Məhkəmə qərarları › İş №2(102)-922/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-922/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-922/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 15.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5169/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 12.05.2017-ci il tarixdə 1/156 saylı əmrin surətindən görünür ki, ləğv olunmuş Tədris şöbəsinin sabiq müdiri, Kimya fakultəsi Kimyanın tədrisi metodikası kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi İddiaçı xəstəliyi bitən gündən etibarən işə çıxmadığına və yeni yaradılmış Tədris Departamentində müvafıq işlə təmin olunması barədə ərizə ilə müraciət etmədiyinə, Kimyanın tədrisi metodikası kafedrasında daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi kimi dərslərə gəlmədiyinə görə 12.05.2017-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu ləğv olunmuş Tədris şöbəsinin sabiq m üdiri və Kimyanın tədrisi metodikası kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi vəzifələrindən azad edilmiş və onunla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Bakı Dövlət Universiteti tərəfindən iddiaçının nümayəndəsi Nümayəndə ünvanlanmış 13.03.019-cu il tarixli, 01-Sm/372 saylı məktubun məzmunundan müəyyən olunur ki, müraciətə cavab olaraq bildirilmişdir ki, Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən işçilərin işəgötürən tərəfindən əmək haqqının hesablanması, ödənilməsi ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən haqq-hesab sənədləri tərtib edilir. İddiaçı aylıq əmək haqqı 997 manat və elmlər namizədliyinə görə 60 manat təşkil etmişdir. Son haqq-hesabın ödənilməmiş məzuniyyət günləri (2012-27 t/g; 2013-28 t/g; 2014-23 t/g; 201524 /g; 2016-21 t/g; 2017-14 t/g (4 aya) cəmi 185 gün olmaqla 6288,08 manat hesablanmışdır. 24.02.2017-ci il tarixindən 05.05.2017-ci il tarixədək olan dövrdə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar xəstəlik vərəqələrinə əsasən müəssisə tərəfindən 478,80, DSMF tərəfindən 1887,75 manat hesablanmış və 2017-ci ilin iyun ayında ödəniş olmuşdur. İş materiallarına əlavə olunmuş İddiaçı 2017-ci ilin may ayı üçün son haqq-hesab cədvəlinin və 08.06.2017-ci il tarixli, 724 nömrəli ödəniş tapşırığının surətlərindən görünür ki, İddiaçı cəmi 6288,08 manat son haqq-hesab hesablanmış, həmin məbləğdən 1297,02 manat gəlir vergisi, 125,76 manat həmkarlar ittifaqına üzvlük haqqı, DSMF-nun hesabına 188,64 manat olmaqla, cəmi 1611,42 manat tutulduqdan sonra 4676,66 manat onun hesabına köçürülmüşdür. Azərbaycan Re spublikasının Vergilər Nazirliyi tərəfindən iddiaçının nümayəndəsi Nümayəndə ünvanlanmış 20.05.2019-cu il tarixli **********093900 saylı məktubun məzmunundan müəyyən olunur ki, iddiaçının istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə ödənilmiş məbləğdən gəlir vergisinin hesablanması barədə müraciətinə baxılaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Vergi Məcəlləsinin 101.1-ci maddəsinə görə muzdla işləyən fiziki şəxslərin aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilməklə 2500 manatdan çox olan məbləğin 25 fa iz dərəcəsi ilə vergi tutulur. Qeyd olunanlara əsasən işəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqları işçinin muzdlu işdən aylıq gəlirlərinə aid edilir və həmin kompensasiya haqları iş illəri üzrə ayrı-ayrılıqda (cəmlənmədən) Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən 1-ci cədvələ əsasən gəlir vergisinə cəlb edilir. 02.03.2020-ci il tarixli, BPM**********37 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Bakı Dövlət Universiteti tərəfindən 539,74 manat İddiaçı ”xxxx” ASC-də olan hesabına köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Bakı Dövlət Universitetinə qarşı “pul təl əbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ödənilməli olan 6288,08 manat son haqq-hesaba gəlir vergisi olaraq hesablanmış və tutulmuş 1297,02 manatın artıq tutulmuş 430 manat hissəsinin, həmin məbləğin ödənilməməsinə görə gecikdirilmiş hər gün üçün 1 faizi məbləğində hesablanmış 4030 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 12.05.2017-ci il tarixdə 1/156 saylı əmrlə Bakı Dövlət Universitetində tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 30.06.2017-ci il tarixdə Bakı Dövlət Universiteti tərəfındən son haqq-hesab kimi 6288,08 manatdan 4676,66 manat onun bank hesabına ödənilmiş və qalan 1611,42 manat qanunla müəyyən olunmuş ödəniş lərin icrasına yönəldilmişdir. Hesablanmış 6288,08 manat 2011-2017-ci illər ərzində ödənilməmiş məzuniyyət günləri ilə əlaqədar olmuş və bu məbləğdən 1297,02 manat gəlir vergisi tutulmuşdur. Bakı Dövlət Universitetinin 13.03.2019-cu il tarixli, 01-Sm/372 saylı məktubuna əlavə edilərək ona təqdim olunmuş son haqq-hesab cədvəlindən məlum olmuşdur ki, gəlir vergisi olaraq tutulmuş 1297,02 manat, hesablanmış 6288,08 manatın 20 faizini təşkil etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1-ci maddəsinə görə muzdla işləyən fıziki şəxslərin aylıq gəlirlərinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur. Onun aylıq gəliri 1057 manat olmuşdur. Hesablanmış 6288,08 manat isə 2011-2017-ci illər ərzində ona ödənilməli olan mə bləğ olmuşdur. Həmin məbləğ 2011-2017-ci illər ərzində ona ödəməmiş və 6288,08 manat onun aylıq gəliri kimi göstərmiş və bu məbləği 25 faiz gəlir vergisinə cəlb etmişdir. Nəticədə ondan 430 manat artıq gəlir vergisi tutulmuşdur. Bu məbləğin qaytarılması ilə bağlı Bakı Dövlət Universitetinə 29.04.2019-cu il tarixli müraciəti ilə bağlı 14.03.2019-cu il tarixli 01-Hüq/802 saylı cavab məktubunda araşdırma başa çatdıqdan sonra ona məlumat veriləcəyi qeyd edilmişdir. Eyni məsələ ilə bağlı 06.05.2019cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət ünvanlamış, 20.05.2019-cu il tarixli **********093900 saylı cavab məktubda qeyd edilmişdir ki, işəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqları işçinin muzdlu işdən aylıq g əlirlərinə aid edilir və həmin kompensasiya haqları iş illəri üzrə ayrı ayrılıqda (cəmlənmədən) Vergi Məcəlləsinin 101.1- ci maddəsində göstərilən 1-ci cədvələ əsasən gəlir vergisinə cəlb edilir. Ondan artıq tutulmuş 430 manat məbləğində gəlir vergisinin qaytarılması ilə bağlı Bakı Dövlət Universitetinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinə 29 aprel, 06 may, 28 may, 08 iyul, 23 iyul və 11 avqust 2019-cu il tarixli müraciətlər ünvanlansa da, ödənişin icrası təmin olunmamış, bunun səbəbləri qanuni əsaslarla izah edilməmiş və onun kobud surətdə pozulmuş hüquqlarının bərpası təmin olunmamışdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbində imperativ şəkildə qeyd edir ki, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İş üzrə qey d etdiyi konkret faktlarla, rəsmi sənədlərlə və istinad olunan hüquq normalarının tələbləri ilə sübut olunur ki, 430 manat məbləğində gəlir vergisinin artıq tutulması və bu məbləğin bu günə qədər ona qaytarılmaması bilavasitə işəgötürənin təqsiri üzündən baş vermişdir. Aparılan riyazi hesablamalarla müəyyən edilir ki, 12.05.2017-ci il tarixdə ona ödənilməli olan 430 manatın hər gecikdirilmiş gün üçün azı bir faiz ödənci bir ay üzrə 130 manat təşkil etmiş, əmək münasibətlərinə 31 aydır ki, xitam verilmişdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri əsasında aparılan hesablamalarla müəyyən edilir ki, ödənilməli olan 430 manatdan əlavə ona 4030 manat da faiz borcu ödənilməlidir. Barəsində Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən tərtib olunmuş haqq-hesab sənədləri 13.03.2019c u il tarixli, 01-Sm/372 saylı məktubla ona təqdim olunduqdan sonra məlum olmuşdur ki, onunla son haqq-hesab aparılarkən 25 faiz gəlir vergisinə cəlb olunmuşdur. Rəsmi sənədlərlə sübut olunur ki, hüququnun pozulduğu günlə bağlı iddia müddətinin axımı 13.03.2019-cu il tarixdən etibarən başlanmışdır. Sonradan İddiaçı ərizə verərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavabdeh qismindən çıxarılmasını və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(004)-1258/2020) İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı “pul tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu id diaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Bakı Dövlət Universiteti tərəfindən İddiaçı ödənilmiş son-haqq hesab məbləğindən tutulmuş 539,74 manat vergi məbləği onun bank hesabına köçürüldüyündən və iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 4030 manat məbləğində zərər dəyməsi barədə iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov, iş № 2(103)5169/2020) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1258/2020 saylı 11 m art 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5169/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, cavabdehin iddianı faktiki etiraf edərək tələb olunan əsas borcu iddiaçının bank hesabına ödəməsi ilə bağlı, eləcə də 3 (üç) il əvvəl ödənilməli olan 539,74 AZN- nin gecikdirilmiş hər gün üçün bir faizini təşkil edən 5508 AZN-nin (beş min beş yüz səkkiz manat) iddiaçıya ödənilməsi ilə əlaqədar qanuni qərar qəbul edilməsini, iddiaçıya qarşı münasibətdə kobud və ciddi hüquq və qanun pozuntularına yol vermiş təqsirkar şəxslər barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 421-2-ci maddəsinin tələbləri əsasında xüsusi qərardad çıxarılmasını xahiş etmişdi. Cavabdeh apellyasiya şikayətində istinad etdiyi dəlilləri kasasiya şikayətində təkrarlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətin ə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam m übahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddəsinin 4-cü hissəsinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci hissəsinə görə isə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. 172-ci maddəsinin Qeyd hissəsində göstərilir ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında ver məyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 288-ci maddəsinə əsasən bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması. 292-ci maddəsinin 2-ci hi ssəsinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasın ın aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutu lmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (m addə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə ko llegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5169/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar