Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-927/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4868/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.
1. Baxılan işin halları, birinci instansiya məhkəməsində icr aat, apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraatlar, iddianın əsasları, etiraz və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırmaları Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə 2(102)-1722/2023 nömrəli 17 may 2023-cü il tarixli qərarında ətraflı qeyd olunmuşdur (iş vərəqi 178-192, cild 3, sc.supremecourt.gov.az/decision-search/). a) Apellyasiya instansiyası məhkəməsində dördüncü icraat
2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4868/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), M.Rüstəmli və G.Axundova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2645/2019 nömrəli iş üzrə 02 aprel 2019cu il tarixli qətnamə si ləğv edilmiş, iddiaçının cavabdehə qarşı mənzildən çıxarılma, mənzilin sahibliyə və istifadəyə qaytarılması tələbinə dair iddiası rədd edilmişdir.
3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İddiaçı "xxxx" MMC ilə bağladığı 18 iyun 2006-cı il tarixli 105 saylı müqaviləyə əsasən MMC tərəfindən XXX ünvanında tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blokunda 3- cü və 4cü mərtəbələrdə yerləşən, sahələri 57,47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzil, Cavabdeh isə həmin MMC ilə bağlanmış 14 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən XXX ünvanında tikiləcək yaşayış binasının 2-ci blokunda 2-ci mərtəbədə yerləşən, sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzil təhvil verilməlidir. İddiaçı hazırki tələbində ona məxsus mənzilin cavabdeh tərəfindən qanunsuz zəbt edilməsini i ddia edərək, sonuncunun mənzildən çıxarılmasını və mənzilin onun sahibliyinə və istifadəsinə verilməsini tələb etmişdir. Cavabdeh isə bildirir ki, yaşayış mərtəbələri binanın ümumi 3-cü mərtəbəsindən başlanır, onun mənzili binanın ümumi 4-cü mərtəbəsində, yəni 2-ci yaşayış mərtəbəsindədir. İddiaçı mənzili isə onun mənzilindən bir mərtəbə yuxarı, yəni binanın ümumi 5-ci mərtəbəsində yerləşir və həmin mənzilin nömrəsi 101-dir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ekspert rəyi ilə XXX ünvanında inşa olunan yaşayış binasında binanın layihəsinə və mövcud vəziyyətinə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin binanın 2 qeyri-yaşayış mərtəbəsinin üzərindən başladığı müəyyən edilmişdir. Azərbaycan Respublik ası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən XXX verilmiş 27 yanvar 2020-ci il tarixli ekspert rəyinə əsasən XXX ünvanında yerləşən mövcud binaya dair "xxxx" MMC-nin adına tərtib olunmuş layihəyə əsasən binanın yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillər binanın 2 qeyri-yaşayış mərtəbəsinin üzərindən (+0.000 səviyyəsindən) başlayaraq yerləşir. Layihəyə əsasən iddiaçıya məxsus XXX saylı evin, 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzilin, hal- hazırda cavabdehin faktiki yaşadığı mənzil olduğu müəyyən edilmişdir. Layihəyə əsasən iddiaçıya məxsus mənzil XXX saylı evin 2-ci blok 3-cü mərtəbəsində, cavabdehə məxsus mənzil isə XXX saylı evin 2-ci blok 2-ci mərtəbəsində yerləşir. Ekspert rəylərinə nəzərə yetirdikdə müəyyən edilir ki, 2020-ci il tarixli ekspert rəyi ilə 2016-cı il tarixli ekspert rəyi təkrarlanmışdır, hətta ekspert rəyinə əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, 2016-cı il tarixdə keçirilmiş ekspertiza tədqiqatı zamanı çəkilmiş fotoşəkillərin təkrarıdır. Kassasiya instansiya məhkəməsi işi yeni apellyasiya baxışına göndərərkən göstərmişdir ki, eyni binanın iddiaçının mənzilinin yerləşdiyi 2-ci blokdakı mənzilləri ilə bağlı Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli qətnamələrindəki hüquqi mövqeləri nəzərə almamış, eyni blokdakı mənzillərə dair analoji mübahisələr üzrə məhkəmə qərarlarında mənzillərin mərtəbələr üzrə yerləşməsi ilə bağlı fərqli mövqe nümayiş etdirmişdir. İşə birinci dəfə kassasiya qaydasında baxmış Məhkəmə Kollegiyası isə qeyd etmişdir ki, apelyasiya məhkəməsi qanuni qüvvəyə minmiş analoji işlər üzrə qeyd olunan binanın yaşayış sahələri üzrə mərtəbələrinin necə müəyyən olunmasına dair cavabdehin apelyasiya şikayətinin əsaslı dəlillərinə hüquqi qiymət verməmiş, yalnız formal mülahizələrə əsaslanmaqla qeyd olunan ekspert rəyinə istinad etmişdir. Qeyd olunanlardan belə aydın olur ki, işə birinci dəfə kassasiya qaydasında baxmış Məhkəmə yuxarıda istinad olunan 2017 və 2019-cu illərdə qəbul edilmiş məhkəmə aktlarında, ikinci dəfə baxmış Məhkəmə isə 2014 və 2015-ci illərdə qəbul edilmiş qətnamələrdə müəyyən edilən halları rəhbər tutmağı tapşırmışdır. İstinad edilən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə binanın 2-ci blokunda yerləşən 5-ci mərtəbənin yaşayış evinin layihəsi ndə və müqavilədə göstərildiyi kimi X3 məxsus olması, digər xx.xx.2015-ci il tarixli qətnamədə isə binanın 2-ci blokunda yerləşən 6- cı mərtəbənin X1 məxsus olması müəyyən olunmuşdur. Bu qətnamələrdən sonra isə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)7818/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən binaya yerli baxış zamanı müəyyən edilmişdir ki, binanın 1A mərtəbəsindəki mənzillər yerləşməsinə görə yuxarı mərtəbədəki mənzillərdən tamamilə fərqlidir. Bu onu təsdiq edir ki, 1A mərtəbəsindəki sahələr məhz qeyri-yaşayış sahələrinə aiddir, sonradan onların bir qismi mənzil kimi istifadəyə verilmişdir. Bundan başqa qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(103)-XXX/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, həmin binanın 1 və 1A mərtəbələrinin mövcudluğu faktı iş materiallarına əlavə olunmuş məhkəmə qərarları, müvafiq ekspert rəyi və "xxxx" MMC-nin qanuni təmsilçisi olan XXXun izahatı ilə də öz təsdiqini tapır. Belə ki, sadalanan sübutlardan məlum olur ki, XXX ünvanında tikilmiş yaşayış binasının 1-ci mərtəbəsi kürsü mərtəbənin üzərində yerləşir, yəni, binanın mərtəbələrini aşağıdan yuxarıya sayanda zirzəmi+kürsü+1-ci mərtəbə kimi inşa edilmişdir, binanın zirzəmi mərtəbəsi 1-ci mərtəbə kimi sayıla bilməz, binanın layihəsində mərtəbələr arasında 1A və 12B adlandırılan mərtəbələr layihələndirilməyib, həmin binanın eskiz layihəsinə əsasən binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsidir. Layihədə iki qeyriyaşayış sahəsi və 12 yaşayış mərtəbəsi nəzərdə tutulduğundan binanı tikən şirkət 3-cü qeyri-yaşayış mərtəbəsinin bir hissəsini yaşayış mərtəbəsi edərək mənzillərə bölmüş və həmin mərtəbə 1A mərtəbəsi adlandırılmışdır. Yuxarıda əlavə tikilmiş 2 yaşayış mərtəbəsi isə 12A və 12B mərtəbələri adlandırılmışdır. Binanın yaşayış sahələri faktiki olaraq 4-cü mərtəbədən başlayır. Belə ki, 3-cü mərtəbə qeyri-yaşayış sahəsi kimi tikilsə də, onun bir hissəsi yaşayış sahəsi kimi mənzillərə bölünərək satılmışdır. Qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsinin bir hissəsi mənzillərə bölündüyündən və 1-ci mərtəbədən 12-ci mərtəbəyə kimi mənzillər artıq satıldığından, həmin mərtəbə 1A mərtəbəsi adlandırılaraq satılmışdır. Eyni mövqe qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2256/2019 nömrəli 24 iyun 2019-cu il tarixli analoji iş üzrə qəbul edilmiş qətnaməsində də göstərilmişdir. Kollegiya hesab edir ki, kassasiya i nstansiya məhkəməsinin istinad etdiiyi xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli qətnamələri ilə müəyyən edilmiş hallar hazırki iş üzrə preyudisial hesab edilmir, zaman baxımdan da daha sonra qəbul edilmiş və qanuni qüvvəsini almış yuxarıda istinad edilən qətnamələrlə binanın 1A mərtəbəsinə aid sahələrin məhz qeyri-yaşayış sahələrinə aid olması, sonradan onların bir qisminin mənzil kimi istifadəyə verilməsi, 1A mərtəbəsindəki mənzillərin yerləşməsinə görə yuxarı mərtəbədəki mənzillərdən tamamilə fərqli olduğu, binanın layihəsində mərtəbələr arasında 1A və 12B adlandırılan mərtəbələrin layihələndirilmədiyi, həmin binanın eskiz layihəsinə əsasən binanın ilk 3 mərtəbəsinin qeyri-yaşayış sahəsi olduğu müəyyən edilmişdir. Hazırki iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əsas müə yyən edilməli olan hal iddiaçıya məxsus mənzilin cavabdeh tərəfindən zəbt edilib-edilməməsinin müəyyən edilməsidir. Bundan əvvəlki apellyasiya baxışı zamanı da Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsinin iştirakı ilə mübahisəli mənzilə yerində baxış keçirilmiş, yerində baxış zamanı müəyyən edilmişdir ki, binanın layihəsində iki qeyri-yaşayış sahəsi və 12 yaşayış mərtəbəsi nəzərdə tutulduğundan binanı tikən şirkət 3-cü qeyri-yaşayış mərtəbəsinin bir hissəsini yaşayış mərtəbəsi edərək mənzillərə bölmüş və həmin mərtəbə 1A mərtəbəsi adlandırılmışdır. Yuxarıda əlavə tikilmiş 2 yaşayış mərtəbəsi isə 12A və 12B mərtəbələri adlandırılmışdır. Binanın yaşayış sahələri faktiki olaraq 4-cü mərtəbədən başlayır. Belə ki, 3-cü mərtəbə qeyri-yaşayış sahəsi kim i tikilsə də, onun bir hissəsi yaşayış sahəsi kimi mənzillərə bölünərək satılmışdır. Qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsinin bir hissəsi mənzillərə bölündüyündən və 1-ci mərtəbədən 12ci mərtəbəyə kimi mənzillər artıq satılıdığından həmin mərtəbə 1A mərtəbəsi adlandırılaraq satılmışdır. Binaya kənardan baxdıqda cavabdehin yaşadığı mənzilin binanın qeyri-yaşayış sahələrindən yuxarıda ikinci mərtəbədə yerləşdiyi görünür. Yerində baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil təmir olunmuşdur, həmin mənzildə Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh həmin mənzildə, yəni məhz 2-ci mərtəbədə yaşaması binanı idarə edən XXX mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 08 may 2019-cu il tarixli arayışı ilə də təsdiq olunur. Cavabdeh yaşadığı çoxmənzilli binanın idarə edilməsi ilə bağlı edən XXX mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti ilə 18 noyabr 2017-ci il tarixli müqavilə imzalamışdır. XXX mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən verilmiş 05 avqust 2019cu il tarixli XXX saylı arayışdan görünür ki, Cavabdeh yaşadığı mənzil 94 saylı olmaqla binanın ikinci mərtəbəsində, İddiaçı məxsus mənzil isə 101 saylı olmaqla binanın üçüncü mərtəbəsində yerləşir. Cavabdeh yaşadığı mənzilin aşağısında 1-ci mərtəbədə X4 məxsus 87 saylı mənzil, ondan aşağı 1A saylı mərtəbədə isə X5 məxsus 87A saylı mənzil yerləşir. Binanın 8-ci mərtəbəsində X6 məxsus 136 saylı mənzil vardır. X13 məxsus mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış və texniki pasport verilmişdir. Mənzilin texniki pasportunda da mənzilin 8-ci mərtəbədə yerləşməsi qeyd olunmuşdur. Hazırki apellyasiya baxışı zamanı da Kollegiya tərəfindən mübahisəli binaya baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvanndən baxdıqda yerin səviyyəsindən mübahisələndirilən mənzil binanın ümumi 5-ci mərtəbəsində yerləşir. Binanın yerdən birinci və ikinci mərtəbəsi qeyri- yaşayış sahəsidir. Qeyri-yaşayış sahəsinin üzərində 1A mərtəbəsi yerləşir. Yerində müayinə zamanı 1A mərtəbəsinin hündürlüyünün digər yaşayış mərtəbələri ilə müqayisədə fərqli olduğu, pəncərələrinin kiçik ölçüdə olduğu müəyyən edilmişdir. Həmçinin eyni istiqamətdən binaya baxdıqda yaşayışın birinci mərtəbəsi kimi göstərilən 1A mərtəbəsinin balkonları yuxarıdakı mərtəbələrin balkonlarından fərqlidir. Eyni zamanda binanın yan tərəfindən mənzillərin p əncərəsi digər mərtəbələrdən fərqlidir. Müəyyən edilmişdir ki, binada 3-cü qeyri-yaşayış mərtəbəsinin bir hissəsi yaşayış mərtəbəsinə çevrilmiş, mənzillərə bölünmüş və həmin mərtəbə 1A adlandırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, binada eyni nömrəli mənzillər var. Aşağı mərtəbədə yerləşən 88 nömrəli mənzil binanın qeyri-yaşayış sahəsinin yaşayışa çevrilən hissəsidir. Yuxarı mərtəbədə yerləşən digər 88 nömrəli mənzil isə hazırda mübahisə predmeti olan mənzilin yerləşdiyi mərtəbənin aşağı mərtəbəsində yerləşir. Eyni blokdan qalxdıqda 1A mərtəbəsində yerləşən blokdakı bütün mənzillərə giriş olduğu müəyyən edilir. Qeyriyaşayış sahəsinin damında inşa edilmiş balkonu olan mənzilə 1A mərtəbəsində blokdan giriş mövcuddur. Həmin mənzilin qapısının üzərində 91 nömrəli mənzil olduğu qeyd edilmiş dir. Beləliklə cavabdehin mənzili binanın hazırki vəziyyətində yer səviyyəsindən 5-ci mərtəbəsində olmaqla, yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşir. Beləliklə aşkar şəkildə müəyyən edilmişdir ki, iddiaçının binanın 1-ci mərtəbəsi kimi hesablanmasını tələb etdiyi 1A mərtəbəsi kimi qeyd edilən mərtəbə əslində binanın 3-cü qeyri-yaşayış mərtəbəsi olmaqla, bir hissəsi sonradan yaşayış mərtəbəsinə çevrilərək mənzillərə bölünmüşdür. Binanın yaşayış üçün nəzərdə tutulmuş sahələrində bir mərtəbədə olan bütün mənzillərin bir pilləkən qəfəsliyində yerləşdiyi müəyyən edilmişdir. 1A mərtəbəsindəki mənzillərin isə yerləşməsinə görə yuxarı mərtəbədəki mənzillərdən tamamilə fərqli olduğu aşkar görünür. İddiaçının binanın 2-ci blokunun 1 otaqlılar yerləşən hissəsinin, o cümlədən mübahisə predmeti o lan mənzilin binanın ön hissəsinə düşməsi və həmin hissədə mərtəbələrin dəyişdirilməsi ilə bağlı layihəyə heç bir dəyişiklik edilməməsi, 1A mərtəbəsinin isə binanın həyət tərəfində 2-3 otaqlı mənzillər yerləşən hissəsində bir mərtəbənin 2 hissəyə bölünməsi ilə yaradılması barədə dəlilləri ilə bağlı isə Kollegiya qeyd edir ki, bu dəlil əsassızdır, yuxarıda da qeyd edildiyi kimi yerli baxış zamanı binanın yaşayış üçün nəzərdə tutulmuş sahələrində bir mərtəbədə olan bütün mənzillərin bir pilləkən qəfəsliyində yerləşdiyi müəyyən edilmişdir, yəni bir otaqlı və ya iki-üç otaqlı olmasından asılı olaraq mənzillərin yerləşməsinin aidiyyəti olmamışdır. Cavabdehə məxsus olan mənzilin iddiaçının ona aid olduğunu iddia etdiyi mənzil olmadığı, başqa sözlə iddiaçının mənzilinin cavabdeh tərəfindən zəbt e dilmədiyi müəyyən edildiyindən, hazırki iddia tələbinin təmin edilməsi yolverilməzdir. Kollegiya onu da qeyd edir ki, iddiaçının tələb etdiyi mənzilin ona aid olmadığı müəyyən edildiyindən, məhkəmə üçün araşdırma tamamlanır, yəni yuxarı mərtəbələrdə kimin yaşamasının, iddiaçının 101 saylı mənzilinin harada yerləşməsinin və s. məsələlərin hazırki işin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Çünki iddiaçının tələb etdiyi mənzilə subyektiv hüququ yoxdur, onun tələbi isə yalnız həmin mənzilə sahiblik və istifadə hüquqlarının reallaşdırılması ilə bağlıdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunm asını xahiş etmişdir.
5. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə statusunu müəyyən etmədiyi bir cəmiyyətin arayışı və mübahisələndirilə biləcək bir çıxarış ilə, qanuni qüvvəsini almış məhkəmə aktında qeyd edilən və artıq mübahisələndirilməyən məsələlərin önünü pərdələmək üçün istifadə etmişdir. İddiaçının binanın 2-ci blokunda 3-cü və 4-cü mərtəbələrdə yerləşən, sahələri 57,47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzilə mülkiyyət hüququ və istifadə hüququ qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-XXX/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Cavabdeh 2018-ci ildə mübahisələndirilən mənzili qanunsuz zəbt etdiyi zaman həmin mənzilin istifadə və mülkiyyət hüquqları artıq iddiaçıya məxsus olmuşdur ki, bu hal qanuni qüvvəsini almış məhkəmə aktı ilə sübut edilməsinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023cü il tarixli qətnaməsində mənzillərin yerləşdiyi mərtəbələrin layihəyə uyğun olmaması ilə bağlı məsələni də həll etməmişdir. Mənzilə mülkiyyət və istifadə hüququ artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 2014-cü ildə iddiaçıya verilmişdir. 2018-ci il tarixdə cavabdehin o mənzili zəbt etməsi faktdır və binanın layihəyə uyğun tikilibtikilməməsi mübahisə mövzusu olmamışdır ki, Bakı Apellyasiya Məhkəməsi burada da öz səlahiyyətlərini aşaraq həm çəkişmə prinsipinin tələblərini pozmuş, həm də tələb edilməyən bir iddia üzrə öz mülahizəsini yeridərək qanunsuz qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərb aycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat veril ir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 8. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 9. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istif adə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı: “Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q. Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı)....... məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.... Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.”
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qan uni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycan qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli Qərarı: “39. Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər....
42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməli dir (Ceyms və digərləri Birləşmiş Krallığa qarşı xx.xx.1986-cı il tarixli qərar, A seriyaları, s. 2930, §37).” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
17. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
20. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Buna görə də mülkiyyətin müdafiəsi konstitusion prinsipdir.
21. Hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi dedikdə, bu hüquqların pozulmasının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasına və onun hüquqlarının müd afiəsinə yönəldilmiş, mülki qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülür. Mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri hüquqi iddialardır. Bu iddialar əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Mülki Məcəllənin 157-ci maddəsində də mülkiyyət hüququnun müdafiəsinin məhz qeyd olunan 3 üsulu tənzimlənmişdir: 1) mülkiyyət hüququnun tanınması; 2) özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi (vindikasiya iddiası); 3) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi (neqator iddia). Mülkiyyətçinin öz əmlakını başqasının q anunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiasının predmeti əmlakın qanunsuz sahiblikdən qaytarılması tələbidir. Vindikasiya iddiasına görə mülkiyyətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Əgər əmlak natura halında mövcud deyilsə, bu halda mülkiyyətçi əmlakın geri qaytarılması üçün vindikasiya iddiası deyil, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün ümumi mülki-hüquqi iddia qaldırmalıdır. Vindikasiya prosesində tərəflər: iddiaçı - əşyaya faktikı sahibliyini itirmiş mülkiyyətçi, cavabdeh - vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir.
22. Vindikasiya iddiasının qaldırılması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: 1) iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; 2) iddiaçı əmlaka faktiki sahiblikdən məhrum olunmalıdır; 3) iddiaçının sahibliyindən çıxmış əmlak başqa şəxsin faktiki sahibliyində natura halında qalmış olmalıdır; 4) başqa şəxsin əmlaka sahibliyi qanunsuz olmalıdır.
23. İddiaçı mübahisə predmeti mənzil üzərində mülkiyyət hüququnun ona məxsus olduğunu irəli sürür.
24. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə mübahisəli mənzilə dair iddiaçının hər hansı əmlak hüququnun mövcudluğu və cavabdehin həmin mənzilə sahibliyinin qanunsuz olması müəyyən edilməmişdir. Bu da o deməkdir ki, iddiaç ının qaldırığı hazırkı vindikasiya iddiasının əsaslı sayılması üçün yuxarıda sadalanan şərtlərə (§22) iş üzrə əməl olunmur, başqa ifadə ilə, iddiaçının cavabdehə qarşı vindikasiya tələbinin əsaslılığı sübuta yetmir.
25. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin iddiaçının mübahisəli mənzil üzərində istifadə və mülkiyyət hüquqlarının qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilməsi barədə dəlili əsaslı deyil. Belə ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Başqa sözlə, pre yudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-XXX/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, həmin mülki işin tərəfləri hazırkı mülki işlə eyni deyil.
26. Şikayətin digər dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §11).
27. Kassasiya şikayəti ilə bağlı məkəmə kollegiyası, həmçinin, qeyd edir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edi lməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPMin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil e dir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmeti nin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.
28. Konstitusiya Məhkəməsinin Plenumu da öz qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətl əndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
29. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının 2(103)-4868/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.