Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-925/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-100/2021 nömrəli iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sabirabad rayonu İcra Hakimiyyəti tərəfindən Sabirabad şəhəri, H.Əliyev prospekti 104 nömrəli evin 2 nömrəli mənzilinə dair X1 adına verilmiş 18 №-li orderdən görünür ki, həmin order Sabirabad rayonu İcra Hakimiyyəti başçısının 25.12.2007-ci il tarixli 112 nömrəli sərəncamı əsasında verilmiş, X5 5 nəfər ailə üzvləri ilə birlikdə Sabirabad şəhəri, H.Əliyev prospekti, 104 nömrəli evin 1-ci bloku, 1 mərtəbəsində, 3 otaqdan ibarət 43,43 kv.m yaşayış sahəsi olan 2 nömrəli mənzilinə köçmək hüququ vardır. Ailə tərkibi: h/yoldaşı X4 və qızları X2, Cavabdeh2 və X3 ibarətdir. X6, X7 və Cavabdeh1 notarial qaydada təsdiq olunmuş ərizələrinin surətindən görünür ki, onlar Sabirabad şəhəri, H.Əliyev prospekti, 104 saylı binada yerləşən 2 saylı mənzilin İddiaçı adına özəlləşdir ilməsinə (rəsmiləşdirilməsinə) etiraz etməmişlər. Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən (qeydiyyat tarixi 15.09.2012-ci il, qeydiyyat nömrəsi **********) Çıxarışdan görünür ki, ünvan 1-də yerləşən 2 saylı mənzil İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. E.Ə.Əlizadə, A.Ə.Qarayeva, R.M.Cəfərov və B.A.Rüstəmov tərəfindən tərtib edilmiş 03.09.2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh2 2017-ci ilin sentyabr ayında ailə quraraq Saatlı rayonunun Dəllər kəndində ailəsinin evinə köçmüşdür, hazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Cavabdeh1 2010-cu ilin noyabr ayında ailə quraraq Sabirabad rayonunun Əsədli kəndində ailəsinin evinə köçmüş, hazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. İş üzrə qə bul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Sabirabad şəhəri, H.Əliyev prospekti, 104 №-li evin 2 №-li mənzilindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1985-ci il tarixdə həmin dövrdə qüvvədə olan mənzil qanunvericiliyinə əsasən Sabirabad rayonu XDS İK-də mənzil növbəsinə qeydiyyata alınmışdır. 1989-cu ildə rəsmi nikahla ərə getmişdir. Qeyd olunan növbəlik əsasında orderlə 1994-cü ildə Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən 104 nömrəli binanın 2 nömrəli mənzili ona verilmişdir. Dö vlət fondunda olan mənzillərin özəlləşdirilməsi haqqında qanuna əsasən mənzil əvəzsiz olaraq onun mülkiyyətinə verilmişdir. Bu barədə ona DƏDRX 13 saylı Şirvan ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. Mənzil onun tam mülkiyyətindədir. Cavabdehlər onun qızlarıdır. Onların hər ikisi ərə getmiş və nikahları vardır. Cavabdehlər heç bir vaxt onun mənzilində yaşamamışlar. Onlar faktiki olaraq Saatlı rayonu, Dəllər kəndində atalarının Zəki Bəşirovun evində yaşamışlar. Cavabdeh olan qızları həmin evdə boya başa çatmış və ərə getmişlər. Cavabdeh1 2010-cu ilin noyabr ayında ərə getmiş və hazırda ər evində, Sabirabad rayonu, Əsədli kəndində yaşayır. Digər Cavabdeh2 2017-ci ilin sentyabr ayında ərə getmiş və hazırda ər evində, Saatlı rayonu, Dəllər kəndində yaşayır. Cavabdehlər onun mənzilində yaşamamışlar və onların həmin evdə qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin onun mənzilində qeydiyyatlarının formal xarakter daşıması qonşuların iştirakı ilə tərtib edilmiş 03.09.2019-cu il tarixli aktlarla da, təsdiq olunur. Qeyd etdiyi əsaslara və mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinin mümkün olmamasına görə, cavabdehlərin mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sabirabad Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Bağırov, iş № 2(056)-1545/2019) iddia təmin edilərək, Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən (qeydiyyat tarixi 15.09.2012-ci il, qeydiyyat nö mrəsi **********) Çıxarış əsasında iddiaçı Abbasova (Bəşirova) Nigar Əlmusa qızının mülkiyyətində olan Sabirabad şəhəri, H.Əliyev prospekti, 104 №-li evin 2 №-li mənzilindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, hazırki qətnamənin Cavabdeh1 və Cavabdeh2 Sabirabad şəhəri, H.Əliyev prospekti, 104 №-li evin 2 №-li mənzilindən yaşayış yeri üzrə qeydiyyatlarının ləğvi üçün əsas olması qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının şəxsi mülkiyyətində olan Sabirabad şəhəri, H.Əliyev prospekti, 104 nömrəli evin 2 nömrəli mənzilində 01 oktyabr 2009-cu il tarixədək qeydiyyata alınmaqla yaşadıqları üçün, cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının yaranması və itirilməsi əsaslarının, bu hüquqların mövcudluğunun müəyyən edilməsi üçün məhz o zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının şəxsi mülkiyyətində olan Sabirabad şəhəri, H.Əliyev prospekti, 104 nömrəli evin 2 nömrəli mənzilin əvvəlki kirayəçisi və hazırkı mülkiyyətçisi İddiaçı ilə birlikdə ailə üzvü kimi yaşamaqla, həmin vaxtdan mübahisəli mənzildən istifadə hüququ əldə etmişlər. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nikaha daxil olaraq, iddiaçının mülkiyyətində olan Sabirabad şəhəri, H.Əliyev prospekti, 104 nömrəli evin 2 nömrəli mənzilindən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi və ya başqa yaşayış məntəqəsinə getməsi məhkəmə araşdırılması zamanı digər sübutlarla yanaşı, həmçinin cavabdehlərin məhkəmədə verdi kləri izahatları ilə də təsdiq olunmuşdur. Göstərilən hallar ona dəlalət edir ki, iddia üzrə cavabdehlər mübahisəli mənzildən nikaha daxil olub ailə quraraq, könüllü qaydada daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər və bununla da onların mübahisəli mənzilə mövcud olmuş istifadə hüququ elə həmin vaxtdan itirilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov, iş № 2(106)-100/2021) cavabdehlər Əliyeva (Bəşirova) Asimə Zəki qızı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1545/2019 saylı 12 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, cavabdehlər Əliyeva (Bəşirova) Asimə Zəki qızının və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 11 (on bir) manat dövlət rüsumunun əvəzi cavabdehlər Əliyeva (Bəşirova) Asimə Zəki qızından və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etmiş olsa da, mübahisəyə 2009-cu il oktyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60, 87 və 123-cü maddələrini tətb iq etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd olunan hallar üzrə dəyərləndirmə apararaq hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (Bəşirova) iddiaçıya mülkiyyət hüququ ilə məxsus mənzildən yaşayış hüququndan könüllü istifadə etmədikləri üçün, yəni ailə həyatı qurmaqla könüllü surətdə başqa yaşayış yerlərinə köçdüklərinə görə onların həmin hüququna xitam verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)100/2021 nömrəli iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi bar ədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının pros essual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. 29-cu maddəsinə görə də hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhk əmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binas ının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə mün asibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn büt ün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə ba şqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanma köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 87-ci maddəsinə (1982-ci il tarixli redaksiyada) əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və onunailə üzvlə ri müəyyən edilmiş 6 ay müddətdən artıq başqa yerə getdikdə yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilə bilər. 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanı lır. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır”. Həmin qərarda Plenum qeyd edir ki, “Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq mü nasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır”. Qeyd edilən Qərarın əsaslandırıcı hissəsində daha sonra göstərilir “Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməmə si servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müə yyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla, apellyasiya şikayətində istinad olunan dəlillərlə eynilik təşkil etməklə formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-100/2021 nömrəli iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-925/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-925/2022
01.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver