (üç) sent məbləğinə kredit borcunun qətnamə icra olunan vaxt manata uyğun məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun tutularaq iddiaçıya ödənilməsi; tələbin Cavabdeh məxsus **-RZ-*** dövlət nömrə nişanlı, “Hyundai Veloster” markalı, buraxılış ili 2012, gümüşü metal rəngli avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması; həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən 15.466 (on beş min dörd yüz altmış altı) ABŞ dolları 03 (üç) sent məbləğində kredit borcunun qətnamə icra olunan vaxt manata uyğun məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi; qalan məbləğin isə Cavabdeh qaytarılması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və öhdəli yi icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Tutma "xxxx" KB ASC qarşısında Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş **-RZ-*** dövlət nömrə nişanlı, “Hyundai Veloster” markalı avtomaşına yönəldilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269, 317.1, 319.1, 319.6, 385.1, 424.2, 448.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddələrinə isinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində qeyd edilmişdir ki, o apellyasiya şikayəti verilən qətnamənin mövcudluğundan bankın əməkdaşının Cavabdeh bir müddət əvvəl z əng vuraraq borcun ödənilməsini tələb etdikdə məlumatlı olmuşdur və bu hadisədən dərhal sonra Nəsimi Rayon Məhkəməsinə müraciət edərək qətnamənin təqdim olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən qətnamənin Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verildiyi bildirilmişdir. Cavab məktubunu əldə etdikdən sonra Mərkəzi Arxivə müraciət edərək, xx.xx.2024-cü il tarixdə qətnaməni rəsmi qaydada əldə etmişdir. Qətnamənin qəbul edilməsindən 14 il keçməsinə baxmayaraq bu tarixə qədər cavabdehə hər hansı bir şəkildə borcun ödənilməsi və ya belə bir mübahisənin mövcud olması barədə heç bir məlumat verilməmişdir. 2012-ci il istehsalı olan nəqliyyat vasitəsinin hərracdan satılması barədə qərar qəbul edilmiş və güman etmək olar ki, həmin nəqliyyat vasitəsi satılmışdır. Satış nəticəsində 2 ilin maş ını borcu təmin edə bilməmişdir. İşin faktiki hallarından biri də ondan ibarətdir ki, həmin kredit müqaviləsi əsasında X3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin zamin işə cəlb olunmamış və ona qarşı heç bir tələb irəli sürülməmişdir. Cavabdehlə zamin arasında razılaşmaya uyğun olaraq etibarnamə əsasında həmin nəqliyyat vasitəsi zamin X1. Cavabdehin həmin müddət ərzində kredit müqaviləsində qeyd olunan əlaqə vasitələri, cavabdehin atasının və yaxın qohumlarının nömrəsi bank əməkdaşlarında qeydiyyatda olmuşdur. Lakin cavabdehə mübahisə ilə bağlı nə pretenziya məktubu, nə ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, nə məhkəmə bildirişləri, nə qətnamə, nə də nəqliyyat vasitəsinin hərraca çıxarılması ilə bağlı bildirişlər təqdim edilməmişdir. Məhkəmə tər əfindən cavabdehə pretenziya məktubunun və xəbərdarlıq məktubunun təqdim edilibedilməməsi məsələsi araşdırılmamışdır. Eyni zamanda, məhkəmə prosesinin yeri və vaxtı barədə cavabdeh qanunvericilikdə nəzərədə tutulmuş qaydada xəbərdar edilməmişdir. Bununla da, mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri olan çəkişmə prinsipi kobud şəkildə pozulmuşdur. Mülki Prosessual Məcəllənin 149.2.4 və 152.1.1-ci maddələrinin tələblərinə əsasən, pretenziya qaydasına iddiaçı tərəfindən riayət edilməməsi əsası ilə iddia ərizəsi geri qaytarılmalı idi. Çünki cavabdehin mümkün bütün əlaqə vasitələri iddiaçının əməkdaşlarında olmasına baxmayaraq, cavabdehə mübahisə barədə heç bir məlumat verilməmişdir. Cavabdeh mübahisənin olmasından xəbərdar olacağı təqdirdə onun həlli istiqamətində zəruri təd birlər görə bilərdi.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E. Kazımov (məruzəçi), N. Cəfərov və İ. Şirinov) 2(103)-4922/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2563/2014 saylı, 23 iyun 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqavi ləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır.

13. Cavabdeh iddiaçı ilə arasında kredit müqavilsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı iddiaçı da məhkəməyə müraciət etməzdi.

14. Cavabdehin göstərdikləri iddianın əsassızlığını təsdiq etmir. Çünki iddia cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Cavabdeh isə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyinin olmasını bilməmiş deyildir. Demək, bu dəlillər sırf şikayət xatirinə göstərilən formal mülahizələr olmuşdur.

15. Bank tərəfindən cavabdehin rəsmi qeydə alındığı ünva na mübahisə ilə bağlı pretenziya məktubu və ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq bildirişi göndərilmişdir(bax.i.v.15-20). Lakin qeydə alındığı ünvanda yaşamadığından bildirişlərin ona çatdırılmaması barədə akt tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən də cavabdehin həm əvvəl, həm də sonradan qeydə alındığı ünvana məhkəmə bildirişləri göndərilmişdir. Hətta, cavabdehin faktiki yaşadığı yer müəyyən edilmədiyindən MPM-in 147-ci maddəsinin tələbinə əsasən Nəsimi rayonu ərazisi üzrə Mənzil Komunal İstismar Sahəsinə məhkəmə bildirişinin çatdırılması üçün müraciət edilmişdir. Bütün cəhdlərə baxmayaraq cavabdehin faktiki yaşadığı ünvanı müəyyən etmək mümkün olmamışdır. Demək ki, cavabdeh qeydə alındığı ünvanda yaşamırsa, mütləq ki, yaşadığı ünvan üzrə qeydə alınmalı idi, yaşadığı ünvan üzrə qeydə alınmaq istəmirsə onda qeydə alındığı ünvanda yaşamalı idi. Çünki bu həm də “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələbindən irəli gəlir. Əks halda məhkəmənin cavabdehin faktiki hansı ünvanda yaşamasını müəyyən etməsi fiziki olaraq mümkünsüz vəziyyətə düşür. Ona görə də bu cür dəlillərdən istifadə edilməsi, eləcə cavabdehin qeyd olunan səbəblərdən məhkəmə iclaslarında iştirak etməməsi prosessual hüquq normalarının, o cümlədən çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.

16. Bundan əlavə, ipoteka predmeti olan avtomobilin hərracdan satılması barədə işdə məlumat mövcuddur. Əldə edilən vəsaitin borcun ödənilməsini təmin etməməsi də hazırkı icraatın predmetinə aid olmadığından şikayətin əsaslılığına təsir etmir.

17. Bunlarla yanaşı, kredit müqaviləsinin təminatı olaraq, X3 ilə zaminlik müqaviləsi bağlanması, lakin zaminin işə cəlb olunmaması və ona qarşı heç bir tələb irəli sürülməməsi də iddianın rədd edilməsi üçün əsas deyildir. Çünki bu iddiaçının seçimidir. Cavabdehin ipoteka predmeti olan avtomobili zaminə satması da heç nəyi dəyişmir. Çünki avtomobil hər bir halda hərracda satılmışdır. Cavabdehin zaminlə aralarındakı razılaşmalar da hazırkı iddianın təmin edilməsini istisna etmirdi.

18. Göstərilənlərə baxmayaraq, qanuni qüvvəsini almış və 2016-cı ildə avtomobilin hərracda satılması ilə əlaqədar artıq bir hissəsi icra olunmuş qətnamənin 10 ildən sonra mübahisələndirməsi də hər bir halda cavabdehin xoş olmayan niyyətindən xəbər verir və hüquqdan sui-istifadə etməsinə dəlalət edir. Çünki kredit müqaviləsi üzrə üzərinə öhdəlik götürərkən, bu öhdəliklərin yerinə yetirməyəcəyi təqdirdə mümkün nəticələrini özü üçün əvvəlcədən müəyyənləşdirmişdir.

19. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4, 385.1, 427.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2, 740.1, 740.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.3, 39.3.3, 41.1, 47.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(103)-4922/2024 nömrəli qətnamasi nin ləğv edilərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Cavabdeh kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq cavabdehə təqdim edilməmişdir. Nəticədə “İpoteka haqqında” Qanunun tələbi polzulmuşdur.

22. Məhkəmə prosesinin yeri və vaxtı barədə cavabdeh qanunvericilikdə nəzərədə tutulmuş qaydada xəbərdar edilməmişdir. Mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri olan çəkişmə prinsipi cavabdehin məhkəmədən öncə və məhkəmə prosesi barədə lazimi qaydada mübahisə ilə bağlı məlumat verilməməsinə və xəbərdar edilməməsinə görə kobud şəkildə pozulmuşdur.

23. Qanunverciliyə uyğun olaraq pretenziya qaydasına iddiaçı tərəfindən riayət edilməməsi əsası ilə iş geri qaytarılmalı idi. Çünki cavabdehin mümkün bütün əlaqə vasitələri (kredit müqaviləsində və zaminlik müqaviləsində cavabdehin qeydiyyatda olduğu ünvanın sökülməsi ilə əlaqədar yaşamadığı üçün faktiki yaşadığı ünvanı qeyd etmişdir. Bununla da iddiaçı cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamamasından xəbərdar olmuşdur) iddiaçının əməkdaşlarında olmasına baxmayaraq cavabdehə mübahisə barədə heç bir məlumat verilməmişdir. Cavabdeh mübahisənin olmasında xəbərdar olacağı təqdirdə onun həlli istiqamətində zəruri tədbirlər görə bilərdi. Apellyasiya məhkəməsi kredit müqaviləsində və zaminlik müqaviləsində cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamamasına görə faktiki olaraq yaşadığı ünvanı qeyd etməsini göz ardı edərək düzgün qərar qəbul etməmişdir.

24. Məhkəmələr tərəfindən ca vabdehə pretenziya məktubunun və xəbərdarlıq məktubunun təqdim edilib-edilməməsi məsələsi araşdırılmamışdır. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən, qanunverciliyə uyğun olaraq pretenziya qaydasına iddiaçı tərəfindən riayət edilməməsi əsası ilə iş baxılmamış saxlanmalı idi. Lakin məhkəmələr qanunvericiliyin tələblərini nəzərə almadan işin icraatını davam etdirmişdir.

25. Cavabdehə rəsmi qaydada təqdim olunmalı sənədlər təqdim edilməmişdir. Nəticədə cavabdehin məlumatı və xəbəri olamda olmadan məhkəmə porosesləri keçirilmiş və qərar qəbul edilmişdir.

26. Qətnamə cavabdehə rəsmi qaydada təqdim edilmiş olsaydı qətnamənin təkrar verilməsinə görə rüsum tələb olunmalı idi və bu halda qətnamədən şikayət verilməsi mümkün olmayacaqdı. Lakin qətnamə cavabdehə təqdim edilmədiyi müəyyən oldun muş, rəsmi qaydada əldə etdikdən sonra apellyasiya şikayəti verilmiş və icaata qəbul edilmişdir. Apellyasiya Məhkəməsi isə ziddiyyətli qərar qəbul edərək, qətnamənin rəsmi qaydada verilmədiyi halda eyni ünvana göndərilmiş pretenziya məktubunun, tutulmanın ipoteka predmetinə yönləndirilməsi barədə bildirişin, məhkəmənin yeri və vaxtı barədə bildirişlərin cavabdehə rəsmi qaydada təqdim edilmiş hesab etmişdir.

27. Məhkəmə öz qətnaməsində “cavabdeh məhkəmənin bir neçə maddi və prosessual hüquq normalarının pozduğunu göstərsə də, bu pozuntuların konkret nədən ibarət olduğunu, başqa sözlə hansı maddi hüquq normalarının pozulduğunu açıqlamır” qeyd etmişdir. Lakin məhkəmə tərəfindən çəkişmə prinsipinin pozulması, pretenziya qaydasına riayət edilməməsi, tutulmanın ipoteka predmetinə yönləndirilməsi barədə bildirişin cavabdehə təqdim edilməməsini, məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməməsini nəzərə almayaraq qərəzli və əsassız qərar qəbul etmişdir.

28. Kassasiya şikayəti əsaslandırılarkən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2.3, Azərbaycan Respublikasının MPM-in 9.1-9.3, 134.1, 135.1,135.2, 149.2.4, 152.1.1, 152.1.6, 259.0.1-ci maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

33. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

34. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

38. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

39. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

40. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır.

41. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 49. 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;

50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cüm lədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əla və olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya də yişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə prosesinin yeri və vaxtı barədə cavabdehin qanunvericilikdə nəzərədə tutulmuş qaydada xəbərdar edilmədiyi, mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri olan çəkişmə prinsipinin cavabdehin məhkəmədən öncə və məhkəmə prosesi barədə lazimi qaydada mübahisə ilə bağlı məlumat verilməməsinə və xəbərdar edilməməsinə görə kobud şəkildə pozulduğu barədə dəlili ilə əlaqədar bildirir ki, dəlil əsassızdır.Belə ki, iş materialları ilə, o cümlədən, apellyasiya məhkəməsinin iş üzrə 21 oktyabr 2024-cü il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq edilir ki, apellyasiya məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məlumat verilmiş, cavabdehin nümayəndəsi və vəkili Vəkil məh kəmə iclasında iştirak edərək izahat vermişdir.

56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin d əlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2024-cü il tarixli 2(103)-4922/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar