Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-929/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı mülki iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əmək münasibətlərindən irəli gələn mübahisələr; əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), işçi əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, mülki hüquqların həyata keçirilməsi; hüquqdan sui-istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkə zi Hərbi Poliklinikasına qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi, əmək kitabçasının bərpa olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2023-cü il tarixli 2(103)-4853/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında 23 aprel 2023-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı anası X1 birinci dərəcə əlilliyi vardır. X3 övladı İddiaçı öhdəsindədir.
2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-7435/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Müdafiə Nazirinin xx.xx. 2015-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatların ixtisarı) Laboratoriya bölməsinin həkim mütəxəssisi vəzifəsindən azad edilsə də onun öhdəsində birinci qrup əlil anasının olmasına görə işdən azad edilmə barədə əmr ləğv edilmiş və İddiaçı işə bərpa edilmişdir.
3. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)1624/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilindiyi üçün 3 ay müddətinə inzibati həbs edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-1624/2022 nömrəli qərarı ilə bu müddət 2 ay müddətinə endirilmişdir.
4. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinin xx.x x.2022-ci il tarixli, 94 nömrəli əmri ilə İddiaçı Laboratoriya bölməsində həkim-mütəxəssis (biokimyəvi üzrə), Əmək Məcəlləsinin 72-ci maddəsinin «f» bəndində (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara yol verməsi) göstərilən hallar nəzərə alınmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi Asəf Məmmədov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətinə əsasən N. Məmmədo vaya məxsus olan əmək kitabçası və işdən azad olması barədə əmrindən çıxarışı xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə onun ünvanına göndərilmişdir 6. xx.xx.2022-ci il tarixli D**********00629 nömrəli çatdırma vərəqəsinin surətinə əsasən “Məmmədova”ya ünvanlanmış SS770491875AZ göndəriş nömrəsi məktubu xx.xx.2022-ci il tarixdə “Nəbiyev” soyadlı şəxs almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı «əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi, əmək kitabçasının bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixindən işdən azad edilməsi barədə işəgötürənin əmri ləğv edilərək öz əvvəlki işinə inzibati həbsdən sonra məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə bərpa olunması və əmək kitabçasının bərpa olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, işə bərpa olunduqdan sonra iddiaçını bir müddət öz vəzifəsinə aid işləri görməyə buraxmamışdırlar. Lakin uzun çəkən mübarizədən sonra öz vəzifəsi ilə bağlı işləri yerinə yetirməyə başlamışdır. Bununla da Hərbi Həkim Komissiyasının sədri Elxan İbrahimovun iddiaçıya qarşı təzyiq və nifrəti artmışdır. İşdə daima şər və böhtanlara məruz qalırdı. Hər dəfə sübut etməyə çalışırdılar ki, iddiaçı kimdənsə rüşvət almışdır. Lakin hər dəfə bu onlar üçün uğursuzluqla nəticələnirdi. Nəhayət rəhbərliyin əlaltısı H.Abbas iddiaçıya bildirmi şdir ki, «biz bilirik ki, siz qanunsuz işlərə qarışmırsınız, amma biz qazanmaq istəyirik. Ona görə də siz poliklinika rəhbərliyinin icazəsi ilə komissiyadan keçən hərbiçilərin qida ilə əlaqədar şəkər səviyyəsini normadan yüksək göstərin və onlardan 50-60 manat imkan olduqda daha yüksək məbləğdə pul almaqla nəticələri normada verin. Pul götürənlərin siyahısını və toplanmış pulu isə bizə təhvil verin. Belə etməsəniz biz sizinlə işləyə bilməyəcəyik və bu işi həmişəki kimi Hərbi Hospitalda Vəfa, poliklinikada Solmaz, Hamlet edəcəklər». İddiaçını bu formada işləməyə məcbur etmişlər. Lakin iddiaçı başa düşməmişdir ki, bu da ona qarşı qurulan bir tələ imiş. Daha sonra Hərbi Həkim Komissiyasının sədri Elxan İbrahimov Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarını xəlvəti d əvət edərək iddiaçının kabinetinə gizli videokamera yerləşdirmiş və 26 nəfər komissiyadan keçən müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbiçidən pul alınmasını gizli formada çəkdirmişdir. Təhqiqat materialları Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Xidmətindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ötürülmüşdür. Hərbi Həkim Komissiyasının sədri Elxan İbrahimov və onun tərəfdaşları iddiaçıya Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarına verdiyi izahatlarda siyahı üzrə pulun yığılaraq rəhbərliyə təhvil verilmədiyini və bütün işləri öz təşəbbüsü ilə etdiyini bildirməsini demişlər. Belə etməyəcəyi təqdirdə iddiaçıya kömək etməyəcəklərini bildirmişlər. Məsələnin həll ediləcəyini iddiaçıya vəd etmişlər və bunun müqabilində ondan külli mi qdarda pul almışlar. Hazırda yuxarıda qeyd edilənlərlə əlaqədar aidiyyəti dövlət orqanlarına müraciətlər etmişdir və müəyyən rəhbər işçilərin qəbulunda olmuşdur. Yuxarıda qeyd edilənlər, məsələnin nə yerdə olduğunu, yəni iddiaçıya qarşı cavabdehin qərəzli mövqeyini məhkəməyə çatdırmaq üçün idi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-1624/2022 saylı qərarından sonra iddiaçını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən işdən azad etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» nın 6.2-ci bəndinə əsasən «işdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız isdən çıxan işçinin razılığı ilə yol verilir». Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi Asəf Məmmədov qanunvericiliyin bu tələbini kobud surətdə pozaraq iddiaçının razılığı olmadan poçt vasitəsilə əmək kitabçası və işdən azad olması barədə əmrdən çıxarışı inzibatı həbsdə olduğu dövrdə ünvanına göndərmişdir, halbuki inzibatı həbsdən sonra iddiaçı ərizəsində xahiş etmişdir ki, bu sənədləri ona şəxsən versinlər, poçtla göndərilməsini xahiş etməmişdir. Nəticədə haz ırkı dövrədək iddiaçı əmək kitabçanı və xitam əmrinin surətini əldə edə bilməmişdir. Telefonla əlaqə saxlayıb əmək kitabçası əldə etmək istəyir, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası əmək kitabçasını tapa bilmir. Belə vəziyyət bir daha Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi Asəf Məmmədovun və onun komandasının iddiaçıya qarşı olan qərəzli mövqeyini sübut edir və bütün bunlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 7803 məktubundan görünür. Mübahisənin qısa məzmunu və məhkəmədən gözlənilən nəticələr ondan ibarətdir ki, iddiaçı «Əmək müqaviləsi bildirişi» altsistemindən əldə etdiyi məlumata əsasən əmin olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının işəgötürəni tərəfindən qanunvericiliyin tələbləri pozularaq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən qərəzli formada xx.xx.2022-ci il tarixində inzibati həbsdə olduğu vaxtda xitam verilmişdir. İddiaçının öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmuş (İ dərəcə əlil) olan anası vardır və öhdəsində İ dərəcə əlilliyi olan anasının olmasını işəgötürən və onun kadrlar şöbəsinin işçiləri əvvəlki məhkəmə işindən bilirdilər. Əvvəlki məhkəmə məhz bu halı rəhbər tutaraq onu ixtisarla bağlı qərəzli olaraq işdən azad edildiyi halda işinə bərpa etmişdi. Bu səbəbdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-1624/2022 saylı qərarı işəgötürənə əsas vermir ki, onun əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam versin. Məhkəmənin yuxarıda qeyd edilən qərarında işdən azad ediləcəyi, eləcə də müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bağlı heç nə göstərilməmişdir. Hesab edib ki, işəgötürən öhdəsində İ dərəcə əlil anası olduğunu nəzərə alaraq məhkəmənin qərarı ilə 2 ay müddətində inzibati həbs növündə əmək funksiyalarını yerinə yetirə bilmədiyinə görə iddiaçını Əmək Məcəlləsinin 62-ci «İşçinin işdən kənar edilməsi» maddəsinin c) bəndinə əsasən (iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibatı xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə) əmək haqqı verilmədən işdən kənar edə bilərdi, l akin işdən azad edə bilməzdi. İşəgötürən isə qərəzli mövqe tutaraq Əmək Məcəlləsinin tələblərini pozaraq iddiaçını işdən azad etmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi xx.xx.2022-ci il tarixli qərarı ilə cinyət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir ki, bu qərarın 4-cü bəndində göstərilmişdir ki, «İddiaçı əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan material hüquqi qiymət verilməisndən ötrü aidiyyəti üzrə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraat idarəsinə göndərilsin». Bu qərar, eləcə də inzibati həbs barədə yuxarıda qeyd etdiyi məhkəmə qərarları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarının «b» bəndində göstərilən haldır.
9. Bakı 11 saylı M ediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklifdə təsvir edildiyi kimi, yəni əmrin ləğvi, məcburi işburaxma üçün pul tələbi, işə bərpa və əmək kitabçasının bərpası tələbinə dair mübahisə üzrə xx.xx.2022-ci ildə 17.40 saatında keçirilməsi nəzərə tutulan ilkin mediasiya sessiyasında AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının nümayəndəsi iştirak etməmişdir.
10. Fəxri Fərmanların surətlərinə əsasən, Laboratoriya bölməsinin həkim-mütəxəssisi İddiaçı xx.xx.2014-cü il tarixdə, xx.xx.2015-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə müalicə diaqnostika işindəki nailiyətlərinə, yaralı və xəstələrə qayğıkeş, nöqsansız əməllərinə görə, həm çinin vəzifə borclarının öhdəsindən layiqincə gəldiyinə görə Fəxri Fərmanlarla tərtif olunmuşdur.
11. Cavabdehin nümayəndəsi (poliklinikanın rəisi) Asəf Məmmədovun iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, DTX-nın əməkdaşları tərəfindən əməliyyat keçirilmiş və nəticədə İddiaçı tutularaq barəsində istintaq işi aparılmış, bundan sonra iş aidiyyatı üzrə Korrupsiya ilə mübarizə Baş İdarəsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə o, təqsirli bilinərək barəsində inzibati həbs seçilmişdir. Buna səbəb isə iddiaçının 4 gün ərzində Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasında həkim səviyyələrindən istifadə edərək 26 nəfərdən ümumilikdə 1.300 manata qədər qanunsuz pul alması olmuşdur. Adı çəkilən məhkəmə qərarları barəsində təşkilat tərəfindən məlumat əldə olunduqdan sonra həmin qərarların qanuni qüvvəsini alması gözlənilmiş və bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işdə yol verdiyi kobud pozuntularla bağlı xitam verilmiş və bu barədə qanunvericiliyə uyğun olaraq ona məlumat verilmişdir. Əlavə olaraq qeyd edir ki, iddiaçının himayəsində 1-ci qrup əlil valideynin olması barədə məlumatları olmuş və buna uyğun olaraq iddiaçının natamam iş rejimində çalışmasına şərait yaradılmışdır. Qeyd etdiyi hallara əsasən tərəflərdən bütün hüquqi prosedurlar tam olaraq həyata keçirilmişdir
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim X8) 18 noyabr 2022-ci il tarixli, 2(006)-4744/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfində n İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmr ləğv edilməklə sonuncu işinə - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) - xx.xx.2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanmaqla bərpa edilməsi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən iddiaçıya məxsus əmək kitabçası bərpa edilərək (işə götürən tərəfindən geri qaytarılması mümkün olmadıqda) iddiaçıya qaytarılması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının himayəsində 1-ci dərəcə əlil olan anası olduğundan əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddiaçının inziba ti həbsdən sonra məcburi işburaxmaya dövrü üçün əmək haqqını hesablanıb ödənilməsi tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsaslı hesab olunaraq təmin olunduğu üçün, iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir.
14. Məhkəmə qeyd etmişdir ki, hazırki mülki işin materiallardan görünür ki, cavabdeh tərəf işçinin əmək kitabçasını onun razılığı olmadan (həbsdə olduğunu bilə-bilə özü ilə həbsdən çıxdıqdan sonra əlaqə yaratmadan) ünvana göndərmiş, bu səbəbdən əmək kitabçasının kim tərəfindən alınması (verilməsi) müəyyən edilməmişdir.Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əmək kitabçasının bərpa olunması hissəsində əsaslıdır və təmin edilməlidir.
15. Məhkəmə g əldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68-ci maddəsinin 2-ci bəndinə, 70-ci maddəsinini «ç» bəndinə, 79-cu maddəsinin 1, 2-ci bəndlərinə, 296, 300-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1-ci maddəsinə, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat:
16. Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Ape llyasiya şikayəti işin hallarına istinad edilməklə, cavabdeh tərəfin birinci instansiya məhkəməsində verdiyi izahatının məzmunu ilə eynilik təşkil etmişdir
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva, F.F.Babayev) 2(103)-4853/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişr və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(006)4744/2022 saylı qətnaməsi “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmr ləğv edilməklə sonuncu işinə - Azərba ycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) - xx.xx.2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanmaqla bərpa edilsin” hissəsində dəyişdirilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 94 nömrəli əmr ləğv edilməklə sonuncu işinə - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Laboratoriya bölməsinin həkim-mütəxəssisi (biokimyəvi üzrə) - xx.xx.2022-ci il tarixdən məcburi işburaxmaya görə əmək haqqı hesablanmaqla bərpa edilməsi qət edilmiş və qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası işə baxan məhkəmənin mövqeyi ilə razılaş araq qeyd etmişdir ki, iddiaçının işdən azad edilməsi qanunsuz olmuşdur. Belə ki, iddiaçının anası X1 birinci dərəcə əlilliyi vardır. X3 övladı İddiaçı öhdəsindədir. Belə ki, İddiaçı X2 qulluğa görə 100 manat məbləğində Prezident təqaüdü alır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvünün olması halı işəgötürənə məlum idi. Çünki, qanuni qüvvəsini almış Nəsimi rayon Məhkəməsinin 2(006)-7435/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatların ixtisarı) Laboratoriya bölməsinin həkim-mütəxəssisi vəzifəsindən azad edilsə də onun öhdəsində birinci qrup əlil anasının olmasına görə işdən azad edilmə barədə əmr ləğv edilmiş və İddiaçı işə bərpa edilmişdir.
21. Məhkəmə kollegiyası hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin Məcəllənin 79-cu maddəsinı müqayisəli şəkildə şərh verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qərardadı ilə həmin qərardadın təsviri-əsaslandrıcı hissəsində göstərilən əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin müraciəti ilə bağlı Plenum tərəfindən ayrıca qərar qəbul edilməsinə zərurət olmadığından onun Konstitusiya məhkəməsi Plenumunun icraatına qəbul olunmasından imtina edilmişdir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan məhkəmənin məcburi işburaxmaya görə müddətin xx.xx.2022-ci il tarixdə hesablanmalı olması barədə gəldiyi nəticə yanlışdır. Çünki, iddiaçının işdən azad edilməsi barədə əmr 17 may 2022-ci il tarixdə verilmişdir. Əmrdə də qeyd olunur ki, xx.xx.2022-ci il tarixdən işçi ilə əmək müqaviləsinə xitam verilsin. Habelə, iddiaçıya işdən azad olunduğu vaxtadək ödənişlər olunmuşdur.
24. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı məxsus əmək kitabçası bərpa edilərək (işə götürən tərəfindən geri qaytarılması mümkün olmadıqda) İddiaçı qaytarılması hissəsində işə baxan məhkəmənin gəldiyi nət icə ilə razılaşmışdır. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında bir daha təsdiq edir ki, iddiaçının həbsdə olduğundan məlumatlı olsa da əmək kitabçasını iddiaçının ünvanına göndərmişdir. Lakin göndərilən əmək kitabçasının iddiaçının həbsdə olması səbəbindən özü tərəfindən əldə edilməsi qeyrimümkün olmuş, hətta onun ailə üzvünə də qeyd edilən əmək kitabçası təqdim edilməmişdir.
25. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsi 70-ci maddəsinin a, b, c, ç, d, e bəndlərinə, 72-ci maddənin a, b, c, ç, d, e bəndlərinə, 79, 87ci maddəsinin 3-cü bəndinə,300-cü maddəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları»nın xx.xx.1996-cı il tarixli, 186 nömrəli Qərarının 6.2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2., 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4853/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əməli Əmək Məcəlləsinin 72-ci maddəsinin f bəndinə əsasən əmək vəzifələrinin kobud surətdə pozulması hesab edilir və bu səbəbdən cavabdeh tamamilə qanuni olaraq, onu işdən azad etmişdir. İddiaçının inzibati həbsdən sonra məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanıb ödənilməsi tələbi tamamil ə qanunsuz və əsassızdır, çünki iddiaçının məcburi işburaxması cavabdehin iradəsindən asılı olmamışdır. O, məhkəmənin qərarı əsasında müəyyən müddətədə həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir və o, həbsdə olduğu üçün bu məsələdə cavabdehin üzərinə heç bir öhdəlik düşmür. Həmçinin işdən azad olduğu vaxtadək ona ödənişlər edilmişdir. Hazırki iş üzrə cavabdehin sübutları nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbi tam şəkildə pozulmaqla apellyasiya şikayəti əsassız olaraq qismən təmin edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Polikilinikasının rəisinin 26 nömrəli, 17 aprel 2017-ci il tarixli əmri ilə Mərkəzi Hərbi Polikilinikasının Laboratoriya bölməsinin həkim mütəxəsisi (biokimyəvi üzrə) X6 işdə yol verdiyi kobud noqsanlara gör ə Töhmət” elan edilmiş, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Polikilinikasının rəisinin 41 nömrəli, 22 iyun 2017-ci il tarixli əmri ilə Mərkəzi Hərbi Polikilinikasının Laboratoriya bölməsinin həkim mütəxəssisi (biokimyəvi üzrə) X6 Əmək Müqaviləsinin 7.1-ci maddəsinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin "xxxx" bəndinin tələblərini pozduğuna, əmək funksiyasını kefiyyətsiz yerinə yetirdiyinə və dövlət əmlakına ziyan vurduğuna görə sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” elan edilmiş, bundan əlavə dəfələrlə şifahi, yazılı xəbərdarlıqlara baxmayaraq dəfələrlə əmək funksiyasını kefiyyətsiz yerinə yetirmişdir. Bütün bunlar mülki işin materiallarında olsa da hər iki məhkəmə bunları nəzərə almamış və maddi hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mü dafiə nazirinin birinci müavini, general-polkovnik Kərəm Vəliyevə, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ünvanladığı 27 aprel 2022-ci il tarixli məktubunda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim mütəxəssisi İddiaçı qanunsuz hərəkətləri barədə toplanmış material əsasında araşdırma aparılması barədə məlumat verilmiş və İddiaçı Mərkəzi Hərbi Poliklinikada müayinələrdən keçmiş hərbi qulluqçu və mülki şəxslərə, guya, qanda şəkər xəstəliyi göstəricilərin normadan yüksək olduğunu bildirib, cavabların müsbət yazılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitlərini tələb edərək alması müəyyən edilmişdir. Əlavə olaraq, İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş, dələduzluq yolu ilə özgən in əmlakını talama inzibati xətasının tərkib əlamətləri aşkar edilmiş və bu səbəblə, toplanmış material Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsinə təqdim edilməsi göstərilmişdir. Həmçinin “Prokurorluq haqqında “AR Qanununun 23-cü maddəsini rəhbər tutaraq oxşar qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi və bu barədə AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsinə dair müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Bununla əlaqədar olaraq, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi əmək və icra intizamının pozulmasına görə İddiaçı AR Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin bu məcəllənin 70-ci maddəsini n “ç” bəndi ilə ləğv edilməsi barədə 17 may 2022-ci il tarixli, 94 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsi ləğv edildikdən sonra iddiaçının son əmək haqqı kart hesabına köçürülmüşdür. Apellyasiya instansiya məhkəməsi apelyasiya şikayətinin qismən təmin edilməsi barədə qətnamə çıxarsa da, demək olar ki, apellasiya şikayəti faktiki olaraq təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmış və qanunsuz və əsassız olaraq qətnamənin əsas mübahisə doğuran hissəsi dəyişdirilməmişdir. Məhkəmələr tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə baxılarkən MPM-nin 88-ci maddəsinin tələbi kobud şəkildə pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada, cavabdehin zərərinə qiymətləndirilmiş, maddi və prosessual hüquq nor malarının tələbləri pozulmuş və reallığı əks etdirməyən qətnamə qəbul olunmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin qəbul etdikləri qətnamələr tam qanuni və əsaslıdır. Cavabdeh tərəf şikayətlərində birinci və apellyasiya instansiyası məhkəmələrində irəli sürmədiklərə yeni əsaslara toxunmuşlar. Halbuki, birinci və apellyasiya instansiyası məhkəmələrində istinad olunmayan hallara kassasiya instansiyası məhkəməsində istinad oluna bilməz. Kassator iddiaçıya 2017-ci ildə töhmət elan olunduğunu bildirmiş, lakin bu fakta indiyənə kimi heç bir məhkəmədə istinad olunmamışdır. Habelə, kassator unutmuşdur ki, iddiaçı 2015-2 017-ci illərdə bir dəfə də qanunsuz olaraq işdən çıxarılmış, hər üç instansiya məhkəməsinin qərarı ilə işinə bərpa olunmuşdur. Hazırkı məhkəmə prosesi artıq ikinci belə haldır ki, iddiaçı qanunsuz işdən çıxma əmrindən məhkəməyə müraciət edir. Həmçinin cavabdeh iddiaçının işdən çıxarılmasını və məcburi iş buraxmasını öz iradələrindən asılı olmayan inzibati həbsin tətbiq olunması ilə əsaslandırmışdır. Lakin bu tamamilə absurddur. Çünki, inzibati həbs müddəti bitdikdən sonra da cavabdeh iddiaçını işinə bərpa etməmişdir. Bundan başqa cavabdeh qeyd etmişdir ki, guya işəgötürən işçinin işdən azad olunma səbəblərini qanunun tələbləri əsasında əsaslandırmışdır. Bu da tamamilə səhv məlumatdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 560.1 və 560.2.Mülki hüquqlar hüq uqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
30. Maddə 560.3.4.Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
31. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi öz ünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
32. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər,narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyə tdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzib ati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi.
33. Maddə 79.
1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların,üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzind ə işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.
3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
34. Maddə 87, 3-cü bənd. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.
35. Maddə 186.
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
36. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, ə mək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları»nın xx.xx.1996-cı il tarixli, 186 nömrəli Qərarı
37. Bənd 6.2.İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmir.
42. Maddə 386 Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir.
47. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir
49. İddiaçı məhkəməyə müraciət edərək işdən çıxarılmasına əsas olan əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir.
50. İşin halları ilə müəyyən olunur ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən əməliyyat keçirilmiş və nəticədə İddiaçı barəsində cina yət təqibi başlanmış, sonra isə iş aidiyyatı üzrə Korrupsiya ilə mübarizə Baş İdarəsinə göndərilmişdir. Onun əməlində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur.
51. Protokola mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi onun barəsində üç ay müddətinə inzibati həbs tətbiq etmiş, lakin apellyasiya instansiyası məhkəməsi həmin müddəti 2 aya endirmişdir. O, həbs olunduğu tarixdən etibarən işə çıxmamış, əmək funksiyalarını yerinə yetirməmiş, onun həbs olunması müəyyən olunduğu andan isə əmək müqaviləsinə Əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilərək, tutduğu vəzifədən azad edilmişdir.
52. İddiaçı həbsdən azad olunduqdan sonra öhdəsində orqanizmin funksiyalarının 811 00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş anasının olması, onun üzərində qəyyum təyin olmasına əsaslanmaqla əmri mübahisələndirmişdir.
53. Birinci instansiya məhkəməsi bundan əvvəl eyni tərəflər arasında fərqli əsasla yaranmış fərdi əmək mübahisəsi üzrə qəbul olunmuş məhkəmə aktına və Əmək Məcəlləsinin 79-cu maddəsinə (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqaviləsinin pozulması qadağandır) istinad edərək iddianı qismən əsaslı hesab etmişdir.
54. Qeyd edilməlidir ki, işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur (Əmək Məcəlləsinin 72-ci maddəsi). İşçi özünün əmək funks iyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir (Məcəllənin 70-ci maddəsinin ç bəndi). Öhdəsində18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. (Məcəllənin 79-cu maddəsinin 1-ci bəndinin 7-ci hissəsi)
55. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əmə yin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f)əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
56. İlkin olaraq qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır.
57. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur.
58. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin müna sibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
59. Məhkəmə kollegiyası qəbul edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəg ötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır.
60. İşçinin iş yerində inzibati xətanın əlamətləri olan hərəkətlər etməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur.
61. Misal olaraq fərz edək ki, işçi 5 ay və ondan artıq olan müddətdə işə gələrək vəzifələrini yerinə yetirmir və ya əmək funksiyalarını yerinə yetirdiyi müəssisəyə əhəmiyyətli dərəcədə zərər vurur (hətta onu yandırır), digər cinayət, inzibati xətanın əlamətləri olan hərəkətə yol verir, təqsirli olduğu sübuta yetirilir və nəticədə o, məhkum edilir və ya inzibati tənbeh tətbiq edilir (baxılan iş üzrə olduğu kimi). Bu halların baş verməsi və sübut olması vəziyyətində işçinin Əmək Məcəlləsinin 79-cu maddəsinə istinadla qoruma altında olmasına əsaslanaraq işəgötürənə onunla əmək münasibətlərinə son verilməsini qadağan etmək, işçinin hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq belə halların təkrar baş verməsi hallarına rəvac verir, nəticədə işəgötürənin mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurur, ümumiyyətlə əmək və iş şəraitinin pozulmasına şərait yaratmış olur ki, bu da mövcud hüquq münasibətlərində bərabər olmayan bir mühit yaranması ilə nəticələnir.
62. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənli k prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiq etmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 18 0.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarları)
63. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mə nafelərinin qorunmasına xidmət edir
64. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
65. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqa uyğun rəftar etmək öhdəliyi qoyur.
66. Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanı tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin ç bəndinin tətbiqi məhdudlaşdırıla bilməz.
67. Hüquq kolliziyalarının mövcudluğu istənilən qanunvericilik sisteminin mürəkkəbliyi və çoxşaxəliliyi ilə izah edilir. Məhz buna görə uzun illər ərzində müxtəlif ölkələrin hüquq təcrübəsində hüquq kolliziyalarını həll edən bir sıra prinsiplər formalaşmışdır. Bu prinsiplərə ilk növbədə iyerarxiya (Lex superior derogat legi inferiori), zaman (Lex posterior derogat legi priori) və məzmun (Lex specialis derogat legi generali) prinsiplərini aid e tmək olar. Fərqli hüquqi qüvvəyə malik olan hüquqi aktlar arasında kolliziyalar iyerarxiya prinsipi ilə, eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların normaları arasında kolliziyalar isə digər iki prinsipin tətbiqi ilə aradan qaldırılır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı).
68. Həmin prinsiplərin təyinatı hüquq tətbiqetmə orqanları, xüsusən məhkəmələr tərəfindən hüququn şərh edilməsi zamanı yaranan kolliziyaların aradan qaldırılmasından ibarətdir.
69. Qeyd edilməlidir ki, konkret iş üzrə faktiki halların araşdırılması və qanunvericiliyin təfsiri əsasında tətbiq olunmalı olan normaların seçiminin, ilk növ bədə, Konstitusiyanın 147-ci maddəsinin İİ hissəsinin və 149-cu maddəsinin müvafiq müddəalarına uyğun həyata keçirilməsi və iyerarxiya prinsipinin tətbiq edilməsi ümumi yurisdiksiyalı məhkəmələrin hüquq tətbiq edici fəaliyyətinin təzahürü kimi qəbul edilməlidir.
70. Yaranmış vəziyyətə görə eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların normaları arasında ziddiyyət yarandıqda məhkəmə bu məsələni məzmun və zaman prinsipinə uyğun olaraq müstəqil həll etməlidir.
71. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Lakin bu zaman baş vermiş hadisə ilə qoruma altına alınmı ş hallar arasında səbəbli əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır. Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edilməklə işəgötürənin hüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabər olmayan mühit yaratmış olur. Baxılan iş üzrə isə iddiaçının iş yerində qanunla qadağan olunan hallara yol verməsinin (26 halda ona müraciət edən şəxslərin etibarından sui-istifadə etməklə aldatma yolu ilə cəmi 1300 manat məbləğində pulun ələ keçirilməsi), əlilliyi müəyyən edilmişailə üzvünə qulluq etməsi ilə hər hansı bağlılığı yoxdur. Belə olan halda isə apellyasiya instansiya məhkəməsinin iddiaçını qoruma altında olan şəxs kimi qiymətləndirərək onun iddiasını qismən təmin edərək əvvəlki vəzifəsinə bərpa edilməsinə dair mövqeyi bu qərarın əsaslandırıcı hissəsində istinad olunanlar baxımından ədalətli və qanuni hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış, göstərilən maddi hüquq normalarını düzgün təfsir etməmiş, iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır. Halbuki, məhkəmənin qətnaməsi qanuni, ədalətli və əsaslı olmalıdır.
72. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq və təfsir olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tamamilə ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
73. Ona görə də qətnamə ləğv edilməli, apellyasiya instansiyası məhkəməs ində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılmalı, yuxarıda şərh olunan hüquqi mövqelərə əsasən iddia rədd edilməlidir.
74. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4853/2023 nömrəli iş üzrə 20 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir