Məhkəmə qərarları › İş №2(102)-927/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-927/2020

10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-927/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və cavabdeh X4 vəkiliVəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.Paşayeva) xx.xx.2019-cu il tarixli, 2(008)-****/2 019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı “borcun geri qaytarılması” tələbinə dair iddiası təmin edilərək, cavabdeh X2 3000 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, E.Nəbiyev, A.Hüseyn) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh X6 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh birgə nikahdan olan həyat yoldaşı, haliyy ədə varisi N1 qarşı “borcun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan varisi N1dan 3000 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutulub ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı cavabdehin digər cavabdeh X6 ilə əvəz edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh X6 və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh mərhum atası X1 varisi deyildir. O, miras əmlakdan imtina etmişdir. Onun atasından yalnız bir ev qalmışdır ki, onlar orada yaşayırlar və həmin mənzil də ipoteka ilə yüklüdür. Sözügedən borc barəsində cavabdehin məlumatı olmamışdır. Göstəri lənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İ ddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası işin hallarına əsasən müəyyən etmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh 3000 manat borc pul verilməsi və Cavabdeh götürdüyü məbləği 1 ay ərzində qaytarmaq öhdəliyini öz üzərinə götürməsi barədə qəbz tərtib olunmuş və Cavabdeh tərəfindən imzalanmışdır.Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Cavabdeh Nəsirli Samir mərhum Cavabdeh oğludur. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnaməni dəyişdirmədən saxlayan apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, yaranmış borcu ödəmək vəzifəsi cavabdehə aiddir. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.3-cü maddəsində isə təsbit olunmuşdur ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hazırkı işdə də mübahisəsiz qaydada müəyyən olunur ki, mərhum Cavabdehmiras əmlak kimi cavabdeh Samir Nəsirlinin hazırda ailə üzvləri ilə birlikdə yaşadığı bir mənzil qalmışdır. Belə olan halda qəbul edilir ki, cavabdeh həmin miras əmlakı faktiki olaraq qəbul etmişdir. Bununla yanaşı cavabdeh bildirmişdir ki, o, atasından qalmış miras əmlakdan imtina etmiş, lakin miras əmlakdan imtina etməsi barədə yazılı qaydada notariat orqanına ərizə verməmişdir. Halbuki, Mülki Məcəllənin 1269-cu maddəsində təsbit olunmuşdur ki, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Göründüyü kimi cavabdeh atasından miras qalmış əmlakın qəbulundan qanunla müəyyən edilmiş qaydada imtina etməmiş və miras əmlakı faktiki olaraq qəbul etmişdir. Eyni zamanda sübuta ehtiyacı olmayan haldır ki, miras əmlak olan mənzilin dəyəri 3000 manatdan artıqdır. Mülki Məcəllənin 1306.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya araşdırması zamanı həmin dəlillərin əsaslılığı öz təsdiqini tapmamışdır. Kassasiya yoxlaması zamanı isə apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəl illəri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində bo rc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərb aycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar