Məhkəmə qərarları › İş №2(102)-926/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-926/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-926/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, uydurma əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(103)6900/2022 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh2 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış aşağıdakı əmlakları həyat yoldaşı Cavabdeh1 bağışlamışdır: a) Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 111, mənzil 16 ünvanında yerləşən ümumi sahəsi 263,84 kv.m olan mənzili (13 mart 2018-ci il tarixli bağışlama müqaviləsi ilə); b) Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 113 ünvanında yerləşən ümumi sahəsi 38,1 kv.m olan qeyri-yaşayış sahəsini (03 noyabr 2018-ci il tarixli bağışlama müqaviləsi ilə); c) Sumqayıt, Corat qəsəbəsi, Corat bağları ərazisı, 2074 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini (03 noyabr 2018-ci il tarixli bağışl ama müqaviləsi ilə); d) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 4T ünvanında yerləşən ümumi sahəsi 359,5 kv.m olan qeyri-yaşayış sahəsini (05 dekabr 2018-ci il tarixli bağışlama müqaviləsi ilə).

2. Həmçinin Cavabdeh2 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 80,2 kv.m olan mənzili 210000 (iki yüz on min) manata Cavabdeh3 satmışdır (17 avqust 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilə ilə).

3. İddiaçı MMC, həmin MMC-nin təsisçiləri və Cavabdeh2 arasında MMC-nin fəaliyyətində iştirakları və təsis paylarının bölünməsi ilə bağlı məhkəmə mübahisələri olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, 103 saylı mənzil barəsində Cavabdeh2 ilə Cavabdeh3 arasında 9 saylı notariat ofisində bağlanmış 4Ə-657 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin; 2) Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 111, 16 saylı mənzil barəsində Cavabdeh2 ilə Cavabdeh1 arasında 1 saylı ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu O.Ə.Zərgərov tərəfindən təsdiqlənmiş 4Ə-319 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin; 3) Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 113 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 38.1 kv.m hissəsi barəsində Cavabdeh2 ilə Cavabdeh1 bağlanılan 3 saylı notariat kontorunda təsdiq olunmu ş 4Ə-264 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin; 4) ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış binası barəsində Cavabdeh2 ilə Cavabdeh1 arasında 3 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-283 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin; 5) Sumqayıt, Corat qəsəbəsi, Corat bağları ərazisı, 2074 saylı bağ evi barəsində Cavabdeh2 ilə Cavabdeh1 arasında Sumqayıt şəhər 4 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-2022 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi və əmlakların əvvəlki vəziyyətinə (Cavabdeh2 adına) geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı MMC- nin (əvvəlki adı ilə "xxxx" MMC) təsisçilərindən biri olmuşdur. MMC təsis edildiyi gündən 2017-ci ilin sonunadək Cavabdeh2 tam idarəçiliyində olmuşdur. Digər təsisçilər ona inanaraq illərlə MMC-nin mənfəəti barədə Cavabdeh2 verdiyi məlumatları qəbul etmişlər. 2017-ci ilin sentyabr ayında MMC-nin maliyyə vəziyyəti təsisçilər tərəfindən müzakirə edilərkən Cavabdeh2 maliyyə pozuntuları üzə çıxmış, aparılan audit yoxlamaları zamanı Cavabdeh2 tərəfindən MMC-yə 7333517,08 zərər vurulması müəyyən olunmuşdur. Cavabdeh2 qarşı İddiaçı MMC və onun digər payçıları: Türkiyə Respublikası vətəndaşı Nürettin Cengiz və X3 Bakı şəhər Nərimanov Rayon Məhkəməsində Cavabdeh2 MMC-də iştirakına xitam verməklə, dövlət reyestrində bu barədə müvafiq dəyişikliklər edilməsi və Cavabdeh2 6184633,23 manatın tutularaq M MC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə həmin iddia qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, Cavabdeh2 5438747,76 manat pulun tutularaq, İddiaçı MMC-yə ödənilməsi, tutmanın Cavabdeh2 əmlaklarına yönəldilməsi, borcun tutulması üçün Cavabdeh2 məxsus əmlaklar yetərli olmadıqda, tutmanın Cavabdeh2 İddiaçı MMC-dəki payına yönəldildikdən sonra, onun İddiaçı MMC-də iştirakına xitam verilməsi qət edilmişdir. Aparılmış araşdırmalar və toplanmış sübutl ara əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı MMC arasında yaranan mülki mübahisələr zamanı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi qəbul olunduqdan sonra Cavabdeh2 adında olan bütün daşınar və daşınmaz əmlakları həyat yoldaşı Cavabdeh1 adına bağışlama etmiş və bu əməliyyatlar yekunlaşdıqdan sonra formal olaraq aralarındakı rəsmi nikahı ləğv etdirmişlər. Bundan əlavə, Cavabdeh2 İddiaçı MMC-dən qanunsuz olaraq əldə etdiyi pullar hesabına aldığı əmlakları bu əməlləri yerinə yetirdiyi dövrlərdə və əməllərinin üstü açıldıqdan sonrakı dövrdə adına olan əmlaklardan bəzilərini alqı-satqı yolu ilə başqa şəxslərə də satmışdır. İddiaçı MMC-yə qarşı külli miqdarda mənimsəmə etdiyi üçün Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinmiş və ona qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd edilənlərdən aydın görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanılan bağışlama müqavilələri, həmçinin onlarla digər şəxslər arasında bağlanılan alqı-satqı müqavilələri tamamilə qanunsuz olmaqla bağlandığı andan etibarsızdır.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, e-2(005)2126/2022 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, 103 saylı mənzil barəsində Cavabdeh2 ilə Cavabdeh3 arasında 9 saylı notariat ofisində bağlan mış 4Ə-657 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin; Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 111, 16 saylı mənzil barəsində Cavabdeh2 ilə Cavabdeh1 arasında 1 saylı ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu O.Ə.Zərgərov tərəfindən təsdiqlənmiş 4Ə-319 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin; Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 113 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 38.1 kv.m hissəsi barəsində Cavabdeh2 ilə Cavabdeh1 bağlanılan 3 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-264 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin; ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış binası barəsində Cavabdeh2 ilə Cavabdeh1 arasında 3 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-283 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin; Sumqayıt, Corat qəsəbəsi, Corat bağları ərazisı, 2074 saylı bağ evi barəsində Cavabdeh2 ilə Cavabdeh1 arasında Sumqayıt şəhər 4 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-2022 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi və əmlakların əvvəlki vəziyyətinə (Cavabdeh2 adına) geri qaytarılması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi Cavabdeh2 tərəfindən ona məxsus əmlakların bir qisminin müqavilənin bağlandığı tarixə münasibətdə nikahda olduğu arvadı Cavabdeh1 bağışlanması və digər hissəsinin Cavabdeh3 adına alqı-satqı yolu ilə keçirilməsini görünüş üçün bağlanmış, uydurma əqd kimi qiymətləndirmişdir. Belə ki, qeyd edilən müq avilələrin bağlanması Cavabdeh2 İddiaçınə və onun digər təsisçilərinə zərər vurması halı aşkar edildikdən, ona qarşı məhkəmə mübahisələri başlandıqdan sonra bağlanmışdır. Məhkəmə Cavabdeh2 hərəkətlərini Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021ci il tarixli qətnaməsi ilə ondan tutulmalı olan 5438747,76 manat məbləğində pulun onun mülkiyyətində olan əmlaklara yönəldilməsinin qarşısının alınması məqsədilə formal olaraq bağlandığını hesab etmişdir.

8. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 real mənada ona məxsus olan əmlakları bağışlamaq və ya satmaq niyyətində olmamış, həmin əmlaklara qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutmanın yönəldilməsinin qarşısını almaq məqsədi güdmüşdür.

9. İş üzrə cavabdeh tərəfin Cavabdeh2 “ERBİ-H" MMC-nin təsisçisi olduğu halda onun təsi s etdiyi cəmiyyətin öz təsisçisinə qarşı iddia qaldırıb ondan hər hansı bir əmlak tələb etmək hüququna malik ola bilməməsini, iddia irəli sürənin subyektiv hüququnun olmaması barədə dəlillərini əsassız hesab edərək məhkəmə qeyd etmişdir ki, maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.

10. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, bağışlama müqavilələri 2018-ci il tarixdə, alqı-satqı müqaviləsi 2020-ci il tarixdə bağlamış olsa da, iddiaçı həmin müqavilələr barədə 14 dekabr 2021-ci il tarixli məhkəmə qətnaməsinin icrası mərhələsində məlum atlı olmuş və 18 aprel 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 1 illik iddia müddətini ötürməmişdir.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.3-337.5, 340, 354.1, 354.2, 404.1, 460.1, 567, 666-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2015-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli və “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edil məsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, e-2(005)-2126/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Həmçinin Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, e-2(005)-2126/2022 nömrəli qətnaməsi qətnaməsinin qismən – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, 103 aylı mənzilə dair bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd olunması barədə yeni qətn amə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(103)-6900/2022 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevin və X.Ə.Sarıyevin iştirakı ilə) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh3 apellyasiya şikayəti tam təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, e-2(005)-2126/2022 nömrəli qətnaməsi qismən – Nəsimi rayonu, Neftçilər prospekti, ev № 145-də yerləşən 103 №-li mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsinə aid hissədə ləğv edilmiş və həmin müqavilənin etibarsız he sab edilməsi barədə tələb rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi bağışlama müqavilələrin etibarsızlığı tələbinə hüquqi qiymət verərkən göstərmişdir ki, bağışlama müqavilələri İddiaçı MMC ilə Cavabdeh2 arasında maliyyə ixtilafının yaranmasından və MMC-nin Cavabdeh2 tam idarəçiliyindən alınmasından qısa müddət sonra bağlanıb. Bu isə onu təsdiq edir ki, müqavilə tərəflərinin əsl niyyəti görünüş yaratmaq, bununla da maliyyə ixtilafı ilə bağlı MMC-nin tələbinin əmlaka yönəldilməsinə mane olmaq olub. Belə ki, MMC bildirir ki, MMC 2017-ci ilin sonunadək Cavabdeh2 tam idarəçiliyində olub, Cavabdeh2 MMC-nin maliyyə vəsaitini mənimsəyib, əldə etdiyi pulun hesabına göstərilən əmlakları əldə edib, bu aşkar olunduqdan sonra isə əmlakla ra tələb yönəldilməsinə mane olmaq üçün onları formal olaraq öz adından çıxarıb. Göründüyü kimi, 2018-ci ildə, yəni yaranmış maliyyə ixtilafına görə MMC Cavabdeh2 tam idarəçiliyindən alındıqdan sonra Füzulu Adıgözəlov (hədiyyə verən) Cavabdeh1 (hədiyyə alan) ilə bağışlama müqavilələri bağlayıb. MMC pul tələbi ilə başqa mülki işdə məhkəməyə müraciət edib, bu mübahisədə hansı tərəfin haqlı olmasının və mübahisə üzrə qətnamənin qanuni qüvvəyə minib-minmədiyinin əhəmiyyəti yoxdur. Çünki əqdin uydurma olub-olmadığını təyin edən əsas əlamət niyyətdir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Əgər müqavilə tərəflərinin – hədiyyə verən və hədiyyə alanın niyyəti həqiqi olsaydı, onlar həmin müqavilələri maliyyə ixtilafının yaranmasına və M MC-nin Cavabdeh2 tam idarəçiliyindən alınmasına qədər bağlayardılar.

16. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, bağışlama müqavilələri ərarvad arasında bağlanıb, onların nikahı isə həmin müqavilələrin bağlanmasından qısa müddət sonra - xx.xx.2019-cu ildə pozulub. Bu isə onu təsdiq edir ki, müqavilə tərəflərinin əsl niyyəti görünüş yaratmaq, bununla da maliyyə ixtilafı ilə bağlı MMC-nin tələbinin əmlaka yönəldilməsinə mane olmaq olub. Yəni bağışlamadan sonra nikahın pozulması ilə tərəflər onu bəyan etmək istəyiblər ki, onlar artıq yad insanlardır, Cavabdeh2 MMC-nin qarşısında olan öhdəliklərinə görə Cavabdeh1 mülkiyyətində olan əmlaka tələb yönəldilə bilməz. Nəzərə alınmalıdır ki, əvəzsiz əqdlər (bağışlama və s.) mənəvi dəyərlərə əsaslanır. Mülkiyyətçi öz əmlakını başqasına vermək lə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli, əqdin əsasında mənəvi dəyər dayanır. Boşanma isə ər-arvad arasında ailə ixtilafının olduğunu təsdiq edir. Əgər ailə ixtilafı olsaydı, həmin ərəfədə ixtilafın tərəfləri arasında mənəvi dəyərlərə əsaslanan müqavilə bağlana bilməzdi. Bu isə onu təsdiq edir ki, bağışlama müqavilələrinin bağlanması, onun ardınca isə nikahın pozulması vahid niyyətlə edilib. Bundan başqa, müəyyən olunur ki, nikahın pozulmasından 15 gün əvvəl xx.xx.2019-cu ildə Cavabdeh2 Gəncə şəhərində öz adına olan daha bir daşınmaz əşyaya dair Səfurə Adıgözəlova ilə bağışlama müqaviləsi bağlayıb. Həmin müqavilə də İddiaçı MMC-nin iddiası üzrə etibarsız hesab edilib.

17. Üçüncü, bağışlama müqavilələri eyni təqvim ilində (2018-ci ildə) qısa zaman fasilələri ilə bağlanıb: biri xx.xx.2018-ci ildə, ikisi xx.xx.2018-ci ildə, biri xx.xx.2018-ci ildə. Bu isə onu təsdiq edir ki, müqavilə tərəflərinin əsl niyyəti görünüş yaratmaq, bununla da maliyyə ixtilafı ilə bağlı MMC-nin tələbinin əmlaka yönəldilməsinə mane olmaq olub. Belə ki, məhz 2018-ci ildə Nərimanov RM-nin qəbul etdiyi qətnamə ilə Cavabdeh2 MMC-də iştirakına xitam verilməsi və ondan 6184633,23 manat pulun MMC-nin xeyrinə tutulması qət edilib. Əgər müqavilə tərəflərinin – hədiyyə verən və hədiyyə alanın niyyəti həqiqi olsaydı, onlar eyni təqvim ilində belə ardıcıllıqla bağışlama müqavilələri bağlamazdı.

18. Həmçinin müəyyən olunur ki, Cavabdeh2 İddiaçı MMC-yə qarşı külli miqdarda mənimsəmə cinayəti törətdiyi üçün Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu hal isə digər sübutlarla birlikdə onu təsdiq edir ki, bağışlama müqavilələri görünüş üçün bağlanmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi bağışlama müqavilələrini uydurma əqd kimi etibarsız sayılmasını qət etməklə düzgün nəticəyə gəlib, ona görə də qətnamə bağışlama müqavilələrinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Alqı-satqı ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, alqı-satqı müqaviləsi uydurma əqd deyil. Həmin müqavilə iki tərəfli əqd olduğuna görə bir tərəfin iradəsi ilə ona “görünüş” xüsusiyyəti vermək mümkün deyil. İki tərəfli əqdin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruri olduğuna görə (Mülki Məcəllə, maddə 324.4), ona “görünüş” xüsusiyyətinin verilməsi üçün də iki tərəfin razılaşdırılmış iradə ifadəsi olmalıdır, çünki “görünüş” də razılaşdırma tələb edir. Alıcı Cavabdeh3 görünüş üçün əqd bağlamaq niyyəti müəyyən olunmur, o, müqavilədə müəyyən edilmiş qiyməti ödəməklə əmlakı əldə edib. Həmin qiymətin əmlakın dəyərindən az olması öz-özlüyündə alqı-satqı müqaviləsinin görünüş üçün bağlandığını təsdiq etmir, çünki müqavilə azadlığı (Mülki Məcəllə, maddə 390) tərəflərə imkan verir ki, qiymətə dair şərti azad surətdə müəyyənləşdirsinlər. X2 əmlakı dəyərindən ucuz özgəninkiləşdirməkdə niyyətinin əmlakı təcili olaraq öz adında çıxarmaq, bununla da əmlaka tələb yönəldilməsinin qarşısını almaq ola bilər. Lakin belə niyyət alqı-satqı müqaviləsinə “görünüş” xüsusiyyəti vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) İddiaçı MMC-nin kassasiya şikayəti üzrə:

21. İddiaçı MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(103)-6900/2022 nömrəli qətnaməsinin qismən, yəni iddianın rədd olunması hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 337.4, 337.5, 340, 404-cü, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh2 r eal mənada ona məxsus olan əmlakları bağışlamaq və ya satmaq niyyətində olmamış, həmin əmlaklara qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutmanın yönəldilməsinin qarşısını almaq məqsədini güdmüşdür. Mübahisələndirilən müqavilə aldatma yolu ilə bağlandığı və görünüş xarakterli (uydurma əqd) olduğu üçün iddiaçının həmin predmeti satmaq arzusu və iradəsinin olması istisna edilir. Belə olan halda, iddiaçının sonradan müqaviləni təsdiq etməsi də, hüquqi baxımdan heç bir əhəmiyyət kəsb edə bilməz. Apellyasiya məhkəməsi sübutları düzgün qiymətləndirməmiş, alıcını vicdanlı tərəf kimi qəbul etməklə səhvə yol verişdir. b) Cavabdeh2 kassasiya şikayəti üzrə:

23. Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(103)-6900/2022 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 337, 354, 375, 666.1, 670.1, 670.3-cü, Mülki Prosessual Məcəllənin 2.2, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdehin mülkiyyətində olan daşınmaz əmlakı bağışlamaq, satmaq və digər cavabdehlərin həmin əmlakı qəbul etmək barədə iradə ifadəsi bağlanmış müqavilədə qanunauyğun şəkildə öz əksini tapmışdır. İddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüququ olmamışdır. İddiaçı tərəfindən müqavilənin etibarsız hesab edilməsi ilə bağlı müddət ötürülmüşdür.

25. İddiaçı MMC cavabdehin kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsini xahiş etmişdir.

26. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti əsassız olmaqla, qanunvericilik normalarının sadalanması ilə tərtib olunmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində qanuni və əsaslıdır.

27. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdeh tərəfindən qarşılıqlı olaraq iddianın təmin olunan və rədd olunan hissələrində mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olm ayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərin i təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətə n irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə ə sasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olma yan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. İddiaçının kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi işin hallarını iddiaçının mübahisələndirdiyi hissədə düzgün qiymətləndirməklə belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanılan 17 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsaslar yoxdur.

34. Belə ki, alqı-satqı müqaviləsi alıcının iradəsinə uyğun olmuş və faktiki olaraq baş tutmuşdur. İddiaçı həmin müqavilənin uydurma əqd olmasını iddia etsə də, bununla bağlı sübutlar işin fakti ki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır.

35. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

36. Cavabdehin kassasiya şikayətinin dəlilləri həmçinin əsassızdır. Belə ki, apellyasiya məhkəməsi bağışlama müqavilələrinin etibarsızlığı ilə bağlı gəldiyi nəticəni müfəssəl əsaslandırmış və məhkə mə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

37. İddiaçının hazırki iddianı irəli sürməyə subyektiv hüququna malik olmamasına dair kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin etibarsızlığı tələbini irəli sürmək hüququna yalnız müqavilə tərəfi deyil, həmin müqavilə ilə hüquq və mənafelərinə toxunan şəxs də malikdir. Hazırki işdə bağlanmış bağışlama müqavilələrinin iddiaçının tələbi üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasının qeyri-mümkünlüyünə səbəb olduğundan iddiaçının bu tələbi irəli sürməyə hüququ olmuşdur. Apellyasiya məhkəməsinin qeyd etdiyi kimi də, hazırki halda iddiaçının pul tələbinin əsaslı olub-olmaması və ya həmin tələb üzrə qəbul edilmiş məhkəmə aktının qüvvəyə minib-minməməsinin əhəmiyyəti yoxdur.

38. İddiaçı tərəfindən müddə tin ötürməsinə dair kassasiya şikayətinin dəlili həmçinin əsassız hesab olunmalıdır. Belə ki, uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən isə əhəmiyyətsiz əqdin etibarsızlığı barədə deyil, onun nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında izah etmişdir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özl üyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişikli k edilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2(103)-6900/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar