Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-924/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Əliyev Rəfail Ziyad oğlunun, Cavabdeh və onun vəkili Abiyev Elman Oruc oğlunun iştirakları ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin yaşayış sahəsindən çıxarılması, iddiaçıların yaşayış sahəsinə köçürülməsi və onlara qarşı maneələrin aradan qaldırılması” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Novruzova, iş 2(005)1789/2019) iddia qismən təmin edilmiş, İddiaçı1 və İddiaçı2 Bakışəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayışevinə köçürülmələri, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiy asının 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-11731/2019) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1789/2019 saylı iş üzrə 23 iyul 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı veril miş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh və onun vəkili Abiyev Elman Oruc oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı1 və İddiaçı2 vəkili Əliyev Rəfail Ziyad oğlu izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etm əsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar ata-oğul, cavabdeh, İddiaçı1 digər oğlunun həyat yoldaşıdır (gəlinidir); iddiaçıların bildirmələrinə görə tərəflər 2003-cü ildə inşa edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2018-ci ilə qədər birlikdə yaşamış, lakin aralarında yaranmış münaqişəli vəziyyət səbəbilə cavabdeh onları evə buraxmamışdır. Sözügedən fərdi yaşayış evinin reyestrdə qeydə alınmamış əmlak (özbaşına tikili) olduğuişin mübahisələndirilməyən halıdır və iddiaçıların orada pasport qeydiyyatında olduqları müəyyən edilmişdir. Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdaolan X1, Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olan X2, Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyatda olan X15 qızının və Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatda olan X4 birinci instansiya məhkəməsinə ünvanladıqları notarial təsdiqli ərizəyə əsasən iddiaçılar 2003-cü ilin dekabr ayından etibarən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. İş materiallarından həmçinin aydın olur ki, hər iki iddiaçı mübahisəsi gedən tikiliyə pasport qeydiyyatına alınmışlar. Apelyasiya instansiyası məhkəməsi özü qeyd etmişdir ki, köçürmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır. 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Lakin apelyasiya instansiyası məhkəməsi araşdırmasını zəruri hesab etdiyi halları araşdırmamış, işdə olan sübutları qiymətləndirib həmin halları müəyyən edib etmədiyini qətnaməsində göstərməmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində göstərmişdir ki, iddiaçıların bildirməsinə görə tərəflər 2003-cü ildə inşa edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2018-ci ilə qədər birlikdə yaşamış, lakin aralarında yaranmış münaqişəli vəziyyət səbəbi ilə cavabdeh onları evə buraxmamışdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin sübut kimi notariat qaydasında təsdiq olunmuş ərizəyə və hər iki iddiaçının mübahisəli ünvanda qeydiyyatda olmasına istinad etmiş, lakin həmin sübutları işdə olan digər sübutlarla müqayisə edib qiymətləndirməmiş, iddiaçıların köçmək istədikləri ünvanda əvvəllər yaşayıb yaşamaması, onların yaşayış sahəsindən nə vaxt, hansı qaydada məhrum olunmasına aydınlıq gətirməmiş və qətnamədə belə bir nəticəni, yəni iddiaçıların əvvəllər mübahisəli evdə yaşamaları və həmin evdə yaşamaqdan məhrum olunmaları barədə nəticəni qeyd etməmişdir. Məhkəmə kollegiyası müəyyən edir ki, Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “məhkəmə öz qətnaməsini iddiaçıların uzun müddət köçməyi istədiyi mənzildə yaşadıqları ilə əsaslandırmışdır. Lakin, bu qeyd edilən də ağ yalandır və iddiaçılar heç vaxt bu mənzildə yaşamamışlar. Hətta iş materiallarında da həmin şəxslərin burada yaşadığını sübuta yetirən hər hansısa mötəbər sübut yoxdur. Hakim bu qeyd edilən hissən i yalnız iddiaçıların verdikləri izahata uyğun qeyd etmişdir ki, bunun özü də ham madii, həm də ki, prosessual pozuntudur. ” Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin həmin dəlilini araşdırmamış və ona qiymət verməmişdir. Bununla da apelyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış məhkəmə qərarı almaq, yəni ədalətli məhkəmə baxışına olan hüququnu pozmuşdur. Bundan əlavə iddiaçılar ilkin olaraq Cavabdeh iddiaçılara məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişlər. Bundan sonra İddiaçı1 nümayəndəsi iddia ərizəsinin dəyişdirilməsi tələbi ilə müraciət etmiş İddiaçı1 və İdd iaçı2 yaşayış evinə köçürülməsini xahiş etmişdir. O, İddiaçı2 nümayəndəsi olmadığı halda məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə müraciəti İddiaçı2 münasibətdə də qəbul etmişdir. Bundan əlavə cavabdeh İddiaçı1 və İddiaçı2 mübahisəli evdə yaşamadıqları, evə qeydiyyata qanunsuz alındıqlarını bildirsə də apelyasiya instansiyası məhkəməsi bu xüsusata qiymət verməmişdir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən məlum olur ki, istər İddiaçı1 istərsə də İddiaçı2 mübahisəli ünvanda qeydiyyatda olmaları barədə verilmiş qeydiyyat vəsiqəsinin tarixi 17.12.2018-ci ildir. Yəni iddiaçılarla cavabdeh arasında münaqişənin baş verməsindən sonrakı tarixdir. Mülki işdə Bakı şəhər Baş Polis İdarəsinin onların qeydiyyatının qanunsuz olması barədə məktubunun olmasına baxmayaraq apelyas iya instansiyası məhkəməsi bu xüsusatı, yəni iddiaçıların nə vaxt mübahisəli ünvana qeydiyyata alındıqlarını və bu qeydiyyatın qanuniliyini də yoxlamamışdır. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsi nəzərdə tutur ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəl illəri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2019-cu tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-924/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-924/2020
11.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver