Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-924/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-924/2025 (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda, şikayət vəkil tərəfindən imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103)-7355/2024 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərardadından Cavabdeh (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzildən çıxarılması, cavabdehin həmin mənzili boşaltması, cavabdehin həmin mənzil üzrə istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini, qətnamədə eyni zamanda, istifadə hüququ olmayan şəxsin cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçü n əsas olması bəndinin qeyd edilməsinin də əks olunmasını xahiş etmişdir.
2. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsi ilə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin, 86 saylı (yeni qaydalarla AZ 1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi. Cəfər Xəndan küçəsi, giriş 130, М3, m2) mənzilinin İddiaçı adına özəlləşdirilməsinin ləğv edilməsi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin, 86 saylı (yeni qaydalarla AZ 1130. Bakı şəhəri. Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, giriş 130, М3, m2) mənzilinə mülkiyyət hüququnun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İd arəsi tərəfindən xx.xx.2024-cü il tarixdə, **********3-05301-093069 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmasının qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(001)-5084/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə qaytarılması və ona iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır.
4. Həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməs inin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-7355/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyü üçün əsaslar hazırda mövcud deyil və şikayət geri qaytarılması üçün mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Cavabdehin şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, MPM-yə 2 saylı Əlavədə müəyyən edilmiş formaya riayət edilməmiş, elektron kabinetə cavabdeh tərəfindən yalnız şikayətin “PDF” variantı əlavə edilmişdir ki, qüvvədə olan mülki prosessual qanunvericiyə əsasən həmin formada verilmiş şikayətin qəbul edilməsinə yol verilmir.
7. Cavabdeh tərəfindən apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7355/2024 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərardadı ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi) Fuad Abdıyev və Cəmilə Musayeva) Cavabdeh tərəfindən apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, MPMin 407.1-ci maddəsində kassasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 408.1.1-ci maddədə isə qeyd edilmi şdir ki, əgər kassasiya şikayəti MPMnin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. MPM-in 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur).
10. Göründüyü kimi cavabdehin kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş formaya riayət edilməmiş, elektron kabinetə cavabdeh tərəfindən yalnız kassasiya şikayətinin “PDF” variantı əlavə edilmişdir. Bununla da müəyyən edilir ki, cavabdehin kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş formaya əməl edilmədən verildiyindən geri qaytarılmalıdır.
11. Bundan əlavə, qeyd edilən kassasiya şikayətində digər prosessual pozuntu ondan ibarətdir ki, cavabdehin nümayəndəsinin (Vəkil1) elektron kabineti vasitəsilə verilmiş kassasiya şikayəti yalnız nümayəndə tərəfindən imzalanmış, kassasiya şikayətinə əlavə olunmuş orderə əsasən, vəkil qismində iştirak edən Vəkil2 tərəfindən isə imzalanmamışdır.
12. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini, Mülki Prosessual Məcəllənin 67.1, 407.3, 408.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
13. Qərardaddan Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərindən verilmiş kassasiya şiakyətinə münasibətdə MPM-nin 407-ci maddəsinin tələblərinə tam əməl olunmuşdur. Kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuş formada verilmişdir. Kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş formaya riayət edilməklə, elektron kabinetə tərəfimdən əlavə edilmişdir. Kassasiya şiakyətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən alınması, baxılması ilə sübut olunur ki, şikayət məhkəməyə daxil olmuşdur. Şikayətə baxılmaması, bəhanələrlə, geri qaytarılması ədalət mühakiməsinin və hüquqların məhkəmə müdafiəsi prinsiplərinə zidd hesab olunmalıdır. Məhkəmənin cavabdehin kassasiya şikayətinin qanunvericliklə nəzərdə tutulmu ş formaya əməl edilmədən verilməsinə dair mövqeyi MPM ilə müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadından verilmiş kassasiya şikayəti MPM-nin 10-1.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilmişdir. Tərəfimdən verilmiş kassasiya şikayətində göstərildiyi kimi nümayəndənin etibarnaməsi birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Vəkil2 tərəfindən kassasiya şikayətinə ******* nömrəli, xx.xx.2025-ci il tarixli order əlavə olunmaqla kassasiya şikayəti imzalanmışdır. Vəkilin kassasiya şikayətini imzalaması şikayətinin sonunda olan imzası ilə təsdiq olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
15. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
16. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
17. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulu r və onlarla eyni hüquqi qüvvəyə malikdir.
18. Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
19. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
20. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
21. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər.
22. Maddə 402.2.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsin in mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
23. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbu l etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.
23. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.
24. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
25. Maddə 408.1.1. Kassasiya şikayəti 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
26. Maddə 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
27. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində i rəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya n əticələnə bilsin. Kassasiya baxışının hədləri:
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 - tərəflərindən verilmiş kassasiya şiakyətinə münasibətdə MPM-nin 407-ci maddəsinin tələblərinə tam əməl olunması, kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuş formada verilməsi, məhkəmənin cavabdehin kassasiya şikayətinin qanunvericliklə nəzərdə tutulmuş formaya əməl edilmədən verilməsinə dair mövqeyinin MPM ilə müəyyən olunmaması, Vəkil2 tərəfindən kassasiya şikayətinə ******* nömrəli, xx.xx.2025-ci il tarixli order əlavə olunmaqla kassasiya şikayətinin imzalanması, vəkilin kassasiya şikayətini imzalamasının şikayətinin sonunda olan imzası i lə təsdiq olunması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır.
36. İlk öncə qeyd olunmalıdır ki, apellyasiya instansiya məhkəməsi 26 dekabr 2024cü il tarixli qərardadında birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin mümkünlüyü üçün əsasların hazırda mövcud olmamasını, şikayətin qanunla müəyyən edilmiş formaya əməl edilmədən verilməsini, yəni şikayətin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsinə baxmayaraq, MPM-yə 2 saylı Əlavədə müəyyən edilmiş formaya riayət edilmədən, elektron kabinetə cavabdeh tərəfindən yalnız şikayətin “PDF” variantının əlavə edilməsini göstərmişdir.
37. Lakin Cavabdeh nümayəndəsi Vəkil1 (Vəkil2) apellyasiya instansiya mə hkəməsinin 26 dekabr 2024-cü il tarixli qərardadında göstərilən nöqsanı aradan qaldıraraq, MPM-yə 2 saylı Əlavədə müəyyən edilmiş formaya riayət edilməklə həmin qərardaddan şikayət vermək əvəzinə, qərardaddan kassasiya şikayəti vermiş, kassasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə versə də, həmin şikayəti də MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş formaya riayət etmədən, elektron kabinetə yalnız kassasiya şikayətinin “PDF” variantını əlavə etməklə vermiş, həmçinin cavabdehin nümayəndəsi kimi Vəkil1 elektron kabineti vasitəsilə verilmiş kassasiya şikayətini imzalasa da, vəkil kimi həmin şikayətə özünə aid orderi əlavə etməmiş, kassasiya şikayətinə əlavə olunmuş orderə əsasən vəkil qismində iştirak edərək kassasiya şikayətini tərtib etmi ş Vəkil2 tərəfindən isə şikayət elektron qaydada imzalanmamışdır. 38. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edildiyindən (MPM-in 10-1.7-ci maddəsi), Vəkil2 kassasiya şikayətini imzalamasının şikayətinin sonunda olan imzası ilə təsdiq olunması barədə kassasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz.
39. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7355/2024 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi Vəkil1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qənaətə gəlmişdir.
40. Bu səbə bdən kassasiya şikayətinin qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(103)-7355/2024 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.