Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-925/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi - işə bərpa (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda), məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və TƏBİB-ə qarşı işə bərpa və məcburi iş buraxmaya görə ziya nın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6088/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur.
2. İddiaçı Cavabdeh1ndə sahə həkimi vəzifəsində fəaliyyət göstərmiş, TƏBİB Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli, 84-K nömrəli əmrinə əsasən poliklinkanın 1-ci terapiya şöbəsinin sahə həkimi – terapevti İddiaçı çalışma müddəti Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən 3 ay uzadılmış və əmək müqaviləsində müvafiq dəyişikliklər qeyd edilmişdir. 3. 25 aprel 2022-ci il tarixində X2 (sahə həkimi-terapevt) ilə Nərimanov rayon 4 nömrəli şəhər poliklinikası arasında 6 ay müddətinə (25 aprel-25 oktyabr 2022-ci il) əmək müqaviləsi bağlanmışdır.
4. Daha sonra Nərimanov rayon 4 saylı şəhər poliklinikasının 1 noyabr 2022-ci il tarixli, 121 nömrəli əmrinə əsasən sahə həkim terapevt İddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən əmək məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01/xx/xx-5555 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamı əsasında işdən azad olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və TƏBİB-ə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ər izə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon 4 saylı Poliklinikda həkim terapevt kimi çalışma müddətinin uzadılması və vəzifəyə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, 1981-ci il tarixdən Nərimanov rayon 8 saylı Poliknikada həkim terapevt işləmişdir. 2021-ci ilin aprel ayından pilot layihə nəticəsində iş yeri dəyişilərək 4 saylı şəhər poliknikasına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində yaşa görə müqavilə vaxtının bitməsi səbəbindən işinə xitam verilmişdir. Nərimanov rayon 4 saylı Poliklinikasının Baş həkimi tərəfindən müqavilənin uzadılması ilə bağlı Cavabdeh1nə və TƏBİB-ə müraciət etmişdir. Hazırda Nərimanov rayon 4 saylı poliklinikasında 20-dən art ıq həkim terapevt ştatı boş olmasına baxmayaraq, Cavabdeh1 direktoru və TƏBİB tərəfindən müraciətə baxılmış və icazə verilməsi mümkün olduğu halda imtina verilmişdir. Bunlarla yanaşı, sahə həkimi olaraq 4 saylı Poliklinikada iş fəaliyyəti müddətində heç bir qanun pozuntusuna yol verməmiş, yalnız yüksək xidmətləri olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən Əmək münasibətlərində ayrı-seçkilik yolverilməzdir. Buna baxmayaraq TƏBİB səbəbi bilinmədən maraqlarına uyğun olan təqaüdə çıxmış həkimlərin müqaviləsini uzadır. Amma onun əmək qabiliyyəti olduğu halda müqavilənin uzadılmasına xitam vermişdir. Onunla bağlı olan bu əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Bundan başqa, əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunveri cilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir.
7. Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı iddia ərizəsinin şikayət vermə müddətini buraxılmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Vəsatət onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən İddiaçı bağlanmış ilkin əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Bununla yanaşı, həmin Məcəllənin 10-1.2-ci maddəsinə uyğun olaraq İddiaçı ilə xx.xx.2021-ci il tarixdən əmək qanunvericiliyinə uyğun olaraq yenidən müddətli əmək müqaviləsi bağlanılmışdır. Həmçinin, İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi xx.xx.2022-ci ıl tarixdən Azərbaycan Respublikası Əmək Məc əlləsinin 70-cı maddəsinin e bəndinə əsasən əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla ləgv edilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi ləğv olunarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cu maddəsinin 2-ci hissəsinə uyğun olaraq rəsmiləşdirilmiş, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surəti, əmək kitabçası və son haqq-hesab ona təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cu maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Belə ki, İddiaçı əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində iddia etdiyi əmək hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etm əmişdir. Göründüyü kimi İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı məhkəməyə iddia ilə müraciət etmə müddətini ötürmüşdür.
9. Yasamal Rayon Məhkəməsinin 2(004)-2529/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilməmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Nərimanov rayon 4 saylı şəhər poliklinikasının 1 noyabr 2022-ci il tarixli, 121 nömrəli əmrinə əsasən sahə həkim terapevt İddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01/xx/xx-5555 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamı əsasında işdən azad olunmuşdur. X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MŞB/2-01907 saylı “mediasiya sessiyasında iştirak edil məməsi barədə” arayışdan görünür ki, mübahisə üzrə xx.xx.2022ci il saat 11:00 və xx.xx.2023-cü il saat 13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh1 və TƏBİB-in nümayəndəsi iştirak etməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə bağlı əmək qanunvericiliyi ilə tənzimlənən məhkəmə müdafiəsindən istifadə etmək üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçı mediasiya təşkilatına xx.xx.2022-ci il tarixdə müraciət etmiş, iddiaçı ilə cavabdeh təşkilat arasında əmək münasibətlərinə xitam verilməsi barədə əmr 1 noyabr 2022-ci il tarixdə olmuşdur. Həmçinin, mediasiya arayışı xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək birinci istan siya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsində qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə sübutlara düzgün qiymət verməmiş, həkim kimi uzun illərin təcrübəsi, qüsursuz fəaliyyəti, işləmək həvəsi nəzərə alınmamış, cavabdehlərin əsası olmayan dəlillərinə istinad olunaraq ədalətsiz qətnamə qəbul edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) 2(103)-6088/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işəgötürən xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq İddiaçı çalışma müddətini 3 ay uzatmış, xx.xx.2022-ci il tarixdə isə Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən işçinin çalışmanın yaş həddinə çatması əsası ilə əmək müqaviləsinə xitam vermişdir. Buradan da belə nəticəyə gəlmək olur ki, işçinin işdən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli əmri qanuni olmuşdur, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2022ci il tarixdə xitam verilmiş, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə bağlı məhkəmə müdafiəsindən istifadə etmək üçün xx.xx.2022-ci il tarixdə Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya arayışı is ə xx.xx.2023-cü il tarixdə tərtib olunmuş, iddiaçı isə hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla da aydın olur ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası üçün qanunla müəyyən edimiş 1 aylıq müddəti də ötürmüşdür. Beləliklə, iddiaçının apellyasiya şikayətində qeyd edilən dəlilləri formal xarakterli olduğundan apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
17. İddiaçının onunla bağlanmış əmək müqaviləsinin növbəti bir neçə il də uzadılması ilə bağlı bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunla müəyyən olunmuş yaş həddindən sonra işçi ilə əmək müqaviləsinin müddətinin uzadılması əmək qanunvericiliyinə əsasən işəgötürənin vəzifəsi yox, hüququ kimi müəyyən edilmişdir.
18. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Əmək Məcəlləsinin 10-1.1, 10-1.2, 10-1.3, 11-ci maddəsinin 1-ci hissəsinin b bəndinə, 70-ci maddəsinin e bəndinə, 287-ci maddəsinə, 292-ci maddəsinin 2-ci hissəsinə, 294-cü maddəsinin 5-ci hissəsinə, 296-cı maddəsinin 1-ci və 2-ci hissələrinə, Mülki Məcəllənin 372 və 375-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 4.1, 9, 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)6088/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edərək işin yeni apellyasiya baxışına qaytarılması haqqında qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin də tələbindən göründüyü kimi yaşına görə işdən çıxarılması konkret olaraq tələb olunmur və işlədiyi uzun illərin təcrübəsinə və əmək qabiliyyətinin olması, həmçinin işlədiyi polikninkada 20-yə yaxın həkim-terapevt ştatının olmasına əsasən Cavabdeh1 publik hüquqi şəxsin direktoru və TƏBİB rəhbərliyi onun barəsində ayrı-seçkilik, yəni qərəzli mövqe tutmasaydılar onunla bağlanmış əmək müqaviləsini uzada bilərdilər.
21. Cavabdeh1 publik hüquqi şəxsin rəhbərliyi onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə, yəni dövlət büdcəsindən maliyyələşən müəssisəsinin işçisinin yaş həddinə çatması ilə əlaqədar işdən azad edərkən onun uzun illər həkim-terapevt kimi qüsursuz fəaliyyətini, peşəkarlıq səviyyəsini, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmasını və işlədiyi poliklinikada 20-yə yaxın həkim-terape vt olmasını, həmçinin işləmək istəyini nəzərə almamışdır. Yuxarıda qeyd etdiyi kimi işlədiyi müddətdə özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyi rəhbərlik tərəfindən qərəzli olaraq nəzərə alınmamışdır. İşə baxan məhkəmə kollegiyası da bu göstərdiklərinin heç birinə hüquqi qiymət vermədən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.
22. Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 2(103)-6088/2023 saylı qətnaməsini qəbul edərkən məhkəmə kollegiyası onun tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara heç bir hüquqi qiymət verməmiş, yalnız cavabdehlər Cavabdeh1 publik hüquqi şəxsin vəTƏBİB-in nümayəndələrinin heç bir əsası olmayan dəlillərinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddələrində göstərilən konkret fa ktlarla əlaqədar olmayan) istinad edərək əsassız qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutları düzgün qiymətləndirməyərək göstərdiyi əsaslı dəlillərə qiymət vermədən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Bununla da prosessual qanunvericiliyin tələbləri işə baxan məhkəmə kollegiyası tərəfindən kobud surətdə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 2(103)-6088/2023 saylı qətnamə qəbul edilərkən hüquqları məhkəmə tərəfindən birmənalı olaraq təmin edilməmiş, yalnız heç bir hüquqi əsası olmayan cavabdehlərin mənafeyi ön plana çəkilərərk onların birbaşa mənafelərinə xidmət edən qətnamə qəbul edilmişdir.
23. Kassator şikayətini əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsin in 2, 10-1.1, 10-1.2, 10-1.3, 16, 70 və 287-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
26. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
27. Maddə 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti or qanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
28. Maddə 11
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... c) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...
29. Maddə 70 Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
30. Maddə
287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
31. Maddə 294.... 5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
32. Maddə 296.
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu m addənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi
33. Maddə
372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
34. Maddə
375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ə rizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılm alıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdır ılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Apellyasiya instansiyası məhkəməsi iddiaçının onunla bağlanmış əmək müqaviləsinin növbəti bir neçə il də uzadılması ilə bağlı bildirdiklərinə münasibətdə qeyd etmişdir ki, qanunla müəyyən olunmuş yaş həddindən sonra işçi ilə əmək müqaviləsinin müddətinin uzadılması əmək qanunvericiliyinə əsasən işəgötürənin vəzifəsi yox, hüququ kimi müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2(103)-6088/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.