Məhkəmə qərarları › İş №2(102)-928/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-928/2018

15.02.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-928/2018 15.02.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 15 fevral 2018-ciil İş№ 2(102)-928/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Quliyev Gündüz Ağababa oğlundan və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi ilə, Cavabdehin Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2092/2017 saylı 05 oktyabr 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.Nəsibov, iş № 2(014)-587/2017) iddia təmin edilərək, Cavabdehdən İddiaçı xeyrinə 2780 manat borca görə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2810 (iki min səkkiz yüz on) manat pul tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.H.Şükürov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və R.Ə.Əliyev, iş № 2(107)2092/2017) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 02 may 2017-ci il tarixli 2(014)-587/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçının Cavabdehə qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdən 2800 manat borc pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxa rılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 2780 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçı cavabdehi əvvəlcədən tanımış, tərəflərin aralarında yaxşı münasibətləri olmuşdur, iddiaçı cavabdehə hər zaman etibar etmişdir. Cavabdeh iddiaçıdan borc istədiyi təqdirdə iddiaçı hər zaman əlindən gələni etməyə çalışmış, mümkün olduqca lazımi qədər borc pul vermişdir. 2010-cu il tarixində cavabdeh iddiaçıya yaxınlaşaraq 2800 manat pula ehtiyacı olduğunu bildirmişdir. İddiaçı 2 010-cu ildə 2800 manat pulu cavabdehə borc olaraq vermiş, cavabdeh isə vaxtında borcu qaytaracağına söz versə də, üzərinə götürdüyü öhdəliyi pozduğu üçün, yəni iddiaçıdan aldığı borcu vaxtında qaytarmadığı üçün öz müqabilində 13 mart 2012-ci il tarixdə yazılmış qəbzdə bildirmişdir ki, o, X3dən bir ay möhlət istəyir, 2800 manat məbləğində pulu qaytaracaqdır. Qəbzdə iddiaçının adı X3 kimi qeyd edilməsinin səbəbi, el arasında camaatın, həmçinin cavabdehin də İddiaçı X3 kimi tanımalarıdır. Hətta bunu sübuta yetirəcək şahidlər, yəni iddiaçının qonşuları vardır. Cavabdeh hər səfərində müxtəlif bəhanələrlə iddiaçıya olan borcu qaytarmaqdan imtina edir. Cavabdeh tərəfin iddia müddətinin ötürülməsi barədə ərizəsi əsassızdır. Belə ki, tərəflər mövcud mübahisə üzrə 24 dekabr 2015-ci il tarixədək əlaq ədə olmuşlar. İddiaçı 2015-ci il tarixdə iflic xəstəliyinə tutulmuşdur. Bundan sonra dəfələrlə cavabdehə zəng edilmiş və borc pul geri tələb edilmişdir. Odur ki, cavabdeh 2015-ci ilin dekabr ayında tanımadıqları bir taksi sürücüsü ilə iddiaçıya borcdan çıxılması üçün 20 manat məbləğində pul göndərmişdir. Bundan sonra isə hər hansı məbləğdə ödəniş etməmiş və hər səfərində edilmiş xəbərdarlıqlara borcu qaytaracağına dair vədlər vermişdir. Buradan da aydın olur ki, tərəflər arasında prosessual axın dayanmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili X4 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi q ətnaməsinin ləğv ediməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallara, təqdim etdikləri sübutlaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Mülki Prosessual Məcəllənin 14, 77.1, 88, 129.4, 130-cu maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmay araqtərəflər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasın ıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, işin materiallarını tədqiq edib, kassasiya şikayətinin dəlillərini yoxlamaqla aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiyainstansiyasıməhkəməsitərəfindənmüəyyənolunmuşişinfaktikihallarındangörünürki, cavabdeh iddiaçıdan 2800 manat borc pul almışdır. Bu halı cavabdeh də mübahisələndirmir. Cavabdeh iddia müddətinin ötməsini əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddia müddəti sonuncu ödəniş edildikdən sonra hesablanmağa başlanılır, odur ki, müddət buraxılmamışdır. Kollegiya bu qənaətlə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, tərəflər 2015-ci ilin dekabr ayına qədər borc barədə öz aralarında əlaqədə olmuş, eləcə də 2015-ci ilin dekabr ayında cavabdeh ümumi borcundan 20 manat məbləğində pulu iddiaçıya göndərmiş və iddiaçı da bunu qəbul etmişdir. Cavabdeh bildirmişdir ki, 2015-ci ilin dekabr ayında iddiaçıya göndərmiş olduğu 20 manat pulu öz qardaşının iddiaçıya olan borcu üçün ödədiyini bildirsə də bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, əksinə tərəflərin izahatları, şahid ifadəsi ilə təsdiq olunmuşdu r ki, cavabdeh tərəfindən 2015-ci ilin dekabr ayında edilmiş 20 manat məbləğində ödəniş məhz cavabdehin iddiaçıya olan borcunun qarşılığında olmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş qəbzdə cavabdehə borc üzrə ödəniş etməsi üçün 13 mart 2012-ci il tarixdən 2012-ci iln aprel ayına qədər müddət verilməsi qeyd olunmasına baxmayaraq, sonradan cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyi üçün iddiaçı tərəfindən cavabdehə həmin tələbin icrası üçün güzəştli müddət verilmişdir. Həmin müddət 2015-ci ilin dekabr ayına qədər, yəni cavabdehin iddiaçıya son ödəniş etdiyi tarixədək davam etmişdir. Konstitusiyanın 25-ci maddəsinin İ-ci bəndinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsi barədə” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin böyük əhəmiyyətinə işarə edilməklə məhkəmələrə mübahisəli hüquq münasibətlərinə iddi a müddətini tətbiq edərkən qaydalara ciddi şəkildə riayət edilməsi tövsiyyə olunmuşdur. Qərarda daha sonra qeyd olunmuşdur ki, “iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkindirməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququnun müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əş yalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericiliyin müddəalarına görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2-ci maddələri). Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdə sinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (Mülki Məcəllənin 740-cı maddəsi). Cavabdeh iddiaçıdan 2800 manat məbləğində borc aldığını etiraf etsə də sonradan borcu qaytardığını bildirmiş, lakin bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə u yğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqin ə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2092/2017 saylı 05 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar