Məhkəmə qərarları › İş №2(102)-923/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-923/2023

27.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-923/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh xxxadına Mingəçevir Peşə məktəbinə qarşı QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, ixtisar zamanı üstünlük şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdeh xxxadına Mingəçevir Peşə məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)1020/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Mingəçevir Peşə məktəbinin kassasiya şikayətinə 27 fevral 2023-cü il tarix də Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-331/2020 №-li 06 mart 2020-ci il tarixli qətnaməsi ilə Mingəçevir peşə məktəbinin direktorunun 165 №-li 16 dekabr 2019-cu il tarixli əmri ləğv olunmuş, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir peşə məktəbinə istehsalat təlimi ustası işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

2. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1598/2020 №-li 27 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Mingəçevir peşə məktəbinin apellyasiya şikayəti təmin olunmuş, Mingəçevir şəhər məhkəməsinin 06 mat 2020-ci il tarixli qətnaməsi ləğv edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməs inin Mülki Kollegiyasının 2(0102)1167/2021 №-li xx.xx.2021-ci il tarixli qərarına əsasən, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1598/2020 №-li 27 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

4. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1022/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Mingəçevir peşə məktəbinin direktoru X11 tərəfindən veriliş apelyasiya şikayətinin təmin olunmaması, Mingəçevir şəhər məhkəməsinin 2(051)-331/2020 №-li 06 mart 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası məqsədilə Mingəçevir peşə məktəbinin direktorunun 75 №-li 12 noyabr 2021-ci il tarixdə əmr vermiş, əmrdə İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir peşə məktəbinə istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi, işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsinin təmin edilməsi göstərilmişdir.

6. Mingəçevir peşə məktəbinin direktorunun göndərdiyi 19 noyabr 2021-ci il tarixli xəbərdarlığa əsasən, peşə məktəbində aparılan işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad olunacaq.

7. Mingəçevir peşə məktəbinin direktorunun məktəbin həmkarlar təşkilatına 16 noyabr 2021-ci il tarixdə verdiyi təqdimata əsasən, 2021/2022-ci tədris ilində tələbə qəbulu planında İddiaçı ixtisasına u yğun “Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru” ixtisası verilib. Lakin eyni ixtisas üzrə istehsalat təlim ustası olan X2 şəhid ailəsi olması, diaqnostik qiymətləndirmədən keçməsi nəzərə alınaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam veriləcəkdir. Qeyd olunanlara 18 noyabr 2021-ci il tarixinədək münasibət bildirilməsi xahiş olunub.

8. Mingəçevir peşə məktəbinin HK-nin xx.xx.2021-ci il tarixli iclas protokoluna əsasən, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xx.xx.2022-ci ildən xitam verilməsinə etiraz olunmayıb.

9. Mingəçevir peşə məktəbinin HİK sədrinin məktəbin direktoruna ünvanlandığı 2 №-li 18 noyabr 2021-ci il tarixli məktuba əsasən, bildirilib ki, 2021/2022 tədris ilində tələbə qəbulu planında İddiaçı ixtisasına uyğun “Rəqəmli idarə olunan dəzgahları kompüter operatoru” ixtisası verilib. Lakin eyni ixtisas üzrə istehsalat təlim ustası olan X2 Dövlət Peşə Təhsil müəssisəsində çalışan işçilərin bilik və bacarıqlarını diaqnostik qiymətləndirilməsindən keçməsi, şəhid ailəsi üzvü olduğunu nəzərə alınaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmir.

10. Mingəçevir Peşə məktəbinin direktorunun 07 №-li 21 yanvar 2022-ci il tarixli əmrinə əsasən, məktəbin təlim ustası İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-cmaddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatla ixtisar edildikdə) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddia çı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh xxxadına Mingəçevir Peşə məktəbinin (bundan sonra “cavabdeh” və ya “Məktəb”) 07 №-li 21 yanvar 2022-ci il tarixli əmrinin ləğv edilməsi, həmin məktəbə istehsalat təlimi ustası vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırlıb ki, iddiaçı 1980-ci ildə X1 bitirmiş, 1981-ci ildə isə Mingəçevir Peşə məktəbində laborant kimi işə başlamış, 1995-ci ilə kimi peşə məktəbində müxtəlif işlərdə işləmişdir. İddiaçı 1995-ci ilin fevral ayında həmin məktəbdə istehsalat təlimi ustası vəzifəsinə keçirilmiş, 2018- ci ilin sentyabr ayına kimi peşə məktəbində müddətsiz əmək müqaviləsi ilə işləmişd ir.

3. Məktəbə yeni təyin olunmuş direktor xxx iddiaçıya müddətli əmək müqaviləsi bağlanması lazım olduğunu, müddət bitdikdən sonra yenidən müqavilə bağlanacağını, müddətli əmək müqaviləsi bağlanmasına razı olmasa işdən azad olunacağını bildirmişdir. Direktorun təkidi ilə, həm də verdiyi vədə inanaraq iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 17 sentyabr 2018-ci il tarixli ərizəni imzalamağa məcbur olub. 17 sentyabr 2018-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilməklə iddiaçı istehsalat təlimi ustası vəzifəsindən azad olunub. Həmin tarixli əmrlə iddiaçı yenidən məktəbə istehsalat təlimi ustası vəzifəsinə qəbul edilib və onunla 17 sentyabr 2019-cu ildə 3(üç) ay müddətinə əmək müqaviləsi bağlanıb. 16 dekabr 2019-cu il tarixli əmrlə direktor iddiaçını işdən azad edib, əsas kimi də onunla bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması göstərilib.

4. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun işdən azad olunması barədə əmrin ləğv olunmasını, işə bərpa edilməsini və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq məktəbin direktorunun 165 №-li 16 dekabr 2019-cu il tarixli əmrinin ləğv edilməsi, iddiaçının müddətsiz əmək müqaviləsi ilə peşə məktəbinə istehsalat təlimi ustası işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilib. Məktəbin direktorunun həmin qətnamədən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə təmin olunub. İddiaçının kassas iya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilərək, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

5. Şəki Apelyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, iddiaçını işə bərpa edilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin cavabdeh məhkəmə qərarını icra etməkdən yayınmış, iddiaçını işə bərpa etməkdən imtina etmişdir. Məhkəmə qərarını icra etmədiyinə görə cavabdeh inzibati məsuliyyətə cəlb olunmuşdur.

6. Məktəbin direktoru yalnız 12 noyabr 2021-ci ildə məhkəmənin qərarının icrasını təmin etmək məqsədilə iddiaçının işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı h esablanması barədə əmr verilmişdir. Ancaq bu, kağız üzərində qalmış bir əmr olmuşdur. Həmin əmrlə tanış olan zaman direktor iddiaçıya “onsuz da sən bu məktəbdə işləyə bilməyəcəksən” demişdir. Həqiqətən də, 12 noyabr 2021-ci ildə iddiaçının işə bərpa olunması barədə əmr verilmiş, bir həftə sonra, yəni 19 noyabr 2021-ci ildə ştatların ixtisarı barədə iddiaçıya xəbərdarlıq məktubu gəlmişdir.

7. Bundan əlavə, işə bərpa olunması barədə əmr verilsə də bir gün də iddiaçıya iş verilməyib, iddiaçı işə buraxılmayıb. Məcburi iş buraxmaya görə əmək haqqı isə bir müddət yazışmadan sonra, 2022-ci ilin mart ayında ödənilib.

8. Cavabdehin 07 №-li, 21 yanvar 2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatlar ixtisara edilməsinə görə iddiaçının əmək müqaviləsinə xitam vermişdir.

9. İddiaçı həmin əmri qanunsuz, qərəzli olaraq verilmiş əmr hesab edir. Belə ki, cavabdeh bildirmişdir ki, şagirdlərin sayı azaldığına görə yalnız bir qrup qalmışdır. Həmin qrupa da hazırda təlim ustası işləyən şəhid ailəsi olan, diaqnostik qiymətləndirmədən keçmiş Xatirə Rüstəmova təlim ustası təyin edilmişdir.

10. X9 şəhid ailəsi deyil. Xatirə Rüstəmova 2019-cu ildə iddiaçı işdən azad olunduqdan sonra, tutduğu ştat ixtisara düşdüyünə görə iddiaçının əvvəl tutmuş olduğu yerə – qrupa təlim ustası təyin olunmuşdur.

11. Həmçinin işçilər diaqnostik qiymətləndirməyə öz xahişi və razılığı ilə getmirlər. Diaqnostik qiymətləndirmədə iştirak edəcək işçilərin sayı, adları Peşə təhsili üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilir, həmin işçilər dəvət olunur. Həmin vaxt çağrılmadığına görə iddiaçı diaqnostik qiymətləndirməyə iştirak etməmişdir. Ancaq iddiaçı öz ixtisasının da yaxşı bilir.

12. Cavabdeh qərəzli olaraq iddiaçını ştatın ixtisarı, işçilərin sayının azaldılması adı ilə işdən azad edərək məhkəmə qərarının icrasından da boyun qaçırmışdır. Ştatların və işçilərin sayının ixtisarı məsələsi ilə bağlı direktorun məktəbin həmkarlar komitəsinə göndərmiş olduğu təqdimatın baxılması üçün keçirilmiş iclasa iddiaçı dəvət olunmamış, həmkarlar komitəsi onun iştirakı olmadan iclas keçirmişdir.

13. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 71, 76, 78, 80 və 300-cü maddələrinin müvafiq hissələrinə istinad etmişdir.

14. Cavabdeh iddiaya yazılı etiraz vermiş, cavabdehin nümayəndəsi (Məktəbin direktoru) həmin etirazı birinci instansiya məhkəməsində müdafiə etmişdir. Etirazın dəlilləri: - iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən qanunvericiliyin hər bir tələbinə riayət edilmişdir. Belə ki, 2021/2022-ci ilin tədris ilində tələbə qəbulu planında iddiaçının ixtisasına uyğun “Rəqəmli idarəolunan dəzgahların kompüter operatoru” ixtisası verilib. Lakin eyni ixtisas üzrə istehsalat təlimi ustası işləyən X5 diaqnostik qiymətləndirmə imtahanından keçdiyindən peşəkarlıq səviyyəsi müəyyən edilərək, eləcə də şəhid ailəsi üzvü olduğuna görə işdə saxlanılması üçün ona üstünlük verilmişdir; - İddiaçı ilə əmək müqaviləsinə xitam verilməmişdən əvvəl Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əməl edilərək həmkarlar ittifaqı təşkilatına təqdimat verilmiş, razılıq alındıqdan sonra müqav ilə ləğv edilmişdir.

15. Birinci instansiya məhkəməsində Məktəbin həmkarlar ittifaqı komitəsinin sədri X7 şahid qismində ifadə verərək göstərib ki, Məktəbin direktoru xx.xx.2021-ci il tarixli məktubla həmkarlar ittifaqı komitəsinə təqdimat vermişdir. Məkubda göstərilirdi ki, 2021/2022-ci tədris ilində tələbə qəbulu planında İddiaçı ixtisasına uyğun “Rəqəmli idarəolunan dəzgahların kompüter operatoru” ixtisası verilib. Lakin eyni ixtisas üzrə istehsalat təlimi ustası olan X2 diaqnostik qiymətləndirmədən keçməsi, peşəkarlıq səviyyəsi, şəhid ailəsi olduğu nəzərə alınaraq digər istehsalat təlimi ustası İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam veriləcəkdir. Həmkarlar komitəsinin xx.xx.2021-ci il tarixli iclasında iş çilərin saylarının və ştatların ixtisarı məsələsinə baxılmış, diaqnostik qiymətləndirmədən keçdiyinə, şəhid ailəsi üzvü olduğuna görə X2 işdə saxlanılması üstünlüyünə malik olması nəzərə alınaraq iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Həqiqətən də, iddiaçı həmkarlar komitəsinin iclasına dəvət olunmamışdır, çünki buna zərurət YOX idi.

16. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-858/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh direktorunun 07 №-li 22 yanvar 2022-ci il tarixli əmri ləğv edilmiş, iddiaçı Cavabdehnə istehsalat təlimi ustası işinə bərpa olunmuş, məcburi iş buraxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməsi qət edilmişdir. (hakim Məhburə Kərimova)

17. Birinci instansiya məhkəməsi işdə olan səınəlrə əsasən müəyyən etm işdir ki, iddiaçı 1981-ci ildə Mingəçevir peşə məktəbinə laborant işinə qəbul edilmiş, 1995-ci ildə həmin məktəbdə istehsalat təlimi ustası vəzifəsinə keçirilmiş, müqavilənin müddətinin qurtarması əsası ilə 16 dekabr 2019-cu il tarixl əmrlə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir peşə məktəbinə istehsalat təlimi ustası işinə bərpa olunmuş, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Mingəçevir şəhər məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra da uzun müddət icra olunmamışdır. Bir neçə a ydan sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasının təmin etmək məqsədi ilə 75 №-li 12 noyabr 2021-ci il tarixli əmr verilsə də, əmr faktiki olaraq icra olunmamış, iddiaçı peşə məktəbinə işinə bərpa olunmamışdır. Həmin əmrdən bir həftə sonra, 19 noyabr 2021-ci il tarixdə xəbərdarlıq göndərilərək iddiaçıya Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad olunacağı bildirilmişdir. Cavabdeh 07 №-li 21 yanvar 2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə həmin tarixdə əmək müqaviləsinə xitam vermişdir. Beləliklə, məhkəmə qətnaməsi icra olunmadan iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir.

18. Birinci instansiya məhkəməsi onu da müəyyən edib ki, 2021/2022-ci tədris ilində iddiaçını n ixtisasına uyğun “Rəqəmsal idarəolunan dəzgahların kompüter operatoru” ixtisası veilib. Ancaq istehsalat təlim ustası olan X3 üstünlük verilərək Xatirə Rüstəmova işdə saxlanılmışdır. Cavabdeh, eləcə də məktəbin həmkarlar təşkilatı komitəsi bunu X.Rüstəmovanın şəhid ailəsi üzvü olması və diaqnostik qiymətləndirmədən keçməsi ilə əsaslandırsalar da, X.Rüstəmovanın şəhid ailəsi üzvü olması, ona şəhid ailəsi statusunu verilməsini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır və məhkəməyə də təqdim edilməmişdir. Eləcə də iddiaçı ondan asılı olmayan səbəbdən diaqnostik qiymətləndirmədən keçməmişdir, yəni diaqnostik qiymətləndirməyə iddiaçı dəvət olunmamışdır.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 14, 70, 71, 294, 297-ci, Mülki Prosessual Məcəllənin 9.1 və 14.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh аpellyаsiyа şikаyəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmənin işin faktiki halları olaraq müəyyən etdikləri özlüyündə bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə işin faktiki halları kimi, həm Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsinin icra olunmaması halını qəbul edir, həm də həmin qətnamənin icrası ilə əlaqədar işə bərpa olunmuş iddiaçının işə bərpa olunduqdan sonra təhsil müəssisəsində ştatların ixtisarı zərurətinin yaranması halının baş vermədiyini birmənalı olaraq inkar etmir. Bununla belə, sonuncu halı, ştatların ixtisarı zamanı işçilərdən Xatirə Rüstəmovaya üstünlük verilməsinin düzgü n olmadığını qəbul edir. Buna görə də, məhkəmənin işə yanaşması əvvəlcədən düzgün olmamışdır; - birincisi, qətnamənin əsaslandırıcı hissəsində məhkəmə belə qənaətə gəlib ki, iddiaçının işə bərpası ilə bağlı qətnamə uzun müddət icra olunmamışdır. Məsələ burasındadır ki, sözügedən qətnamə tərəflərə münasibətdə 2021-ci ilin sentyabr ayında qüvvəyə minmişdir. Bundan sonra, icra şöbəsinə yönəlmiş və icra prosesi başlamışdır. 12 noyabr 2021-ci il tarixli əmrlə isə iddiaçı əvvəlki işinə bərpa olunmuşdur; - ikincisi, məhkəmə cavabdeh tərəfindən 12 noyabr 2021-ci il tarixli əmr verilsə də, əmrin faktiki olaraq icra olunmadığını, iddiaçının işə bərpa edilmədiyini, Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsinin icra olunmadan iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyini göst ərmişdir. Bu, tamamilə yanlış mövqedir. Belə ki, məhkəmə qətnaməsi icra olunmasaydı, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə yenidən xitam verilə bilməzdi. İddiaçı işə bərpa edildikdən sonra əmək haqqı almış, sadəcə məcburiyyətdən ştatların ixtisarı aparılmalı olduğundan, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi zərurəti yaranmışdır; - üçüncüsü, məhkəmə iddiaçının ixtisasına uyğun artıq bir qrupun və ya ştatın olmaması məsələsini aydınlaşdırmamışdır. Belə ki, Peşə Məktəbinin 2021/2022-ci tədris ili üçün tələbə qəbulu planında iddiaçının ixtisasına uyğun qrup nəzərdə tutulsa da, həmin ixtisas üzrə Xatirə Rüstəmova adlı şəxsin artıq işləməsini məhkəmə nəzərə almamışdır. İş üzrə şahid qismində ifadə vermiş Mirpaşa Abbasov da ifadəsində bu halı təsdiq etmişdir; - dördüncüsü, qətnam ədə qeyd edilib ki, cavabdeh tərəfindən ştatların ixtisarı zamanı Xatirə Rüstəmovaya şəhid ailəsinin üzvü olması və diaqnostik qiymətləndirmədən keçməsinə görə iddiaçıya münasibətdə üstünlük verilmişdir. Halbuki, işəgötürən diaqnostik qiymətləndirmədən keçdiyinə görə Xatirə Rüstəmovanın peşəkarlıq səviyyəsinin iddiaçıdan yüksək olması qənaətinə gəlmişdir. Bu zaman onun şəhid ailəsinin üzvü olması vurğulansa da, peşəkarlıq səviyyələri fərqli olduğundan nəzərə alınmamışdır. Həmçinin, məhkəmə işçinin peşəkarlığının işəgötürən tərəfindən müəyyən edildiyini, bunun onun diskression səlahiyyətinə aid olduğunu nəzərə almamışdır; - beşincisi, qətnamənin əsaslandırıcı hissəsində məhkəmə belə qənaətə gəlib ki, iddiaçının diaqnostik qiymətləndirməyə dəvət olunmaması pozuntu halıdır. Qeyd edilməlidir k i, diaqnostik qiymətləndirmədə iştirak məsələsi Peşə Məktəbinin vəzifəsi deyil. Yəni bu halın cavabdehə aidiyyəti YOXdur. Məhkəmə nəzərə almamışdır ki, işəgötürən ştatların ixtisarı zamanı işçilərin hansının peşəkarlıq səviyyəsinin yüksək olduğunu müəyyən edərkən, bunu həmin vaxtdakı faktiki vəziyyətə görə qiymətləndirir. Qanunvericilikdə işəgötürənlər üçün peşəkarlıq səviyyəsi aşağı olan işçinin xüsusi təlimlərə cəlb etmək, və.s kimi üsullarla peşəkarlıq səviyyəsini yüksəltmək vəzifəsi müəyyən edilməmişdir; - altıncısı, işçilər arasında kimə üstünlük verilməsi məsələsi həll olunarkən, məhkəmə burada Xatirə Rüstəmovanın hüquqlarını pozub. X.Rüstəmova üçüncü şəxs kimi işə cəlb edilməli idi; - yeddincisi, məhkəmə prosesində müəyyən olunmuşdur ki, iddiaçı X6 öz hüquqlarının pozulması ilə bağl ı müraciət etsə də, X10 bu işlə bağlı cavabdeh tərəfindən əmək hüququ norma və qaydalarına əməl olunduğunu və iddiaçının şikayətinin əsassız olması haqqında qərar qəbul etmişdir. Lakin işə baxan məhkəmə bu halı da nəzərə almamış, işin belə bir əhəmiyyətli faktiki halına heç bir münasibət bildirməmişdir. Halbuki, qətnamədə bu hal öz təsdiqini tapmışdır; - məhkəmənin işin faktiki hallarına dair gəldiyi nəticə özlüyündə ziddiyətlidir. Belə ki, məhkəmə qətnamədə açıq şəkildə, cavabdehin ştatların ixtisarını həyata keçiribkeçirməməsinə münasibət bildirməsə də, qətnamənin məzmunundan məhkəməyə görə işəgötürənin ştatların ixtisarını həyata keçirməkdə haqlı olduğu, lakin ixtisar edilən işçilər arasında seçim edərkən düzgün davranmadığı məlum olur. Lakin bu zaman məhkəmə işəgötürənin kimə üstünlük verməli olduğunu da dəqiq göstərmir. Həmçinin Peşə Məktəbində iddiaçının ixtisasına uyğun başqa qrupların olub-olmaması məsələsi araşdırılmamışdır; - əslində məhkəmə Peşə Məktəbində ştatların ixtisarına ehtiyac olub-olmamasıni, bu, zəruri idisə, işəgötürənin iddiaçıya münasibətdə Xatirə Rüstəmovaya üstünlük verməkdə haqlı olub-olmamasını müəyyən etməli idi. Məhkəmə isə bu məsələlərə dəqiq münasibət bildirməyib. Məhkəmə bu məsələləri dəqiq göstərsəydi, təhsil müəssisəsində həqiqətən də ştatların ixtisarına ehtiyac olduğunu müəyyən edə və işəgötürənin iddiaçıya münasibətdə qərəzli olmadığını, eyni zamanda Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsinin icra edildiyini müəyyən edərdi; - bu zaman rahatlıqla işəgötürən tərəfindən Xatirə Rüstəmovaya peşəkarlıq səviyyəsinin yüksək olmasına görə üstünlük verilməsi də müəyyən edilərdi; - iddiaçının diaqnostik qiymətləndirmədən keçə bilməməsinin cavabdehlə əlaqələndirilməsi kimi hallar sübuta yetirilmir. Cavabdehin iddiaçıya qarşı qərəzli mövqedə olması ilə bağlı məhkəmənin mövqeyi heç bir sübutla əsaslandırılmamışdır; - məhkəmə qətnaməsində istehsalat təlimi ustası olan X.Rüstəmovaya üstünlük verilərək onun işdə saxlanılmasını qeyd etmiş, lakin X.Rüstəmovaya şəhid ailəsi üzvü olduğuna və diaqnostik qiymətləndirmədən keçməsinə görə ştatların ixtisarı zamanı üstünlük verilməsini düzgün hesab etməmişdir. Əslində bununla, məhkəmə Peşə Məktəbində ştatların ixtisarının yanlış olmadığını qəbul etmişdir. Eyni zamanda, iddiaçı da Peşə Məktəbinin ştatların ixtisarı ilə bağlı verdiyi əmrini mübahisələndirməmişdir.

22. Şək i Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1020/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən sаxlаnılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Vəzirxan Məlikov)

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, iddiaçı 1981-ci ildə Peşə məktəbinə laborant işinə qəbul edilmiş, 1995-ci ildə həmin məktəbdə istehsalat təlimi ustası vəzifəsinə keçirilmiş, müqavilənin müddəti qurtarması əsası ilə 16 dekabr 2019-cu il tarixli əmrlə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı müddətsiz əmək müqaviləsi ilə əvvəlki işinə bərpa olunmuş, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra uzun müddət icra olunmamışdır.

24. Bir neçə aydan sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədi ilə 75 №-li, 12 noyabr 2021-ci il tarixli əmr verilsə də əmr faktiki olaraq icra olunmamışdır. Həmin əmrdən bir həftə sonra, 19 noyabr 2021-ci il tarixdə iddiaçıya xəbərdarlıq göndərilərək, ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad olunacağı bildirilmişdir. Cavabdeh 07 №-li, 21 yanvar 2022-ci il tarixli əmri ilə də Ə mək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə həmin tarixdə əmək müqaviləsinə xitam vermişdir. Beləliklə, məhkəmə qətnaməsi icra olunmadan iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. 2021/2022-ci tədris ilində iddiaçının ixtisasına uyğun “Rəqəmsal idarəolunan dəzgahların kompüter operatoru” ixtisası verilib. Ancaq istehsalat təlim ustası olan X3 üstünlük verilərək, sonuncu işdə saxlanılmışdır. Cavabdeh, eləcə də məktəbin həmkarlar təşkilatı komitəsi bunu X.Rüstəmovanın şəhid ailəsi üzvü olması və diaqnostik qiymətləndirmədən keçməsi ilə əsaslandırsalar da, X.Rüstəmovanın şəhid ailəsi üzvü olması, ona şəhid ailəsi statusunu verilməsini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır.

25. Eləcə də iddiaçı ondan asılı olmayan səbəbdən diaqnostik qiymətləndirmədə n keçməmişdir, yəni diaqnostik qiymətləndirməyə dəvət edilməmişdir. 26. “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması” Qaydalarının 3.1.1-ci maddəsinə əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektolo qlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri diaqnostik qiymətləndirilməyə cəlb olunur. Həmin Qaydaların 7.3-cü maddəsinə əsasən, yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş vaxtda müəllimlərin diaqnostik qiymətləndirilmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

27. Göründüyü kimi, Qaydalar əmək müqaviləsi əsasında işləyən müəllimlərin hamısının diaqnostik qiymətləndirməyə cəlb edilməsini nəzərdə tutmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işçinin öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etməsi onun Konstitusion hüququdur və heç kəs bu hüquqdan məhrum edilə bilməz. Qətnamə icra edildikdən sonra işçini bilərəkdən yenidən çıxılmaz vəziyyətə salm aqla məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirmək təəssüfündən çıxış edərək işə baxan birinci instansiya məhkəməsi bu halı diqqətlə YOXlamış və düzgün qərar qəbul etmişdir.

29. Bütün hallarda cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərin hər birinə gəlincə, apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, iddiaçı ilə cavabdeh arasında 17 sentyabr 2018-ci ildə müddətsiz əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qəbul edilmiş qərar və ondan sonrakı ötən müddət ərzində cavabdeh tərəfindən iddiaçıya münasibətdə atılmış addımlar hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə 22 (21) yanvar 2022-ci il tarixli əmrin ləğv edilməsini labüd etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi onu da göstərib ki, birinci instansiya məhkəməsinin qətnaməsind ə ləğv edilmiş əmrin tarixi səhvən 21 yanvar 2022 deyil, 22 yanvar 2022 tarixi kimi göstərilsə də, həmin əmrin nömrəsi düzgün olaraq 07 №-li kimi göstərilmişdir. Bu hal isə qətnamənin mübahisələndirilməyən hissəsi olduğundan həmin hissədə araşdırma aparılmamışdır

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq, Əmək Məcəlləsinin 300-cü maddəsi və “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması” Qaydalarının 3.1.1 və 7.3-cü maddələri ilə əsaslandrımışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsin i xahiş etmişdir.

33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə yalnız iddiaçının fikir və etirazlarının nəzərə alınmasının prosessual pozuntu olmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 14, hissə1. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Maddə 70, “b” bəndi. İşçilərin sayı və ya ştatların ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71, hissə

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 78, hissə

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının i crası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Maddə

300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişi nin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli 994 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları” Maddə 3.1.1 Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq ə mək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri diaqnostik qiymətləndirilməyə cəlb olunur. Maddə 7.3 yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş vaxtda müəllimlərin diaqnostik qiymətləndirilmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün birbaşa məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq no rmalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini YOXlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq YOXlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını YOXlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam YOXlayır.

37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas YOXdur.

39. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

40. İddia tələbi işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmiş və tələbinin əsası kimi Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi işə bərpa edilməsi, Şəki Apelyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə həmin qətnamənin dəyişdirimədən saxlanması, məktəbin direktorunun yalnız 12 noyabr 2021-ci ildə məhkəmənin qərarının icra etməsi, bir həftə sonra, yəni 19 noyabr 2021-ci ildə ştatların ixtisarı barədə iddiaçıya xəbərdarlıq məktubu gəlməsi, işə bərpa olunması barədə əmr verilsə də, iddiaçının bir gün də işə buraxılmaması, işdə saxlanmasına üstünlük verilən şəxsin onunla müqayisədə üstünlüyünün, o cümlədən şəhid ailəsi statusu olmamasına istinad etmişdir.

41. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının müəyyən edilməsindən asılıdır.

42. Hər iki instansiya məhkəmələrinin müəyyən etdiyi işin hallardan da görünür ki, iddiaçının işə bərpa edilməsi barədə əvvəlki məhkəmə qətnaməsi icra olunmadan iddiaçı ilə əmək müqaviləsinə 21 yanvar 2022-ci il tarixli əmrlə yenidən xitam verilmiş, iddiaçı ilə müqayisədə işdə sax lanmasına üstünlük verilən X.Rüstəmovanın şəhid ailəsi üzvü olması və diaqnostik qiymətləndirmədən keçməsini təsdiq edən sübutlar iş materiallarına əlavə olunmamışdır. Həmçinin müəyyən edilib ki, iddiaçı diaqnostik qiymətləndirməyə dəvət edilməmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməli olması barədə gəlinən nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

44. Cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları, yəni iddiaçının digər şəxsə münasibətdə ixtisar zamanı işdə saxlanmağa üstünlüyünün olmamasını işə sübutlar əsasında mahiyyəti üzrə baxan məhkəmələrdə sübut edə bilməyib.

45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2330-cu bəndlərində əks edilən dəyərləndirməsi ilə razı laşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

46. Bu baxımdan qiymət verilməli olan kassasiya şikayətinin dəlilləridir.

47. Həmin dəlillərə gəldikdə, qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olan apellyasiya şikayətində göstərdiyi dəlillərə tam qiymət verib. Məhz həmin dəlillərə qiymət verilməsi nəticəsində apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməli olması nəticəsinə gəlmişdir.

48. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Mingəçevir Peşə Məktəbinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1020/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Aqil Abbasov Hakimlər: Vidadi Məmmədov Zaur Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar